Cümə axşamı günü, 12 noyabr 2026
     

Dünyaya təqdim olunan yeni Azərbaycanın yenilikləri...

Image


Hər bir xalqın tarixi müqəddəratının müəyyən edilməsində, dövlət müstəqilliyinə nail olmasında mövcud tarixi şəraitlə yanaşı, tarixi şəxsiyyətin, liderin rolu vacib amillərdən biridir.

Azərbaycanın müasir tarixinin 30 illik mərhələsi müdrik dövlət xadimi, ümummilli liderimiz, dahi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə, həmçinin dünya siyasi tarixinə öz adını əbədi həkk etmiş nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər tariximizin intibah, müstəqil dövlət quruculuğu dövrüdür.

Azərbaycanın gələcəkdə müstəqil dövlət olacağını öncədən görən ulu öndər Heydər Əliyev SSRİ-nin rəhbərliyində çalışdığı müddətdə heç bir şübhə yaratmadan xalqımızın inkişafına xidmət edən addımlar atmış və xüsusi planlar həyata keçirmişdir. Bunun nəticəsində Azərbaycan Sovetlər Birliyində qabaqcıl respublikalardan birinə çevrilmişdir. Bu səbəblərdəndir ki, həmin dövrdə də Azərbaycanı bütün dünya tanıyırdı.

XX əsrin sonlarına döğru SSRİ imperiyasının süqutu nəticəsində imperiya tərkibində olan müxtəlif xalqların milli azadlıq mübarizəsi, müstəqilliyinin əldə olunması üçün tarixi zəmin yarandı. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, Yeni Azərbaycan  modelinin qurulması və dünyaya inteqrasiya olunması, eyni zamanda milli mənafeyinin müdafiəsi Heydər Əliyev fenomeninin varlığının və onun gecə-gündüz yorulmaz fəaliyyətinin göstəricisi idi.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu. 1993-cü ilin iyun ayından formalaşmağa başlayan yeni siyasi kurs ölkədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyllərinə son qoydu, Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi. Bu bir tarixi faktdır və bu fakt dünya ictimai-siyasi xadimləri tərəfindən dəfələrlə təsdiq olunmuşdur. Amerika Birləşmiş Ştatlarının  politoloqu Z.Bzejinskinin “Hazırda Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir.” fikirləri bu baxımdan bir nümunədir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dövlətin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilməsi və Azərbaycanın dünyaya sivil, demokratik dövlət olaraq təqdim olunması idi. Dahi şəxsiyyətin müəyyən etdiyi bu xarici siyasi kurs Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilmək, dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı siyasi, iqtisadi, mədəni əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək, beynəlxalq aləmdə Azərbaycan mənafeyinin təmin edilməsi və mövqelərini möhkəmləndirməkdən strategiyasının həyata keçirilməsindən ibarət idi.

Ulu öndər Heydər Əliyevin xarici dövlətlərlə diplomatik əlaqələri,  bütün dövlətlərin suveren hüquqlarına, o cümlədən beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etmək, dünyada baş verən münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həllinə nail olmaq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq qurmaq, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaq prinsipləri üzərində qurulmuşdur. Azərbaycan dövlətinin xarici siyasət kursunun uğurla həyata keçirilməsi üçün ölkədə və eləcə də regionda sabitliyin bərqərar olması vacib amillillərdən biri idi.

Ulu öndər Heydər Əliyev uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağ və ətrafında baş verən hərbi münaqişəni dayandırmaq, atəşkəs rejiminin təmin edilməsi məqsədilə 1994-cü ilin mayında "Bişkek protokolu" imzalanmışdır. Atəşkəs rejimiinin bərqərar olunması Azərbaycanın xarici siyasət strategiyasının həyata keçirilməsi istiqamətində, həmçinin Dağlıq Qarabağ probleminin həllində tədbirlərin görülməsi, o cümlədən ordu quruculuğu və milli ordunun gücləndirilməsi istiqamətində münbit şərait yaratmışdır.

Dahi lider Heydər Əliyevin qurduğu yeni Azərbaycan modelinin dünyaya təqdim olunmasında əsas istiqamətlərindən biri dünya dövlətlərinin marağını Azərbaycana yönəltmək, Azərbaycanın təbii sərvətlərinə qarşı dünya dövlətlərində maraq oyatmaq idi. Müasir Azərbaycan modelinin dünyaya inteqrasiyasında 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında imzalanan “Əsrin Müqaviləsi”nin tarixi, siyasi və beynəlxalq əhəmiyyəti var idi. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsi - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı iştirak etmişdir. Müqavilənin imzalanması Heydər Əliyevin “Yeni neft diplomatiyasının” qazandığı ən böyük uğurlardan biri idi. Bu uğur ilk növbədə dünya  dövlətlərinin Azərbaycana qarşı marağının yaranmasına nail olmaq idi.

Fenomenal siyasi və dövlət xadimi olaraq tarixə qovuşmuş Heydər Əliyevin Azərbaycan xalqı qarşısında unikal xidmətlərinən biri qədim İpək Yolunun bərpası olmuşdur. Azərbaycan qədim zamanlardan Asiya ilə Avropanın ticarət yolları qovşağında yerləşir. Heydər Əliyev, Azərbaycanın  dünya bazarına inteqrasiyasının təmin  etmək üçün qədim ipək yolunun bərpasını  ən vacib məsələlərdən biri hesab edirdi. Qədim ipək yolunun bərpası – TRASEKA proqramının hazırlanmasında Heydər Əliyev yaxından iştirak etmişdir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv - dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu dövlətlərin siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi, TRASEKA üzv-dövlətləri arasında gələcək regional əməkdaşlığın dəstəklənməsi, Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları cəlb etmək üçün TRASEKA layihlərinin geniş istifadəsi, Avropa-Qafqaz-Asiya "TRASEKA" Beynəlxalq Nəqliyyat Dəhlizinin Trans-Avropa Şəbəkələri ilə optimal inteqrasiyasının dəstəklənməsini nəzərdə tutulurdu. Tərəfdaş ölkələrin rəhbərləri TRASEKA Uzaq Şərqlə yenidən qurulmuş ticarət mübadiləsini tamamlayaraq, qədim İpək Yolunun bir daha ən iri ticarət dəhlizinə çevrilməsinə şərait yaratdı.

Heydər Əliyevin qurduğu yeni Azərbaycan modelinin dünyaya inteqrasiyasında əsas istiqamətlərdən biri də Azərbaycanı dünyanın tanınmış qurumlarına, təşkilatlarına  üzv etmək və Azərbaycan mövqeyini dünya arenasında möhkəmləndirmək idi. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bir çox  beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər çoxlu çoxlu sayda təşkilatlara üzv seçilmişdir. Azərbaycanın həmin təşkilatlara üzv olması regional və qlobal səviyyədə fəaliyyətinin qurulması, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirməsi baxımından olduqca əhəmiyyətli vacib amillərdən biri idi.

1993-cü ildə  Azərbaycanın MDB-yə daxil olması ulu öndər Heydər Əliyevin xarici siyasət kursunda xüsusi yer tutur. MDB-yə üzv olmaq Azərbaycanın  xarici siyasi fəlaiyyətinin əlaqələndirilməsi, ümumi iqtisadi məkanın formalaşdırılması, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, sosial və immiqrasiya siyasəti məsələlərinin həyata keçirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizə, müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq baxımından olduqca əhəmiyyətli idi. Azərbaycanın MDB-yə daxil olması nəticəsində həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni inkişafında irəliyə aparılmasında mühüm nailiyyətlər əldə olumuşdur.

Hazırda ulu öndər Heydər Əliyevin qurduğu yeni Azərbaycan modeli xarici siyasətdə öz bəhrələrini verməkdədir. Bu baxımdan xarici siyasətdə varislik son dərəcə böyük əhəmiyyət kəsb edir. Postsovet məkanı ölkələrinin təcrübəsi göstərir ki, varisliyi qoruya bilməyən dövlətlər olduqca çətin vəziyyətə düşürlər. Azərbaycanda isə siyasi varislik yüksək səviyyədə təmin olunmuşdur. Məhz bu səbəbdən xarici siyasət sahəsində davamlı olaraq nailiyyətlər əldə edilir. Beynəlxalq əməkdaşlıq, mədəniyyət, siyasət, terrorla mübarizə, idman və başqa sahələrdə Azərbaycan böyük uğurlar qazanmışdır.

Ümummilli lider Heydər Əliyev bütün dünyada yaşayan soydaşlarımıza azərbaycançılıq ideyası ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşmışdır. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirmişdir. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. Ulu öndər öz öz çıxışlarında bildirirdi ki, sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda, milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil.

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş addımları ölkənin daha sürətlə inkişaf etməsinin təminatıdır.

Nüşabə MƏMMƏDOVA
Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti,
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri,
Tarix elmləri namizədi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ