Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaqda davam edəcək. “Trend”in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
XİN nümayəndəsi bildirib: “Rusiya həmişə bu məsələdə fəal rol oynayıb. Qəbul olunmuş və səmərəliliyi sınanmış üsullar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var. Biz çox aktiv rol oynamışıq və bunu tərəflərlə sıx əlaqədə davam etdirəcəyik”.
Xatırladaq ki, Paşinyan Qarabağ probleminin həlli prosesinə yeni elementlər daxil etmək üçün möhkəm çalışır. Məsələn, qondarma “DQR”in danışıqlarda iştirakı. Bu kontekstdə Zaxarovanın sözlərini Paşinyana dolayı cavab da saymaq olar.