Cümə axşamı günü, 12 noyabr 2026
     

Rüstəm İbrahimbəyovun ermənipərəst milli xəyanəti Azərbaycan ziyalılarını qəzəbləndirdi...

Image


Əli Mahmud: “R.İbrahimbəyovun bu hərəkətini ləyaqətsizliyin, şərəfsizliyin, millətə xəyanətin göstəricisi hesab edirəm”
Qasım Hacıyev: “O bu filmi çəkməklə xalqa, dövlətə qarşı çox böyük xəyanət edib”
Yunus Oğuz: “Bundan sonra isə R.İbrahimbəyov əsl xislətini büruzə verməyə, sifətini göstərməyə başladı”
Faiq Ələkbərli: “R.İbrahimbəyovun bu hərəkəti erməni dəyirmanına su tökməyə xidmət edir”

 

Azərbaycan xalqına qarşı düşmən mövqeyini zaman-zaman sərgiləməkdən çəkinməyən kinodramaturq Rüstəm İbrahimbəyov yenə də öz xislətinə sadiq qalıb. Məlum olduğu kimi, 2015-ci ildə R.İbrahimbəyovun ssenarisi əsasında “Qafqaz üçlüyü” adlı film çəkilib. Filmin rejissorları Eldar Şengelaya və Fuad İbrahimbəyovdur.

Bir neçə gündür “YouTube”də təqdim edilən bu film, sözün əsl mənasında, insanı dəhşətə gətirir. Bu mənada ki, R.İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar.

Qeyd edək ki, film haqqında tanınmış kinorejissor Ayaz Salayev olduqca ciddi mövqe göstərib və bu filmin müəlliflərini və mövzusunu tənqid edib.

Filmi təhlil edən A.Salayev qeyd edir: “Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. 

Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.

Filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın özünü büruzə verir.

Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında sərhəd xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.

Əkrəm Əylislinin “Daş yuxular” cızmaqarasından sonra R.İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir.

Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar.

Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir.

Bu film sadə vətəndaşından tutmuş, yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır”.

A.Salayev bildirir ki, bu film R.İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla  aşağılaması fonunda şəxsini “böyük humanist” kimi qələmə vermək cəhdidir. “Bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür.

Bu film R.İbrahimbəyov kimi düşmən xislətli birisini xalqa “milləti düşünən əzl ziyalı” kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə çalışan “Milli Şura” adlı qurumun, onun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin antimilli və ermənipərəst simasını aydın göstərir” -deyə A.Salayev bildirir.

Məlumat üçün bildirək ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov “Facebook” hesabında “Qafqaz üçlüyü” filminə kəskin reaksiya verib: “Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu “məşhur ssenarist”ə münasibət bildirsin”.

Onu da vurğulayaq ki, Ə.Həsənov film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü bildirib.

R.İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Qafqaz üçlüyü” filmini xalqımıza, dövlətimizə qarşı böyük xəyanət  adlandıran “Qarabağa aparan yol” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əli Mahmud bildirdi ki, R.İbrahimbəyov həmişə Azərbaycan xalqına, milli maraqlarımıza qarşı xəyanət edib. Ə.Mahmud hesab edir ki, o bu filmlə öz mahiyyətini, kimliyini ortaya qoymaqla yanaşı, həm də ermənipərəst qüvvələrin, daşnakların sifarişini yerinə yetirib: “Mən R.İbrahimbəyovun bu filmini, bu hərəkətini ləyaqətsizliyin, şərəfsizliyin, millətə xəyanətin göstəricisi hesab edirəm. O dəfələrlə Azərbaycan xalqına xəyanət edən ermənipərəst biri kimi tanınıb. Onun hansı mənsəbə, yola qulluq etməsi hər kəsə məlumdur. Mən bu filmi pisləyirəm və R.İbrahimbəyovun bu hərəkətini xalqımıza qarşı çox böyük xəyanət adlandırıram”. 

R.İbrahimbəyovun hərəkətlərini kəskin pisləyən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bildirdi ki, R.İbrahimbəyov vaxtilə Azərbaycan ziyalılarını aşağılayan fikirlər bildirib. Q.Hacıyevin sözlərinə görə, onun bu filmi Azərbaycan xalqının haqq davasına xəyanətdir: “R.İbrahimbəyov o vaxt da Azərbaycan ziyalılarını aşağılayan mənfi bir fikir bildirmişdi. Sonra onun müdafiəçiləri, vəkilləri meydana çıxıb dedilər ki, o elə demək istəməyib, onun fikrini kontekstdən çıxarıblar. Bəs indi bu filmə nə ad verəcəklər, onu nə adla müdafiə edəcəklər? Artıq bu film də göstərir ki, Azərbaycan xalqına mənfi münasibət bu adamın xislətindədir. O bu filmi çəkməklə xalqa, dövlətə qarşı çox böyük xəyanət edib. İllərdir Azərbaycan xalqı erməni zülmündən əziyyət çəkir, torpaqlarımız işğal olunub, minlərlə şəhidimiz var. Biz tariximizi araşdırıb erməni zülmü ilə bağlı faktları yeni-yeni üzə çıxarırıq. Ancaq özünü “ziyalı” kimi tanıdan bir adam isə çıxıb xalqımızı aşağılayan, düşməni ucaldan bir filmə ssenari yazır. Hesab edirəm ki, Azərbaycan xalqı üçün bu filmdən böyük zərbə yoxdur. Bu film bizə böyük zərbə vurur. Soyqırıma məruz qalan bir xalqın içindən çıxan biri düşmən dəyirmanına su tökürsə, bu xəyanətdir. Onun bu mövqeyi, münasibəti özünün mənfi xislətinin, çatışmazlığının göstəricisidir. Onun hərəkəti Azərbaycan xalqına qarşı yönələn böyük bir xəyanətdir. Kimliyindən asılı olmayaraq, hər kəs milli maraqlardan çıxış etməlidir. R.İbrahimbəyovun bu hərəkəti düşmən hərəkətidir. Normal adam heç bir vaxt belə bir ssenari yazıb ona film çəkdirməz. Bu işi ancaq siyasi korrupsiyaya bulaşan adam edə bilər, necə ki, R.İbrahimbəyov edib. Elə adamı mən sənətkar hesab etmirəm. Xalqına xəyanət edən adamdan sənətkar olmaz”.

“Olaylar” qəzetinin və eyniadlı saytın rəhbəri, tanınmış yazıçı-dramaturq Yunus Oğuz da “Bakı-Xəbər”ə açıqlamasında R.İbrahimbəyovun ssenarisi əsasında çəkilən filmi kəskin tənqid etdi. Bu filmin çəkilməsinin Azərbaycan xalqına nifrətdən qaynaqlandığını qeyd edən Y.Oğuz bildirdi ki, vaxtilə R.İbrahimbəyov “Səhranın bəyaz günəşi” filmində də Azərbaycan xalqına qarşı aşağılayıcı mövqe nümayiş etdirib: “R.İbrahimbəyovun ssenarisi əsasında çəkilən film haqqında mənim də məlumatım var. Ümumiyyətlə, o ilk dəfə deyil ki, xalqımıza qarşı belə xəyanətkar mövqe nümayiş etdirir. Keçən əsrin 70-ci illərində çəkdiyi “Səhranın bəyaz günəşi” filmində də Azərbaycan xalqına və əhalisi dünyada çoxluq təşkil edən türklərə qarşı aşağılayıcı, lağlağı bir mövqe sərgiləmişdi. Bu filmdə 6 qadının lağa qoyulması və s. məsələlər vardı. Yəni demək istəyirəm ki, onun xalqımıza qarşı nifrəti yeni deyil, bu onun xislətindən irəli gəlir. O vaxt Heydər Əliyev ona böyük qayğı göstərirdi, “Şöhrət” ordeni verdi, onun fəaliyyəti üçün hər cür şərait yaratdı. Onun burada işləməsi üçün hər cür şərait yaradılmışdı. Lakin özünün səhvi, xəyanəti nəticəsində o şəraitdən məhrum oldu. Bundan sonra isə R.İbrahimbəyov əsl xislətini büruzə verməyə, sifətini göstərməyə başladı.  “Qafqaz üçlüyü” filminin də ortalığa çıxması təsadüfi deyil. O bu filmlə Azərbaycan xalqından, Azərbaycan dövlətindən, ayrı-ayrı adamlardan “intiqam” alır. Əkrəm Əylislinin xalqımıza qarşı etdikləri pislikləri indi də R.İbrahimbəyov təkrarlayır. İstisna etmirəm ki, Milli Şuranın digər üzvləri, orada təmsil olunan alimlər sabah Azərbaycan əleyhinə kitab yazacaqlar. Bu tam gözləniləndir. Yaxud Milli Şuranın təmsilçilərindən birinin xaricdə yaşayan övladı erməni qızı ilə evlənsə, buna təəccüblənmərəm. Çünki bu onların xislətindən irəli gələn məsələdir. Onlar layiq olmadıqları, lakin arzuladıqları nəyisə əldə etmədikdə belə addımlar atırlar. Onların arxasında da kimlərin durduğunu hər kəs bilir”. 

Tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Faiq Ələkbərli də hesab edir ki, R.İbrahimbəyovun bu filmi, sözün əsl mənasında, Azərbaycan xalqına və dövlətinə xəyanətdir. “R.İbrahimbəyovun bu filmini qətiyyən pisləyirəm. Onun filmdə Azərbaycan xalqını qorxaq, qaniçən, qəddar xalq, erməniləri isə “humanist” toplum kimi təqdim etməsi qətiyyən yolverilməzdir. Bu filmin heç bir müsbət anlamı ola bilməz, onun çəkilməsi çox mənfi bir haldır. Çox yazıqlar olsun ki, o belə bir filmə ssenari yazıb. Bizim xalqımız tarix yaradan, milli kökləri, böyük dövlətçilik tarixi olan bir xalqdır. Xalqımızın humanistliyi, tolerantlığı, başqa xalqlara müsbət münasibəti də bütün dünyaya məlumdur. Bütün dünya erməniləri məkrli, şovinist, başqa xalqlara qarşı soyqırım törədən bir toplum kimi tanıdığı halda, R.İbrahimbəyovun erməniləri müsbət şəkildə təsvir etməsini həqiqətən də qəzəblə qarşılayıram. Hesab edirəm ki, o çox böyük tarixi yanlışlığa yol verib, özü də bilərəkdən. Bu olduqca mənfi bir haldır. Düşünürəm ki, R.İbrahimbəyovun bu hərəkəti erməni dəyirmanına su tökməyə xidmət edir. O bu hərəkəti ilə Azərbaycan dövlətinin və xalqının mənafeyinə zidd addımlar atıb. Bu addımlar isə qətiyyətlə pislənilməlidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ