Cümə axşamı günü, 12 noyabr 2026
     

Prezident Əliyevin Naxçıvandan əks-hücum bəyanatına Emənistanda belə reaksiyalar verildi

Image


İşğalçı Ermənistanda baş verən son proseslər bu ölkə ilə Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllini gedərək daha mümkünsüz hala gətirir. Xüsusən də Ermənistanın yeni baş nazirinin sərsəm xarakterli açıqlamalarını davam etdirməsi, danışıqlar üçün yeni şərtlər irəli sürməsi vəziyyəti daha da çətinləşdirir.

Xatırladaq ki, 2016-cı ilin aprel hadisələrindən əvvəl də İrəvan Qarabağ danışıqlarında sərsəm bir mövqe tutur, qəbuledilməz şərtlər irəli sürürdü. Amma 2016-cı ilin aprel dərslərindən sonra Ermənistanın o zamankı prezidenti Serj Sarksiyan, belə demək olarsa, Bakıya minnətçi düşərək danışıqlar masasına qayıtdı. Görünür, erməni tərəfinin könlünə yeni aprel dərsləri düşüb və bu dərsi aldıqdan sonra İrəvanın danışıqlar stoluna qayıtması qaçılmaz olacaq.

Digər tərəfdən, erməni tərəfinin son digər addımları da hazırda savaşı körükləyən başqa önəmli faktorlar sırasında yer alır. Bunu millət vəkili, politoloq Elman Nəsirov da xüsusi olaraq vurğulayır. O, diqqəti həm də bu məqama yönəldir ki, Ermənistanın yeni baş nazirinin sərsəm bəyanatlar verməsində beynəlxalq ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. Çünki onlar  qəbul edilən qətnamələri icra etmirlər. Qətnamələr qəbul edilsə də, zamanında icra olunmaması Ermənistanın yeni baş nazirində, ümumiyyətlə, Ermənistanda arxayınlıq sindromunun formalaşmasına gətirib çıxarır. O bildirib ki, Nikol Paşinyan özünü hələ də küçədən gəlmiş bir lider kimi aparır və dərk etmir ki, Ermənistanın indiki iqtisadi iflic vəziyyətinə düşməsinin ən mühüm səbəbi məhz ölkəsinin apardığı işğalçı siyasətdir:“Paşinyanın baş nazir seçildikdən sonra ilk qanunsuz səfərini Dağlıq Qarabağa etməsi, burada səsləndirdiyi fikirlərdən bu qənaətə gəlmək olar ki, o, sələfi Sarkisyanın buraxdığı səhvlərdən dərs almayıb. Artıq Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi tezislər Ermənistanın özündə də ciddi tənqidlə müşahidə olunmaqdadır. Paşinyanın qondarma rejimin 3-cü tərəf kimi danışıqlarda iştirak etməli olduğunu deməsinin məqsədi bu rejimə legitimlik gətirmək istəməsidir. Bununla o, bu qondarma rejimin beynəlxalq aləmdə tanınmasına nail olmağı hədəfləyir. Daha sonra beynəlxalq aləmdə tanınan qondarma rejimi Ermənistana birləşdirmək istəyir. Belə absurd tezislər səsləndirən bir adam münaqişənin həlli imkanlarını daha da buxovlayır. Onun bu addımlarını dalana dirənmiş danışıqlar prosesinə arxadan zərbə kimi dəyərləndirmək olar. Yəni bu şərtlərlə heç bir danışıqdan söhbət gedə bilməz. Danışıqlar baş tutmadıqda isə artıq alternativ variantlar gündəmə gəlir”.

Politoloq vurğulayıb ki, hazırda alternativ variant müharibədir: “Paşinyan ilk növbədə aprel döyüşlərindən nəticə çıxarmalıdır. Müharibə başlasa, cırtdan və inqilab nəticəsində daha da zəifləmiş Ermənistanın biabırçı məğlubiyyəti labüddür. Paşinyan bunu dərk etməli və nəticə çıxarmalıdır”. Əslində, müharibə variantına əl atılmasının erməni tərəfi üçün böyük problemlərə gətirib çıxaracağını düşmən ölkədə dərk edənlərin sayı az deyil. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə əvvəl Naxçıvana səfər etməsi və orada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusunun yeni hərbi hissəsinin açılışını etməsi fonunda düşmən ölkədə ciddi xof müşahidə olunmaqdadır. Bir daha xatırladaq ki,  İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında bir sıra maraqlı məqamlara toxunub. Dövlət başçısı açılış mərasimində çıxışı zamanı Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlərin görüldüyünü bildirib: “Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir”. Prezident onu da deyib ki, Naxçıvan ərazisində güclü raket sistemləri yerləşdirilib və bu silahlar düşmənin istənilən hədəfini vura bilər.

Yaranmş vəziyyətdə erməni mediası, hərbi-siyasi ekspert dairələri bildirir ki, Azərbaycan muxtar respublika ərazisindən doğrudan da İrəvanı güclü zərbələrə məruz qoymaq gücündədir. Erməni hərbi ekspert David Arutyunyan “Sputnik Armenia” agentliyinə açıqalmasında bu xüsusda qeyd edib: “Bakı birinci dəfə deyil ki, Naxçıvan ərazisindən Ermənistanı hədələyir. Orada raket sistemlərinin yerləşdirildiyi heç də dünən məlum olmayıb. Biz Azərbaycanın buradakı hərbi imkanlarını bilirik və onu da bilirik ki, Naxçıvanla həmsərhəd Ermənistan əraziləri, eləcə də paytaxt İrəvan doğrudan da əlçatandır”. Onun fikrincə, Ermənistana Naxçıvan ərazisindən zərbələr İrəvan tərəfdən əks-zərbələrə gətirib çıxaracaq. Lakin erməni ekspert bu məqamın üstündən keçib ki, Azərbaycan Naxçıvan istiqamətindən əks-zərbələr barədə danışır. Yəni Dağlıq Qarabağ ətrafında mümkün irimiqyaslı hərbi əməliyyatlar başlayarsa və bu zaman Ermənistan ərazisindən Azərbaycan əraziləri hədəfə alınarsa, bu zaman Bakının Naxçıvan istiqamətindən həmin zərbələrə cavab verməsi tamamilə legitim olacaq. Başqa sözlə, Naxçıvanda Azərbaycanın böyük hərbi qüvvə cəmləşdirməsi  Ermənistan üçün məhz çəkindirici amil olmalıdır.

“Sputnik Armenia” isə diqqəti ona da yönəldir  ki, Bakı son vaxtlar Naxçıvanda tez-tez təlimlər keçirir və muxtar respublikada hərbi qüvvələrin irimiqyaslı cəmləşməsini həyata keçirir. Naxçıvanda keçirilən sonuncu ümumqoşun təlimlərində 25 min hərbçi, 250-dən çox tank və digər zirehli texnika, 50-yə yaxın təyyarə və vertolyot iştirak edib: “Üstəlik, bizim ordu kəşfiyyatında məlumatlar var ki, təlimlərdə təkcə Azərbaycan quru qoşunları və zirehli birləşmələri iştirak etməyib. Naxçıvandan daxil olan ən təzə informasiyalara görə, bu günlərdə orada yeni tamölçülü hərbi hissə istifadəyə verilib. Orada əsgər kazarmaları, məişət kompleksi, qərargah binası, hospital açılıb. İdman şəhərciyi, atəş poliqonu, bir sözlə, hər şərait var”.

Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlərə gəlincə, “Sputnik” agentliyinin erməni xidmətinin yazdığına görə, söhbət çox güman ki, Türkiyə istehsalı olan “Qasırğa” artilleriya kompleksləri və Rusiya istehsalı olan “Toçka U” komplekslərindən gedir. Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Qasırğa” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayında başlanıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı, onu idarə edən heyətə müvafiq təlimlər keçirilib. “KamAZ” avtomaşınlarının şassisi üzərində yerləşən “Qasırğa”ları universal dizayna malikdir. 2017-ci ilin yanvar ayında İlham Əliyevin Naxçıvana səfərində ölkəmizdə olan bəzi yeni silahlar nümayiş etdirilib. Orada diqqət çəkən silahlardan biri də Türkiyədən aldığımız 300 millimetrlik “Qasırğa” raketləri idi. Bu raketlərin atış mənzili 130 kilometr məsafədir. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. “Qasırğa” ilə nəinki İrəvanı, Ermənistanın dərinliyindəki istənilən təhlükə yaradan hədəfləri məhv etmək olar. Bununla həmçinin Naxçıvandan Qarabağdakı erməni hədəflərinə də zərbələr endirmək mümkündür. "Toçka-U" raket kompleksləri Azərbaycan ordusunun arsenalında yer alır və keçirilən paradlarda ictimaiyyətə nümayiş olunub. Ordumuzun arsenalında olan "Toçka-U" Ermənistan ordusunda olan arsenaldan daha müasirdir. “Toçka”lar yüksək dəqiqliyə malik komplekslər kimi tanınır. Bu kompleks üçün 4 növ raket hazırlanıb. İlk versiya uçuş məsafəsi 70 kilometr olan 9M79-dur. İkinci versiya 9M79M 120 kilometr uçuş məsafəsinə malikdir. Üçüncü 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunub. Uçuş məsafəsi 120-185 kilometrdir. Dördüncü 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunub. Uçuş məsafəsi 120 kilometrdir.

Bundan başqa, son illər Azərbaycan ordusunun muxtar respublikada cəmləşdirilmiş əlahiddə birləşməsi çoxsaylı digər yeni güclü silah sistemləri ilə təmin edilib. Bura T-90S tankları, BTR-82 zirehli transportyorları, “Spike NLOS” raketləri ilə silahlanmış “Sandcat” zirehli maşınları və digər silahlar da daxildir. Bu gün Naxçıvanda cəmləşdirilmiş ordu birləşmələri, nəinki düşmənin mümkün hücumlarını dəf etmək, eləcə də qurudan əks hücuma keçərək düşmən ərazisinin dərinliklərinə irəliləmək imkanındadır. “Sputnik Ermənistan” saytına şərhində erməni hərbi ekspert David Arutyunyan da bir daha qeyd edir ki, Naxçıvanla həmsərhəd Ermənistan ərazisi, həmçinin erməni paytaxtı həqiqətən zəifdir.  “Sputnik Armenia”  isə qeyd edir ki, Azərbaycan indi Dağlıq Qarabağda lokal əməliyyatlara başlamaq imkanına malikdir və belə ssenari Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın müdafiəsi üçün nəzərdə tutulmuş mexanizmlərinin qüvvəyə minməsini nəzərdə tutmur. Hazırda əsas məsələ Ermənistanda yeni hakimiyyətin də bunları nəzərə almasıdır. Əks təqdirdə Qarabağ savaşının yenidən alovlanması qaçılmaz sayılır və bu hal İrəvanın növbəti ağır məğlubiyyətinə rəvac verəcək. Lakin indilikdə Ermənistanın yeni hakimiyyəti bu reallığı dərk etməkdə çətinlik çəkir.  Bu səbəbdən də yeni aprel dərslərinə ehtiyac artır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ