Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanda daxili silahlı qarşıdurma Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər

Image


Ermənistanda məlum hakimiyyət dəyişiklyindən sonra “Qarabağ klanı“nın mövqelərinin zəifləməsi Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejim üçün təhdidlər yaradıb.

Qeyd edək ki, məhz bu rejim uzun illərdir işğal edilmiş ərazilərdə erməniləri böyük zillət içində yaşamağa vadar edir. Ayrı-ayrı vaxtlarda xarici jurnalistlərin  Dağlıq Qarabağdan hazırladığı reportajlarda da burada ermənilərin böyük məhrumiyyətlər içində olmasını aydın görmək olar. Amma separatçı rejim indiyə kimi zor gücünə bütün etirazları susdura bilirdi. İndi isə Ermənistanda “Qarabağ klanı“nın devrilməsindən sonra separatçı rejimlə də bağlı yeni vəziyyətin yarandığı müşahidə edilir. Belə ki, məlumatlara görə, Ermənistandan sonra indi  işğal edilmiş Dağlıq Qarabağ bölgəsində də üsyan başlayır.

Erməni mediası yazır ki, “Dağlıq Qarabağ işığı” adlı hərəkatın üzvləri Vaan Badasyan, Qrişa Ayrapetyan, Artuq Xaçatryan, Nerses Oqanyanyan, Vaçik Zakaryan, Aşot Beklaryan, Qnel Ambartsumyan, Albert Ambartsumyan, Mhitar Asribabyan, Arnoldik Sarkisyan, Tiqran Qalfanyan, Vaçik Balasanyan, Suren Sarkisyan, Qor Ayrikyan, Serqey Amiryan və Mqer Petrosyan Qarabağdakı Bako Saakyan rejiminin əleyhinə bəyanatla çıxış edib. Separatçı rejimin devrilməsinə çağırış edən digər ermənilər bildiriblər ki, Ermənistanda hakimiyyət dəyişdi, Xankəndində isə köhnə rejim davam edir. Onlar Bako Saakyanın devrilməsi üçün hərəkətə keçdiklərini bəyan ediblər. Vaan Badasyan Saakyana çağırış edib ki, “hakimiyyəti” qansız-qadasız təhvil versin. Əks təqdirdə güc yolu ilə onu devirəcəklər.
Qeyd edək ki, bundan əvvəl də Vaan Badasyan inqilabın küləyinin Xankəndiyə çatdığını bildirmişdi. O hesab edir ki, Xankəndidəki rejimin zülmü altında yaşayan ermənilər İrəvandan dəstək almasalar, başqa istiqamətə üz çevirə bilərlər:
“Bəli, bu, Bakı ola bilər. Azərbaycan rəhbərliyinin Qarabağ siyasətində prioritet istiqamətlərdən biri də oradakı ermənilərin Ermənistandan üz çevirməsini təmin etməkdir. Çünki Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərin öz vətəndaşı olduğunu və münaqişə həll olunandan sonra onların orada rahat şəkildə yaşaya biləcəyini deyir. Bu, istər-istəməz, zülm altında yaşayan insanları cəlb edir. Bütün bunları nəzərə alaraq, təcili şəkildə Qarabağdakı rejimi dəyişmək lazımdır”. Baş verənlər zəbt olunmuş ərazilərmizdə vəziyyətin gərgin olduğunu aydın nümayiş etdirir. Bu durumda hətta separatçı rejim daxilində silahlı qarşıdurmanın başlanması belə istisnalıq təşkil etmir. Belə vəziyyətdə erməni ekspertlər, Qarabağda daxili çaxnaşma olacağı təqdirdə, Azərbaycanın əraziləri azad etmək üçün hərəkətə keçəcəyini düşünür. Əslində belə bir fürsət yaranarsa, bu, Bakının öz torpaqlarında antiterror əməliyyatı keçirməsinə yaxşı imkan yarada bilər. Hər halda, Azərbaycan belə bir əməliyyatın keçirilmə hüququnu özündə saxlayır.

Erməni mediası yazır ki, hadisələrin inkişafı “Qarabağ klanı“nı ciddi surətdə narahat edir. Onlar bilir ki, Qarabağdakı separatçı rejimin devrilməsi ilə özlərinin qalan əsas dayaqlarını itirmiş olacaqlar. Bu səbəbdən separatçı rejimə qarşı çıxanlara, zor gücünə olsa belə, ciddi müqavimət göstərilməsinə dair planlar hazırlanır. Bu da öz növbəsində, yuxarıda qeyd olunduğu kimi, separatçı rejim daxilində silahlı qarşıdurmaya rəvac verəcək.

Burada məsələnin maraqlı tərəflərindən biri “Qarabağ klanı“nın Ermənistan daxilində də yeni hakimiyyətə qarşı artıq ciddi fəaliyyətə keçməsidir. Buna misal kimi erməni mediası Ermənistanda Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı törətməsi ilə məşhur olan general Manvel Qriqoryanın Nikol Paşinyanı devirmək üçün hərəkətə keçməsini göstərir. Bildirilir ki, məhz Manvel Qriqoryanın göstərişilə Eçmiədzində küçələrə şlaqbaumlar quraşdırılıb.
Eçmiəzdin şəhərinin meri onun oğlu Karen Qriqoryandır. Hazırda Nikol Paşinyanın göstərişilə Serj Sarkisyan dövründən qalmış şəhər merlərinin çıxarılması, yaxud həbs edilməsi prosesinə start verilib. Qriqoryanlar da, belə bir təhlükə olarsa, müqavimət göstərmək üçün əvvəlcədən Eçmiəzdində barrikadalar qururlar.
Məlumata görə, şəhərdə insanlar təqib edilir, avtomobillərin təkərləri deşilir, vətəndaşlar döyülür. Şəhər sakinləri şlaqbaumların qurulmasını Manvel Qriqoryanın növbəti təxribatı kimi dəyərləndirir. Sakinlər şəhərdə döyüşə hazırlıq atmosferinin yarandığı haqda danışırlar. “Qarabağ klanı“nın üzvlərinin digər ərazilərdə də analoji addımlar atmağa hazıralşmasına dair də xəbərlər gəlir. Bütün bunlar isə, əslində təkcə zəbt olunmuş Azərbaycan ərazilərində yox, elə Ermənistanın özündə silahlı qarşıdurma ehtimalının kifayət qədər yüksək olduğunu deməyə əsas verir.  “Jamanak” qəzeti isə yazır ki, Ermənistan prezidenti Armen Sarkisyan da Paşinyanın tezliklə hakimiyyətdən uzaqlaşmasında maraqlıdır və bunun üçün Serj Sarksiyan tərəfdarları ilə sıx işbirliyi içindədir: “Ermənistan prezidenti Armen Sarkisyan inqilab üçün Respublika Partiyasından daha təhlükəlidir. Armen Sarkisyan prezident seçildikdən sonra yeni partiyanın yaradılması istiqamətində davamlı fəaliyyət göstərir. O, bu partiyanı kölgədə qalaraq idarə edəcək. Armen Sarkisyan son günlər keçmiş dövlət məmurları ilə görüşlər keçirir, onları dövlət aparatında vəzifələrə təyin edir. Bununla yanaşı, keçmiş məmurların uğuru əksinqilabçıların qələbəsi ilə də nəticələnə bilər”. Bütün bunlar Ermənistanda xaotik durumun daha da dərinləşəcəyini deməyə əsas verir.

Hadisələr bu səpkidə inkişaf edərsə, ekspertlər qarşı tərəfin daha zəif duruma düşəcəyini, bunun isə Qarabağ münaqişəsinin həllini tezləşdirə biləcək proses olduğunu qeyd edir. 

Yaranmış vəziyyətdə erməni tərəfini narahat edən daha bir məqam cəbhə xəttində, o cümlədən Naxçıvan istiqamətində baş verənlərdir. Hazırda ordumuzun bütün cəbhə boyu daha güclü mövqe sahibinə çevrilməsi erməni tərəfini ciddi qorxuya salır. Xüsusən də Naxçıvan istiqamətindən gələn xəbərlər düşmən ölkədə böyük əndişəyə yol açır. Ermənistanın müdafiə naziri David Tonoyan da belə bir vaxtda Azərbaycan Ordusunun Naxçıvan Ümumqoşun birləşməsinin mövqelərini irəli çəkərək yeni strateji yüksəkliklərdə möhkəmlənməsinə münasibət bildirib. Tonoyan bu məsələ ilə bağlı günlərdir Ermənistan cəmiyyətində hökm sürən təşvişi yatırmağa çalışıb. Bildirib ki, narahatlıq üçün əsas yoxdur və Ermənistan ordusu sərhədin Naxçıvan istiqamətində vəziyyətə nəzarət edir: “Əslində azərbaycanlılar öz ərazilərində yeni mövqelər yaradıblar”. Müdafiə nazirinin sözlərinə görə, vəziyyəti ayıq dəyərləndirmək lazımdır və Müdafiə Nazirliyi bu situasiyada heç bir problem görmür. Tonoyan Azərbaycan Ordusunun mövqelərini irəli çəkməsindən sonra Naxçıvanla sərhədə getməsinə də münasibət bildirib: “Ermənistan silahlı qüvvələri situasiyaya nəzarət edir. Hesab edirəm ki, ən ciddi narahatlıq Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı Azərbaycan Ordusunun təmas xəttində cəmləşməsi ilə bağlı idi”.

Amma “Lragir“ saytı erməni nazirin nikbinliyini bölüşmür və Azərbaycanın istər Naxçıvan, istərsə də digər istiqamətlərdə üstün mövqedə olduğunu yazır: “Qarabağ münaqişəsi zonasında son bir neçə ildə qarşıdurmanın xarakteri dəyişilib – istifadə edilən silahların kalibri və mənzili dəyişir və bu, aprel müharibəsi vaxtı aydın gözə dəyirdi. Uzaqvuran komplekslər və kamikadze dronlar, raketlər də o zaman tətbiq edildi.

Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Naxçıvanda olub və bildirib:“Naxçıvanda yerləşdirilən müasir silahlar, o cümlədən uzaqvuran raketlər düşmənin istənilən hərbi hədəfini vurmaq iqtidarındadır”. Beləliklə, Əliyev eyham vurub  ki, Azərbaycan hərbi əməliyyatları təzələməyi qət etsə, bu, avtomat və süngülərlə ənənəvi müharibə olmayacaq. Ermənistan bunları nəzərə almalı və Azərbaycanın müqayisədə daha müasir hərbi texniakya malik olduğunu yaddan çıxarmamalıdır. Bu mənada müdafiə naziri David Tonoyanın nikbinliyini bölüşmək çox çətindir. Hər halda, yeni savaş erməni tərəfi üçün sərfəli deyil və bunun 2016-cı ilin apreli ilə müqayisədə daha böyük itkiələrə gətirib çıxarmayacağına heç kim zəmanət vermir”.

Erməni ekspert Ara Papyan isə yeni savaşı qaçılmaz sayır. O iddia edir ki, qarşıakı aylar ərzində Ermənistan - Azərbaycan təmas xəttində yenidən gərginlik yaranacaq: “İndi biz mərhələli müharibənin yeni əlamətlərini müşahidə edirik. Azərbaycan qısa müddət ərzində müəyyən addımlar atmaq istəyir. Ermənistan müharibənin yeni fazasına cəlb oluna bilər. Bu baxımdan Qarabağda qısamüddətli müharibənin olacağı istisna deyil”. Ara Papyan da yeni savaşın erməni tərəfi üçün müsbət heç nə vəd etmədyini vurğulayır. Azərbaycan isə, əslində, Qarabağ savaşının yenidən alovlanmasında maraqlı olmadığını bildirir. Amma bunun üçün qarşı tərəfin substantiv danışıqlara başması da əsas şərt kimi qoyulur. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə də, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır. Ermənistan xarici işlər nazirinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında tezliklə görüş keçirilə biləcəyi barədə açıqlamasını şərh edərkən Hikmət Hacıyev bildirib ki, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır: “Görüşün keçirilməsi barədə bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək”. İndi seçim erməni tərəfinindir. Düşmən ya konstruktiv dialoqa başlamalı, ya da ordumuzun endirəcəyi sarsıdıcı zərbələrə hazır olmalıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ