Cümə axşamı günü, 12 noyabr 2026
     

Bakının Qarabağ gedişlərini dünya təqdir edir - “İlham Əliyev Paşinyana hələlik reaksiya verməməklə düz edir...”

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamtəində formalaşan real mənzərə, hələ ki, problemin sülh şəraitində çözümünü tapa biləcəyinə dair nikbin fikirlər səsləndirməyə imkan vermir. Xüsusən də Ermənistanda yeni hakimiyyət təmsilçilərinin yeni sayıla biləcək mövqe nümayiş etdirməsi vəziyyəti əhəmiyyətli dərəcədə gərginləşdirir.

Halbuki, rəsmi Bakı konfliktin sülh yolu ilə həllində maraqlı olduğunu istər işğalçı tərəfə, istərsə də vasitəçi ölkələrə, ümumiyyətlə, dünya ictimaiyətinə çatdırıb. Amma görünən odur ki, erməni tərəfi Bakının bu mövqeyindən müsbət nəticələr çıxarmaqda çətinlik çəkir.  Bu mənada aydındır ki, hadisələrin sonrakı inkişafına görə də əsas məsuliyyət məhz Ermənistanın üzərinə düşür. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də xüsusi olaraq vurğulayır: “Azərbaycana qarşı başlayan və bu günədək davam edən təcavüz və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu, yüz minlərlə Azərbaycan vətəndaşının işğal edilmiş ərazilərdən qovulması və bu ərazilərdə evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəyə imkan verilməməsinə cavabdeh olan Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır.
Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətə görə münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır. İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir”. XİN rəsmisi qeyd edib ki, Ermənistanın əvvəlki rejimin səhvlərini təkrarlamayaq işğal və etnik təmizləmə siyasətinə son qoyması və öz  qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər: “Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər tez regionda sülh bərqərar olar”.

Amma yuxarıda qeyd edildiyi kimi, reallığın dərki ilə bağlı İrəvanın ciddi problemləri var. Bu isə təkcə Azərbaycan yox, elə beynəlxalq müsətvidə də ciddi narahatlıq və narazılıq doğurur. Çünki İrəvanın indiki mövqeyi bölgədə müharibə ocağını yenidən alovlandırmağa xidmət edir.  Məşhur britaniyalı politoloq Tomas de Vaal da vurğulayır ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinə dair sərt mövqe nümayiş etdirməsi savaşa əlverişli zəmin yaradır. Tomas de Vaal özünün “Carnegie Europe” mərkəzinin saytında dərc edilmiş məqaləsində Paşinyanın Qarabağa dair ilk bəyanatlarının “çalxalanma” yaratdığını qeyd edir və yazır: “O, diplomatdan daha çox, kütlədən çıxmış adam kimi danışır, Dağlıq Qarabağın Ermənistanın “ayrılmaz hisssəsi olduğunu” deyir”.

Analitik qeyd edir ki, yeni baş nazirin sərt mövqeyi Ermənistandakı daxili siyasi vəziyyətlə bağlıdır. Paşinyan hakimiyyətə Qarabağda döyüşən və Ermənistana 20 il rəhbərlik edən Köçəryanla Sarkisyanın ardınca gəlib: “Aydındır ki, o, milli təhlükəsizliyin təminatına dair öz mandatını bərkitməyə və Qarabağ ermənilərini onların yanında olduğuna inandırmağa çalışır“. Lakin Tomas de Vaalın fikrincə, təhlükə bundan ibarətdir ki, erməni lideri Qarabağın suverenliyi haqda açıq danışır və torpaqların qaytarılmayacağını deyir. Belə olan halda isə Bakı üçün danışıqlar aparmağa məsələ qalmır, hər iki tərəf müharibəyə qayıdır.

Müəllif qeyd edir ki, son 15 ildə danışıqlar aşağıdakı rejimdə aparılırdı: tərəflərdən hər biri ATƏT vasitəçilərinin işləməsi üçün şərait yaradıb, amma ciddi iş görülməyib. Çünki real irəliləyiş əldə edilməyib. Nəticədə münaqişə Birləşmiş Ştatların gündəmindən çıxıb, hərçənd, xoşbəxtlikdən Tramp administrasiyası vasitəçilik rolundan imtina cəhdlərinə müqavimət göstərib və Endryu Şeferi Minsk Qrupuna həmsədr təyin edib. Tomas de Vaal yazır ki, Paşiyanın bu populist bəyanatları ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev hələlik təmkinli davranır, susur: “Hərçənd, şübhəsiz ki, Azərbaycan Prezidenti Ermənistana qarşı daha sərt ritorikaya əl atmaq imkanındadır, amma İlham Əliyev Paşinyana reaksiya verməməklə düz edir. Nəticədə onun müdafiə naziri müəyyən bəyanatları verib, XİN-in rəsmi nümayəndəsi isə daha diplomatik şəkildə etiraz bildirib. Lakin Azərbaycan prezidenti daha nə qədər təmkinli davranacaq? Üzücü ola biləcək seçki kampaniyası zamanı Paşinyan və onun tərəfdaşları Qarabağ məsələsində barışıq tonu səsləndirmək istəmir, qorxurlar ki, onların vətənpərvərlik səlahiyyətləri şübhə altına alınacaq. Ona görə də Ermənistanın münaqişəyə dair yeni, konsolidasiyalı mövqeyinin formalaşması üçün çoxlu aylar keçməlidir”.

Tomas de Vaal qeyd edir ki, danışıqlarda yeni təfəkkür lazımdır və bunu Ermənistanın yeni xarici işlər naziri Zohrab Mnatsakanyan təqdim edə bilər: “Hiperehtiyatlı Edvard Nalbandyanı əvəzləyən Mnatsakanyan vaxtilə Avropa İttifaqı ilə Assosiasiya danışıqlarına başçılıq edib. Onun mövqeyinə görə Avropa İttifaqı  bu münaqişənin nizamlanması prosesində daha fəal rol oynaya və prosesə yeni həyat verə bilər”. İndilikdə isə ekspert bildirir ki, Paşinyanın sərt mövqeyi vəziyyəti çətinləşdirir, savaş ehtimalını artırır:  “Bu durumda Ermənistan liderləri ehtiyatlı olmalıdır. Çünki Qarabağ üzrə danışıqlar prosesi nəzakətli konstruksiyadır. Onun iflası yeni münaqişəyə səbəb olacaq”.

Vəziyyətin qəlizləşməsinə səbəb olan başqa bir amil isə erməni tərəfinin indiyə qədər danışıqlar masasında ortaya qoyulan variantları təhrif etməyə çalışmasıdır. Məsələn, bunu “Kazan düsturu”na münastbətdə görmək olar. Qeyd edək ki, 2010-cu ildə həmin vaxt Rusiyanın prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə prezidentlərin Kazan görüşü keçirilmişdi. Bu görüşdən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı "Kazan düsturu" gündəmə gəldi. Bu plana görə, ilk olaraq Qarabağətrafı rayonlar Azərbaycana qaytarılır, qaçqınlar və məcburi köçkünlər qayıdır, daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən olunur. Bölgəyə sülhməramlıları yerləşdirilir və ən sonda Qarabağın yekun statusu məsələsi həll olunur. Hamıya məlum olan “Kazan düsturu”nu Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryan açıq şəkildə təhrif edir. Məsələn, o, “Kazan düsturu”nun guya işğal olunmuş ərazilərdəki separatçı rejimin danışıqlarda iştirakını nəzərdə tutduğunu bildirir. Onun fikrincə, “Kazan düsturu” Qarabağın danışıqlar prosesində iştirakını təmin edir, hərçənd, bu təklifdə belə məqam yoxdur. Mümkündür ki, Serj Sarkisyan dövründən qalan Köçəryan postunu qorumaq üçün yeni baş nazir Paşinyanın “Qarabağın danışıqlarda tərəf kimi iştirak etməsi” ideyasını davam etdirmək məqsədlə belə fikri önə sürüb. Bu fonda erməni siyasi şərhçi Akop Badalyan Köçəryanın dediklərinin yanlış olduğunu qeyd edir. Erməni şərhçi bu xüsusda yazır: “Kazan düsturu”nun Ermənistan üçün təhlükəsi haqqında analitiklər, ekspertlər zaman-zaman danışıb. Həm hakimiyyət, həm də müxalifət bu planı pisləyib. Çünki “Kazan düsturu” Azərbaycanın müharibə hüququnu tanıyır. 2016-cı ildə “aprel müharibəsi”ndən sonra Serj Sarkisyan “Kazan düsturu”nun Ermənistan üçün təhlükəsini tanıdı. Sarkisyan ərazilərin Azərbaycana qaytarılması və Qarabağın müvəqqəti statusunu özündə ehtiva edən planla razılaşmışdı. Lakin İlham Əliyev sənədi imzalamaqdan imtina etdi. Həmin vaxt Bakının niyə imzadan imtina etməsi haqqında suallar yaranmışdı, lakin sonrakı proseslər göstərdi ki, Azərbaycan müharibə hüququndan istifadə etmək üçün sənədi imzalamayıb. Və “aprel müharibəsi”ndə onlar bu hüquqdan istifadə edərək, ərazilərin bir qismini qaytardı. “Aprel müharibəsi”ndə Azərbaycan ordusu Xankəndinə qədər irəliləsəydi, Minsk Qrupunun həmsədr ölkələri ona heç bir etiraz edə bilməyəcəkdi. Lakin Rusiyanın vasitəçiliyi ilə müharibə dayandı. İndi Köçəryan “Kazan düsturu”nun hansı üstünlüklərindən danışır? Bu plan Azərbaycana müharibə hüququ verir və “aprel müharibəsi” ilə Bakı bu hüququnu daha da möhkəmləndirdi”.

İndi hesab edilir ki, “Kazan düsturu” və digər sənədlərə, o cümlədən “Madrid prinsipləri”nə Ermənistanın yeni yanaşma sərgiləməyə cəhd göstərməsi müharibəni tezləşdirən daha bir səbəbdir. Hazırda Bakının gözlədiyi vasitəçi ölkələrin yeni erməni rəhbərliyini konstruktiv mövqeyə gətirməsidir. Bu gözlənti özünü doğrultmasa, Qarabağ savaşı gözlənildiyindən də tez başlana bilər.

Digər tərəfdən, burada bir məqamı da nəzərə almaq lazımdır ki, populizmə meylli Nikol Paşinyan və komandasının iqtidarda uzun müddət qala biləcəyi də ciddi sual doğurur. Bunu hətta ermənilər özləri də açıq etiraf edir. Məsələn, “İrates” qəzeti yazır ki, Ermənistan prezidenti Armen Sarkisyan əlindən gələn hər şeyi edir ki, adı Nikol Paşinyan hökumətilə yanaşı hallanmasın. Qəzet yazır ki, prezident hökumətin ciddi fiaskoya məruz qalacağını gözləyir. Digər tərəfdən Serj Sarksiyanın faktiki rəhbərlik etdiyi Respublika Partiyası da Paşinyana qarşı fəal iş aparır.

Bundan başqa, Nikol Paşinyanın Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi postuna gətirməsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin də İrəvana qarşı çıxmasını şərtləndirən amilə çevrilib. “Qraparak” qəzeti Qriqoryanın Soros Fondu ilə sıx bağlı olduğuna diqqət çəkərək yazır: “Qarabağda hesab edirlər ki, bu təyinat Rusiya ilə münasibətlərin korlanmasına səbəb ola bilər. Paşinyanın bu gedişi Rusiyada, eləcə də İranda narahatlıqla qarşılanıb”. Məlumatlara görə, Qarabağdakı rejimin “prezidenti” Bako Saakyanın Paşinyan hakimiyyətinə qarşı çıxmaq üçün istənilən vaxt erməni əhalisini ayağa qaldıra bilər.  Ermənistan mediası hazırda Xankəndidə qalan “Qarabağ klanı”nın hakimiyyəti qaytarmaq üçün hətta sui-qəsdlərə də əl ata biləcəyini yazır. Bütün bunlar isə Paşinyan iqtidarının sonunu tezləşdirə bilən amil sayılır. Bunun əksi baş versə və Paşinyan yenə Qarabağ məsələsində sərsəm mövqeyində qalsa, Azərbaycan məsələni güc yolu ilə çözməli olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ