şənbə günü, 14 noyabr 2026
     

ABŞ və Rusiyanın Qarabağ siyasətində yeni mərhələ başlayır...

Image


Cənubi Qafqazda mövcud konfliktlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması burada geosiyasi və geoiqtisadi marağı olan dövlətlər üçün də ciddi təhdid sayılır. Ən azından ona görə ki, həmin münaqişələr ətrafında proseslərin gedişi bu və digər maraqlı tərəfin mövqeyinin ya güclənməsi, ya da zəifləməsinə gətirib çıxara bilər. Elə bu səbəbdən maraqlı tərəflərin son dövrlərdə münaqişələrə diqqətinin daha da artması müşahidə edilməkdədir.

Hazırda real vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir ki, Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində Rusiya daha çox fəallıq göstərəmyə can atır. Bunun səbəbləri isə müxtəlifdir. Məsələn, məlumdur ki, Rusiya Azərbaycanla əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq niyyəti güdür. Bunun əsas yollarından birinin Qarabağ konfliktinin həllində imkanların işə salınmasından keçdiyini Kremldə də yaxşı başa düşürlər. Eyni zamanda Türkiyə amilinin bölgədə təsirinin artması fonunda da Moskva bu məsələdə daha çevik siyasət yürütməyə səy göstərir. Amma belə görünür ki, Qarabağ məsələsində Moskvanın artan fəallığına okeanın o tayında seyrçi qalmaq istəmirlər. Ümumiyyətlə, belə görünür ki, ABŞ Cənubi Qafqazda təşəbbüsü sırf Rusiyaya buraxmaq niyyətində deyil. Amma burada mühüm cəhət odur ki, Qarabağ konfliktinin həllində Rusiya və ABŞ-ın mövqeləri toqquşmur. Hətta beynəlxalq ekspertlər səviyyəsində də vurğulanır ki, Qarabağ münaqişəsi nadir hallardandır ki, Vaşinqton və Kreml bu istiqamətdə effektiv əməkdaşlıq edə bilər. Tərəflərin mümükün əməkdaşlığı isə Azərbaycanda təqdir edildiyi halda, Ermənistanda ciddi əndişə doğurur. Məhz belə bir vaxtda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın verdiyi açıqlamalar həm də gündəmə bəzi maraqlı məqamları gətirir.

Amerikalı diplomat diqqətə çatdırıb ki, Vaşinqtonda yeni administrasiya hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ məsələsində necə hərəkət etməklə bağlı qərarlar qəbul edilib.  Səfir onu da qeyd edib ki, ABŞ Minsk Qrupunda həmsədrlik fəaliyyətini davam etdirmək qərarı verib. Bu fonda Robert Sekuta onu da bildirib ki, hazırda ATƏT-in Minsk Qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparır: “Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir. Həlli uzanan bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir”. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yenidən qurulması prosesində Minsk Qrupunda amerikalı həmsədr postunun ləğvi gündəmə gəlmişdi. Sekutanın sözlərinə görə, artıq bu baş verməyəcək və amerikalı həmsədr postu saxlanacaq. Lakin amerikalı səfir Vaşinqtonun Qarabağ məsələsində necə hərəkət etməklə bağlı qəbul etdiyi qərarları açıqlamayıb. Amma bundan əvvəl Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland qeyd etmişdi ki, ABŞ-ın xarici siyasi strategiyası müəyyənləşəndən sonra Qarabağ münaqişəsi üzrə hərəkət planı da hazırlanacaq. Görünür, bu proses başa çatıb və Amerika Qarabağ məsələsində yeni addımlar atmağı düşünür. ABŞ-ın gizli saxladığı yeni qərarlar isə daha çox Ermənistanı narahat edir.  Erməni şərhçi Aram Amatuni yazır ki, Amerika Qarabağ məsələsində Rusiya pəncərəsini bağlamağa çalışa, yaxud da onunla Ermənistanın maraqlarına zidd şəkildə əməkdaşlığa gedə bilər: “Məsələ ondadır ki, nizama salma prosesi dalana dirəndikcə müharibə variantı önə çıxır. Rusiya və ABŞ regionda müharibə istəməyə bilər, lakin maraq mübarizəsində onlardan birinin müharibəni alovlandıra biləcəyi istisna deyil. Təcrübə isə göstərir ki, yeni müharibələrdən Ermənistan əziyyət çəkir. Eyni zamanda Rusiya və ABŞ regionda müharibənin qarşısını almaq üçün birgə əməkdaşlığa da gedə bilər. Onların hər ikisinin Dağlıq Qarabağın Azərbaycana aid olduğunu rəsmi səviyyədə qəbul etmələri isə belə əməkdaşlığın Ermənistanın lehinə olmayacağını göstərir”. Erməni şərhçi hesab edir ki, belə vəziyyətdə Qarabağ münaqişəsinin həll olunmamasında Ermənistan faktoru tam aradan qalxa bilər. Digər erməni siyasi şərhçi Sarkis Artsruni də Moskva və Vaşinqtonun ümumi dil tapdığını bildirir: “Bu kontekstdə Minsk Qrupunda amerikalı həmsədr postunun ləğvi də reallaşmadı. Minsk Qrupunun statusunda dəyişiklik Rusiyanın və ABŞ-ın Ermənistana təzyiqlərinin artması ilə nəticələnəcək. Təhlükəli vəziyyət yaranır və bu, “aprel müharibəsi”ndən əvvəlki vəziyyəti xatırladır”. O bildirir ki, belə vəziyyət fonunda Ermənistan rəhbərliyinin əsas diqqəti daha uzun müddətə iqtidarda qalmağa yönəlib: “Serj Sarksiyan üçün indi əsas olan Qarabağ məsələsi yox, gələn ilin aprelindən sonra necə hakimiyyət başında qalmaqdır. Elə bu məsələdə də o, Qarabağ konfliktindən istfiadə edir”. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda gələn ilin aprelində baş nazirin kim olacağı barədə maraqlı fikirlər səslənir. Əvvəllər prezident Serj Sarkisyan həyata keçirdiyi Konstitusiya dəyişikliklərindən və parlament üsul-idarəçiliyinə keçiddən sonra baş nazir postunu tutmayacağını desə də, indi belə görünür ki, onun hakimiyyətdən əl çəkmək niyyəti yoxdur. Buna görə də gələn ilin aprelində Sarkisyanın baş nazir qismində hakimiyyət başında qalacağına şübhə azdır. Məsələ ilə bağlı “Qraparak” qəzeti yazır ki, Rusiya Erməniləri İttifaqının rəhbəri, Kremllə çox yaxın əlaqələrə malik olan və Ermənistanda hakimiyyət məsələlərini həll edən “bir nömrəli erməni” sayılan Samvel Karapetyan keçmiş “Qazprom” meneceri, indiki baş nazir Karen Karapetyanla məsləhətləşib. Onlar belə qənaətə gəliblər ki, təhlükəsizlik və Qarabağ naminə baş nazir postunu Serj Sarkisyan özü tutsa yaxşıdır. “Çünki Karen Karapetyan üçün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparmaq çətin olacaq, üstəlik, onun üzərinə bu cür ağır yük qoymağa da dəyməz”. Qəzetin yazdığına görə, görünür təsadüfi deyil ki, noyabrın 13-də İrəvanda RİO ticarət mərkəzinin açılışında “Erməni investorlar Klubu“ adından Ermənistana 1 milyard dollar investisiyanın yatırılmasını Serj Sarkisyan özü elan edəcək. Bu investisiyanın böyük hissəsini Samvel Karapetyan energetika sektoruna yatırmalıdır:  “Görünür bu, gələcək vitse-premyer Karen Karapetyan tərəfindən premyer postunun Serj Sakisyana təklif edilməsi olacaq”. “Qraparak” öz mənbələrinə istinadən onu da yazır ki, Ermənistanda yeni Konstitusiyanın bir sıra müddəalarının qüvvəyə minməsi ilə əlaqədar hakimiyyətin bütün səviyyələrində ciddi kadr dəyişiklikləri gözlənir. Bu dəyişikliklər silahlı qüvvələri də əhatə edəcək və baş qərargah rəisi, general Movses Akopyan vəzifədən azad ediləcək. Onun yerini tutmağa əsas namizəd qondarma “DQR-in müdafiə naziri” general Levon Mnatsakanyandır. Bildirilir ki, Movses Akopyan həm də Qarabağ məsələsində hakimiyyətin güzəştlərə getməsinə qarşı çıxır. Halbuki, bu günlərdə Serj Sarkisyan özü Ermənistanın güzəştlərə getməsinin qaçılmaz olduğunu etiraf edib: “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir. Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”. Amma Akopyanın sərt mövqedə olması onu kənarlaşdırmağı zərurətə çevirir. “Qraparak” yazır ki, təchizat məsələləri ilə bağlı son korrupsiya qalmaqallarına və tabeliyindəkilərlə kobud rəftarına görə Akrpyan onsuz da gözdən düşüb. Eəl bu faktlar onun vəzifədən uzaqlaşdırılması üçün də lazımi əsas yaradır. Akopyanın bu vəzifədə saxlanması həm də bu səbəbdən mümkün görünmür ki, o, keçmiş müdafiə naziri, Sarkisyan rejiminə qarşı müxalifətə keçmiş Seyran Ohanyanla çox yaxın münasibətdədir. “Qraparak” bildirir ki, Sarksiyan baş nazir postunu tutduqdan sonra Qarabağ məsələsində güzəştlərə gedəcək. Çünki belə vəziyyətdə o, artıq Qarabağ məsələsini hakimiyyəti üçün təhdid olaraq görməyəcək. Üstəlik, Rusiya və ABŞ-ın Ermənistana Qarabağ təzyiqləri göstərməsi hadisələrin məhz bu istiqamətdə getməsini təmin edəcək. Bunun ümdə səbəblərindən biri həm də Ermənistanın Azərbaycanla mümkün yeni toqquşmalardan ehtiyat etməsidir. Ermənistan belə yeni toqquşmada daha ciddi zərbələr alacağıın yaxşı bilir. Çünki ötən ilin aprel toqquşmasından sonra erməni ordusunun tənəzzülü daha sürətli xarakter alıb. Bunu Ermənistanda tələbələrin orduda xidmətdən möhlət hüququnun ləğv edilməsi təklifinə qarşı etirazların davam etməsi fonunda ortaya çıxan faktlar da təsdiq edir. Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyanın təşəbbüsü ilə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi hazırlanıb. Yeni qanuna görə, aspirantura təhsili almaq istəyən tələbələrə ordudan möhlət hüququ verilməyəcək. Təhsilinə davam etmək istəyən tələbəyə yalnız Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə icazə veriləcək. Lakin həmin şəxs təhsilini başa vurandan sonra 2 yox, 3 il hərbi xidmət keçməlidir. Ermənistan parlamenti birinci oxunuşda bu qanun layihəsini qəbul edib.
Erməni ekspertlər bunu orduda çağırışçı probleminin olması ilə əlaqələndirir. Çünki erməni gənclər acınacaqlı vəziyyətdə olan orduda xidmət etməmək üçün ən müxtəlif yollara əl atır. Müdafiə Nazirliyinin hazırladığı qanun layihəsi də yaranmış problemi aradan qaldırmaq cəhdi hesab olunur. Yeni qanun layihəsinə qarşı artıq davamlı  etiraz aksiyaları keçirilir. “Aykakan jamanak” qəzeti yazır ki, qanun layihəsinə etiraz aksiyaları davam edəcəyi təqdirdə, bu, erməni iqtidarının sonu ola bilər. Erməni jurnalist Tevos Arşakyan isə yazır ki, normal ölkələrdə etirazlar hökumətin geriyə addım atmasına səbəb olur: “Ermənistan normal demokratik ölkə olsaydı, o zaman hökumət qanun layihəsini geri çağırardı. Lakin normal ölkə deyil. Hakimiyyət erməni xalqına sadəcə tüpürür. Yeni qanunun qəbulu belə erməni ordusunun tənəzzülünün qarşısını ala bilməyəcək”. Belə ordu ilə heç nə əldə edə bilməyəcəyini yaxşı başa düşən Ermənistan üçün yeganə çıxış yolu işğala son qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ