Cümə axşamı günü, 12 noyabr 2026
     

Paşinyanın ilk üç Qarabağ “aksiyası” – üçü də bir-birindən aqressiv...

Image


Elşən Mustafayev: “Azərbaycanın hərbi yolla ərazilərini azad etmək hüququ qüvvəyə minmiş olacaq”

 

Ermənistanda baş nazir postuna yeni seçilən Nikol Paşinyanın sələflərindən fərqli və sərt davranışları nəzərə çarpır. Xüsusilə də onun Dağlıq Qarabağ probleminin nizama salınması istiqamətində səsləndirdiyi fikirlər yeni baş nazirin aqressiv Qarabağ siyasəti yürüdəcəyinə şübhə yeri qoymur. Buna əmin olmaq üçün Paşinyanın davranışları və ağzından çıxardığı fikirlərə diqqət edək. Bu adam baş nazir postuna seçilən kimi ilk səfərini işğal altındakı ərazilərə etdi və orada Azərbaycan əleyhinə sərt bəyanatlar verdi.

Onun danışıqlarından prosesin nizama salınmasına dair heç bir inam hasil edə bilmədik. Əksinə, belə baş nazirlə perspektivdə gərginliyin artacağına şübhə yeri qalmadı. N.Paşinyan Türkiyə ilə ilkin şərtlər olmadan diplomatik münasibətlərin qurulmasını istədiyini də bildirib.

Paşinyan qeyd edib ki, Türkiyə danışıqlar üçün şərtlər irəli sürsə də, Ermənistan şərtlər olmadan münasibətlər qurmağa hazırdır. Xatırladaq ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra Türkiyə bu ölkə ilə diplomatik münasibətləri dayandırıb. Yəni Paşinyan Türkiyədən sərhədlərin açılmasını heç bir şərt irəli sürmədən tələb edir. Bəli, buna istək, xahiş yox, məhz tələb demək olar.

Amma Türkiyənin şərti odur ki, Ermənistan işğalçılıq siyasətinə son qoysun, Azərbaycan torpaqlarından çıxsın və sonra bu məsələ barədə müzakirə aparıla bilər. Paşinyanın nümayiş etdirdiyi 3-cü aqressiv istiqamət isə tərəflər arasında olan danışıqların formatı ilə bağlıdır. Nə qədər qəribə olsa da, o, qondarma qurumun danışıqlar prosesinə müstəqil tərəf kimi qatılmasını istəyir. Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda yalnız İrəvanın adından danışmağa hazır olduğunu bildirib: “Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların mövcud formatı məsələni həll edə bilməz, çünki münaqişənin əsas tərəflərindən biri danışıqlarda iştirak etmir”. O bildirib ki, tərəflər problemi həqiqətən həll etmək niyyətindədirlərsə, nəzərə almalıdırlar ki, məsələnin həllinin başlıca komponenti danışıqların düzgün formatda aparılmasıdır: "Mənim Qarabağ tənzimlənməsinə dair bəyanatlarımda çox ciddi yeniliklər var, ən ciddisi ondadır ki, mən Azərbaycan Prezidenti ilə Ermənistan Respublikası adından danışıqlar aparmağa hazıram, Artsax Respublikası (tanınmamış DQR) adından isə danışıqları respublika prezidenti simasında Artsax hakimiyyəti aparmalıdır". Göründüyü kimi, Paşinyanın ortaya qoyduğu 3 yanaşma onu deməyə əsas verir ki, Ermənistan növbəti mərhələdə daha da qeyri-konstruktiv olacaq. Belə aqressiv Qarabağ siyasəti münaqişənin həllinə nə vəd edir?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın əvvəlki Ermənistan rəhbərlərindən aqressiv olacağı bəlli idi: “Onun baş nazir seçiləcəyi halda Dağlıq Qarabağla bağlı indiyədək Ermənistan rəsmiləri tərəfindən verilən bəyanatlardan fərqli bir söz deyəcəyi gözlənilmirdi də. Amma əvvəlkilərdən daha kəskin bəyanatların verilməsi bəzi suallar yaradır. Həyata keçməsi mümkün olmayan utopik və populist bəyanatları verməyə onu vadar edən nədir? Məlumdur ki, Azərbaycan separatçı rejimi tərəf kimi tanıyıb onunla bir masaya oturmayacaq. Həmçinin, Türkiyə qeyd-şərtsiz sərhədləri açmayacaq. Dediklərini həyata keçirmək istəyirsə, o zaman verilən bəyanatlar danışıqlar prosesinin dayanması ilə nəticələnəcək. Əslində, bu, Azərbaycanı qane edir. Yəni onlar mümkünsüz şərtləri ortya qoymaqla, faktiki olaraq, danışıqları dayandırırlar. O zaman Azərbaycanın hərbi yolla ərazilərini azad etmək hüququ qüvvəyəyə minmiş olur. Bütün bunlar açıq-aydın göründüyü halda nədən bu şəkildə aqressivlik nümayiş etdirilir? Hesab edirəm ki, Paşinyan baş nazir olsa belə, ölkəyə nəzarəti əlinə ala bilməyib. Ermənistan parlamentinin yarıdan çoxu onun rəqibi olan Sarkisyanın Respublikaçılar Partiyasının deputatlarıdır. İstənilən qərar və sərəncamların qarşısını rahatlıqla ala bilərlər. Əslində, Paşinyanın ikinci turda seçilməsi onun planlarını pozdu və hələlik Sarkisyan komandasının istədiyi kimi oldu. Paşinyan istəyirdi ki, ikinci turda da o seçilməsin və o zaman prezident parlamenti buraxıb yeni seçkilər təyin etsin. Yeni seçkilərdə isə respublikaçıların parlamentə düşüb-düşməyəcəyi sual altında olacaqdı. Paşinyana yaxın insanlar isə parlamentdə çoxluq əldə edib bütün rıcaqlara nəzarət edəcəkdilər. İndi isə vəziyyət o həddə çatıb ki, bu şəkildə populist bəyanatlarla insanlar arasında mövqeyini bərkitmək istəyir. Hazırda isə onun ən çox qorxduğu separatçı rejim tərəfindən sərhəd bölgəsində vəziyyətin gərginləşdirilib qaynar fazaya keçirilməsi və müəyyən əraziləri boşaltmaqla bunda Paşinyanı ittiham etmələridir. Yəni təsəvvür edin, hakimiyyəti tamamilə itirmək ərəfəsində olan Qarabağ klanı belə bir addım atarsa, günahkar Paşinyan olacaq və ölkəni bu hala salmaqda ittiham olunacaq. Onun Xankəndinə səfəri, orada Azərbaycan və Türkiyə ilə bağlı verdiyi bəyanatlar məhz bu qorxudan qaynaqlanır. Sözsüz ki, o da indiyədək olmuş erməni prezidentlərindən fərqlənməyəcək. Amma həyata keçməsində gücünün və iradəsinin çata bilməyəcəyi bəyanatlar verirsə, deməli, daxildə ciddi narahatlığı var.Yox, əgər o bu bəyanatları həyata keçirməyi həqiqətən də düşünürsə, demək, ağlı başında olan adam deyil və Ermənistan adında dövləti çox qaranlıq zamanlar gözləyir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ