şənbə günü, 14 noyabr 2026
     

Azad medianın imkanlarını “reketçilik” fəaliyyətinə yönəldənlərə qarşı ictimai ittihamlar böyüyür

Image


Aynur Camal: “Düşünürəm ki, televiziya yaratmaqla bağlı mövcud olan tələblər onlayn və yazılı medianın da qarşısına qoyulmalıdır”

 

Azərbaycan mediasının “qara yara”sına çevirilən “boz mətbuat”, yaxud “reket jurnalistika” yarandığı gündən sağlam fikrə, cəmiyyətin inkişafına zərbə vurmaqla məşğul olub. “Reket jurnalistika”nın meydana gəlməsi mətbuat aləmində, peşəkar mediada böyük narahatlıq, eyni zamanda da haqlı narazılıq yaratdı. İşi-gücü onu-bunu qaralamaq, şantaj etmək olan “reket jurnalistika” həqiqətən də böyük bir bəla kimi cəmiyyətdə “at oynadırdı”.

Sözsüz ki, mediamıza zorla yamaq edilməyə çalışılan “reket jurnalistika”nın yaranması, onun meydana çıxması, hansısa şəxslər tərəfindən himayə edilməsi ekspertlər tətəfindən dəfələrlə vurğulanıb. Bu hallara qarşı Mətbuat Şurasının, eləcə də sağlam KİV-lərin apardığı çoxşaxəli mübarizə cəmiyyət tərəfindən razılıqla qarşılanır.

“Reket jurnalistika necə yarandı? O, cəmiyyətə, insanlara, KİV-in prinsiplərinə nə kimi ziyanlar vurub? “Boz media” ilə necə mübarizə aparmalıyıq ki, onları tamamilə sıradan çıxarmağa nail ola bilək?

“Gündəlik Teleqraf” MMC-nin direktoru, sabiq millət vəkili Aynur Camal bizimlə söhbətində bildirdi ki, reket jurnalistika keçən əsrin sonlarından yaranmağa başlayıb. Onun sözlərinə görə, “reket jurnalistika”nın yaranma səbəbləri çoxdur. O hesab edir ki, onlardan biri də heç bir təhsili olmayan, yaxud jurnalistikadan bixəbər bəzi insanların yüngül qazanc əldə etmək məqsədilə “reket jurnalist” adı ilə insanları müxtəlif yollarla şantaj edib pul qazanmasıdır: “Onların necə yaranması əsas deyil, onlarla mübarizə aparıb neqativ hərəkətlərinin qarşısını almaq üçün çalışmaq lazımdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda qəzet təsis etmək, sayt üçün domen almaq çox asan bir şeydir. Yüngül yolla, insanları aldatmaqla, şantaj etməklə pul qazanmaq istəyən adamlar heç bir maneə ilə üzləşmədən qəzet aça, sayt yarada bilir, bu da analoji problemin meydana çıxmasına səbəb olur. “Reket journalist” əlinə bir vəsiqə götürüb onu-bunu şantaj edir, təhqir etməkdən çəkinmir. Təəssüf ki, media ilə bağlı qanunvericilikdə boşluqlar var və o boşluqlar da imkan verir ki, hər yerindən duran, media haqqında təsəvvürü olmayan adam bir domen adı qeydiyyatdan keçirib, evində oturub mətbəxində çay içə-içə “sayt yaratdığını” élan edə bilər. Bundan sonra isə həmin təsadüfi adamlar insanların şərəf və ləyaqətini alçaldan yazılar yazıb yayır. “Reket jurnalistika” bax, bu formada yaranır. “Reket media”nın necə yaranmasının müzakirə olunmasındansa, bunun qarşısını hansı yollarla almalı olduğumuzu gündəmə gətirməliyik. Biz bu barədə düşünməliyik. Çünki onların qara niyyətli fəaliyyətindən hər kəs əziyyət çəkir. Onu da deyim ki, “reket jurnalistika” yalnız Azərbaycanda deyil, bütün dünyada var. Bu yolu tutan adamlar istənilən şəxsin üstünə “media” vasitəsilə şər-böhtan ata bilir, onu təhqir edir. Bu iş onlar tərəfindən qadınlara qarşı daha asanlıqla həyata keçirilir. “Reket jurnalistika”nın qarşısının alınması yolları təbii ki, var. Düşünürəm ki, media ilə bağlı qanunların müddəalarının mütləq sərtləşdirmək lazımdır. Onlayn media, bütün dünyada olduğu kimi, Azərbaycanda da kütləvi informasiya vasitələrinin yeni bir növüdür, həyatımıza təzə daxil olub. Klassik mediadan çox fərqlənir”.

Bu gün informasiya və internet əsrində yaşadığımızı xatırladan A.Camal bildirir ki, mövcud qanunları mediadakı yeni informasiya sürətinə mütləq mənada uyğunlaşdırmalıyıq: “Yəni biz imkan verməməliyik ki, hər yerindən duran bir media orqanı yaradıb özünü “baş redaktor”, “jurnalist” élan etsin. Bəyəm Tibb Universitetini bitirməyən, təcrübə qazanmayan bir adam həkim-cərrah ola bilir? Xeyr. Düşünürəm ki, jurnalistikaya aidiyyəti olmayan adamlar da “jurnalistəm”, “sayt rəhbəriyəm” deyib özünü təqdim edə bilməz. Bunun qarşısını qanunla almaq lazımdır. Bu cur hallara qarşı mübarizədə media qurumları arasında ciddi həmrəylik, fikir birliyi olmalıdır. Mətbuat Şurası yarandıqdan sonra “reket media”ya qarşı davamlı, düşünülmüş və ağıllı bir mübarizə prosesi başlandı. Bunun nəticəsində “reket jurnalistika”nın qarşısını almağa, onların fəaliyyətini məhdudlaşdırmağa yönəlik xeyli dərəcədə işlər görülür. Dəyərli həmkarlarımız bu yöndə böyük işlər görürlər, bunu çox yüksək qiymətləndirirəm. Ancaq düşünürəm ki, cəzalar olmayana, qanunlar sərtləşdirilməyənə qədər biz bunun qarşısını tamamilə ala bilməyəcəyik. Bunun yolu nədən keçir? Azərbaycan qanunlarına görə, vətəndaşlar asanlıqla televiziya kanalı yarada, aça bilmirlər. Yəni bir domen adını qeydiyyatdan keçirib sayt yaratmaq nə qədər asandırsa, televiziya yaratmaq bir o qədər çətindir. Əvvəlcə Milli Teleradio Şurasından lisenziya alınmalıdır, lisenziya almaq üçün isə yaranacaq televziyanın güclü maddi-texniki bazası, televiziya yaratmaq istəyən vətəndaşın isə əməkdaşlara əməkhaqqı vermək üçün heç olmasa bir illik büdcəsi olmalıdır və s. Amma bu tələblər onlayn və çap mediasının qarşısına qoyulmur, bu sahədə qeydiyyat çox asandır. Düşünürəm ki, televiziya yaratmaqla bağlı mövcud olan tələblər onlayn və yazılı medianın da qarşısına qoyulmalıdır. Məncə, bu rəsmən öz əskini tapmalıdır ki, nəticəsi olsun. Bununla “reket jurnalistika”nın qarşısını xeyli dərəcədə almaq olar. Media orqanı deyəndə gözümüzün qarşısına redaksiya gəlir, onun yaradıcı və texniki heyəti gəlir. Yəni bizim gördüyümüz, tanıdığımız, qəbul etdiyimiz media bu cürdür. Amma “reket jurnalist”lərin saytı bir-iki nəfər adamdan ibarətdir. Onlar da evdə oturub kimi istəsələr təhqir edir, kimi istəsələr söyürlər, amma onlara “gözün üstə qaşın var” deyən olmur. Çünki saytlarının nə ünvanı var, nə də telefon nömrələri. Araşdırıb görürsən ki, domenin də heç jurnalistikaya aidiyyəti yoxdur. Bütün bunlar jurnalistikanı öz həyatına, taleyinə, həyat prinsipinə çevirən hər bir həmkarım üçün çox ağrılı bir məsələdir. Biz müzakirələr yolu ilə onlarla mübarizənin ən optimal yolunu tapmalıyıq. Jurnalistikanı gözdən, hörmətdən salan, jurnalist adına ləkə gətirən dırnaqarası medianı sıradan çıxarmaq üçün nə lazımdır etməliyik”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ