Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Avroittifaqla saziş danışıqlarını bu ilin sonunadək yekunlaşdıracaq - MÜSAHİBƏ

Image


Bu günlərdə Avropa mətbuatının ən geniş xəbər şəbəkələrindən biri olan Euractiv saytının müxbiri Bencamin Foks Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevlə görüşüb və ondan müsahibə alıb. London Euractiv xəbərlər şəbəkəsində dərc olunmuş müsahibənin tərcüməsini təqdim edirik: 

- 2015 - 2016-cı illərdə Aİ-Azərbaycan əlaqələri xüsusilə mürəkkəb idi. Amma bu gün sizin Parlament Əməkdaşlıq Komitəsi ilə və onun həmsədri Səccad Kərimlə münasibətlərinizin doğrudan da isti olduğu görünür. Belə demək olarmı ki, Aİ-Azərbaycan əlaqələri tamamilə bərpa olunub və əgər belədirsə, bu necə mümkün oldu?

- Doğrudan da, bizim münasibətlərimiz 2014-2016-cı illərdə ən çətin dövrünü yaşayıb. Lakin biz dialoq yolu ilə bu çətin sınaqdan keçə bildik. Bu gün əminliklə deyə bilərik ki, parlamentlər səviyyəsində Aİ-Azərbaycan əlaqələri doğrudan da qənaətbəxşdir və münasibətlərimiz tam bərpa olunub. Apardığımız açıq və səmimi fikir mübadiləsi qısa bir zamanda bu problemin aradan qalxmasına gətirib çıxardı. O zaman münasibətlərin gərginləşməsinə əsas səbəb Azərbaycandakı siyasi vəziyyətin Avropa Parlamentində yanlış şərh olunması idi. Mən dialoq mühitinin bərpa olunması və Milli Məclislə Avropa Parlamenti arasında əlaqələrin sonrakı inkişafı üçün  Avropa Parlamentindən olan həmkarlarıma o zaman göstərdikləri səmimi, konstruktiv və praqmatik yanaşmaya görə bir daha minnətdaram.

- Budəfəki iclaslarınız necə keçdi və ümumiyyətlə, yeni tərəfdaşlıq müqaviləsi üzrə aparılan danışıqlar kontekstində Parlament Əməkdaşlıq Komitəsinin rolu nədən ibarətdir?

- Parlament Əməkdaşlıq Komitəsi bizim üçün Aİ ilə Azərbaycan arasında ikitərəfli parlamentlərarası əlaqələri müzakirə etmək və eləcə də hökümətlərarası əməkdaşlığın səviyyəsini dəyərləndirmək baxımından yeganə ikitərəfli formatdır. Bir qayda olaraq, hər iki tərəfdən icra strukturlarının təmsilçiləri bizim iclaslara dəvət olunur. Xüsusilə, hər iki tərəfdən Aİ və Azərbaycan arasında yeni hərtərəfli əməkdaşlıq müqaviləsi üzrə danışıqları aparan hökümət nümayəndələri Parlament Əməkdaşlıq Komitəsinin bütün iclaslarında iştirak edir və danışıqların gedişi barədə bizi məlumatlandırırlar.

- Yeri gəlmişkən, yeni  ikitərəfli Aİ-Azərbaycan Müqaviləsi  üzrə danışıqlar necə gedir? Razılıq əldə edilməsi üçün hər hansı vaxt çərçivəsi müəyyən edilibmi?

- Aİ-Azərbaycan arasında yeni ikitərəfli müqavilə gələcək əməkdaşlığımızın bütün sferalarını, o cümlədən, ticarət və investisiyaları, insan haqları və qanunun aliliyini, təhsil, ətraf mühit, enerji və nəqliyyat məsələləri də  daxil olmaqla  siyasi, iqtisadi, social və mədəni əməkdaşlığın bütün aspektlərini özündə ehtiva etməlidir. Danışıqların aparılması və bütün razılıqların əldə olunması üçün heç bir vaxt məhdudiyyəti yoxdur, amma onu deyə bilərəm ki, danışıq tərəfləri prosesi sürətləndirmək üçün əllərindən gələni edirlər. Biz inanırıq ki, bu ilin sonunadək hökümətlərimiz bütün danışıqları yekunlaşdıra biləcək və yeni müqavilə 2019-cu ilin birinci yarısında imzalanmağa hazır olacaq.

- Azərbaycan Aİ-yə  nə vəd edə bilər və ya əksinə, Aİ Azərbaycana nə verə bilər?

- Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 %-ə sahib olmaqla regionun ən böyük ölkəsidir. Bura tarixi İpək yolu üzərində yeləşən və Qərblə Şərqi bir-birinə bağlayan geostrateji bir məkandır. Sonuncu 3 onillikdə Azərbaycan regional və continental əməkdaşlığı asanlaşdıran nəhəng infrastruktur layihələri həyata keçirib. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizləri və nəhayət, Cənub Qaz Dəhlizi qitənin ən böyük iqtisadi layihələridir ki, bütün bunların da təşəbbüskarı və icraçısı Azərbaycandır. Cənub Qaz Dəhlizi Aİ üçün Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiya ölkələrinin enerji resurslarını Avropa bazarına gətirmək və Aİ enerji təchizatını şaxələndirmək üçün yeganə alternativ mənbədir. Bütün bu layihələr qitənin bütün ölkələri arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir və əminəm ki, Aİ da bunda maraqlı olmalıdır. Azərbaycan da öz növbəsində ən böyük ticarət tərəfdaşı və müasir elmi-texnoloji yeniliklərin təminatçısı kimi Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıdır.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın Avropa İttifaqından gözləntiləri nədir?

- Dağlıq Qarabağ münaqişəsi regionun iki müstəqil və suveren dövlətinin təhrik və cəlb olunduğu uzun müddət davam edən  bir münaqişədir. Münaqişənin yaradılmasına səbəb bu ölkələri Avropa ailəsinə inteqrasiya proseslərindən kənarda saxlamaq və buna imkan verməməkdir. Bu münaqişə bütövlükdə regionu inkişafdan və müstəqil siyasət yeritmək imkanlarından məhrum edir. Qitənin ən böyük siyasi güc mərkəzi kimi Aİ münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməlidir. Azərbaycan Aİ-dən hadisələrə ədalətli, şəffaf və vicdanlı münasibət sərgiləməklə münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verməsini gözləyir.

- Aİ-Azərbaycan əlaqələri üçün əsas risqlər nədən ibarətdir? Regionda qeyri-sabitlik, o cümlədən Rusiyanın rolu?

- Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından  çox vacib geostrateji  bölgəsidir. Sovetlər dönəmində bu bölgə Avropa və Asiyanı bir-birindən ayırmaq üçün istifadə olunurdu. Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sivil dünyaya inteqrasiya olunmaq və Avropa ilə Asiya arasında birləşdirici körpü olmaq yolunu seçdi. Lakin regionda müstəqil siyasət yeritməyin hələ də o qədər asan olmadığı üzə çıxdı. Nəticədə biz ədalətsiz bir müharibəyə cəlb olunduq və müvəqqəti olaraq torpaqlarımızın 20 %-ni itirdik. SSRİ-nin varisi kimi Rusiyanın regionda təsiri hələ də böyükdür. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi keçmiş sovet ölkələrinin hər biri eyni ssenari üzrə eyni problemlə üzləşib. Ancaq mən inanıram ki, qloballaşma qarşısıalınmaz bir prosesdir və  heç bir qüvvə xalqları əmin-aman və xoşbəxt gələcək uğrunda öz səylərindən döndərə bilməz.  Mən əminəm ki, beynəlxalq birliklə sıx əməkdaşlıqda biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bütün regionun sülh şəraitində inkişafını təmin edəcəyik. Bu isə öz növbəsində bütövlükdə Avropada sabitliyə və təhlükəsizliyə xidmət edəcək.

- Təşəkkür edirəm.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ