İsrail parlamenti (Knesset) 1915-ci il hadisələrinin "soyqırım" kimi qəbul edilməsini nəzərdə tutan qanun layihəsini gündəlikdən çıxarıb. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrailin aparıcı nəşrlərindən olan “Jerusalem Post” məlumat yayıb.
Qəzet yazır ki, Knessetin 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasını nəzərdə tutan layihəni müzakirəyə çıxarmaqdan imtina edib.
Parlamentin sözçüsü Yuli Edelsteyn layihənin israilli deputatlar tərəfindən qəbul etməyəcəyi ehtimalı nəzərə alınaraq gündəlikdən çıxarıldığını deyib.
Xəbərdə layihənin müzakirəyə çıxarılmasının Türkiyə və Azərbaycanda etirazla qarşılanacağı da qeyd edilir.