şənbə günü, 14 noyabr 2026
     

İrəvanla müqayisədə Kremlin Bakıya üstünlük verməyə başlaması Qarabağ kontekstində böyük yeniliyə yol açır

Image


Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyi və ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar bu gün işğalçı Ermənistanı və onun hamilərini kifayət qədər çətin vəziyyətdə qoyub. Artıq Ermənistanda açıq etiraf edilir ki, Qarabağ konfliktinə görə getdikcə daha böyük problemlərlə üzləşirlər. Özü də bu problemlər ən müxtəlif sahələr, o cümlədən sosial-iqtisadi sferada özünü tam aydın şəkildə büruzə verir.

Eyni zamanda daha bir maraqlı cəhət odur ki, Bakının diplomatik gedişləri nəticəsində Ermənistan hamilərindən də əvvəlki kimi dəstək ala bilmir. Məsələn, Qarabağ məsələsində böyük təsir imkanlarına malik Rusiyanın Ermənistana münasibətində ciddi dəyişikliklərin qeydə alınması bu gün İrəvanda ən böyük narahatlıq predmetlərindən biridir. Moskvanın Bakı ilə münasibətlərə daha çox önəm verməyə başlaması Ermənistanda əsl fəlakət kimi qarşılanır. Bütün bunlar isə Ermənistanı Qarabağ məsələsində  fərqli siyasət yürütməyə, Bakının şərtlərini qəbul etməyə vadar edir.

Azərbaycanın siyasəti isə qətiyyətlidir, dəyişməzdir. Bunu prezident, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində bir daha xüsusi olaraq diqqətə çatdırdı. Qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş vermişdir. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk Qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Dövlət başçısı həmin çıxışında Ermənistana sərt xəbərdarlıq da etdi:  “Bununla paralel olaraq, biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərib. Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək”.

Bütün bunlar aydın şəkildə göstərir ki, Azərbaycan istənilən variantda ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Amma hələlik bu məqsədinə sülh yolu ilə nail olmağa çalışır. Yuxarıda qeyd olunduğu kimi, Bakı diplomatik gedişə bu istiqamətdə də məqsədinə xeyli yaxınlaşa bilib. Xüsusən də Rusiyanın Ermənistana dəstəyinin kəsilməsi istiqamətində atılan addımlar çox önəmli sayılır. Yeri gəlmişkən qeyd edək ki, noyabrın 13-də Soçidə baş tutan Rəcəb Tayyip Ərdoğan -Vladimir Putin görüşündən sonra Ermənistanda hesab edilir ki, Moskva Qarabağ məsələsində İrəvana daha sərt formada təzyiq siyasətinə başlayacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gələn həftə Bakı və İrəvana gözlənilən səfəri bunun ilkin başlanğıcı sayılır. Digər tərəfdən, erməni tərəfi özü də aydın görür ki, Qafqazdakı vəziyyət Moskva və Ankaranı Qarabağ probleminin həllində yaxınlaşdırır. Bakı üçün bu vəziyyətdə maraqlı olan əsas məqam Azərbaycanın maraqlarının üstün tutulmasıdır. İndi isə Soçi görüşünün ardından Lavrovun Bakı və İrəvana səfəri təsadüfi xarakter daşımır.  Ekspertlər bildirir ki,  Rusiyanın hazırda cənub istiqamətə böyük ehtiyacı var. Çünki Rusiyanın qərb istiqamətdə NATO, Baltikyanı ölkələr, Ukrayna və bəzi məsələlərdə Belarusla münasibətləri narahatedicidir. Bu səbəbdən Rusiyanın Azərbaycan, Türkiyə kimi mühüm ölkələrə ehtyiacı artıb. Burada istəklərinə maksimum dərəcədə nail ola bilmək üçün Kreml Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinin vacibliyini də yaxşı başa düşür. Elə Ermənistanı da narahat edən budur. Ermənistan faktiki olaraq diplomatik, iqtisadi müharibədə Azərbaycana uduzub. İrəvanın hazırda yeganə ümidi Rusiyadan olan dəstəyədir. Amma Ermənistan tədricən bu dəstəkdən də məhrum olur. İrəvanda bu məqam artıq ciddi  narahatlıq yaradıb. Burada hesab edilir ki, Lavrovun budəfəki səfəri Qarabağ məsələsində İrəvana müsbət heç nə vəd etmir. Əsas fikir bundan ibarətdir ki, ərazilərin qaytarılması və mövcud status-kvonun dəyişdirilməsini nəzərdə tutan “Lavrov planı”, nəhayət, Moskvanın təkidi ilə işə salına bilər. İndi İrəvanda hesab edirlər ki, Lavrov səfəri fonunda bu planın icraya yönəldilməsini aktuallaşdıracaq. Bu planda ediləcək hansısa dəyişiklik də Ermənistanın maraqlarına uyğun sayılmır. Xüsusilə Azərbaycan-Türkiyə-Rusya formatında razılaşdırılmış planın erməni işğalına qarşı olacağı da aydın məsələdir. Erməni şərhçi Akop Badalyan hesab edir ki, mövcud status-kvonun saxlanması çətindir: “Çətin ki, dünyada da kimsə status-kvonun möhkəmləndirilməsini istəsin. Güzəştlər haqda danışmaq mümkün variant kimi görünür. Lavrovun gətirəcəyi yeni plan da bundan ibarət ola bilər. Çünki danışıqların uzanması müharibə variantını önə çıxarır, deməli, konkret addımlar atılmalıdır”. Badalyan Ermənistanın daxilində ciddi problemlərin olduğuna diqqət çəkib: “Aprel müharibəsi İrəvandakı elitanın çatlarını üzə çıxartdı. Problem ondadır ki, elita yeni plan qarşısında nə qədər iradə və qabiliyyət göstərəcək. Ermənistan daxilində millətin elitaya etibarının olmaması böyük problemdir və görünən budur ki, bu problemi yaxın vaxtlarda həll etmək mümkün deyil”.
Digər erməni şərhçi Sarkis Artsruni isə bildirir ki, Rusiya və Türkiyə qlobal səviyyəli məsələlərdə ümumi razılığa gəlibsə, bu razılaşmaya Qarabağ da daxildir: “Ermənistan rus-türk razılaşmalarının mənfi nəticələri ilə dəfələrlə üz-üzə qalıb. Yeni bir razılıq varsa, bu, Ermənistan üçün təhlükədən xəbər verir”. Ermənistanın “168 jam” qəzetinin diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə də, Lavrovun səfəri bilavasitə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına həsr edilib: “Son hadisələr Ermənistan üçün yaxşı məcrada inkişaf etmir. Xüsusən də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçi görüşü  Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni proseslərə təkan verib. Rəsmi açıqlamaların yoxluğuna rəğmən, faktdır ki, Ərdoğanla Putin, bir sıra mühüm məsələlər kimi, Qarabağ münaqişəsini də müzakirə edib və detalların ictimaiyyətə açıqlanmaması haqda razılığa gəlib. Türkiyə prosesə qatılıb və artıq Qarabağ məsələsinə yeni nöqteyi-nəzərdən baxılacaq. Artıq Türkiyə prosesin bir iştirakçısıdır və bu, Azərbaycan üçün müsbət haldır. Bu, Qarabağ konfliktinə yeni baxışdır. Aydındır ki, Bakı üçün  Türkiyə prosesdə müsbət rol oynacaq. Ermənistan üçün isə tamam əks vəziyyətdir. Ərdoğan - Putin görüşündən dərhal sonra Lavrovun Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün həftə sonu regiona səfər edəcəyi haqda məlumatın yayılması da Soçi görüşündə münaqişə ilə bağlı ciddi müzakirələrin aparıldığı ehtimalını gücləndirir. Rusiya Qarabağ münaqişəsinin nizama salınması üçün hansısa prosesi gücləndirməyə çalışır. Diqqət çəkən məqam odur ki, Lavrov Ermənistan və Avropa İttifaqı arasında ehtimal edilən sazişin imzalanmasından bir həftə öncə regiona gələcək. Lavrovda yeni plan varmı, yaxud o, “Kazan düsturu”na qayıtmaq məsələsi gündəmə gətirəcək, bunu demək çətindir. Əslində indiki məqamda bu o qədər əhəmiyyətli də deyil. Lakin Lavrov İrəvana Ermənistan-Avropa İttifaqı sazişinin qarşısını almaq üçün gəlir. Bu baxımdan, onun hər hansı ehtiyatsız söz işlətməyəcəyi gözləniləndir”. Bundan başqa qeyd olunur ki, Soçi görüşündən sonra diqqətçəkən digər məqam Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvada səfərdə olmasıdır. Nalbandyan Moskvaya Minsk Qrupunun həmsədrləri ilə görüşmək üçün səfər edib. Lakin o da istisna deyil ki, Nalbandyanı məhz Kreml rəhbərliyi çağırıb: “Ola bilər ki, Ərdoğan-Putin görüşündə əldə olunan razılıqlar Nalbandyana çatdırılacaq və erməni xarici siyasətinin bu istiqamətdə qurulması istəniləcək”. Hər halda, qeyd edilənlər Ermənistanda Qarabağ məsələsi ətrafında cərəyan edən son proseslərin heç də nikbin əhval-ruhiyyə doğurmadığını göstərir. Burada yaxşı başa düşürlər ki, artıq münaqişənin həlli istiqamətində əməli addımlar atılmalıdır. Bu fonda Ermənistana təzyiqlərin artması da aydın müşahidə olunur. Əlbəttə ki, bütün bunlar Azərbaycanın diplomatik uğurlarının real təzahürüdür. Yaranmış vəziyyətdə Ermənistanın konfliktin həlli istiqamətində əməli addımlar atması qaçılmaz sayılır. Əks halda aydındır ki, Ermənistana kənar təzyiqlər daha da artacaq. Digər tərəfdən, ən başlıca təsir vasitəsi kimi müharibə variantı gündəmə gələcək ki, bu da Ermənistanın faktiki sonu deməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ