Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Asif Kurban sədrlikdən ayrılması ilə bağlı bəyanat yayıb.
Asif bəy bəyanatında bildirir ki, iki il əvvəl, 2016-cı ilin may ayında DAK-ın Belçikanın Brüssel şəhərində keçirilən qurultayında sədr seçilib və ötən iki ildə Türk Dünyası və Azərbaycan naminə bi sıra işlərin görülməsinə nail olub: “Dünyanın ən müxtəlif yerlərində yaşayan və fəaliiyət göstərən həmyerlilərimizin problemlərinin həllinə, məqsəd və ideyalarının həyata keçirilməsinə yaxından kömək etməklə vətənimiz və millətimiz adına ən yaxşı işlərin həyata keçirilməsinə yaxından dəstək olduq. Beynəlxalq aləmdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, onun Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu mitnq, konfrans və digər tədbirlərdə ortaya qoymaqla dövlətimizin diaspor siyasətinin dəstəklənməsinə dəstət olmağa çalışdıq. Hazırda işlərimin çoxluğunu, gənclərimizə və Vətənimizə xidmət edənlərə yeni yol açılmasını və sədrlik müddətimin bitdiyini nəzərə alaraq sədrlikdən ayrılmağa qərar verdim. Amma bildirim ki, bundan sonra da dövlət və millətimiz adına həyata keçiriləcək bütün işlərdə yaxından iştirak edəcəyəm. Əminəm ki, qoyduğumuz ənənə DAK-n yeni idarə heyəti və yeni seçiləcək sədri tərəfindən də uğurla davam ettdiriləcək”.
Qeyd edək ki, iki il DAK sədri olan Asif Kurban Türkiyənin ünlü universitetlərindən olan Doqquz Eylul Universitetinin məzunudur. Bu universitetdə iqtisadiyyat üzrə doktorluq dərəcəsi almış, Türkiyənin üçüncü böyük şəhəri olan İzmirin içtimai-siyası həyatında da yaxından iştirak edən iş adamıdır. Təsis etdiyi “Azərbaycan Dostluq və İşbirliyi Dərnəyi” qardaş Türkiyədə təhsil alan tələbələrin problemlərinin həllində illərdir ki, yaxından iştirak edir. Eyni zamanda İzmirin Sahil evləri yaxınlığında ümumi uzunluğu 3 km-ə yaxın 47 hektar ərazidə açılan “Bakı parkı” və buradakı abidənin təşkilatçısı da “Azərbaycan Dostluq və İşbirliyi Dərnəyi” olub. Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, İzmir Böyükşəhər bələdiyyəsinin sədri Əziz Qocaoğlu ilə yanaşı, İzmirdə yaşayan və təhsil alan həmvətənlərimiz də iştirak edib.
Baki-xeber.com