Cümə axşamı günü, 12 noyabr 2026
     

İsrail parlamentinin 50 deputatını Türk dünyasına qarşı ermənilərin alətə çevirmək cəhdi...

Image


Ramil Hüseynov: “Türkiyə-İsrail münasibətləri nə qədər gərginləşsə də, qondarma “soyqırım” Knessetdə tanınmayacaq”

ABŞ səfirliyinin paytaxt Təl-Əvivdən Qüdsə köçürülməsi Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Artıq hər iki ölkənin səfirləri geri çağırılıb, siyasi qalmaqal qarşılıqlı ittihamlar fonunda davam edir. Belə məqamda İsrail tərəfi qondarma “erməni soyqırımı” məsələsini yenidən gündəmə gətirərək Türkiyəni hədələməyə başlayıb. İsrail parlamentinin bəzi deputatları fürsəti əldən verməyərək “erməni soyqırımı”nı qəbul etmək üçün təkliflər irəli sürüblər. Hazırkı durumda bunun nə dərəcə real olub-olmadığını söyləmək çətindir. Görünən odur ki, iki ölkə arasında siyasi gərginlik hələ bir müddət davam edəcək.

Bu arada erməni mətbuatı iddia edir ki, Knessetin ən azı 50 üzvü qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini dəstəkləyib. Qanun layihəsinin koalisiya nümayəndələri və müxalifət partiyaları, yəni “Likud”, “Sionist Düşərgəsi”, “Meretz”, “Yəhudi Evi” və “Şaş” tərəfindən dəstəkləndiyi iddia olunur. Sözügedən layihə “erməni soyqırımı”nı rəsmən tanımaq və hər il xüsusi bir gündə qeyd etməyi tələb edir. Erməni mətbuatı onu da yazır ki, Knessetin spikeri Julius Edelstein qanun layihəsini təbliğ etmək üçün əlindən gələni edəcəklərini deyib. Baş nazir Benyamin Netanyahunun təşəbbüsə necə reaksiya verəcəyinə gəldikdə isə, bu hələ aydın deyil.

Başqa bir tərəfdən, Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komissiyasının rəhbəri Armen Aşotyan bildirib ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanıması məsələsində spekulyasiyaya yol verilməməlidir: “Mən İsrailin Türkiyə ilə birlikdə mürəkkəb geosiyasi oyunda “erməni soyqırımı”nın tanınması məsələsində spekulyasiyaya yol verməyəcəyini düşünürəm”. Bu açıqlama həm də onu göstərir ki, ermənilər son günlər Türkiyə-İsrail münasibətlərinin yenidən gərginləşməsindən sevinsələr də, qondarma “soyqırım”ın tanınacağından o qədər də əmin deyillər. Aşotyanın bu açıqlamasında məhz bu elementlər özünü göstərir.

Çox güman ki, İsrail parlamenti bu dəfə də qondarma “soyqırım”ı tanımayacaq. Sadəcə, iki ölkə münasibətləri Qüdsə görə gərginləşdiyi üçün, irəli sürülən təkliflər təzyiq xarakterlidir. Çünki zaman-zaman İsrail parlamentində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi gündəmə gəlib, amma qəbul olunmayıb.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən, keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, belə bir qərar ola bilər. O bunu bir sıra faktorlarla əlaqələndirir: “Məsələ ondadır ki, hazırda Türkiyə-İsrail münasibətləri ən gərgin, pik nöqtədədir. Ümumilikdə, nəzərə almaq lazımdır ki, iki ölkə arasında bir neçə hadisə baş verib, amma müəyyən müddətdən sonra bir araya gəliblər. Qüds məsələsi iki ölkə arasında yeni soyuqlaşma dalğasını başladıb. Hesab edirəm ki, bu gərginlik hələ uzun müddət davam edəcək. Belə vəziyyətdə onlar qarşılıqlı şəkildə hər ikisinin maraqlarına zidd addımlar atacaq. Artıq səfirlər geri çağırılıb. İndi yeni addımlar atacaqlar. Hesab edirəm ki, qondarma “erməni soyqırımı”nın İsrail parlamentində tanınması təhlükəsi müəyyən qədər var. Bu da son vaxtlar münasibətlərin xeyli pisləşməsi ilə əlaqədardır. Nəzərə almaq lazımdır ki, münasibətlərin sabit dövründə də belə təşəbbüslər var idi. O üzdən, yaranmış vəziyyət fonunda İsrail parlamenti qondarma “erməni soyqırmı”nı tanıya bilər. Ancaq buna baxmayaraq, bu heç bir hüquqi məna daşımır. Sadəcə, iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirəcək. Yəni belə bir qərarın qəbulu ancaq iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcək. Başqa bunun hansısa təsiri olacağını düşünmürəm”.

VİP-in sədr müavini Ramil Hüseynov isə məsələyə fərqli prizmadan yanaşdı: “Hesab edirəm ki, Türkiyə-İsrail münasibətləri nə qədər gərginləşsə də, qondarma “soyqırım” Knessetdə tanınmayacaq. Sadəcə, bundan bir təzyiq vasitəsi kimi istifadə ediləcək. Çünki qondarma “erməni soyqırımı”nın dünyada tanınması İsrailin strateji və digər maraqlarına uyğun deyil. O baxımdan düşünmürəm ki, İsrail bu addımı atsın”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ