Bunu “Trend”ə Ermənistan XİN-nin nümayəndəsini açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi: "Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim.
Həm də artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır".