şənbə günü, 14 noyabr 2026
     

Ermənilərin Mesrop Maştosu da, əlifbası da qondarma çıxdı...

Image


Professor Əjdər Tağıoğlu tarixdə Mesrop Maştos adlı dilçi, linqvistin olmadığını, bunun ermənilərin uydurması olduğunu meydana çıxarıb...

Buludxan Xəlilov: “Ümumiyyətlə, Mesrop Maştosun şəxsiyyəti də, milliyyəti də, əlifba yaratması da cəfəng bir məsələdir”


Xalqımızın belə bir sözü var: “Haqq nazilər, ancaq üzülməz”. Son zamanlar dilçilik, tarixşünaslıq və s. sahələrdə görülən işlər, aparılan tədqiqat işləri bir sıra tarixi həqiqətlərin meydana çıxmasına şərait yaradır. Erməni saxtakarlığı yalnız Azərbaycan xalqını, Türk dünyasını deyil, həm də bütün dünyanı öz caynağına almaq iddiasındadır.

Uzun illərdir dünyaya yalan, şər, saxtakarlıq toxumu səpməkdə olan ermənilər “qədim” xalq olduqlarını, “qədim əlifba”ya, “qədim tarix”ə malik olduqlarını qəbul etdirməyə çalışırlar. Hətta iş o yerə çatıb ki, onlar muzdlu tarixçilər və dilçilər tutub öz “tarixlərini” və “dil tarixlərini” yazdırmaq cəhdləri də edirlər. Deməliyik ki, hətta fransız əsilli tarixçilərdən biri külli məbləğdə pul qarşılığında ermənilər üçün “tarix yazıb”. Təbii ki, bu tarix Mesrop Maştosun “yaratdığı əlifba” kimi qondarmadır. Bildiyimiz kimi, son dövrlərə qədər ermənilər dünyaya car çəkirdilər ki, bəs deməzsən ermənilərin Mesrop Maştos “tərəfindən yaradılan əlifba”sı var. Tədqiqatçıların səyi nəticəsində məlum olub ki, ümumiyyətlə, tarixdə Mesrop Maştos adlı dilçi, linqvist olmayıb, bu, ermənilərin uydurduğu “dilçi”dir.

Qeyd edək ki, Azərbaycan alimlərindən filologiya elmləri doktoru, filoloq-tarixçi, professor Əjdər Tağıoğlu (İsmayılov) erməni saxtakarlığını ifşa edən geniş məzmunlu bir tədqiqat işi aparıb və “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” adlı kitabını nəşr etdirib. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarına əsasən nəşr edilib.

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” nəşrini son dövrlər erməni yalanlarının ifşa edilməsi sahəsində yaranan azsaylı əsərlərdən biri kimi qiymətləndirmək lazımdır.   

Məlumat üçün bildirək ki, Ə.Tağıoğlu ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni tarixşunaslığına sarsıdıcı elmi zərbələr endirib. Professor Əjdər Tağıoğlu “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından növbəti elmi əsəri - “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” adında kitabı  bizə böyük informasiya verir. Əjdər Tağıoğlu bildirir ki, çağdaş erməni tarixçiləri və dilçi alimləri əllərində heç bir maddi sübut olmaya-olmaya yunandilli anonim keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi kimi təqdim edirlər.

Professor Ə.Tağıoğlu görkəmli dünya linqvist-dilçi mütəxəssis alimlərin gəldikləri son nəticəni ümumiləşdirərək yazır ki, tarixdə nə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, nə ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası” olub, nə də “erməni yazısı”. Kitabda müəllif gətirdiyi tarixi maddi sübutlar əsasında o nəticəyə gəlir ki, “erməni yazısı” “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır. Avropalı erməni dilçi alimi R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta yazısı"na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir.

Ə.Tağıoğlu bu əsərdə fikrinin təsdiqi baxımından yaxın tarixi hadisəni xatırladır. O yazır ki, yerli əhalinin gözləri qarşısında “erməni yazısı”nın qədim mənşəyini gizlətmək üçün Eçmiədzin kilsəsinin təşkil etdiyi qaragüruh dəstənin oğuz türklərinin memar xəttatları tərəfindən atəşgahların kitabələrində müqəddəs “Avesta” kəlamlarından oyulmuş yazı mətnlərini xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur. Burada məqsəd çağdaş “erməni yazısı”nın daha sonralar təkmilləşdirilmiş formasında yaranmış bəzi yenı fonetik fərqləri - erməni boğaz səslərini süni şəkildə əlavə etməkdən ibarət idi.

Yazılanlara görə, ermənilər eyni təxribatı Van gölü ətrafında Maday-türk imperiyasının Əhəməni - pers dövrünə aid tapılmış “Avesta” daş yazılarının mətnlərində də etmişlər. Bütün bunlara baxmayaraq, çağdaş erməni yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmış şəkli olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmayıb.

Ə.Tağıoğlu başqa bir tarixi hadisəni xatırladaraq yazır: “Vəhşi çöllərdən yürüşlə gələn, yazı-pozudan xəbərsiz ərəb ordusu min illərlə ata-babadan atəşpərəst olan Azərbaycan türklərini “qılınc müsəlmanı”na çevirdikləri dövrdə gələcək nəsillərə qədimdən-qədim Ata tarixini unutdurmaq məqsədilə “Avesta” ədəbiyyatından tonqallar qaladılar, xalqımızın zəngin mənəviyyat, mədəniyyət və dövlətçilik tarixini dünya tarixinin səhifələrindən sildilər”. O qeyd edir ki, yunandilli Kilikiya erməni kilsəsi də bu tarixi faciəmizdən riyakarcasına faydalanaraq, fürsəti əldən vermədən, istifadə etdiyi “Avesta yazısı”nı “erməni yazısı” kimi tarixləşdirmişdi.

Erməni yalanlarının ardı-arası kəsilmək bilməsə də, əsl həqiqətlərin üzə çıxarılması onların iddialarını sarsıdır. Ermənilərin saxta əlifba məsələsini illərdir gündəmdə saxlaması həqiqətən də dəhşətli bir haldır.

Saxta Mesrop Maştos adından istifadə edən ermənilərin, əslində, qədim əlifbalarımızdan olan “Avesta”a əlifbasını oğurlaması faktı nəinki bizi, hətta bütün dünyanı narahat etməlidir. “Qədim əlifba”sını bizdən, müasir əlifbasını isə epiopiya xalqından oğurlayan bir topluma heç cür bəraət qazandırmaq olmaz.

Tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə aşıqlamasında bildirdi ki, erməni saxtakarlığının ifşa edilməsi istiqamətində səyləri daha da artırmaq lazımdır. B.Xəlilov hesab edir ki, Mesrop Maştos adlı dilçinin, tarixçinin olmaması faktdır və bu, erməni uydurmasıdır: “Hesab edirəm ki, bu məsələ dərinləşsə yaxşıdır. Təəssüflər olsun ki, indiyə qədər Mesrop Maştos “erməni əlifbasının yaradıcısı”, “əlifba banisi” kimi təqdim olunurdu. Hətta onu milliyyətcə erməni olaraq təqdim edirdilər. Amma indi əsl həqiqət məlum olub. Çünki tarix həmişə müəyyən zaman  keçdikdən sonra əsl həqiqəti üzə çıxara bilir. Tarixin gizli qatları açıldıqca məlum olur ki, heç Mesrop Maştos adlı adam olmayıb. Ümumiyyətlə, Mesrop Maştosun şəxsiyyəti də, milliyyəti də, əlifba yaratması da cəfəng bir  məsələdir. Əslində, o, əlifbanı yaradan yox, əlifbanı oğurlayan bir addır ki, onu ermənilər uydurub və bu saxta addan istifadə edirlər. Hesab edirəm ki, bu yöndə tədqiqatların ardı gəlməlidir. Bu işə həm tarixçilər, həm dilçilər, həm filoloqlar, həm coğrafiyaçılar, həm də etnoqraflar cəlb edilməli, onların bu sahədə tədqiqatları davam etdirilməlidir. Yoxsa, bir fikirlə, bir tədbirlə, bir qəzet məqaləsi ilə problemi məhdudlaşdırmaq olmaz. Biz bu məsələnin izinə düşmüşük və daha dərin qatlara getməyin vaxtı çoxdan çatıb. Yeri gəlmişkən, deyim ki, dilçilikdə belə bir fikir vardı: latın qrafikası ilə Orxon-Yenisey yazılı abidələri arasında  müəyyən əlaqə var. Yəni bir əlifbanı yaradarkən o əlifbaya qədər mövcud əlifbanın müəyyən qrafik işarələrindən istifadə olunur. Bu mənada bu yenə də bizim dilçiləri, tarixçiləri, əlifbaşünasları səfərbər edir ki, biz hətta Orxon-Yenisey yazılı abidələrindən qaynaqlanan latın qrafikalı əlifbanın özünə də yenidən yanaşaq, bu əlifbanın özü də Orxon-Yenisey yazılı                                                                                    abidələrindən qaynaqlanıb düzəldilib. Ona görə də mövqeyim ondan ibarətdir ki, bu istiqamətdə yerimizdə oturub qalmamalıyıq, tədqiqatları dərinləşdirməliyik. Məsələn, mən tədqiqatları dərinləşdirməyi nədə görürəm? Hesab edirəm ki, ayrı-ayrı təhsil müəssisələrində, xüsusən də ali məktəblərdə, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında seminarlar, müşavirələr keçirilməlidir. O seminar və müşavirələrdə mütəxəssislər tərəfindən əlifba məsələsi müzakirə olunmalıdır. Çünki  hər bir müzakirə tədqiqatçılar üçün müəyyən istiqamət verir, bu da bizim elmi-tədqiqat işimizi daha da dərinləşdirə bilir”. Mesrop Maştos saxtakarlığının beynəlxalq miqyasda da ifşa edilməsinə tərəfdar olan B.Xəlilov hesab edir ki, əvvəlcə bu məsələ ölkəmizin elmi ictimaiyyətinə, gəncliyə çatdırılmalıdır: “Beynəlxalq aləmə çıxmaq vacibdir. Ancaq buna qədər təhsil müəssisələrində, Azərbaycan Milli ElmlərAkademiyasının müvafiq institutlarında müzakirə olunmalıdır ki, burada alimlər sanballı sözlər desinlər, fikirlər irəli sürsünlər və bu rəylər ümumiləşdirilsin, sonra beynəlxalq səviyyədə işlər görülsün. Amma əvvəlcə gərək ölkə alimlərinin ümumi bazası hazırlansın. Biz özümüzü təqdim etməliyik. Ümumiyyətlə, əlifba tarixində bizim Orxon-Yenisey əlifbasının qədim əlifbalardan biri olduğunu sübut etməliyik. Ona görə də bu bizim üçün bir faktdır və bu istiqamətdə işimizi görək. Eyni zamanda, arzuolunan haldır ki, sanballı alimlər orta mıktəblərə getsinlər, şagirdlərlə bu istiqamətdə söhbətlər aparsınlar. Bundan başqa, çox istərdim ki, əlifba məsələsi ilə bağlı AMEA müvafiq institutlarla birgə konfranslar keçirsin. Konfranslar aktual problemlərə həsr olunmalıdır. Çünki problemləri problemlikdən çıxarıb tarixi həqiqətə çevirmək üçün konfranslara, simpoziumlara böyük ehtiyac var. Etiraf etməliyik, tarix boyu belə olub, gözləmişik ki, kimlərsə bizim maddi-mənəvi dəyərlərimizi, əlifbamızı mənimsəsinlər, öz adlarına çıxsınlar, biz də sonradan danışmağa başlayaq. Amma gərək özümüz də buna vaxtında yiyə durmalıyıq, bu məsələləri vaxtında təhlil etməliyik ki, başqalarının bizə aid olanları oğurlamağa cəsarəti çatmasın. Mesrop Maştoş məsələsi ancaq  mətbuatın müzakirə etdiyi məsələ olmamalıdır, ciddi elmi-tədqiqat institutlarında, universitetlərdə geniş müzakirə obyektinə çevrilməlidir”.

Mesrop Maştoş “əlifba”sının “Avesta”dan oğurluq olduğunu bir daha dünyaya bəyan etmək üçün o kitabənin orijinal yazılarını da üzə çıxara bilərik. Fikrimizə dəstək verən B.Xəlilov “Təbii ki, “Avesta”nı da, eyni zamanda, Qafqaz Albaniyasının 52 hərfdən ibarət olan əlifbasını da ortaya çıxara bilərik. Qafqaz Albaniyası Azərbaycan dövlətinin içərisində olan dövlət olub. Yəni biz onun varisiyik, Qafqaz Albaniyasına mənsub olan mədəniyyəti, ədəbiyyatı, dili, iqtisadiyyatı, siyasəti, tarixi bu günə gətirib çıxarmışıq. Ancaq təəssüflər olsun ki, Qafqaz Albaniyası deyəndə sovet tarixşünaslığında belə bir təsəvvür olub ki, Qafqaz Albaniyası bizə mənsub deyil. Orada mövcud olan xristianlığı əldə əsas tutaraq, ermənilər haqsız olaraq ona “yiyə” dururlar və əlimizdən almağa cəhd edirlər. Tarixdən məlumdur ki, biz xristian dininə də sitayiş etmişik. Məsələləri dinlə həll etmək olmaz. Ermənilər Qafqaz Albaniyasına aid mədəniyyəti öz adlarına çıxırlar. Qafqaz Albaniyasına mənsub olan yazı abidələr Mingəçevir ərazisində tapılıb, həmin əlifbanı bərpa etmək lazımdır. Yəni xalq olarаq yаzı tаriximiz çox qədimdir” - deyə qeyd etdi.   

İrаdə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ