şənbə günü, 14 noyabr 2026
     

ABŞ və ərəb ölkələrinin İrana münasibəti savaşa doğru bir addım da irəlilədi…

Image


ABŞ və İran arasında münasibətlərin hər keçən gün daha da sərtləşdiyi müşahidə edilməkdədir. Baş verənləri şərh edən Qərb mediası yazır ki, İranın Yaxın Şərqdə Rusiyanın da dəstəyilə sürətlə güclənən mövqeyi Vaşinqtonda xoş qarşılanmır. Belə bir vaxtda ABŞ prezidenti Donald Trampın İranı Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmaqda ittiham etməsi vəziyyətin daha gərgin xarakter aldığını göstərir. Məsələ ilə bağlı "vorldnyus" portalı yazır ki, baş verənlər ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara start verməsinə əlverişli şərait yaradır.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı raket əleyhinə müdafiə qüvvələrinin Ər-Riyadın şimal-şərqinə atılan ballistik raketi tutduğuna dair məlumat yayılıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.Tramp isə, öz növbəsində, Səudiyyə Ərəbistanı istiqamətində raketin atılmasında İranı ittiham edib: "Fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bunu bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub". İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri isə Donald Trampın Yəməndən Səudiyyə Ərəbistanına raketin atılmasında Tehranı ittiham etməsi ilə bağlı bəyanatını təkzib edib: "Tramp İrana qarşı çox əsassız bəyanatlar verir, eləcə də ittihamlar səsləndirir. Sonuncu irad da onlardan biridir. Ümumiyyətlə isə, bizim Yəmənə raket vermək imkanımız yoxdur". İnsidentdən dərhal sonra ərəb koalisiyasına məxsus aviasiya Yəmənin paytaxtı Səna şəhərinə hava zərbələri endirib. Xatırladaq ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir. Yəmənin Hüquq və İnkişaf Mərkəzinin hesablamalarına görə, 2015-ci ildən etibarən ölkədə 10 mindən çox dinc sakin ölüb, 19 minə yaxını yaralanıb. 

İndi baş verən raket insidentindən sonra ABŞ-İran münasibətlərinin hansı məcrada inkişaf edəcəyi xüsusi maraq doğurur. Məsələ burasındadır ki, Səudiyyə Ərəbistanı ABŞ-dan İrana qarşı sərt addımlar atılmasını tələb edir. Bu məsələdə İsrail də ABŞ-a təzyiq göstərir. Xüsusən də İranın raket istehsalı texnologiyasını təkmilləşdirməsi İsraili daha çox narahat edir. Başqa bir tərəfdən, Suriyada İranın möhkəmlənməsi fonunda İsrail İrana bağlı qüvvələrin buradan onun ərazisinə hücum edəcəyini proqnozlaşdırır. Elə bu səbəbdən İsrail İrana qarşı aktiv müharibə hazırlığı görür. Eyni zamanda  ABŞ-ın da bu məsələdə ona yardımçı olmasını istəyir. Elə "vorldnyus"  portalı da yazır ki, raket məsələsi bu xüsusda İrana qarşı hərbi əməliyyatlara start vermək, yaxud onun bu sahədə fəaliyyət göstərən müəssisələrini zərərsizləşdirmək üçün əlavə zəmin yaradır. ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster də belə bir vaxtda bildirib ki, İran regionda ən təhlükəli mənfi qüvvəyə çevrilib: “Məsələn, hamının bildiyi kimi, iranlılar da İraqın dövlət təsisatları və onların funksiyalarına müdaxilə edib təxribat törədilməsi, eləcə də İraq hökumətinin nəzarətindən kənarda olan hərbi dəstələrin yaradılmasında çox iş görüblər.  İranın dəstəklədiyi hərbi qüvvələr İraqın şimalında kürdlərin yaşadığı ərazilər kimi yerlərdə təriqət zəminində iğtişaşlar yaradır. Onlar Kürdüstan regional hökumətində parçalanma yaradılmasında, Süleymaniyyədə Kürdüstan Vətənpərvəlik Cəbhəsinin bölünməsində və sonra da bu parçalanmadan öz maraqları üçün istifadə edilməsində siyasi rol oynayıb. Buna görə də baş verənlər narahatlıq yaradır”. Makmasterin bildirdiyinə görə, İran İraq, Suriya və Yəmən də daxil olmaqla bütün regional münaqişələrə müdaxilə edib. O bildirib ki, Tehranın bu qeyri-sabitləşdirici rolunun qarşısı İranın Livandakı “Hizbullah” terror qrupu kimi regionda öz əlaltılarını gücləndirə bilməsindən əvvəl alınmalıdır: “Biz hələ oktyabrın 23-ü ABŞ hərbi dəniz piyadaları və Fransanın desant qüvvələrinin, dağıdıcı müharibəyə son qoymaq üçün oraya getmiş əsgərlərin ölümü ilə nəticələnmiş hücumun 34-cü ildönümünü qeyd edirdik. Lakin “Hizbullah”, həmişə olduğu kimi, özünü Livanın şiə icmasının mühafizəçisi və müdafiəçisi kimi göstərə bilməsi üçün münaqişənin davam etdirilməsini istəyirdi. Beləliklə, bu bomba hücumu, bu kütləvi qırğın Livan xalqını daha yeddi il müddətinə ölümlə nəticələnən vətəndaş müharibəsinə məhkum etdi”. Səudiyyə Ərəbistanı və Qətərə son səfəri zamanı ABŞ dövlət katibi Reks Tillerson İranın regionda nüfuzunun qarşısının alınması üçün Körfəz ölkələri və onların qonşuları arasında əlaqələrin daha da yaxınlaşmasının vacib olduğunu qeyd edib. İran isə, öz növbəsində, bütün ittihamları rədd edərək, baş verən bütün mənfi proseslərdə ABŞ-ı günahlandırır. Belə bir vaxtda Nümayəndələr Palatası İranın ballistik raket proqramı ilə əlaqədar Tehrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair qərar qəbul edib. Konqres bu addımı beynəlxalq nüvə razılığını birbaşa təhlükə altına atmadan Tehranın qarşısını almaq səyləri çərçivəsində atıb. İran prezidenti Həsən Ruhani isə, buna rəğmən,  ölkənin özünü müdafiə etməsi üçün raket istehsal etməyə davam edəcəyini bəyan edib. Elə bu da ABŞ və İran arasında savaş ehtimalını artırır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ