Cümə axşamı günü, 12 noyabr 2026
     

İranın Suriyada “Hizbullah” yaratmaq planı və İsrailin cavab reaksiyaları…

Image


Yaxın Şərqdə son proseslər, rəsmi səviyyədə verilən açıqlamalar burada daha bir ciddi təhdidin yarandığını göstərir. Proseslər Azərbaycan sərhədinə yaxın ərazilərdə cərəyan edəcəyindən, ölkəmiz üçün də bunun nəticələri xüsusi maraq doğurur. Söhbət ABŞ və İran arasında hərbi ritorikanın güclənməsi, tərəflərin müharibəyə daha da yaxınlaşmasından gedir.

Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla görüşən ABŞ dövlət başçısı Donald Trampın İranla nüvə sazişinin müddətini uzatmayacağı, İrana qarşı sanksiyaları yenidən tətbiq edəcəyini diqqətə çatdırması vəziyyəti daha da gərginləşdirir. Donald Tramp bəyan edir ki, sanksiyalar yenidən tətbiq ediləcəyi fonda İran yeni nüvə proqramını başladarsa, daha böyük problemlərlə qarşılaşacaq: “Onlar nüvə proqramını yeniləsələr, əvvəllər üzləşmədikləri problemlərlə qarşılaşacaqlar. İranla nüvə razılaşması bərbad və axmaqlıqdır. Bu nə razılaşmadır? Raketlərin sınağının keçirilməsinə harada icazə verirsiniz?” İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə vurğulayır ki, ABŞ nüvə sazişini tərk etsə, İran sürətli şəkildə nüvə proqramını bərpa edəcək: “İran İslam Respublikasının tətbiqinə hazır olan bir sıra variantları var və ölkə lazımı vaxtda bu qərarı qəbul edəcək. Nüvə proqramının daha sürətli tempdə bərpası bu variantlardan biridir”. Ekspertlər isə bildirir ki, Bəşər Əsəd rejiminə qarşı Britaniya və Fransa ilə birlikdə təşkil etdiyi hava hücumları ilə İrana ilk mesajı verən ABŞ indi də Tehranla birbaşa qarşıdurmaya girməyə hazırlaşır. Təbii ki, buna İsrail amili də təsir edir. Vaşinqton İnstitutunun məsləhətçisi Dennis Ross “The Wall Street Journal” nəşrinə bildirir ki, İranla bağlı vəziyyət çox kritik və daha təhlükəli bir savaş olacaq: “Yaxın Şərqdə müharibə geniş miqyas ala bilər. İsrail İran, “Hizbullah”, həmçinin Suriya və Livanda şiə döyüşçülərinə qarşı çıxa bilər. Hamısı da Rusiya sayəsində. Məhz ruslar aprelin 9-u Suriyanın mərkəzində yerləşən “T-4” İran bazasına İsrailin hücum etdiyini “xəbər” edib.

İsrail İrandan “Hizbullah”a keyfiyyətli yeni silah tədarükü ilə əlaqəsi olan hədəflərə zərbə endirməyi təcrübədən keçirsə də, heç vaxt bunu etiraf etməyib. Beləliklə, İsrail məsələni ictimailəşdirmədiyi üçün İran və “Hizbullah” nüfuzunu xilas etmək naminə cavab zərbələri endirmək məcburiyyətində qalmayıb. Lakin indi, İsrailin həyata keçirdiyi hücum nəticəsində İran xüsusi təyinatlı “Qüds” bölməsinin ən azı 8 zabitini itirdikdən, ruslar isə hücuma görə İsrailin məsuliyyət daşıdığını bildirdikdən sonra İran çox həssas vəziyyətə düşüb. Ölkənin kütləvi informasiya vasitələri indi nəinki hücum, həmçinin Əli Əkbər Vilayəti kimi yüksək vəzifəli məmurların bəyanatları haqqında yazır. Qeyd edək ki, Vilayəti İranın cavab verəcəyini bildirib.

Niyə ruslar İsraili satıb? İki səbəb var. Birincisi, bu bazada ruslar da olub. İsrailin zərbəsi dəqiq olsa da, hücum Rusiya qüvvələrinin yaxınlığında baş verib. Vladimir Putin bunun yolverilməz olduğunu İsrailə mesaj vermək qərarına gəlib. İkincisi, İsrail Əsəd rejimi Dumada kimyəvi silahdan istifadə etdikdən sonra zərbə endirib və Putin İran bazasına Amerikanın zərbə endirmədiyini göstərmək istəyib. “Amerikanın gücü Suriyadakı hadisələrə təsir edir” – onun bu tip xəbərlərə allergiyası var. Bu ölkədə hakim qismində Rusiya çıxış edir.

Ümumi götürəndə, Amerika, Britaniya və Fransa qoşunlarının Suriyada kimyəvi silaha aidiyyəti olan üç obyektə endirdiyi zərbələrin məhdud xarakter daşıması Putinin haqlı olduğunu sübut edib. Bu zərbələr kəşfiyyatı, Əsədin idarəetmə sistemini zəiflətməyib, Suriyada qüvvələr balansına və ölkədə Rusiya ilə İranın mövqeyinə təsir etməyib. Koalisiyanın Rusiya və İran qüvvələrinə yaxın hədəflərdən hər vəchlə yan keçən zərbələrinin miqyası Rusiya hücumlara cavab verəcəyini elan etdikdən sonra məhdudlaşdırılıb. Əslində, Moskva Tramp administrasiyasının qarşısını almaq iqtidarında olduğunu göstərib.

“Qoy, bu işlə başqaları məşğul olsun” deyən ABŞ prezidentinin açıq şəkildə Suriyanı tərk etmək istəyi, şübhəsiz, Rusiya və İranı cəsarətləndirəcək. Bu, İsrailin tək qaldığını göstərir. Bəlkə də, İran İsrailə qarşı cavab tədbirlərini məhdudlaşdıracaq, ancaq onlar əvvəlki kimi Suriyada iştiraklarını artıracaq və davam edən üsyançı hərəkatla mübarizəni davam etdirməli olacaqlar. Bu ondan xəbər verir ki, İranın cavab zərbəsi (istər birbaşa İsrailə olsun, istərsə də İsrail hüdudları xaricində həssas hədəflərə olsun) o qədər məhdud olacaq ki, İsrail də öz cavabını məhdudlaşdıracaq. Lakin bu ehtimaldır. Səhv imkanı çoxdur.

Hətta bu toqquşmanı məhdudlaşdırmaq və ya qarşısını almaq mümkün olsa belə, İran və İsrail onsuz da qarşıdurma kursu ilə irəliləyir. İran Suriyada özü və “əlaltıları” üçün geniş hərbi infrastruktur yaratmaq və İsrailə qarşı yeni cəbhə açmaqda qərarlıdır. İsrail də eynilə bu şəkildə İrana mane olmağa və onun Suriyada “Hizbullah”a oxşar təşkilat yaratmasına əngəl olmağa çalışacaq.

Gərginlik risqini başqa bir amil də artırır. İranın İsrailə qarşı Suriya cəbhəsi yaratmaq qətiyyəti onun Avropa ölkəsi üzərində asimmetrik üstünlük əldə etməyə çalışdığını göstərir. Hazırda 120 min idarə edilməyən raketə malik “Hizbullah” vasitəsilə fəaliyyət göstərən İran həm Livandan, həm də Suriyadan İsrailə təhlükə yarada biləcək. İsrailin imkanları isə çox məhduddur və o, İranı birbaşa təhdid edə bilər. Ən azından, İran belə düşünür.

İran yəhudi dövlətinə qarşı müharibə başladacağını və cəzasız qalacağını düşünəcək, ancaq İsrail belə bir vəziyyətlə heç cür razılaşa bilməz. İsrail İranın təhrik və təşkil etdiyi raket zərbələrinə, gündə 1000-2000 raketə tab gətirə bilibsə, onda İranın ona maksimal ağrı yaşadan hədəflərini də dəf edə bilər. İranın neft hasil edən obyektləri və neft emalı ilə məşğul olan müəssisələri İsrail üçün belə hədəflərdən biri ola bilər.

Bəs İran buna necə cavab verəcək? “Hizbullah”ın raketləri İranın İsrailə qarşı əl ata biləcəyi maksimum vasitədir. İranın neft obyektləri hədəfə çevrilsə, Tehran buna Səudiyyə Ərəbistanının neft müəssisələrinə hücumla cavab verə bilərmi?

Məsələnin mahiyyəti bundan ibarətdir: İsrail-İran müharibəsinin necə başlaya biləcəyini başa düşmək asandır, ancaq heç kim onu başa çatdırmağın yollarını bilmir. Tramp administrasiyası bəlkə də Suriyadan getmək istəyir, amma Birləşmiş Ştatlar uzaqlaşan kimi regional müharibə təhlükəsi güclənir.

Hazırda Amerikanın çəkindirici amili gərəkdir. Putin başa düşməlidir ki, ABŞ İsraillə genişmiqyaslı müharibə təhlükəsi yaradan İranın Suriyadakı ekspansiyasını izləyib fəaliyyətsiz qalmaycaq. O, İranın və şiə döyüşçülərinin genişlənən iştirakının qarşısını almaq üçün müəyyən addımlar ata bilər. Əks təqdirdə, bunu Amerika edəcək, özü də hərbi hava qüvvələrindən istifadə edərək. Suriya açıq-aşkar Tramp üçün maraqlı deyil. O, həmçinin, Amerikanın cəlb edilə və qlobal iqtisadiyyata ziyan vura biləcək genişmiqyaslı regional müharibədə də maraqlı deyil. İndi arxadan rəhbərlik etmək zamanı deyil”.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ