"Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"ə münasibət bildirsin".
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov özünün "Facebook" səhifəsində ssenari müəllifi Rüstəm İbrahimbəyovun olduğu "Qafqaz triosu" filmi ilə bağlı belə yazıb.
Ə. Həsənov film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə isə dərin təşəkkürünü bildirib.