şənbə günü, 14 noyabr 2026
     

Sarkisyanın Rusiyaya xəyanəti Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər

Image


Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin inkişaf istiqaməti indi getdikcə daha maraqlı xarakter almağa başlayıb. Buna əsas səbəb Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi mənzərə, Ermənistanın ənənəvi hamisi Rusiyaya da xəyanət fonunda atdığı yeni addımlardır.

Söhbət ilk növbədə, Rusiyadan gələn bütün təpkilərə rəğmən, İrəvanın noyabrın 24-də Brüsseldə keçiriləcək ”Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistan və Avropa İttifaqı arasında genişləndirilmiş əməkdaşlıq haqqında sazişi imzalamaq niyyətindən geri çəkilməməsidir. Rusiyada hesab edilir ki, bununla Ermənistan Avropanın orbitinə yuvarlanmaq kursu seçir ki, belə vəziyyət Kremlin mənafeyi ilə qətiyyən uzlaşmır. Elə bu durumda indi Ermənistanda çoxları bəyan etməyə başlayıb ki, Moskva İrəvana bir çox istiqamətdə, o cümlədən Qarabağ məsələsində kifayət qədər sərt zərbələr vuracaq. Hətta erməni siyasi şərhçi Tevos Arşakyan qeyd edir ki, Kreml bu məsələdə İrəvanın gözlədyindən də sərt addımlar ata bilər:  “ Rusiya Ermənistanı Avrpa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, noyabrın 22-23-də Moskva Qarabağ haqqında yeni “Putin planı”nı Azərbaycana təqdim edəcək”.

Onun sözlərinə görə, Brüsseldə keçiriləcək ”Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistan və Avropa İttifaqı arasında genişləndirilmiş əməkdaşlıq haqqında sazişin imzalanması gözlənir: “Bu, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasının növbəti cəhdidir. Ekspertlər iddia edir ki, İrəvan keçmiş təcrübəni nəzərə alaraq, bu dəfə daha israrla hərəkət edir. 2013-cü ildə Avropa İttifaqı ilə sazişin imzalanması ərəfəsində Serj Sarkisyan Moskvaya getdi və Vladmir Putinin təzyiqlərindən sonra sazişdən imtina etdi, ardınca Avrasiya İqtisadi İttifaqına qoşuldu. Sarkisyanın bu günlərdə Moskvaya səfəri bu tarixi təcrübə fonunda narahatlıq doğurur. Rusiya çətin ki, Ermənistanın Qərblə sərbəst münasibətlər qurmasına imkan versin. İnformasiyalar var ki, Putinlə Sarkisyan Moskva görüşündə bəzi detallar üzrə razılığa gələ bilməyib. Lavrov məhz həmin detalların müzakirəsi üçün İrəvana gəlib. Əgər o, tam olaraq Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan döndərə bilməsə, Moskva noyabrın 22-23-də Azərbaycanın maraqlarının təmin olunduğu Qarabağ üzrə “Putinin yeni planı”nı təqdim edəcək. Kremlin dəstəyindən məhrum olmaq və Qarabağı itirmək Sarkisyan hakimiyyətinin sonu deməkdir. Ehtimal da var ki, Sarkisyan şəxsi maraqları üçün Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edə bilər. Bu baş verəcəksə, Ermənistan tamamilə Qərbin etibarını itirəcək və Moskvadan asılılığı güclənəcək”.

Digər erməni politoloq Manvel Sarkisyanın da məsələyə yanaşması çox maraqlıdır:

“Putinlə Sarkisyanın Moskvada qapalı keçirilən görüşü “döyülmüş it” atmosferində keçdi”. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb: “Lakin Putinlə Sarkisyan daha çox Ermənistanın daxili məsələsinə kökləndi”. Erməni politoloq iddia edir ki, Sarkisyan Putindən “Ermənistanın sahibi mənəm, yoxsa yox?” deyə soruşub: “Ermənistan daxilində dəyişikliklər gözlənir. Rusiya prezidenti ola bilsin ki, bu dəyişikliyin Sarkisyanın başçılığı ilə baş verəcəyini düşünür. Lakin Sarkisyan Putindən soruşdu: “Bu ölkənin sahibi mənəm, yoxsa yox?”. Sarkisyan çox şey haqda qərar verə bilmir, onun əvəzinə başqaları qərar verir. Ölkənin siyasəti məhv edilib. Daim güzəşt etməklə o, şəxsi mövqelərini itirir. Buna görə də o, Putinin önündə ağlayaraq soruşdu: “sahib mənəm, yoxsa yox?!”. M.Sarkisyan hesab edir ki, Rusiyanı Ermənistanda onların problemlərini kimin həll edəcəyi maraqlandırır: “ Sarkisyan yaxşı vəziyyətdə olsaydı, Karen Karapetyanı bura göndərməzdilər. Bu, oliqarxiya sistemidir və bu sistemdə yeganə güc puldur. Aydınlaşdı ki, pul artıq yoxdur, onu tamamilə qarət etdilər, təbii ki, Sarkisyan Rusiya kapitalına doğru əyilməli və ona ümid bəsləməli idi. Təbii ki, kimdə pul var, sahib də odur. Oliqarxiyanın zəifliyi də pulun yoxluğudur. Bu gün Rusiyada “Ermənistan investorlar klubu” Ermənistana doğru hərəkət edir. Bu, Rusiyanın gedişidir və aydındır ki, siyasi məsələlər bu prosesdə həll olunur. Bu, dövlət və xalqdan yuxarıda baş verən prosesdir. Belə vəziyyət isə Qarabağ məsələsinə də təsir edir. Rusiyadan gələn şərtləri Ermənistan bu vəziyyətdə qəbul etməyə məcburdur. Əks halda Moskva Sarksiyana Ermənistanın sahibi olmağa imkan verməz. Reallıqda əsl sahib elə Rusiyadır, Sarkisyan və onun kimilər isə Moskvadan gələn göstərişlərin sadəcə icraçılarıdır”. O vurğulayır ki, yaranmış vəziyyətdə Ermənistan ”Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Avropa İttifaqı ilə genişləndirilmiş əməkdaşlıq haqqında sazişi imzalasa, Kreml həm ölkənin sahibini dəyişəcək, həm də Qarabağ məsələsində İrəvana qarşı daha sərt addımlar atacaq.

Manvel Sarkisyan qeyd edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu mənada Bakı və İrəvana səfərləri təsadüfi deyil. Ermənistanın “Aravot” nəşri diplomatik mənbələrə istinadən yazır ki,  Lavrov özü ilə Qarabağ münaqişəsinin nizama salınmasına dair yeni plan da gətirib və o,  münaqişə tərəflərinə danışıqların intensivləşdirilməsini təklif edib: “Oktyabrın 16-da prezidentlərin Cenevrə görüşündən sonra Rusiya münaqişədə aktivliyini artırdı. Lavrov da tərəflərə Rusiyanın təşkilatçılığı ilə danışıqların intensivləşdirilməsini təklif edib. Özü də burada Azərbaycanın istəkləri nəzərə alınır. Çünki Azərbaycan, Ermənistandan fərqli olaraq, “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Avropa İttifaqı ilə genişləndirilmiş əməkdaşlıq haqqında sazişə can atmır, Bakı burada öz şərtlərini diqtə etməyə çalışır. Bütün bunlar Rusiyada da yaxşı görülür, sezilir. Yaranmış vəziyyətdə Moskva Bakı ilə əməkdaşlıq səviyyəsini daha da yüksəltməyə can atır”. Erməni mediasının yazdığını Sergey Lavrov da təsdiq edir. Məsələn, o, Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən çox məmnun olacaqlarını vurğulayır: "Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik. Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq". Sergey Lavrov “ADA” Akademiyasında tələbələr qarşısında müharizə ilə çıxışında Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu da bildirib.  Bu fonda o, Qarabağ münaqişəsinin həllində ölkəsinin maraqlı olduğunu xüsusi olaraq diqqətə çatdırır: “Biz ATƏT-in Minsk Qrupunun həmsədr üçlüyünün üzvü kimi, düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıyıq. Dağlıq Qarabağ münaqişəsinin nizamalanması üçün bütün alətlər masanın üzərindədir və danışıqlar bu istiqamətdə aparılır. Menyu masa üzərindədir. Lakin məsələ bundadır ki, təkliflər paket halındadır. Tərəflərdən biri bu elementlərə hansısa dəyişiklik edəndə balansın pozulduğunu düşünür. Lakin son nəticədə biz diplomatik yolla hər iki tərəfi razı salacaq həll yolu tapacağımıza ümid edirəm. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Qarabağ münaqişəsi heç kimə sərf etmir. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə münaqişə tərəflərinin qəbul edəcəyi hərtərəfli həll yolunun tapılması istiqamətində səylərimizi davam etdirəcəyik”. Ermənistanda isə bütün bunlar təsadüfi hal kimi qiymətləndirilmir və hesab edilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstəcək.  Bunu digər rusiyalı politoloq Qriqori Trofimçuk da təsdiq edir. O, Lavrovun Azərbaycan və Ermənistana səfərindən sonra Qarabağ münaqişəsinin həlli istiqamtəində müəyyən yeniliklərin olmasını istisna etmir və bunun əsas səbəblərindən biri qismində regionda cərəyan edən yeni hadisələri göstərir: “Qarabağ konfliktinin həll planı və ya “Lavrov planı” barədə danışıqlarda vacib olan bir məqam var. Rusiya danışıqları gizli aparmağa və ya 2014-cü ilə qədər edə bildiklərini açıq şəkildə etməyə cəhd edirsə, o zaman Ermənistanda ciddi daxili siyasi hadisələr baş verə bilər. Biz təkcə Qarabağ problemini yox, həm də regional siyasətin hansı səviyyədə olmasını, Avrasiya siyasətini və Ermənistanın Avrasiya İttifaqının üzvü olmaqla bərabər Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi üzərində iş aparması şəraitini diqqətdə saxlamalıyıq. Mən yenə də təkrar edirəm, 2014-cü ilə və ya 2016-cı ilin aprelinə qədər olan zaman çərçivəsində Rusiya Azərbaycan və Ermənistanla razılaşıb, belə bir layihə gerçəkləşdirə bilərdi, amma indi situasiya dəyişib. İstənilən Ermənistan hökuməti Qarabağın həlli ilə bağlı “Lavrov planı”nı təhdidin artması və Ermənistana hücum kimi dəyərləndirəcək. Əminəm ki, bir sıra müşahidəçilər Qarabağ konfliktini “Madrid prinsipləri“nə əsaslanan bu tip ideyalarla həll etmək istəyir. Lakin əsas məsələ bunun reallıqda nə nəticə verəcəyidir. Ermənistanın Qarabağla bağlı narahatlığı aprel savaşından sonra artıb. Ona görə ki, onun təhlükəsizliyi üçün heç bir zəmanət yoxdur”. Ekspert hesab edir ki, bütün bunların ümdə səbəblərindən biri Ermənistanın Avrasiya İttifaqı və Avropa İttifaqı arasında qalmasıdır: “Bunlardan hər hansı birindən imtina isə Ermənistanı kifayət qədər çətin vəziyyətdə qoyur: Hər ikisində olmaq isə alınmır. Təbii ki, bütün bunlar da Qarabağ münaqişəsinin gedişinə təsir göstərir“.

Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Qarabağ münaqişəsi ilə bağlı hadisələr maraqlı bir məcrada inkişaf edir. Ermənistanın Rusiyaya xəyanət etməsi fonunda baş verənlərin mütləq yaxın tezlikdə bir nəticəsinin olması da qaçılmaz sayılır. İndilikdə görünən həm də odur ki, proseslər Azərbaycanın istədiyi bir axara yönəlir. Bu isə ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa olunmasını istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ