Bazar günü günü, 18 oktyabr 2026
     

Dünyanın super dövlətləri və super təşkilatları Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin təsir gücündən danışdı

Image


ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını əvvəldən qətiyyətlə dəstəkləyir və bu dəhlizin Avropaya enerji ehtiyatlarının tədarükü marşrutlarının diversifikasiyalaşdırılmasında vacib rolunu başa düşür. “Trend”in məlumatına görə, bunu Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin işə salınması mərasimi zamanı ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri Sandra Oudkirk deyib.

O bildirib: “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində səy göstərən bütün ölkə və şirkətləri təbrik edirəm”.

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Xəzər regionu ölkələrinin daha geniş iqtisadi inteqrasiyası üçün yeni imkanlar təqdim edir: “ABŞ Prezidenti Donald Tramp dəfələrlə bu layihəni dəstəkləməsi barədə bəyan edib. Bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə Azərbaycan Prezidentinə ünvanladığı məktubda o, həmçinin vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək inanılmaz nailiyyətdir”.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” region ölkələri üçün əməkdaşlığın genişlənməsi, eləcə də Şərqi Aralıq dənizi, Mərkəzi Asiya və Qafqazdan Avropaya tədarük olunan qaz həcmlərini artırmaq imkanı təqdim edir: “ABŞ “Cənub Qaz Dəhlizi”nin uzunmüddətli uğurunun mənbəyi olan bütün iştirakçılarla əməkdaşlığı davam etdirməyi planlaşdırır”.

Baronessa Nikolson: “Biz birlikdə gələcəyə yönəlmiş uğurlu tərəfdaşlıq yaratmışıq…”

Neft-qaz sahəsi Böyük Britaniya və Azərbaycan arasında kommersiya münasibətlərində əsas hissə olaraq qalır. Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi, baronessa Emma Nikolson Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin açılış mərasimində belə deyib.

E.Nikolson qeyd edib ki, neft-qaz sahəsi Böyük Britaniya ilə Azərbaycan arasında kommersiya münasibətlərinin də əsasını təşkil edir: “Biz birinci Xəzər neft və qaz sərgisinin keçirilməsindən sonra birlikdə çox iş görmüşük və bu il enerji əməkdaşlığımızın daha bir səhifəsini başa çatdırırıq. BP-nin “Şahdəniz 2” platformasından birinci qaz “Cənub Qaz Dəhlizi” ilə Türkiyəyə gedəcək. Bu, Avropada enerji təhlükəsizliyinin nail olunmasına yönəlmiş vacib addımdır. Biz birlikdə gələcəyə yönəlmiş uğurlu tərəfdaşlıq yaratmışıq”.

O həmçinin bildirib ki, Londonda BP və SOCAR arasında son sazişin imzalanması zamanı iştirak edib: “Daha dərin əməkdaşlıq təkcə bu iki ölkəyə yox, həm də digər tərəfdaşlara iqtisadi səmərə gətirəcək. Bu, əyani olaraq Böyük Britaniyanın artmaqda olan ikitərəfli kommersiya tərəfdaşlığına verdiyi önəmi əks etdirir”.

Ərdoğanın məktubu: “… qürur mənbəyidir”

Türkiyəyə və Avropanın digər ölkələrinə Azərbaycan qazını çatdıracaq Transanadolu təbii qaz boru kəmərinə ilk qazın verilməsi münasibətilə keçirilən bu mərasimin xeyirli olmasını diləyirəm. Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral tərəfindən Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin açılış mərasimində səsləndirilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətində belə deyilir.

Türkiyə Prezidentinin müraciətində deyilir: "İstər Azərbaycan ilə ikitərəfli, istərsə də regional əməkdaşlığımız baxımından örnək bir layihə olan TANAP-ın tamamlanması hamımız üçün qürur mənbəyidir.

Bundan əvvəl uğurla həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP da bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığımızın bir başqa bəhrəsidir.

TANAP-ın reallaşmasında ABŞ-ın və Avropa İttifaqının dəstəyi də əhəmiyyətli olmuşdur.

Birlikdə atdığımız addımlar bu tarixi layihənin sürətlə və problemsiz başa çatdırılmasında önəmli rol oynamışdır.

Bundan sonrakı müddətdə Avropaya yeni bir mənbədən qaz nəqlini mümkün edəcək Cənub Qaz Dəhlizinin digər layihələrinin də vaxtında başa çatdırılması mühüm əhəmiyyət daşıyır".

Müraciətdə həmçinin qeyd olunur ki, bu gün TANAP boru kəmərinə ilk qazın verilməsindən sonra iyunun 12-də Əskişəhərdə böyük bir mərasimlə kəmərin açılışı olacaq.Bu tarixi anın şahidi olmaq üçün sizləri də Əskişəhərdə qəbul etməkdən böyük məmnunluq duyacağıq.

R.T.Ərdoğan müraciətdə həmçinin, bu il 25-ci dəfə keçirilən “Xəzər Neft və Qaz” sərgi və konfransının təşkilində əməyi olanları təbrik edib, bu mühüm tədbirin uğurlarının artmasını və davamlı olmasını diləyib: "Bu xoş fürsətdən istifadə edərək TANAP-ın başda Türkiyə və Azərbaycan olmaqla, bölgəmiz üçün xeyirli olmasını bir daha arzu edir, bütün iştirakçıları səmimi qəlbdən salamlayıram".

OPEC-in baş katibi “Şahdəniz”i “bütün dünyanın qürur duymalı olduğu layihə” adlandırdı

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi bütün dünyanın qürur duymalı olduğu layihədir. Bunu Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin işə salınması mərasimində OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

Layihənin birinci mərhələsi “Şahdəniz” yatağından Cənubi Qafqaz, daha sonra Transanadolu (TANAP) boru kəmərləri ilə Türkiyənin Əskişəhər şəhərinə qaz nəqlini nəzərdə tutur.

M.Barkindo bildirib: “Mənim üçün burada, Xəzər dənizinin Səngəçal terminalında olmaq və təkcə 25-ci yubiley Beynəlxalq neft və qaz sərgisinin açılışının yox, həm də “Cənub Qaz Dəhlizi” layihəsinin işə salınmasının şahidi olmaq böyük şərəfdir”.

Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edən M.Barkindo qeyd edib ki, “Şahdəniz” layihəsi dövlət başçısının uzaqgörən rəhbərliyinin bariz nümunəsidir: “Bu layihə çoxmilyardlı kapital yatırımlarını nəzərdə tutur və dünyada ən iri energetika layihələrindən biridir. Bu layihə Azərbaycan iqtisadiyyatına mühüm gəlirlər gətirəcək”. O əlavə edib ki, Azərbaycan neft hasilatının məhdudlaşdırılması haqqında OPEK+ sazişinin şərtlərini davamlı olaraq ən yüksək səviyyədə icra edən ölkələrdən biridir.

M.Barkindo qeyd edib ki, Azərbaycan OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr arasında neft hasilatının məhdudlaşdırılması haqqında sazişin əldə olunmasında aparıcı rol oynayıb: "Biz sizin bir neçə il əvvəl OPEK üzvləri və kartelə daxil olmayan ölkələrin səylərinin birləşdirilməsinin zəruri olduğu barədə görüşlərinizə görə gələcəkdə də minnətdar olacağıq. Mən sizə OPEK ilə əməkdaşlığınıza və hasilatın könüllü şəkildə dəyişdirilməsinə dəstəyinizə və sadiqliyinə görə də minnətdarlığımı bildirmək istərdim".

Baş katib vurğulayıb ki, OPEK Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün istənilən imkanlara baxmağa hazırdır.

Qaz İxracatçısı Ölkələrinin Forumu "Cənub Qaz Dəhlizi" ilə Azərbaycanın beynəlxalq qaz qovşağı kimi rolunun təsdiqləndiyini bildirdi – şübhəsiz, İlham Əliyevin hesabına…

"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın beynəlxalq qaz qovşağı kimi rolunu təsdiqləyir. Qaz İxracatçısı Ölkələrinin Forumunun baş katibi Yuri Sentyurin "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimində çıxışı zamanı belə deyib.

O qeyd edib ki, Azərbaycan qaz qovşağı mövqeyini Prezident İlham Əliyevin yürütdüyü müdrik və məqsədəuyğun siyasət sayəsində əldə edib: "Təbii qaz bizim enerjiyə tələbatımızın təmin edilməsində əsas rol oynayacaq. "Cənub Qaz Dəhlizi", dünyada iri qaz layihələrindən biri kimi, Xəzər dənizindən Avropaya qaz tədarükünün təmin edilməsinə yönəlib. Bu layihə dövlət və özəl sektor arasında geniş əməkdaşlığı nəzərdə tutur. Bu gün 7 dövlət və 11 müstəqil şirkət bu iri layihəni başa çatdırmaq üçün birgə çalışır".

Y.Sentyurin əlavə edib ki, "Cənub Qaz Dəhlizi" tarixdə ilk dəfə olaraq Xəzər qazını Avropa bazarlarına çatdıraraq bütün regionun enerji xəritəsini dəyişməyə hesablanıb.

Baş katib bildirib ki, Avropa İttifaqı enerjiyə olan gələcək tələbatını təmin etmək üçün idxal imkanlarının gələcəkdə şaxələndirilməsinə ümid edir: "Azərbaycanın maliyyə və siyasi baxımdan sadiqliyi layihənin reallaşdırılmasında mühüm rol oynayır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ