Zaur Əliyev: “Burada Qarabağ tarixi ilə bağlı saxtalaşdırılmış məlumatların, arxeoloji materialların olması gözləniləndir”
Təzəgül Yusifova: “Saxta, qondarma tarixlərini dünyaya sırımaq istəyən ermənilər, əslində, yalançı olduqlarını sübut edirlər”
Tarixdə heç bir dövləti, mədəniyyəti, özünəməxsusluğu olmayan ermənilər saxta tarix düzəltməkdə ad çıxarıblar. Dövləti, tarixi olmayan bir toplumun başqa xalqlarının tarixi üzərində tarix yaratması həqiqətən də analoqu olmayan məkrli bir hadisədir.
Bildiyimiz kimi, saxtakarlıqlarla dolu olan Matendaranda minlərlə sonradan düzəldilmiş “tarixi fakt”lar yer alır. Ermənilər bunu ciddi sayaraq başqalarının da buna əhəmiyyət verməsini istəyirlər. Erməni saxtakarlığına dünyanın istənilən yerində rast gəlmək mümkündür. Onlar qondarma tarixləriniə aid materialları, sənədləri müxtəlif muzeylərdə sərgiləməyə cəhd edirlər. Düşmən ölkənin mətbuatı da bu saxtakarlığı dünyaya car çəkməkdə davam edir. Erməni mətbuatının yazdığına görə, 2018-ci il sentyabrın 21-də Ermənistanın dövlət müstəqilliyinin növbəti ildönümü ilə bağlı ABŞ-ın Nyu-York şəhərində yerləşən Metropoliten Muzeyində erməni tarixinin IV-XVII əsrlərini əhatə edən dövrü əks etdirən sərgi açılacaq. Qeyd edilənə görə, sərgidə ermənilərin xristianlığı qəbul etməsi ilə bağlı məlumatlar, həmçinin, Krikiya “çarlığı” dövründə Mesrop Maştoç tərəfindən yaradılan əlifba da təqdim ediləcək.
Saxtakarlıqda, tarixi yalanlarla bəzəməkdə mahir olan ermənilər bu sərgidə öz “yaratdıq”ları tarixin nümunələrini sərgiləyəcəklər.
Söz yox ki, ermənilərin adını açıqlamadığı eksponatların içində Dağlıq Qarabağ tarixi ilə də bağlı saxtalaşdırılmış nümunələrin olacağı ehtimal olunur. Çünki ermənilər belə fürsəti əldən verməz. Bu gün Dağlıq Qarabağ erməni işğalı altındadır və onlar işğalda saxladıqları torpaqlarımıza aid maddi mədəniyyət nümunələrini öz adlarına çıxmaqda tərəddüd etməzlər.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bizimlə söhbətində bildirdi ki, ermənilərin keçirdiyi sərgidə təqdim edilən eksponatların hamısı saxtadır. Onun sözlərinə görə, erməni hiyləsi və məkri ifşa edilməyə başlandığı bir dövrdə onların yenidən saxtakar əməllərini davam etdirməsi hiddət doğurur: “Ermənilərdən nə desən gözələmək olar. Dünya muzeylərində də onların saxtakarlığını bilənlər var. Bu sərgi ermənilərin havadarlarının dəstəyi ilə keçiriləcək. Burada Qarabağ tarixi ilə bağlı saxtalaşdırılmış məlumatların, arxeoloji materialların və s. olması gözləniləndir. Düşünürəm ki, ermənilər bu sərgi ilə özlərini ifşa edəcəklər. Çünki artıq erməni yalanı ifşa edilməlidir. Saxtakarlıq heç vaxt həqiqət olmadığı üçün uduzur. Saxtakarlığa əl atan xalq da qələbə qazanmır. Mənə belə gəlir ki, ermənilərin bu əməllərinin qarşısının alınması üçün biz də tədbirlər görməliyik. Biz də Dağlıq Qarabağ tarixi ilə bağlı məlumatları muzeylərə çatdırmalıyıq. İşğal olunan ərazilərimizdə hər şey erməni saxtakarlığına uğrayıb. Bu saxtakarlığı ifşa etməliyik. Deyim ki, dünyanın çox muzeylərində, eləcə də Metropoliten muzeyində Azərbaycanın gerçək mədəniyyəti, tarixi, dəyərləri qorunub saxlanır. Orada ermənilərin nəyi var? Təbii, heç nəyi. Azərbaycan mədəniyyəti bütün dünyaya yayılıb”.
Tarixçi Təzəgül Yusifova da hesab edir ki, ermənilərin bu sərgidə Dağlıq Qarabağın tarixinə aid etdikləri saxtakarlıqların hər kəs şahidi olacaq: “IV-XVII əsrdə ermənilər bir toplum kimi harada idi ki, dövlət də yaradaydılar, mədəniyyət də formalaşdıraydılar? Onun-bunun köləsi idilər. Onlar saxtakarlığı yaxşı bacardıqları üçün, hər cür saxtakarlığa əl atırlar. Erməni tarixinin elə bir parlaq dövrü olmayıb ki, onu əllərində bayraq edələr. Saxta, qondarma tarixlərini dünyaya sırımaq istəyən ermənilər, əslində, yalançı olduqlarını sübut edirlər. Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub, orada bizim əcdadlarımızla yanaşı, xristian albanlar da yaşayıb. Qarabağda xristianlığın qoruyucusu onlar olublar. Ermənilər bizim ərazilərə köçürüldükdən sonra Qarabağ alban kilsəsi ləğv olunub. Bunu ona görə qeyd edirəm ki, 19-cu əsrə qədər buralarda erməni yox idi. Onlar əvvəl olmadıqları yerlərdə də sonradan özlərinə tarix yaradırlar. Amma bu, saxtakarlıq olduğu üçün ifşa ediləcək”.
İradə SARIYEVA