Məlumdur ki, mayın 10-da Prezident İlham Əliyev Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbirdəki çıxışında belə bir qətiyyətli bəyanatı yenidən səsləndirib. Ermənistan XİN-dən dərhal, həm də isterik reaksiyalar gəlib.
Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan adi söz yığınından ibarət bir-iki cümləlik cavab bəyanatı yayıb. Əslində konkret heç bir mahiyyət daşımayan cavab oxucunu çaşdırmağa yönəldilmiş şüarçı sözlərdən başqa bir şey deyil. Aydındır ki, ermənilər bəyanatdan narahat olublar. Çünki bu bəyanat iki hədəfi vurur. Birincisi, bütün dünyaya bir daha xatırladır ki, indiki erməni dövləti məhz Azərbaycan torpaqlarında yaradılıb. İkincisi, dünyaya daha bir qətiyyətli mesaj verilir ki, ikinci erməni dövləti yaratmaq cəhdləri gec-tez boğulacaq.
Namiq QULİYEV