şənbə günü, 14 noyabr 2026
     

Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” variantı indi qəti şəkildə gündəmdə...

Image


Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya həyata keçrilən işgüzar səfəri fonunda Moskvadan Azərbaycan üçün mühüm olan rəsmi bir açıqlama verilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır. O, bu il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini və siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb.

Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 20-də Bakıya səfər edəcəyini də bildirib. Səfər çərçivəsində ikitərəfli münasibətlərin, aktual problemlərin müzakirə olunacağını vurğulayan Rusiya XİN rəsmisinin sözlərinə görə, Lavrov Bakıda həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq: “Biz bu haqda dəfələrlə danışmışıq ki, Azərbaycan Qafqaz regionunda bizim əhəmiyyətli strateji tərəfdaşımızdır. Rusiya-Azərbaycan əməkdaşlığı təkcə dostluğun və qarşılıqlı hörmətin çoxillik ənənələrinə bağlı deyil, həm də regional və beynəlxalq məsələlərdə yaxınlıq önəm daşıyır”.

Erməni mediası yazır ki, Mariya Zaxarovanın bu səpkidə verdiyi açıqlamalar təsadüfi deyil və son günlərdə baş verənlərin məntiqi nəticəsidir. “Aykakan Jamanak” qəzeti isə diqqəti ona yönəldir ki, Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü və bu fonda iki ölkə arasında dərinləşən münasibətlər, Azərbaycanın Rusiya üçün daha böyük  önəm daşımağa başlaması belə bir vəziyyət yaradır. Qəzet qeyd edir ki, Türkiyə Minsk Qrupunun üzvü kimi həmsədrlər arasında yer almadığı halda aktiv şəkildə Qarabağ münaqişəsi ilə bağlı prosesdə Rusiya ilə fərqli bir strategiyanı həyata keçirməyə hazırdır.  Elə bu fonda da Rusiyanın Qarabağ məsələsində Azərbaycanın maraqlarına uyğun yeni siyasətə başlayacağı əndişəsi bütün Ermənistanı bürüyüb. Burada hesab olunur ki,  Soçidə Ərdoğan-Putin görüşündə  Qarabağla bağlı yeni plan ortaya çıxıb. Rusiya xarici işlər naziri   Sergey Lavrovun da məhz bu planı müzakirə etmək üçün  Bakıya və İrəvana səfər edəcəyi bildirilir. “Aykakan Jamanak” qəzeti yazır ki, Rusiya bu plan fonunda Türkiyənin Qarabağ münaqişəsinin çözümündə iştirakına razılıq verib. O da xüsusi olaraq vurğulanır ki, hadisələr Azərbaycanın maraqları çərçivəsində cərəyan edir və yeni plan da Bakı üçün tam sərfəlidir. Erməni tərəfi düşünür ki, Lavrov bu gəlişilə açıq-aşkar onlara təzyiq üçün Serj Sarksiyanın bir müddət əvvəl barəsində bəhs etdiyi “ağrılı” kompromisləri də gətirə bilər. Özü də bütün bunlar 2018-ci ildə artıq hakimiyyətin idarəetmə modelinin dəyişdiyi və Qarabağ məsələsində Ermənistanı kimin təmsil edəcəyinin sual doğurduğu  bir dönəmdə reallaşır.

Düzdür, 2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa vuracaq Serj Sarkisyanın hakimiyyət üzərində nəzarətini saxlamaq üçün baş nazir Karen Karapetyanla razılaşdığı bildirilir. Belə ki, oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqları aparan Sarkisyan İrəvana qayıdan kimi gözlənilməz addım atdı. Ermənistan mediasının məlumatına görə, Sarkisyan baş nazir Karapetyanla hakimiyyət bölgüsündə razılaşıb. Bölgüyə görə, Sarkisyan baş nazir, Karapetyan isə baş nazirin birinci müavini olacaq. Lakin Karapetyanın hökumətə rəhbərlik etmək səlahiyyəti əlindən alınmayacaq. Sarkisyan isə, baş nazir olaraq, daha çox siyasi prosesləri idarə edəcək. Karapetyanın bu təklifə razı olmasının səbəbi isə baş nazir olaraq Azərbaycan lideri ilə Qarabağ danışıqlarını apara bilməyəcəyidir.
Hazırda İrəvanda hakimiyyət bölgüsünün tamamilə başa çatdığı deyilir. Lakin Sarkisyanın Karapetyana qarşı gizli planının olması haqda da məlumatlar var. “Çorord İnknişxanutyun” qəzeti yazırdı ki, Karen Karapetyanın ətrafında xüsusi taktika ilə gizli şəkildə intriqalar şəbəkəsi hörülür:
“Serj Sarkisyan daxili strukturlara hücum etmək və baş naziri məhv etmək tapşırığı verib. Sarkisyan Karapetyanı hər məsələdə ondan asılı olacaq qədər zəiflətmək niyyətindədir. Bu planın son mərhələsi 2018-ci ilin yazında başa çatmalıdır”. Həmin vaxta təxminən 5 ay müddət qalıb. Bu müddətdə Karapetyana ciddi hücumlar ediləcək. Artıq Sarkisyana yaxın media baş nazirin bacarıqsız olması və iqtisadi geriləmə haqda silsilə yazılar dərc edir. Karapetyana həlledici zərbə isə məhz 2018-ci ilin aprelindən öncə vurulacaq. Ermənistan mediası qarşıdakı 5 ayda ölkədə ciddi siyasi qarşıdurmaların yaşanacağını yazır. Xüsusilə Kremlin öz adamı Karapetyana dəstək verəcəyi, lazım olacağı təqdirdə İrəvanda siyasi böhran yaradacağı qorxuları da var. “Çorord İnknişxanutyun” vurğulayır ki, bütün bunlar Qarabağ məsələsində öz əksini tapacaq: “Əvvəla, daxili qarşıdurma Ermənistanın mövqelərini daha da zəiflədəcək. İkincisi, baş verənlər fonunda Qarabağ məsələsində yaşanacaq olaylara görə Ermənistanda kimisə məsuliyyətdə günahlandırmaq çətin olacaq. Üçüncüsü, daxilən zəifləmiş Ermənistana istənilən şərti asanlıqla diqtə etmək mümkün olacaq. Dördüncüsü, Türkiyənin də fəal iştirakı ilə Rusiyanın bu istiqamətdə müəyyən addımlar atması tam gözləniləndir.  Ən nəhayət, hakimiyyət mövcud Qarabağ siyasətinin indiki şərtlər daxilində davam etdirilməsinin mümkünsüzlüyünü artıq daha yaxşı görür”. Qəzet onu da qeyd edir ki,  Türkiyənin bu prosesdə Azərbaycan tərəfindən mühüm bir formada yer alması Bakını çox qane edir. Bildirilir ki, bütün bunlar fonunda Rusiyanın Azərbaycan və Ermənistana münasibətinin dəyişməsi özünü qabarıq büruzə verir: “Moskvada Bakı strateji mütəffiq kimi qəbul olunur. Amma daha Ermənistan barədə belə rəsmi açıqlamalara rast gəlinmir. Bunun bir səbəbi də Ermənistanın Avropa ilə olan münasibətləridir”. Xatırladaq ki,  noyabrın 24-də imzalması gözlənilən Avropa İttifaqı və Ermənistan arasında yeni saziş Moskvanı çox qəzəbləndirib. Elə Qarabağ münaqişəsi ətrafında baş verən proseslər və Ermənistan-Avropa İttifaqı sazişi də əslində bir-biri ilə üzvü şəkildə bağlı görünür. Belə ki, Putin Ərdoğanla görüşür, münaqişənin Rusiya və Türkiyə, dolayısı ilə Azərbaycanın maraqları nəzərə alınmaqla “mərhələli həll” yolu ilə nizama salınması haqda məsələ gündəmə gəlir, Lavrov yeni planı müzakirə etmək üçün 19-20 noyabr tarixlərində Bakı və İrəvana səfər edir. Göründüyü kimi, Ermənistan ətrafında halqa daralır və işğalçı ölkənin qaçış şansları azalır. Bununla da proseslər Azərbaycanın istədiyi kimi cərəyan edir. Digər tərəfdən, yuxarıda qeyd edilənlərdən belə görünür ki, hazırda Qarabağ ətrafında intensivləşən təmaslara, müzakirələrə Türkiyə də cəlb olunub. Elə bu da Azərbaycanın maraqalrına uyğundur. Digər tərəfdən nəzərə almaq lazımdır kir, Türkiyə-Rusiya yaxınlaşması bütöv Avrasiya regionunda, hətta dünyada geosiyasi xəritənin yenidən çəkilməsi ilə müşaiyət olunur. Türkiyə Qərbdən uzaqlaşaraq Rusiyanın liderliyində yenidən formalaşan Avrasiya blokuna doğru meyllənir. Türkiyə-Rusiya yaxınlaşması kontekstində Qarabağ məsələsinin prezidentlərin danışıqlarında gündəmə gəlməsi, erməni tərəfinin bütün hay-küyünə baxmayaraq, qaçılmazdır. Artıq erməni tərəfi “mərhələli həll” variantının Türkiyənin də Rusiyaya təsiri nəticəsində işə salındığını bildirir. Düzdür, “mərhələli həll” Minsk Qrupu həmsədrləri tərəfindən tərtib olunub danışıqlar masasına qoyulan “Madrid prinsipləri”, yaxud “Kazan sənədi” kimi çoxsaylı, amma kiçik fərqlərlə bir-birini təkrarlayan həll modellərində öz əksini tapıb. Gözlənir ki, həm xarici işlər nazirləri, həm prezidentlər arasında son həftələr ərzində aparılmış müzakirələrin yekunu olaraq Sergey Lavrov həmin həll modelinin yeni redaktə edilmiş hansısa variantını özü ilə gətirəcək. Hesab edilir ki, ağırçəkili fiqur olan Lavrov regiona ezam edilirsə, sadəcə diplomatik protokol çərçivəsində müzakirələr aparmaq üçün gəlmir. O, ermənilərin də qorxduğu kimi,  konkret təkliflərlə gəlir.  Bu təklifləri İrəvanın qəbul etməsi üçün Ermənistana təzyiqlərin daha da artması gözlənir. Bunu politoloq Qabil Hüseynli də xüsusi olaraq vurğulayır: “Sergey Lavrovun gəlişi Qarabağ münaqişəsinin həll edilməsi üçün tərəfləri müəyyən razılaşmaya gətirmək məqsədi daşıyır. Baş verən proseslər sülhyaratma prosesinə yeni bir dinamizm verilməyə çalışıldığından xəbər verir. Bunun nə ilə nəticələcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil, amma hər nə olsa da, Azərbaycan öz mövqeyində prinsipiallığını qoruyub saxlayacaq“. Onun sözlərinə görə, Ərdoğan - Putinin görüşündən dərhal sonra Edvard Nalbandyanın Moskvaya çağırılması ortada ermənilərin mövqelərini korrektə etmək məsələsi olduğu anlamına gəlməlidir: “Şübhəsiz ki, Ərdoğan - Putin görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Çünki bu görüşün heç də bütün məqamları mətbuata açıqlanmayıb. Bu, həm ikili münasibətlərə, həm də bölgədəki problemlərə aiddir. Görüşdən bir gün sonra Nalbandyanın Rusiyaya çağırılması bu məsələ ilə bağlı onu mütləq təlimatlandıracaqlarından xəbər verir. Artıq 5 rayon məsələsi kifayət qədər real görünür. Azərbaycan hətta təkidlə 7 rayonun da qaytarılmasını tələb edə bilər. Amma Rusiya 5 rayonun Azərbaycana qaytarılması məsələsində Ermənistanın da razılığını alıb və bunu Rusiya mətbuatı yazır”. Politoloq qeyd edib ki, burada hər şey Ermənistanın davranışlarından asılıdır: “Ermənistan hadisələrin bu cür gedişini sabotaj etməsə, proseslər böyük sülh sazişinin bağlanmasına istiqamətlənəcək. Dağlıq Qarabağın statusu məsələsində isə Azərbaycan öz ərazi bütövlüyü daxilində Dağlıq Qarabağa ən yüksək, yəni respublika statusunun verilməsinə razıdır. Bütün bunlar Azərbaycanın konseptual yanaşmasının ayrı-ayrı elementləridir”.

Beləliklə, Qarabağ münaqişəsi ətrafında proseslərin artıq kifayyət qədər maraqlı bir məcrada inkişaf etdiyi aydın müşahidə olunur. İndilikdə hasil olunan qənaət budur ki, sözügedən proseslər Dağlıq  Qarabağ münaqişəsinin, nəhayət ki, dinc yolla həllini mümkünləşdirə bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ