İsrail hökuməti bu həftə müzakirə ediləcəyi gözlənilən 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan qanun layihəsini təxirə salıb. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamadan belə aydın olur ki, İsrail, məsələnin indi müzakirəyə çıxarılmasının, seçki kampaniyası zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoganın xeyrinə işləyə biləcəyindən narahatdır.
İsrailin Xarici İşlər Nazirliyi bəyan edib ki, Benyamin Netanyahu məsələnin müzakirəsini Türkiyədə keçiriləcək seçkilərdən sonraya – yəni 24 iyundan sonraya saxlamaq qərarına gəlib. Hökumət müzakirənin ertələnməsi qərarını Xarici İşlər Nazirliyinin tövsiyəsi ilə qəbul edib.
"Baş nazir (Benyamin) Netanyahu, “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanunla bağlı İsrail parlamentində keçiriləcək müzakirələrin, Ərdoğana seçkilərdə üstünlük qazandıra biləcəyini nəzərə alaraq, 24 iyun seçkilərindən sonraya təxirə salınmasına dair Xarici İşlər Nazirliyinin təklifini qəbul edib" – deyə İsrail XİN-in açıqlamasında bildirilir.