Cümə axşamı günü, 12 noyabr 2026
     

Bu ölkədə deputatlar da “əməkhaqqı davası” döyürsə…

Image


Ötən həftənin ən yaddaqalan müzakirələrindən biri də millət vəkillərinin əməkhaqları ətrafında oldu. Əslində, bu yöndə olan müzakirələr və daha dəqiq desək, etirazlar hələ indinin özündə də səngiməyib. İnsafən demək lazımdır ki, vəziyyətin bu cür hal almasının başlıca günahkarı etiraz edənlər deyil, elə bəzi deputatların özləri oldu.

Hamımız bilirik ki, deputatlıq Azərbaycanda prestijli status sayılır. Əslində, bütün dünyada belədir, ancaq Azərbaycanla bağlı bu statusun daha maraqlı özəllikləri var. Xalqımızın mental xüsusiyyətində rəhbərə, tanınmış ziyalı adamlara, xüsusilə də sinəsində millət vəkili nişanını gəzdirənlərə hörmət bəsləmək kimi bir özəllik var. Bunu danmaq olmaz. Əminik ki, bizim hazırkı deputatlarımızın aldıqları əməkhaqlarından əlavə də gəlir yerləri var. Onların etdikləri xahiş dərhal icra olunur. İstədikləri məsələni daha asan yolla həll edə bilirlər ki, yeri gələndə bu da onlara əlavə dividendlər gətirir. Deputatların digər maliyyə qaynaqlarının haradan olduğunun dərinliyinə çox da varmaq istəmirik, ancaq hesab edirik ki, onların guya acınacaqlı durumda yaşamaları ilə bağlı qaldırdıqları səs-küy xalq arasında heç də yaxşı qarşılanmayıb. Məhz elə bunun da nəticəsidir ki, bu mövzuya etirazlar bir neçə gündür davam edir. Fikir verək, ən adi deputatın əməkhaqqı 2000 min manat civarında olub. Son plenar iclasda həmin məbləğ bir qədər də artırılıb və nəticədə bundan sonra millət vəkilləri daha çox pul alacaqlar. Amma onların büdcədən maliyyələşməsi bununla da bitmir. Hər birinə köməkçi saxlamaq üçün əlavə ştat təhkim olunub ki, onun da pulunu dövlət ödəyir. Əlavə xərclər, xarici səfərlərin də xərcini dövlət qarşılayır. Gəlin qanunvericiliyə edilən son dəyişiklikdən sonra deputatların büdcədən nə qədər vəsait alacağına diqqət edək. Milli Məclis deputatlarının maaşları və onlara verilən əlavələri də artırandan sonra belə bir mənzərə yaranıb.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Milli Məclisin sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq. 
Dəyişikliyə əsasən, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq. 
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Sadə azərbaycanlı, hətta deyərdik ki, alim, həkim, mühəndis üçün bu məbləğ göz qamaşdıra bilər. Ancaq gəlin görək bizim bəzi millət vəkillərimiz dövlətin onlara etdiyi yaxşılığa, jestə minnətdarlıq əvəzinə nə ilə cavab verdilər? Sadə dillə desək, 2500-3500 arası maaşa qane olmayanlar, əməkhaqlarının niyə 8-10 min arasında olmaması ilə bağlı umu-küsü belə etməkdən niyə çəkinmirlər? Əslində, onların tələbləri ilə bağlı ortaya qoyduqları əsaslandırıcı fikirləri xalqın daha çox etirazına səbəb oldu. 2500 manat aylıq əməkhaqqına qane olmayan bəzi deputatlarımız deyirlər ki, onların xərci çoxdur: ailələri, uşaqları var, onları xeyirə-şərə çox çağırırlar. İndi mövzuya onların məntiqi ilə yanaşsaq, belə çıxır ki, başqa kateqoriyadan olan azərbaycanlılar evdə uşaq yox, nəsə başqa məxluqat saxlayır və onlar xeyirə-şərə yarımırlar. Eləyə qalsa, müşahidələrimizə əsasən deyə bilərik ki, sadə azərbaycanlı ailələri xeyirə-şərə getməklə bağlı bizim millət vəkillərinin çoxundan daha punktualdırlar. Bəli, biz onu da bilirik ki, bizim sinəsinə döyən millət vəkillərinin çoxu heç qohum-əqrəbasının xeyir-şərində iştirak etməyi şəninə belə sıxışdırmır. Onlar bu istiqamətdə olan “rasxod”larının çoxluğu ilə bağlı giley-güzar edəndə, təbii ki, 100 manat salınması zəruri olan sadə məclisləri nəzərdə tutmurlar. Özlərini aid etdikləri elitar təbəqəyə xas olan məclisləri nəzərdə tuturlar ki, ora da bəlkə biraylıq maaşları həcmində nəmər salırlar. Hörmətli millət vəkillərinin can atdığı təbəqə ilə ayaqlaşa bilməməsinin günahı nə bizdədi, nə də onlara əməkhaqqını təyin edən dövlətdə. Çox yaxşı olar ki, onlar oliqarxiya ilə deyil, içindən çıxdıqları xalqla özlərini, əməkhaqlarını müqayisə etsinlər. Etmirlər! Etsəydilər, özlərini biabır edən belə bir müzakirəni ortaya qoymazdılar. Əməkhaqqının azlığına şikayət edən başqa bir deputat isə quşu lap gözündən vurub. Deyib ki, bu millət vəkilinə elə əməkhaqqı vermək lazımdır ki, heç olmasa özünə bir dəst kostyum ala bilsin. İndi gəlin bu yanaşmanı təhlil edək. Bazarda istənilən qiymətə kostyum almaq olar. Orta səviyyəli yaxşı kostyumu 300 manata almaq olar. 2500 manat əməkhaqqı alan deputat ayda özünə bir dəst kostyum alsa, bu onun büdcəsinə elə də ciddi təsir etməz. Demək ki, bu tələbi edən deputat başqa söz demək istəyib. Yenə gəlirik təbəqə məsələsinə. Yəni belə çıxır ki, deputatın geyindiyi kostyumun qiyməti 2000-3000 manat arasında dəyişir. Buna görə də onalr biraylıq maaşlarına heç bir dəst kostyum da ala bilmirlər (?).  Biz hələ parlamentdə təmsil olunan çoxlu sayda biznesmen millət vəkilinin yaşayış tərzindən danışmadıq. Əminik ki, onlara verilən əməkhaqqı olmasa belə, yaşayışlarına minimum təsiri olmaz. Bu məsələdə millət vəkillərimiz ilk növbədə başlarının üstündə Allahı görüb danışmalıdırlar. Öz maddi vəziyyətlərinə baxıb, Tanrıya şükür etməlidirlər. Əhali arasında narazılıq yaratmamaq üçün isə öz yüksək məvaciblərinin deyil, başqa təbəqələrə aid olan insanlarım əməkhaqlarının qaldırılmasını tələb etməliydilər. Bax onda indiyə qədər dövlətdən aldıqları və millət vəkili statusundan istifadə edərək qazandıqları onlara halal olardı. Artıq Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyi ilə bağlı fikirlər səslənməyə başlayıb. Deyəsən, həqiqətən yeni parlamentin formalaşmasına ciddi ehtiyac yaranıb!

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ