şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan diplomatiyası Qarabağ “topunu” Rusiya ilə Ermənistanın arasına qoya bildi…

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla onun rus həmkarı Vladimir Putin arasında Soçidə müzakirələrin aparıldığını birinci artıq rəsmən təsdiq edib. Xatırladaq ki, hər iki prezident Soçi görüşündən sonra keçirdikləri mətbuat konfransında Qarabağ məsələsinə dair müzakirələr aparılıb-aparılmamasına dair hansısa açıqlama verməmişdi.

Elə bu səbəbdən məsələ ətrafında müəyyən bir müəmma hökm sürürdü. Amma Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan artıq bu müəmmaya tam aydınlıq gətirib. Belə ki, o, Rusiya prezidenti ilə görüşündə Dağlıq Qarabağ problemini müzakirə etdiklərini təsdiqəlyib: “Biz cənab Putinlə Dağlıq Qarabağ problemini müzakirə etdik. Rusiya Ermənistan üzərində təsirə malikdir. Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur. Biz bunun üzərində dayandıq ki, həmin qərarlar icra edilməlidir. Cənab Putin məsələyə müsbət yanaşır, lakin başa düşdüyümə görə, xüsusi ümid bəsləmir. Düşünürəm ki, onun ümidsizliyi iki ölkə arasında münasibətlərlə bağlıdır”. Türkiyə prezident qeyd edib ki, görüşdə Putinə Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağı təklif edib: “O özü də belə düşünür. Lakin tərəflərin tutduğu mövqeyə görə onda xüsusi ümid yoxdur. Mən ona beş rayonun azad edilməsi və ermənilərin bu əraziləri tərk etməli olduğu haqda qərarı xatırlatdım”. Ərdoğan Azərbaycan ərazilərinin işğalı faktının BMT Təhlükəsizlik Şurası tərəfindən tanındığını xatırladıb: “Bununla belə, erməni hərbi birləşmələri bu rayonları tərk etmir. Rayonlar azad ediləcəksə, bu torpaqların sahibləri evlərinə qayıda biləcəklər”.

Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Qarabağ məsələsi Soçidə müzakirə predmeti olub. Düzdür, Ərdoğanın dediklərdən o qənaət də hasil olur ki, Rusiya lideri məsələnin həlli istiqamətində o qədər də nikbin mövqe sərgiləməyib. Amma daha bir vacib məqam həm də budur ki, əslində, Rusiya siyasi elitası konfliktin çözümü istiqamətində indi mühüm addımlar atılmasının zəruri olduğunu da açıq etiraf edir. Bu, ilk növbədə həm Cənubi Qafqazda təhlükəsizlyin təmin olunması, həm də elə Rusiyanın regionda öz maraqalrı üçün çox mühümdür. Bunu rusiyalı politoloq Aleksandr Proxanov da təsdiq edir. Onun sözlərinə görə, əslində, Rusiyanın Dağlıq Qarabağdakı konfliktə xüsusi marağı var: “Biz xatırlayırıq ki, bu konflikt nəticəsində SSRİ dağılmağa başlayıb. SSRİ mərkəzi hökuməti bu konflikti lokallaşdırmağı bacarmadı və burada böyük qırmızı ansamblın dağılma reaksiyası start götürdü. Ermənistan və Azərbaycan dövlətlərinin formalaşmasına dərin simpatiya və hörmət bəsləyən Rusiya özü üçün həddən artıq həssas olan bölgədə sülh və rifahın hökm sürməsində maraqlıdır. Bu sülhün pozulması, hərbi fəaliyyətlərin aktivləşdirilməsi Rusiyanı yaralayır və onu Bakı ilə İrəvan arasındakı kəskin münasibətlərə müdaxilə etməyə məcbur edir. Rusiya elitasını erməni siyasətçilərlə Avropa Birliyi arasında aparılan danışıqlar narahat edir. Bu danışıqlar AB ilə Ermənistan arasında genişmiqyaslı əməkdaşlıq haqqında razılaşmanı nəzərdə tutur. AB-nin Rusiya-Avropa münasibətlərində əsas münaqişə qüvvələrindən biri olması Rusiyanı narahat etməyə bilməz. Məhz AB-nin Urkaynanı özünə siyasi, iqtisadi və mədəni cəhətdən bağlamaq istəməsi Donbasdakı dəhşətli böhranlara səbəb oldu. Biz unuda bilmərik ki, uzun zaman ərzində AB Belarusa böyük təzyiqlər edib. Biz həmçinin AB-nin arxasında NATO-nun kölgəsinin dayandığını görməzdən gələ bilmərik. AB kimi yeni oyunçunun gəlməsi ilə, bizim fikrimizcə, Qarabağda destabilizasiya yaradan faktor olacaq. AB və Rusiya qarşıdurma vəziyyətindədir. Ona görə də AB-nin Qarabağ konfliktində peyda olması Rusiyanın bu regionda mövqelərini zəiflədəcək”. Məhz bu şəraitdə Kremldə yaxşı başa düşürlər ki, Avropa Birliyinin Ermənistanla yeni saziş imzalaması və bununla Qafqaza gəlişi istiqamətində yeni addım atması Rusiyanın mənafelərinə ciddi zərbədir. Digər tərəfdən Avropa Birliyi Qarabağ konfliktinin həlli istiqamətində hansısa gedişlər etməyi bacarsa, onda Rusiyanın regional mövqeləri daha da zəifləmiş hala düşəcək. Elə bu səbəbdən Kreml üçün ən yaxşı gediş özünün Qarabağ münaqişəsinin çözümü istiqamətində hansısa real addımlar atmasıdır.  Kreml yaxşı bilir ki, Ermənistan rəhbərliyini istədiyi şərtlərə razı sala bilər. Hər halda görünən odur ki, Qarabağ konfliktinin həlli istiqamətində əməli addımlar atılması artıq Rusiya üçün nüfuz, regional mövqelərini qorumaq məsələsidir. Bütün bunları nəzərə alan Rusiyanın “Kommersant” qəzeti yazır ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin yenidən nəzərəçarpacaq dərəcədə fəallaşdığı görünür. Qəzet burada əslində fəallaşmanın elə Rusiyanın sayəsində baş tutduğuna da diqqət çəkərək yazır ki, gələn həftə xarici işlər naziri Sergey Lavrov Bakıya və İrəvana səfər edəcək. Həmin ərəfədə isə Moskvada Rusiya və Ermənistan prezidentləri məsələni müzakirə ediblər. Eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada Minsk Qrupunun həmsədrləri ilə görüşüblər: “Cenevrədəki oktyabr sammitindən sonra Azərbaycan və Ermənistan prezidentləri rusiyalı həmkarları Vladimir Putinlə ayrı-ayrılıqda görüşüb. Azərbaycan dövlət başçısı İlham Əliyevlə bu görüş İranda, Sery Sərkisyanla Moskvada baş tutub. Publik bəyanatlarında rəsmi şəxslər nizamlamaya can atdıqlarını deyirlər, lakin danışıqlara yaxın olan diplomatlar etiraf edirlər: sülh razılaşması hələ uzaqdadır. Hələlik isə tərəflər bir sıra işçi təklifləri, onların mümkün keyfiyyət və zaman göstəricilərini müzakirə edir”. “Kommersant” bildirir ki, indiki işçi təkliflər “Madrid prinsipləri“nin modernizə edilmiş versiyasından ibarətdir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edir ki, Qarabağ məsələsinin həlli ölkəsi üçün vacibdir: ”Rusiya üçün Dağlıq Qarabağın həlli məsələsi beynəlxalq gündəmdəki əsas prioritetlərdən biri hesab edilir. Ona görə ki, söhbət təkcə bizim qonşularımızdan yox, həm də bizi yalnız sənədlər və öhdəliklərlə bir-birimizə bağlamayan xalqlardan gedir. Bizi tale, həyat bir-birimizə bağlayır. Bizim on illər, yüz illər ərzində ümumi həyatımız, taleyimiz olub. Ona görə də Dağlıq Qarabağ bizim üçün prioritetdir”. “Sivilzasiyalar dialoqu” İnstitutunun rəhbəri Aleksey Malaşenko bununla bağlı bildirir: “Biz hansısa ümumi yanaşmalar tapıb bunlar barədə danışa bilərik. Lakin “Madrid prinsipləri“ Qarabağ məsələsinin necə həll edilməli olduğunu göstərir”. Ermənistanın bundan boyun qaçırması müharibəni tətikləyir.  Müharibə isə işğlaçı ölkə üçün əsl fəlakət sayılır. Bunu erməni politoloq Ara Papyan da açıq şəkildə etiraf edir. Xüsusən Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr edilmiş tədbirdə çıxışı zamanı dediyi “Qarabağ Azərbaycan torpağıdır və biz nəyin bahasına olursa olsun torpağımızı qaytaracağıq” sözləri bu fonda işğalçı ölkədə böyük narahatlıq doğurub. Ara Papyan məsələnin bu tərəfini şərh edərkən  bildirir ki, Azərbaycan Qarabağ məsələsində qətiyyən  geri çəkilməyəcək və belə vəziyyətdə  Ermənistanın ətrafındakı halqanın daraldığı da xüsusi diqqət çəkir. Erməni politoloq əslində Azərbaycanın təkcə Qarabağı yox, İrəvan da daxil olmaqla digər əraziləri də qaytarmaq niyyətində olduğunu vurğulayıb: “Azərbaycanın hədəfi təkcə Qarabağın qaytarılması deyil. Təklif edirəm ki, gəlin Qarabağı qaytaraq. Lakin bununla hər şey bitmir. Bu gün Azərbaycan Ermənistanı bütün vasitələrlə sıxır. Ermənistana siyasi, psixoloyi təzyiqlər edilir. Bakının siyasəti nəticəsində bu gün bizim ölkə emiqrasiya və doğum sayının düşməsi problemi ilə üz-üzədir. Ermənistan boşalır, Türkiyə və Azərbaycan iki tərəfdən bizi sıxır. Biz təmaslar qurmalıyıq, Qarabağın qaytarılması ilə bu siyasət başa çatacaqsa, mən buna razıyam. Lakin hesab etmirəm ki, hər şey Qarabağla yekunlaşacaq”.

Əslində erməni mediasının yazdıqları, eləcə də ekspertlər səviyyəsində səslənən fikirlərdən bəlli olur ki, düşmən ölkədə Qarabağ münaqişəsinin hərbi əməliyyatlar mərhələsinə keçməsi qətiyyən arzuedilən hal deyil. Çünki müharibənin onlara nələrin hesabına başa gələcəyini Ermənistanda çox yaxşı bilirlər. Hələ genişmiqyaslı hərbi əməliyyatlar olmadan belə, erməni tərəfinin hərbi itkiləri kifayət qədər yüksəkdir. Qeyd edək ki, rəsmi açıqlamalara görə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölüb, 88 nəfər yaralanıb. Lakin müstəqil mənbələr bu rəqəmlərin 2-3 dəfə çox olduğunu bildirir. İndi hərbi əməliyyatlar yenilənsə, erməni tərəfinin  nə qədər böyük itki verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Başqa tərəfdən, bu gün Ermənistan ordusunda hərbi xidmətə aparmaq üçün insanların tapılmaması, xüsusilə ötən ilin aprel müharibəsində qoca və yaşlıların ordu sıralarına götürülərək cəbhə xəttinə göndərilməsi, müharibə sırasında onların çoxunun həlak olması da belə qənaətə gəlməyə əsas verir ki, müharibə həqiqətən erməni tərəfi üçün fəlakətdir. Bundan xilas yolu isə Azərbaycanla razılığa gəlməkdir. Elə bu məsələyə Rusiyanın özü də böyük töhfə verə, hətta Qərblə, xüsusən də ABŞ-la yeni bir əməkdaşlığın əsasını qoya bilər. Bunu Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza da RİA “Novosti”yə açıqlamasında təsdiq edir. O bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub. Brayza ABŞ və Rusiyanın Gürcüstandakı münaqişələrlə bağlı tamamilə əks mövqeyə sahib olmasına baxmayaraq, Qarabağ münaqişəsində və terrorizmlə mübarizədə mütləq əməkdaşlıq etdiyini vurğulayıb. İndi bu əməkdaşlığın Qarabağ konfliktinin həlli istiqamətində real addımlar atmaqla daha da genişləndirilməsi mümkün sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ