Cümə axşamı günü, 12 noyabr 2026
     

Yeni erməni baş nazirin müharibəni körükləyən ilk davakar Qarabağ bəyanatı...

Image


Ermənistanda baş nazir seçkiləri ilə bağlı son günlər ərzində verilən proqnozllar özünü doğrultdu və gözlənildiyi kimi, hökumət başçısı vəzifəsinə seçkilərin ikinci turunda  müxalifət lideri Nikol Paşinyan qalib gəldi. Beləliklə, Ermənistan parlamenti ikinci turda yeni baş naziri seçib. Baş naziri vəzifəsinə məhz  Nikol Paşinyan yeganə namizəd olub. Bununla bağlı keçrilən iclasda 105 deputatdan 101-i iştirak edib. Onların 59-u Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib. Beləliklə, Ermənistanda  artıq Paşinyan dövrü başlanır.

Təbii ki, Ermənistanda hakimiyyət məsələsində baş verənlər Azərbaycanı daha çox Dağlıq Qarabağ münaqişəsi prizmasından maraqlandırır. Hadisələrin gedişindən belə bəlli olur ki, Nikol Paşinyanın dövründə Qarabağ məsələsinin hərbi müstəvidə çözülmə ehtimalı daha yüksəkdir. Bunu Paşinyanın parlamentdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər də təsdiq edir. O, münaqişənin həlli üçün Azərbaycanla danışıqlara hazır olduqlarını bildirib. Lakin Paşinyan Azərbaycan qarşısında qəbuledilməz şərt də irəli sürüb: “Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa hazıram. Lakin qeyd etmək istəyirəm ki, münaqişədə Dağlıq Qarabağ tərəf kimi çıxış etməyənə qədər danışıqların heç bir effekti olmayacaq”. Paşinyan nə qədər kəmsavad olsa da, bu təklifin Azərbaycan tərəfindən qəbulunun mümkünsüzlüyünü bilməmiş deyil. Elə bu səbəbdən hesab edilir ki, Paşinyan indidən məsələyə qeyd olunan prihmadan yanaşmaqla, faktiki, müharibəni körükləyir. Hadisələrin məhz bu səpkidə inkişaf etmək ehtimalının kifayət qədər yüksək olduğunu sabiq dövlət müşaviri Qabil Hüseynli də təsdiq edir. O, öncə diqqəti bu məqama yönəldir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilləşməsinə, yaxud da Ermənistana birləşdirilməsinə əsla yol verməyəcək. Politoloq bildirib ki, Prezident İlham Əliyevin son zamanlar İrəvanla bağlı siyasəti özündə bir sıra mühüm siyasi aspektləri ehtiva edir: “Heç kimə sirr deyil ki, ötən əsrin 20-ci illərində İrəvan əhalisinin az qala 80 faizi Azərbaycan türklərindən ibarət idi. İndiki Ermənistan ərazisinin 70 faizdən çoxunu türkləri təşkil edib. Hətta bir az uzağa getsək, Türkmənçay və Gülüstan sülh müqaviləsinə qədər nə Dağlıq Qarabağda, nə də indiki Ermənistanda ərazisində erməniyə rast gəlmək mümkün idi. O üzdən Azərbaycan bu gün həmin faktları açmaqla xalqın hafizəsini təzələmək istəyir və eyni zamanda, ermənilərə açıq mesaj göndərir. Ölkə başçısı da əsas vurğunu məhz buna edir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilləşməsinə, yaxud da Ermənistana birləşdirilməsinə əsla yol verməyəcək. Bakı İrəvanın qədim Azərbaycan torpağı olmasını və bu şəhərin Türkiyə, Gürcüstan, Rusiya və ingilislərin təzyiqi nəticəsində Azərbaycan Demokratik Respublikası tərəfindən paytaxt kimi ermənilərə 99 illiyinə icarəyə verilməsi ilə bağlı real tarixi faktları gündəmə gətirməklə bütün dünyaya ermənilərin gəlmə xalq olduğunu sübut edir və Ermənistana “dur” mesajını verir”. Politoloq qeyd edib ki, hazırda Azərbaycanın qarşısında duran əsas hədəf BMT və dünya tərəfindən tanınmış ərazi bütövlüyünü təmin etməkdir: “Ermənistan Dağlıq Qarabağı və onun hüdudlarından kənar 7 rayonu mənimsəməyə başlayıb. Bu baş verməsəydi, heç olmasa, onların sülhə meyilliliyi barədə nəsə düşünmək olardı. İrəvanın yeritdiyi siyasət onu göstərir ki, ermənilər sülhü imitasiya edərək, işğal edilmiş torpaqlarımızı geri qaytarmaq istəmirlər. Belə görünür ki, Qarabağ məsələsi müharibə yolu ilə həllini tapacaq”.

Yuxarıda qeyd olunduğu kimi isə, müharibəyə rəvac verən başlıca amil Ermənistanın yeni rəhbərliyinin reallıqdan çox uzaq olan mövqeyidir. O da aydındır ki, Ermənistanın mövqeyində dəyişikliklərin olmaması Azərbaycanı ərazi bütövlüyünü güc yolu ilə təmin etmək variantına əl atmağa vadar edir. Bu isə Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha da böyüməsi deməkdir. Belə vəziyyət elə Paşinyanın özü üçün də böyük zərbə deməkdir. Çünki bu vəziyyətdə xalqın bu dəfə onun özünü devirmək üçün ayağa qalxması tamamilə gözləniləndir. Məsələ burasındadır ki, erməni xalqı yoxsulluqdan, bir tikə çörək üçün ölkədən didərgin düşməkdən, ağır həyatdan bezib. Ona təcavüzkar siyasət ucbatından Qarabağda doğma övladlarının ölməsi yox, dinc və firavan həyat lazımdır. Bunun üçün Qarabağ münaqişəsinin həlli əsas şərtdir. İndilikdə Ermənistanda baş verənləri diqqətlə izləyəndə görmək olur ki, həqiqətən ölkənin narazı elektoratı keçmiş prezident Serj Sarksiyana, onun komandasına nifrətini ifadə etməkdə daha fəaldır, nəinki Paşinyanı müdafiə etməkdə. Digər tərəfdən, Ermənistandakı siyasi hakimiyyətə və buna müxalif qüvvələrə həmişə güclü təsir imkanına malik diaspor Sarkisyanın hakimiyyətdən getməsini alqışlasa da, Paşinyanı alqışlamaqda tələsmir. Bu mənada təsadüfi deyil ki, İrəvandakı “Voskanapat” analitik mərkəzinin rəhbəri, politoloq Qrant Məlik-Şahnazaryan bəyan edib ki, Nikol Paşinyanın baş nazir seçilməsi ölkədəki siyasi böhranı həll etməyəcək. Əksinə, görünən budur ki, Paşinyanın Qarabağ məsələsində sərsəm açıqlamaları və buna uyğun atacağı addımlar Ermənistanı daha böyük problemlərə düçar edəcək. Belə vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünü güc yolu ilə təmin etməsi isə Ermənistanın çöküşünü daha da sürətləndirəcək.

Bundan başqa, Azərbaycan diqqəti həm də ona yönəldir ki, Ermənistan zəbt etdiyi əraziləri getdikcə daha böyük təhdid mənbəyinə çevirir və bu təhdid indi təkcə Azərbaycana yox, bütün dünyaya ciddi təhlükələr vəd edir. Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında sözügedən məsələyə xüsusi toxunulub. Milli Məclisin sədr müavini Ziyafət Əsgərov məsələnin bu tərəfinə nəzər salaraq vurğulayıb ki, Ermənistan bu gün terror siyasəti ilə məşğuldur və Ermənistanda terror dövlət siyasətidir.  Vitse-spiker bildirib ki, Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə öz xalqını girov saxlayıb:
“İşğalçılıq siyasətinə son qoyulmalıdır. Bu həm də Cənubi Qafqaz regionunda inkişafa səbəb olar. Ermənistan beynəlxalq hüququ saymır”.
Z.Əsgərov qeyd edib ki, Dağlıq Qarabağda terrorçular yetişdirilir, narkotik bitkilər əkilir: “Narkotik vasitələr Dağlıq Qarabağdan Avropaya ixrac olunur. Bu tək Azərbaycanın deyil, hamının problemidir. Beynəlxalq hüquqda çoxdan ədalət prinsipi yoxdur. Nə vaxtadək beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün məhdudiyyət olacaq?”. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi, səfir Kamil Xasıyev da məsələyə eyni prizmadan yanaşır: “Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amilidir. Belə münaqişələr təhlükəsizliyə təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib, orada torpaqların işğaldan azad edilməsi qeyd olunur. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, GUAM da bu mövqedədir. Beynəlxalq təşkilatların bu mövqeyinə baxmayaraq, Ermənistan işğalçılıq niyyətindən əl çəkmir, status-kvonu saxlamağa çalışır”. O qeyd edib ki, Ermənistanın dağıdıcı siyasəti nəticəsində bu münaqişə davam edir, ona görə bunun həlli sülh yolu ilə mümkün olmur: “Ermənistan Azərbaycanın cəbhəyanı kəndlərini atəşə tutur, orada mülki şəxslər də əziyyət çəkir. 2016-cı ilin aprelində də bu cür təxribata əl atıb, yaşayış məntəqələrini atəşə məruz qoyub”.

Səfir xatırladıb ki, 2014-cü ildən Ermənistan və Azərbaycan prezidentləri arasında 8 görüş olub. O bildirib ki, Avropadan olan bəzi hüquqi və fiziki şəxslər işğal olunan Azərbaycan ərazilərində ermənilərin mal mübadiləsinə dəstək verir, bunların qarşısı alınmalıdır. K.Xasıyev vurğulayıb ki, ermənilər qanunsuz olaraq Suriyadakı erməniləri Dağlıq Qarabağa köçürür: “Bütün bunlar münaqişənin uzadılmasına xidmət edir. Avropa Birliyi Suriya ermənilərinin Dağlıq Qarabağ ərazisinə deyil, Ermənistanın öz ərazilərinə köçürülməsini dəstəkləməlidir”.

Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko da bildirir ki, Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə təhdiddir: "Dağlıq Qarabağ və digər regional münaqişələr Xəzər dənizindən tutmuş Qara və Baltik dənizlərinədək Avropanın təhlükəsizliyi üçün hədədir. Tarix göstərir ki, son 25 ildə diplomatiya bu münaqişələrin heç birini həll etməyib". Milli Məclisin sədr müavini Valeh Ələsgərov da məsələyə maraqlı prizmadan yanaşır: “Bakı-Tiflis-Supsa neft-ixrac boru kəmərinin Gürcüstandan keçən hissəsindən 1.5 kilometr aralı ərazidə Cənubi Osetiyada yuridiksiyasi dəqiq məlum olmayan qoşun hissələri var. Ermənistanda hər hansı bir siyasi problem yarananda, ölkə rəhbərliyi özünün qəhrəmanlığını göstərmək üçün belə bir şüarla çıxış edir ki, lazım olarsa, Azərbaycanın valyuta ehtiyatlarını artıran Bakı-Tiflis-Ceyhan boru kəmərini partlada bilərik. Ona görə də bu münaqişələr dondurulmayıb”. O qeyd edib ki, Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa təhlükə yaradır: “Biz bu problemləri çözə bilərik. Bu münaqişələrin təməlində etnik və dini problemlər durmur. Bu münaqişələr sərmayəçilər üçün təhlükədir”.

Bütün bu səslənən fikirlər Qarabağ münaqişəsinin həllinin uzanmasının nə qədər böyük təhdidə çevrildyini çox açıq şəkildə nümayiş etdirir. İndi Ermənistanda avantürist Nikol Paşinyanın hakimiyyətə gəlməsi və verdiyi açıqlamalar İrəvanın Qarabağ siyasətində əsaslı dəyişiklik olmayacağını göstərir. Təbii ki, bu vəziyyət də öz növbəsində Qarabağ məsələsinin ciddi təhdid mənbəyi olaraq qalmasını şərtləndirir. Özü də, qeyd olunduğu kimi, bu münaqişə tək Azərbaycan yox, artıq dünya üçün böyük təhdid mənbəyinə çevrilib. Belə vəziyyətdə problemin çözümü üçün dünya Ermənistana qarşı əməli addımlar atmasa, Azərbaycan məsələni güc yolu ilə birdəfəlik həll etmək məcburiyyətində qalacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ