Azərbaycanla hərbi və müdafiə sahəsində əməkdaşlığın daha da güclənməsində qərarlıyıq. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.
Y.Topçu qeyd edib ki, bundan sonra da Türkiyə və Azərbaycan əlaqələrinin möhkəmlənməsinə çalışacaq.
O bildirib ki, Türkiyə Azərbaycan torpaqlarının tez bir zamanda erməni işğalından azad olunmasını istəyir: “Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda və heç şübhəsiz, qardaş Azərbaycanın ərazi bütüövlüyü çərçivəsində həll edilməlidir”.