Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan danışıqları sabotaj etməkdə, Azərbaycan hərbi ritorikanı yeniləşdirmək zorunda...

Image


Ermənistanda formalaşan yeni hakimiyyət, hökumət rəhbəri vəzifəsinə siyasətdə piyada sayılan Nikol Paşinyanın gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə yeni bir situasiya yaradıb. Belə görünür ki, indiki erməni rəhbərliyi Qarabağ məsələsində də naşı gedişlərdən əl çəkə bilmir. Belə ki, ermənilər bir tərəfdən cəbhədə təxribata əl atır, digər tərəfdən danışıqlara qatılmaq üçün şərtlər irəli sürür.

Bu isə onu deməyə əsas verir ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Məhz bu səbəbdən indi analitiklər vurğulayır ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi İrəvanın indiki mövqeyi üzündən təhlükə altındadır.

Xatırlatmaq yerinə düşərdi ki, Serj Sarkisyan dövründə Qarabağ məsələsi ilə bağlı qeyd-şərtsiz danışıqlar baş tuturdu. Amma indi vəziyyət dəyişib və Paşinyan danışıqlar prosesinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın da cəlb edilməsi şərtini irəli sürür. Bunu Ermənistan Xarici İşlər Nazirliyi yenidən gündəmə gətirib. Nazirliyin nümayəndəsi Tiqran Balayan yenidən iddia edir ki, Xankəndi Qarabağdakı danışıqlarda aktiv iştirak etməlidir: “Ermənistanın Qarabağla bağlı mövqeyi dəyişməyib. Biz Qarabağın zəmanətçisi kimi danışıqları davam etdirəcəyik və bundan imtina etməyəcəyik”. Bütün bunlar isə erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində indiyə qədər olan danışıqlara qəbul edilməsi mümkün olmayan yeniliklər gətirməyə, bununla sülh prosesini pozmağa çalışdığını göstərir. Beləliklə, İrəvan danışıqlar prosesini ciddi təhlükə altına qoyur. Halbuki, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə çözümündə hələ də maraqlı olduğunu bəyan edir. Ölkənin  xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündə Azərbaycanın danışıqlar prosesini irəlilətmək üçün təkliflərini çatdıraraq Bakının dinc çözümdə maraqlı olduğunu qeyd etdi. Amma erməni tərəfi, bu jestdən lazımi nəticə çıxarmaq əvəzinə, daha destruktiv mövqe tutmağa başlayıb.

Aydın məsələdir ki, belə vəziyyətdə Azərbaycan danışıqlara gəlməyən Ermənistanla hərbi dillə danışmaq məcburiyyətində qalır. Yəni indiki durumda Azərbaycan dövlətinin danışıqlardan uzaq qaçan və işğal edilmiş torpaqlarda məskunlaşdırma aparan Ermənistanla hərbi dillə danışmaqdan başqa yolu qalmır. Özü də bunu tətikləyən daha bir amil zəbt olunmuş ərazilər fonunda ermənilərin Naxçıvanı da işğal etmək niyyətlərini yenidən gündəmə gətirmələridir. Bütün bunlar savaşı qaçılmaz edən faktorlar sırasında yer alır. Məsələnin bu tərəfinə nəzər salan  politoloq Qabil Hüseynli bildirir ki, Ermənistana hələ lazımınca dərs verilməyib: “Azərbaycan ərazilərində işğalçı ola-ola hələ yeni torpaqları işğal etmək xəyalı ilə yaşamaq həyasızlığın və əxlaqsızlığın son həddidir. Bu cür məsələlərin yayılmasına, hələ ki, mətbuat səviyyəsində cavab verə bilərik. Rəsmi səviyyələrdə də bununla bağlı mövqe səsləndirilərsə, rəsmi səviyyədə buna cavab veriləcək. Bunlar yatar yuxusunda görər! Ermənilər yəqin ki, belə xəfif xülyalara düşməklə bu torpaqdan köklərinin kəsilməsini istəyir. Ermənilər bilməlidir ki, Azərbaycan xalqı 50 milyon nəfərdir. 3 milyonluq Ermənistan belə böyük bir xalqın torpaqlarını, nə qədər böyük ağası olsa belə, uzun müddət işğalda saxlaya bilməz. Bu gün Azərbaycan cəmiyyəti ermənilərin bu iddiasına istehza ilə yanaşır. Erməni xülyalarının hüdudsuzluğunu ciddi surətdə tənqid edirlər. Bütün bunlar Azərbaycan xalqının qərarlılığını möhkəmləndirir. Biz ərazilərimizdə Ermənistan adlı dövləti yaratmış kiçik bir millətin bundan sonra nəfəs almasına, torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”.

Politoloq vurğulayıb ki, Naxçıvanla bağlı məsələlər təkcə Azərbaycanın deyil, həm də Rusiya və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə görə zamin dövlət kimi Türkiyənin də işidir: “Ermənilər nə tarixə əhəmiyyət verir, nə reallığı nəzərə alır. Bu sadəcə, ortaya atılan böyük provokasiyadır. Bu cür fikir səsləndirən şəxslər son dərəcə məsuliyyətsiz və təxribatçı xarakterlidirlər”. Politoloq qeyd edib ki, Naxçıvan istiqamətində ermənilərin təxribatları arta bilər: “Məncə, Paşinyan və onun eyforiyaya qapılan komandasının Azərbaycan əsgərinin zərbəsini dadmaq vaxtı çatıb. Daha doğrusu, şiddətlə bunu arzulayırlar və ordumuzun onları “bu arzularına çatdırmaq” vaxtını tezləşdirirlər”.

Bütün bunlar hadisələrin kifayət qədər gərgin məcraya yönəldiyini və burada məsuliyyətin birmənalı şəkildə Ermənistanın üzərinə düşdüyünü aydın şəkildə nümayiş etdirir. Rusiyalı ekspert Stanislav Tarasov da vəziyyətin gərgin olduğunu vurğulayır və qeyd edir ki, indiki durumda Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarından çəkilir.O  hesab edir ki, Paşinyanın Xankəndini danışıqların tərəfi kimi təqdim etməsi onun prosesdə iştirakını məhdudlaşdırır: “Çünki bu, Ermənistanın danışıqları pozması görüntüsü yaradır. Bu baxımdan, onun danışıqlarda iştirak etməyəcəyi gözləniləndir”. Tarasova görə, Paşinyan Qarabağ danışıqlarında Azərbaycan lideri ilə masaya başqasını oturda bilər: “Mümkündür ki, danışıqlarda Ermənistanı prezident Armen Sarkisyan təmsil etsin. Ola bilsin ki, Paşinyan oyuna sonradan daxil olsun”. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqlarını kimin aparacağı ətrafında müzakirələr hələ də səngimir. Erməni ekspertlər hesab edirlər ki, Paşinyanın təcrübəsizliyi ona Əliyevlə danışıq aparmağa çətinlik yaradacaq. Armen Sarkisyanın danışıqlarda Ermənistanı təmsil etməsi ehtimalı lap əvvəldən istisna edilmirdi. Bu ehtimal fonunda onun mayın 8-də “Exo Moskvı” radiosuna müsahibəsində səsləndirdiyi “Hadisələrin inkişafını proqnozlaşdırmaq çətindir. Lakin prezident İlham Əliyevi kifayət qədər yaxşı tanıyıram. Çox həssas məqamdır, Qarabağda gərginliyin artacağını istisna etmək olmaz” fikirləri yada düşür. Amma burada nəzərə almaq lazımdır ki, Armen Sarkisyanın dövlət başçısı kimi səlahiyyələri məhduddur və onun Qarabağ danışıqlarını aparması üçün Paşinyanın razılığı lazımdır. Paşinyan və komandası isə, yuxarıda qeyd  olunduğu kimi, danışıqlar məsələsində destruktiv mövqe nümayiş etdirirlər. Amma erməni siyasi şərhçi Arutyun Qriqoryan qeyd edir ik, proseslərin bu səpkidə inkişafı Ermənistanın özünə, onun indiki rəhbərliyinə ciddi zərər vura bilər. O, ilk növbədə diqqəti buna yönəldir ki, Ermənistanda Serj Sarkisyanın devrilməsi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə keçir. Arutyun Qriqoryan Qarabağda qondarma rejimin “prezidenti” Bako Saakyana qarşı üsyanın başlayacağını da istisna etmir. Erməni şərhçi qeyd edir ki, İrəvandakı proseslər Xankəndinə də təsir edir: “İrəvanda artıq Sarkisyan dönəmi başa çatdı və indi növbə Xankəndinindir. Bako Saakyan hər şeyi edir ki, inqilab Qarabağa qədər gəlib çıxmasın, lakin proses artıq başlanmış hesab oluna bilər”. A.Qriqoryan Dağlıq Qarabağda yaradılmış qondarma rejimin “prezident üsul-idarəsi”nə keçidinin səbəblərini xatırladıb: “Sarkisyan İrəvanda bəyan edirdi ki, parlament-üsul idarəsinə keçməyin vaxtı çatıb. Lakin Xankəndidə “prezident üsul-idarəsi”nə keçid edildi. Səbəb kimi Azərbaycanla müharibə şəraiti göstərilirdi, lakin burada da hakimiyyətin qorunması məqsədinin olduğu məlum idi. Hətta “aprel müharibəsi”ndə məğlubiyyətə baxmayaraq, Sarkisyanın dəstəyi ilə Saakyan öz hakimiyyətinin ömrünü uzatdı. Artıq İrəvanda siyasi situasiya dəyişib və bu proseslərin tezliklə Qarabağa da təsir edəcəyi gözlənir. Xankəndidə sosial-iqtisadi vəziyyətin yaxşı olmadığı hər kəsə məlumdur. Sarkisyan İrəvanda şəxsi zənginliyini təmin edən sistem yaratdığı kimi, Xankəndidə də “hakimiyyətin təpəsindəkilər” eyni sistem yaradıb. Bu vəziyyət potensial inqilaba hamilədir və inqilab virusu Qarabağda yayılmağa başlayıb”. Erməni şərhçi Saakyanın Azərbaycan amilini əsas gətirərək ermənilər üzərində nəzarəti təmin etdiyini, lakin bunun yanlış və təhlükəli olduğunu yazıb: “Əksinə, Qarabağda mövcud diktatura əhalinin bir gün Azərbaycanın tərkibində yaşamaq istəyini artıra bilər. Çünki İrəvan buna müdaxilə etmirsə, ağır vəziyyətdə yaşayan əhali nicat yolu kimi Bakını seçə bilər”. Bu fikirlərdə diqqət cəlb edən ilk əsas məqam işğal olunmuş ərazilərdə də ermənilərin çox acınacaqlı vəziyyətdə yaşamasına dair etiraflardır. Məhz bu halda yeni savaş ermənilərin vəziyyətini daha da ağırlaşdıracaq. Elə bu fonda məsələni dinc yolla çözməkdən yayınan Paşinyana qarşı yeni etirazlarat start veriləcək. Beləliklə, bütün bunlar aydın şəkildə nümayiş etdirir ki, Qarabağ məsələsinin həllinin uzanması indiki Ermənistan rəhbərliyinin də əleyhinə işləyir. Digər tərəfdən o da aydındır ki, erməni tərəfi, qeyd edilənlərə rəğmən, qeyri-konstruktiv mövqe tutsa, o zaman Azərbaycan güc yolu ilə qısa zamanda zəbt olunmuş ərazilərdəki işğalçı qüvvələri darmadağın edib, torpaq bütövlüyünü bərpa edəcək. İrəvanın idiialarına rəğmən, Ermənistan ciddi hərbi gücə malik deyil. Belə vəziyyətdə Azərbaycan ordusu üçün irimiqyaslı əks-hücum əməliyyatı keçirib, tam şəkildə torpaqlarımızı azad etmək də hansısa çətinlik yaratmır. Amma indilikdə məsələnin dinc yolla həllinə az da olsa ümidlər tükənmədiyindən, Bakı sülhə sadiqliyini bildirir. Ermənilər isə bu jestdən, hələ ki, lazımi nəticələr çıxarmaqda çətinlik çəkir. Hansısa dəyişiklik olmasa, Azərbaycan güc yolu ilə ermənilərin lazımi nəticələr çıxarmasına kömək etməli olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ