şənbə günü, 14 noyabr 2026
     

Sovet tarixşünaşlığında “Ermənistan dövləti” ifadəsi olmayıb

Image


Vaqif Abışov: “Ermənilərə gəlincə, onların dövləti haqda “SSRİ tarixi”ndə 1918-ci ildən bəri olanlar əksini tapırdı”
Hafiz Cabbarov: “Tarixi olmayan bir xalqın “qədim tarixi” haqqında “SSRİ tarixi”ndə nə yazıla bilərdi ki?”

 

Erməni tarixi saxtakarlıq notunda yazılıb. Onlar özlərinin “qədim dövlətçilik” ənənələrinə sahib olduqlarını yazır, başqa xalqların tarixinə, tarixi torpaqlarına, hətta tarixi şəxsiyyətlərinə iddia edirlər. Belə olmasaydı, keçən əsrdə yaranan “SSRİ tarixi” (“İstoriya SSSR) dərsliyində onların dövlətləri, qədim mədəniyyətləri haqqında məlumat verilərdi.

“SSRİ tarixi”ndə nə qədim “Ermənistan dövləti”ndən danışılır, nə də erməni xalqından. Burada başqa ittifaq respublikalarının tarixi haqqında yığcam məlumatlar yerləşdirilsə də, ermənilər barədə yazılmayıb. Düzdür, bu kitabda II Tiqrandan danışılır, amma onun “Böyük Ermənistan” təəssübkeşliyi qeyd edilmir.

Vurğulayaq ki, SSRİ dövründə Gürcüstan Respublikasının “Gürcüstan tarixi” dərsliyi  mövcud olub və Azərbaycan dilinə tərcümə edilərək Gürcüstanda yaşayan soydaşlarımızın balalarına tədris edilib. “Azərbaycan tarixi” dərsliyi də Azərbaycan ərazisində tədris edilib. “Ermənistan tarixi” dərsliyinə gəlincə, Sovet dövründə bu dərslik Ermənistan Respublikasında yaşayan azərbaycanlılara tədris olunmayıb. Onu da deyək ki, Ermənistan bir dövlət kimi XI ordu Azərbaycanı işğal etdikdən 2 il əvvəl, yəni 1918-ci ildə Azərbaycanın tarixi torpaqları üzərində yaradılıb. Ondan əvvəl isə tarixdə Ermənistan adlı dövlət olmayıb.

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, Sovet dövründə “SSRİ tarixi” dərsliyində müttəfiq respublikalar haqqında məhdud məlumat verilirdi: “Ermənilərin qədim dövrdə tarixi dövlətləri olmayıb. Onların özlərinə saxta tarix uydurmaları ilə deyil ki... Ümumiyyətlə, “SSRİ tarixi” dərsliyində Rusiya tarixindən, slavyan xalqlarından, qədim çarlıqlardan, İvan Qroznıdan,  döyüşlərdən, Sibirin işğalından və s. barədə geniş danışılırdı. Mən Sovet dövründə “SSRİ tarixi”ni tədris etmişəm. Siz deyirsiniz, o dərsliyi göz önünə gətirirəm. Burada müttəfiq respublikaların tarixi haqqında cüzi məlumatlar vardı, əsas diqqət Rusiya tarixinə yönəldilirdi. 1920-ci il 28 aprelindən başlayaraq 50-ci illərə qədər “Azərbaycan tarixi”, eləcə də digər respublikaların ayrıca tarix dərsliyi yox idi. Keçən əsrin 50-ci illərindən başlayaraq respublikalara öz tarixini yazmaq imkanı yaratdılar. Özü də bizim tariximizi o dövrlərdə ermənilər, yəhudilər, ruslar yazırdılar. Milli kadrlarımız 50-ci illərdən sonra meydana gəldilər. 1950-ci ildən sonra 3 cildlik “Azərbaycan tarixi” kitabı yazıldı. Mən bunu ona görə deyirəm ki, hadisə ilə yaxından tanış olasınız. Ermənilərə gəlincə, onların dövləti haqda “SSRİ tarixi” dərsliyində 1918-ci ildən bəri olanlar əksini tapırdı. Qədim dövrdən isə heç söhbət yox idi. Bir faktı deyim ki, ermənilər o vaxt böyük məbləğdə pul müqabilində fransız tarixçisinə saxta məlumatlar, sənədlər əsasında öz tarixlərini yazdırmışdılar. Bu tarix heç bir faktlara söykənmədiyi üçün saxtadır”.

Tarixçi Hafiz Cabbarov bizimlə söhbətində bildirdi ki, “SSRİ tarixi” dərsliyində erməni tarixinin öz əksini tapmamasının səbəbi nə qədim dövrlərdə, nə də orta əsrlərdə erməni dövlətinin mövcud olmamasıdır: “Bilirsiniz ki, qədim və orta əsr tarix səhnəsində Ermənistan adlı dövlət olmayıb.  Onların dövləti 1918-ci ildə Azərbaycan torpaqları üzərində qurulub. Bu onların ilk tarixi dövlətidir. Hətta bu barədə Qərbi Avropanın məşhur fransız tarixçisi, şərqşünası Corc de  Malevil yazırdı ki, ermənilərin ilk dövləti 1918-ci ildə yaradılıb. Bunu biz demirik ki, dünyanın ən böyük tarixçilərindən, şərqşünaslarından biri deyir. Tarixi olmayan bir xalqın “qədim tarixi” haqqında “SSRİ tarixi”ndə nə yazıla bilərdi ki? Nə yazılmışdısa, 1918-ci ildən sonrakı dövrlər yazılmışdı. Tiqrana və “Böyük Ermənistan”a gəlincə, deyim ki, Tiqran erməni deyil, onun ermənilərlə heç bir əlaqəsi yoxdur. Tiqran parfiyalıdır. Amma ermənilər onu özününküləşdiriblər. Bir faktı da deyim ki, Ərməniyyənin ermənilərə heç bir aidiyyəti yoxdur. İndi özlərini erməni adlandıran haylar e.ə I minilliyin I yarısında Balkanlardan o əraziyə köçüb gəliblər. Ümumiyyətlə, ermənilərin Cənubi Qafqazda, digər ərazilərdə tarixi dövlətləri olmayıb. İndiki Ermənistan isə tarixi işğal aktı nəticəsində hayların dövləti olub. Bu ərazi isə bizim tarixi torpaqlarımızdır”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ