Cümə axşamı günü, 12 noyabr 2026
     

Milli-mənəvi və tarixi-mədəni abidələrimizə qarşı soyqırım siyasəti (1918-1920-ci illərdə)

Image


Təbii-coğrafi ərazi baxımından qonşu adlandırılan mənfur hay-daşnak quldurlarının müsəlman-türk dünyasının timsalında Azərbaycan xalqına və dövlətinə qarşı zaman-zaman yönləndirilmiş çoxşaxəli soyqırım siyasəti tariximizin müxtəlif mərhələlərində acı nəticələlərlə səhifələnib.

Çox təəssüf ki, bu səhifələrdə Azərbaycan xalqının kütləvi qətliamı, ərazilərimizin zəbt edilməsi, yüzilliklər boyu dinc sakinlərin uzaq və yaxın ellərə zorla sürgünü və köçürülməsi, beynəlxalq miqyasda təhdidlərin və sui-qəsdlərin edilməsi ilə yanaşı, milli-mənəvi və tarixi-mədəni sərvətlərimizin də yağmalanması, dağıdılması, eləcə də məhv edilməsi halları bu qanlı izlərdə əksini tapıb. Çünki “dişi tökülmüş” hay quldurları və barbarları xalqımızın fiziki məhvi ilə kifayətlənmək istəmirdi. Hay kilsəsinin hökmü və diqtəsi ilə onlar xalqımızın mənəvi soyqırımına da imza atıb. Sanki  bu hökmü icra etmək  onların (bir-birini it küçüyü kimi əvəz edən hay nəsillərinin) “vətən və dövlətçilik borcu” kimi boyunlarından asılıdır.

Eramızdan əvvəl və sonrakı əsrlərdə iri dövlətlərin siyasi-iqtisadi maraqlarına uyğun olaraq Azərbaycanın bölgələrinə  köçürülmiş  hayların sıx məskunlaşdığı Qarabağ, Zəngəzur, Göyçə, Şirvan mahallarında onların bu sayaq qanlı əməlləri tarix boyu təkrarlanıb. Təbii ki, hayların Azərbaycan ünvanlı tarixi-mədəni abidələrimizə, milli-mənəvi və mədəniyyət ocaqlarımıza qarşı  apardığı  soyqırım siyasətinin məğzində aşağıdakı bir sıra vacib məqsədlər (onlar üçün) aydın görünür:

- tarixi-mədəni abidələri dağıtmaqla Azərbaycan xalqının Cənubi Qafqazda kökənli xalq  mövqeyinin zəiflədilməsi, Qafqazın yerli soylarından olmasına şübhə yaradılması;

- dinc əhalinin kütləvi qırğınına rəvac verməklə bölgədə demoqrafik dəyişikliyin öz xeyirlərinə həll olunması (əsasən Misirdən, Livandan, İraqdan, Suriyadan, Yunanıstandan, Bolqarıstandan hay ailələrinin bu ərazilərə köçürülməsi hesabına);

- tarixi-mədəni abidələrin izini, ünvanını, soyadını itirməklə (yox etməklə) sonradan həmin yerdə “haylaşdırılmış” abidə və ünvanların  üzə çıxarılması;

- milli-mənəvi sərvətlərimizə qarşı “səlib yürüşlərini”  kerçəklişdirməklə öz adlarına uyğun qondarma toponimik şəbəkənin formalaşdırılması və ona tarixilik  donunun geyindirilməsi;

- Azərbaycan dövlətinin sərhədləri hüdudunda yerləşən türksoylu xalqlarla birbaşa əlaqələrin mümkünlüyünə imkan verilməməsi.

Hay mənşəli ictimai-siyasi və hərbi qurumların bu istiqamətlərdə 1918-1920-ci illər ərzində  Azərbaycan sərhədi hüdudlarında həyata keçirdiyi qanlı olaylar əhatə dairəsinə və faciəvi miqyasına görə daha çox fərqlənir (əvvəlki əsrlərə nisbətən). Və sonrakı mərhələlər üçün geniş imkanlar yaradır.

Bəs bu məqsədləri yönündə onların fəaliyyətləri necə həyata keçirilib? Bu istiqamətdə olan hay əməllərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Azərbaycan xalqının milli-mənəvi və tarixi-mədəni abidələrinin, xüsusi memarlıq üslubuna malik məşhur tikililəri məhv edilməklə milli qədimliyimizə və mədəniyyətimizə aid izlərin silinməsi.

Son illərdə dünyanın  çeşidli ünvanlarında Azərbaycan soylu mədəniyyət və incəsənət əsərlərinin “haylaşdırılması” məhz bu mənbədən qidalanır. Gələcəkdə S.Bəhlulzadənin, M.Abdullayevin, T.Salahovun və bir çox məşhur rəssamlarımızın, eləcə də incəsənət xadimlərimizin əsərlərinin müəllifi kim hayların adlarının çəkilməsinə də hazır olmalıyıq.

Xalqımızın milli-mənəvi və tarixi-mədəni abidələrinə qarşı hayların soyqırımı bütün yaşayış məntəqələrində, o cümlədən  Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Təbriz, Şamaxı, Quba, Dərbənd şəhərində də (o dövrdə quberniya və qəzalarda) törədilib.

Paytaxtımızın qədim memarlıq tikililərinə  (Şirvanşahlar saray kompleksinə, Qız qalasına, Qala divarlarına) hərbi gəmilərdən atılan topların təsirilə onların zədələməsi,  neft maqnatı Ağa Musa Nağıyevin (1848-1919) vəsaiti hesabına 1908-1913-cü illərdə tikilmiş “İsmailiyyə” binasının yandırılması, 1910-1911-ci illərdə  hay əsilli Mayılov qardaşlarının tikdirdiyi (xərci isə milli xeyriyyəçi H.Z.Tağıyev (1823-1924) tərəfindən qarşılanıb) Opera və Balet Teatrı tikilisinin yandırılması və s.  buna misal ola bilər. Bu faciəyə dözməyən  məşhur sahibkar A.M.Nağıyevin  1919-cu ildə  ürəyi  dayanıb. 

2. Azərbaycan xalqının dini-ibadət və müqəddəs ziyarətgahlarının, qəbirstanlıqlarının dağıdılması, yerlə-yeksan edilməsi ilə milli-mənəvi soyqırımın aparılması. Bu məqsəd hayların yerli, kökənli əhalinin dini-inanc mənbələrini, ilk növbədə milli-mənəvi dəyərlərin qorunub saxlandığı ocaqları məhv etməklə böyüyən nəslin irfani tərbiyəsinin zədələnməsinə yönəlik idi.  Ona görə də  hay kilsəsinin diqtəsi ilə quldur hay-daşnak və bolşevik silahlı dəstələri Azərbaycanın bütün qəzalarında hücum etdikləri yaşayış binalarının (bəzi hallarda  dinc sakinləri məscidə yığaraq oranı oda qalamışlar), həmçinin məscidlərin divarındakı daş yazı  nümunələrini, digər yazılı mənbələri məhv etmiş, qiymətli maddi əşyaları (xalça, sumax, palaz, başqa ləvəzimatları, zinət əşyalarını, zərgərlik məmulatlarını) qarət edərək  aparıblar.

Bakı qəzasının Binəqədi kəndində minarəli məscidlərdən olan Cümə məscidini (1904-1917-ci illərdə tikilib) 1918-ci ilin mart ayında quldur haylar Keyrəki dağından top atəşinə tutublar. O müdhiş atəşin və topun izi indi də məscidin yan divarında qalmaqdadır.

XIX əsrin 2-ci yarısında Bakı şəhərində bir çox mülkü olan və Kürdəxanı kəndi yaxınlığında məscid tikdirmiş Hacı Sultan Əli oğlu Dadaşovun adına bağlı “Sultan Əli məscidi” və Xırdalan kəndində 1884-cü ildə Axund Qafur Molla Ələsgər oğlu (1822-1925) tərəfindən tikdirilmiş Cümə məscidi də həmin vaxtda və eyni qaydada  yandırılıb.

Cənubi Qafqazın ən qədim camesi (743-cü ildə inşa edilmiş) Şamaxı Cümə məscidi 1918-ci ilin mart-aprel aylarında hay quldurları tərəfindən yandırılaraq qiymətli  nümunələri də yağmalanıb. Bakı qəzasının Navahı kəndində (Hacıqabul kəndi), Şamaxı qəzasının Cəm-cəmli kəndində (Qobustan rayonu), Kalva kəndində (Ağsu rayonu) qədim məscid və qəbiristanlıq,  Zəngəzur qəzasının Orta Yeməzli (Zəngilan rayonu) kəndində “Həcəggə” (“Həccə gəl” mənasında) adlanan yerdə tikilmiş XVIII əsrə aid qədim məscid, Naxçıvan qəzasının  Sirab kəndində (Babək rayonu) “Hacı Kərim” və Qazançı kəndində (Culfa rayonu) “Məşədi Qənbər” məscidləri  bütünlüklə  yandırılaraq məhv edilib.

Lənkəran qəzasında hay daşnaklarının və bolşevik-denikinçi quldurların (kazakların)  1918-ci ilin aprel ayında  yerli əhaliyə qarşı törətdiyi soyqırımda (qəzanın 40 kəndinin əhalisi bu qırğına məruz qalıb) hərbi baza kimi Xəzər dənizində lövbər salan “Aleksandr Jander” gəmisi istifadə edilib. Bu gəmidən açılan top atəşləri, eləcə də basqınçıların silahlı piyada dəstələri Gərmətük, Sütəmurdov, Velədili, Aşağı Nüvədi, Mamusta kəndlərində məscidləri yandıraraq məhv edib. Həmin mərmilərdən partlamayanı 1974-cü ildə Aşağı Nüvədi kəndinə tapılıb.

Bir fakt da odur ki, 1919-cu ildə Zəngəzur qəzasında gedən döyüşlərdə gərmətüklü Abbasqulu Aslanov (iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun böyük qardaşı) hay quldurlarına qarşı qəhrəmanlıqla vuruşub.

Nəzərə almaq lazımdır ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan kəndlərində əsas və yeganə ictimai-maddi və mədəni  tikili kimi yalnız məscidlər və onların nəzdində fəaliyyət göstərən mədrəsələr mövcud olub. Bununla da quldur haylar Azərbaycan xalqının dini və dünyəvi (bəzi mədrəsələrdə dünya elminin məlumatları da tədris olunmuşdur) təhsilinə zərbə və zədə vurmaq əsas məqsədlərdən biri olub. 

3. Qəbirstanlıqların, dini inanc ocaqlarının, əski müqəddəs yerlərin yerlə yersan edilməsi ilə minilliklər ərzində formalaşmış milli-mənəvi dəyərlərin yox edilməsi, tarixi adət-ənənələrin yadlaşdırılması da hay kilsəsinin əsas hədəfi idi.

1918-1919-cu illərdə Zəngəzur qəzasında Keçikli kəndinə (Zəngilan rayonu) qonşu Şıxavız kəndindən (Qafan rayonu) hücum edən  silahlı quldurlar ilk növbədə qədim  kənd qəbirstanlığını dağıdıb. Bu illərdə Xocalı kəndi ətrafındakı e.ə. III-II minilliklərə aid Xocalı mədəniyyətinin daş –torpaq kitabələrini-kurqanları yerlə-yeksan edən hay barbarları sonrakı dövrlərdə bu əməllərini xeyli genişləndirib. Belə ki, bu tarixi-maddi mədəniyyətimizin izlərini tamamilə yer üzündən silmək məqsədilə həmin kurqanların yerində kecən əsrin 80-ci illərində Xocalı şəhər  uçarlığı (aeroportu), avtovağzalı tikilib.

Xocalı şəhəri (qədim kənd yaşayış məntəqəsi hüdudlarında) ilə haylar yaşayan Noragüc kəndi (əhalisinin sayı 3 minə qədərdir) arasında türk şəhidlərinin qəbri yerləşən hissələr keçən əsrin 60-70-ci illərində yerlə-yeksan edilərək orada həyətyanı sahələr salınıb.

Biləcəri kəndində (Binəqədi rayonu) XVIII əsrə aid olan qəbirlər 1918-ci ildə, xilaskar türk ordusunun şəhid olmuş döyüşçülərinin məzarları isə ötən əsrin 20-30-cu illərində məqsədli şəkildə məhv edilib. Qədim tarixi özündə yaşatmış həmin yerlər hazırda A.Zeynallı və Yəhya Hüseynov adına küçələrin və Biləcəri Dəmiryolu stansiyasının yük anbarı altında qalıb.

1918-1919-cu illərdə Cəbrayıl qəzasının Qışlaq kəndi haylar yaşayan qonşu Sur kəndi tərəfindən hücuma, talana və qarətə məruz qaldıqda əhali xeyli müddət dağlardakı kühüllərdə (mağaralarda) yaşamalı olub, müqəddəs ziyarətgahları– “Yel ocağı”, “Dalaq daşı”, “İspirə ocağı” adlı ocaqlarının da taleyi eyni olub, kəhrizləri kor qoyulub.

Zəngəzur qəzasında Qazançı, Dərəli, Canbar, Ağkənd (Zəngilan rayonu) kəndləri ətrafındakı qədim alban qəbirstanlıqlarının, Yusiflər kəndində qədim Alban məbədinin hədəfə alınması təsadüfi olmayıb. Bədnam haylar həmin tarixi abidələrimizə sonralar iddia qaldırıblar - öz adlarına yazmaq üçün. Qazançı və Dərəli kəndlərində quldurların dağıtdığı yerlər yalnız “Kənd yeri”, “Köhnə dam” adı ilə yaddaşlarda qalıb.

1918-ci ilin iyun-iyul aylarında Naxçıvan qəzasındakı soyqırımlarda (“Sirab soyqırımı”) tarixi yurdumuzun milli-mənəvi və tarixi-maddi abidələri (məscidləri, qəbirstanlıqları, tarixi memarlıq nümunələri) dağıdılaraq məhv edilib. Sirab kəndində “Qarayazı”, “Yel dalı”, “Gəlin ağıl”, “Cinli keçidləri”,”Gavur yoxuşu”, Qahab kəndində (Babək rayonu) “Ölüm dərəsi”, “Daş qala” qanlı savaşlara şahid və şəhid olub.

Həmin illərdə Göyçay qəzasının Alı kəndində 650-700 ev vardısa, silahlı hay-bolşevik dəstələrinin hücumu zamanı kənd evləri, XVIII əsrə aid qəbirstanlıq, qədim məscid yerlə-yeksan edildikdən sonra bu yaşayış vahidi  “özünə gəlməyib” və hazırda 130 evdən ibarətdir.

Xalqımızın demoqrafik artım amillərinə və yaşayış məntəqələrinin  ərazi üzrə yerləşməsinə təsir edən bir faktı qeyd etmək yerinə düşər.

1910-cu ildə Naxçıvan qəzasının əhalisi 146 min nəfər olduğu halda, faciəvi hadisələrdən sonra, 1920-ci ildə bu rəqəm 74 min  nəfər azalaraq 72 min nəfərə çatıb.

4. Azərbaycan ərazisində  əsrlər boyu beynəlxalq ticarət yolları üzərində formalaşmış iri ticarət mərkəzlərinin və nəqliyyat qovşağlarının sıradan çıxarılması.

Bakı qəzasının Navahı kəndi iri ticarət mərkəzi kimi XIX əsrin sonunda xeyli inkişaf edib, bura 2000 ev olmaqla həm də bölgənin mədəni mərkəzinə çevrilib. Silahlı hay quldurları və azğın bolşeviklərin 1918-ci ilin mart-aprel aylarında qanlı hücumu bu yaşayış məntəqəsinin mədəni mərkəz (məktəb, məscid olmuş) və aktiv xidmət (dükan, dəyirman, karvansaray) ocağı kimi tarixi fəaliyyətinə, eləcə də  kənd sakini və tacir Kərbəlayi Məşədi Rəşid Nurəli oğlunun İranla, Orta Asiya ilə bağlı beynəlxalq ticarət əlaqələrinə son qoyub.

Oxşar hal Şamaxı qəzasının Maçaxı, Tircan, Basqal  kəndlərində də (İsmayıllı rayonu) qeydə alınıb.

Ümimilikdə yuxarıda göstərilən halların mahiyyəti, məzmunu oxşar olsa da, sayı da kifayət qədərdir.

Keçən əsrin əvvəllərində bütün cəbhə boyunca Azərbaycan dövlətinə və xalqına qarşı hay quldurları və barbarları tərəfindən yönəlmiş soyqirim faciələri əsrin sonunda da təkrarlanıb, indi də davam etməkdədir. Deməli, mənfur düşmən hələ də səngərdən çəkilməyib.

Bu səngərin dağıdılmasının zamanı və tarixi isə yetişməkdədir.

Qismət  YUNUSOĞLU
Bakı  Dövlət  Universitetinin  müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ