Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan-Avroittifaq sazişi “daşa dirənə bilər” – ermənilərin Qarabağ sərvətlərini Avropaya daşımasına son qoyulmasa...

Image


Vüqar Qədirov: “Həmin faktlar əsasında isə məhkəmə araşdırmaları aparılaraq, dəymiş zərərin Ermənistan tərəfindən ödənilməsinə dair qərar çıxarıla bilər”

 

Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdən biridir. M.Məmməd-Quliyev deyib ki, hazırda qarşılıqlı faydalı əməkdaşlıq hər bir tərəfin marağındadır.

Nazir müavininin sözlərinə görə, saziş 3 əsas istiqaməti – siyasi təhlükəsizlik, ticarət və investisiya və müxtəlif sektoral məsələləri əhatə edir: “Azərbaycan üçün öhdəliklərə əməl olunması çox vacibdir. Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi faktı tərəflər arasında əməkdaşlığın inkişafına təkan verir”.

Onun sözlərinə görə, 2020-ci ilə - Brüssel sammitinə qədər Avropa İttifaqı və Azərbaycan arasında razılaşma əldə edilə bilər: “Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı məsələ həll olunmalıdır. İşğal altındakı ərazilərdən təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır. Avropa İttifaqı beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir. Fərdi və hüquqi şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaradılmamalıdır. Avropa İttifaqından olan şirkətlər, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərirlər. Onlar Azərbaycan qanunvericiliyini pozmuş sayılırlar. Mənşə ölkə kimi həmin mallarda Ermənistan göstərilir. Halbuki, mineral sərvətlərdən və təbii ehtiyatlardan danışırıqsa, Ermənistan bu sərvətləri istismar edərək Avropa İttifaqına satır. Təklif edirik ki, işçi qrup yaradılsın və bu məsələlər hüquqi müstəvidə həllini tapsın".

Göründüyü kimi, Azərbaycan rəsmisi olduqca vacib olan bir məsələni qaldırıb. İşğal altında olan torpaqlarda sərvətlərimizin Ermənistan vasitəsilə Avropa bazarına çıxarılması, hətta bu işdə bəzi Avropa təşkilatlarının iştirakının olduğuna dair faktlara hüquqi qiymətin verilməsi üçün işçi qrupunun yaradılmasını təklif edir. Azərbaycanın təklifi reallaşa bilərmi və bu mümkün olsa, Ermənistanı hansı cəzalar gözləyə bilər?

Ancaq aydındır ki, təbii sərvətlərimizin Avropaya qanunsuz daşınmasına son qoyulmasa, Azərbaycan-Avropa Birliyi sazişinin imzalanması uzana bilər.

Qaçqın və Məcburi Köçkün Gəncləri İctimai Birliyinin sədri Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ problemi uzandıqca, iqtisadi cəhətdən böhran yaşayan Ermənistan Dağlıq Qarabağın və ona bitişik rayonların təbii sərvətlərini daha qəddarlıqla istismar edir: “Xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradan Ermənistan hökuməti bu törəmə müəssisələrin rəhbərliyinə erməni millətindən olan rəhbərlər gətirərək, böyük hiyləgərliklə Qarabağa xarici investisiyalar cəlb edir. Bunun da nəticəsində Qarabağın təbii sərvətləri qanunsuz yollarla xarici ölkələrdə satışa çıxarılır. Əldə edilən gəlir Ermənistanın inkişafına sərf olunur, bir qismi isə Qarabağda yaşayan ermənilərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilir.

Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanını yenidən tikərək böyük təyyarələrin enməsi üçün istifadəyə yararlı hala gətirdi. Bildiyiniz kimi,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu fəaliyyət göstərir. Həmin qrup tərəfindən Azərbaycana dəyən ziyan dəqiq öyrənilir. Azərbaycan həm diplomatik, həm də hüquqi sahədə erməni vəhşiliyinin qarşısını almaq üçün əlindən gələni edir. İşçi qrupun müəyyən etdiyi faktlar üzrə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən hüquqi araşdırmalar aparılıb, cinayət işləri qaldırılıb. Bu yaxınlarda Hərbi Prokurorluqdan bildirildi ki, belə hadisələrə rəyin verilməsi Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupa həvalə edilib. İlkin hesablamalara görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir. Hazırda qeyd edilən cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində iş davam etdirilir. Ancaq bu işlərin beynəlxalq səviyyədə aparılmasına da zəruri ehtiyac duyulur. Bu baxımdan da hörmətli Məmməd-Quliyev doğru tələb irəli sürüb. Avropa İttifaqı ilə münasibətlərdə bu amil mütləq mənada nəzərə alınmalıdır. Çünki bizim əlaqədar qurumların əlində ciddi faktlar var ki, ərazilərimizn talan edilməsində Avropada qeydiyyatdan keçən şirkətlər də yaxından iştirak edirlər. Ən əsası isə həmin məhsullar və ya xammal müxtəlif adlar altında daha çox Avropa qitəsinə daşınır. Beynəlxalq səviyyədə belə bir işçi qrupunun yaradılması mümkündür. Çünki bütün konvensiyaların tələbləri bunu mümkün edir. Digər tərəfdən isə Aİ bizimlə əməkdaşlığı paritet əsasda qurmağa çalışırsa, buna mane olmamalıdır. İşçi qrup yaradılsa, onlara iddialarımızı sübut edəcək kifayət qədər dəlil və sübutlar verə bilərik. Həmin faktlar əsasında isə məhkəmə araşdırmaları aparılaraq, dəymiş zərərin Ermənistan tərəfindən ödənilməsinə dair qərar çıxarıla bilər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ