şənbə günü, 14 noyabr 2026
     

Putinlə Ərdoğanın gözlənilən “Qarabağ söhbəti” Ermənistanın “yuxusunu qaçırıb”...

Image


Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinə də öz təsirini göstərməkdə, hadisələrin inkişaf axarında yeni bir vəziyyət yaratmaqdadır. Söhbət ilk növbədə qardaş Türkiyənin Rusiya ilə yaxınlaşma fonunda regionda artan rolundan gedir. Ermənistanda belə hesab edilir ki, hadisələrin qeyd edilən səpkidə inkişafı İrəvan üçün yaxşı heç nə vəd etmir.

Xüsusən də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfərindən sonra verdiyi açıqlamalar, rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyini bildirməsi Ermənistanda kifayət qədər böyük ajiotaj yaradıb. Ərdoğanın bu açıqlamanı məhz Bakıdan qayıdandən sonra verməsi onun Prezident İlham Əliyevlə bu məsələni müzakirə etdiyi və Qarabağla bağlı Azərbaycan-Türkiyə planının olduğunu ehtimal etməyə əsas verir.

Digər tərəfdən, Ankaranın konfliktlə bağlı hansı mövqedə olması da İrəvanda yaxşı məlumdur. Ermənistan bilir ki, Türkiyə birmənalı şəkildə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Elə bu səbəbdən Türkiyənin konfliktlə bağlı fəal mövqeyə keçməsi Ermənistanda ciddi təşviş yaradır. Burada hesab edilir ki,  Ərdoğan Putinlə məhz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini müzakirə edəcək və konfliktin  həllində əsas açar ölkə olan Rusiyanı məhz bu xüsusda “yola gətirməyə” çalışacaq. Prosesin maraqlı olan digər tərəfi Ərdoğanın Moskva səfəri ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyanın da Putinin qəbuluna düşəcəyidir. Sarkisyan 15-16 noyabr tarixlərində Moskvada keçiriləcək erməni mədəniyyət günlərində iştirak məqsədilə rus torpaqlarına gedir, lakin onun səfərinin görünməyən tərəfində məhz Putinlə ciddi müzakirələrin aparılması durur. Bu fonda Ermənistan mediası Sarkisyanı Moskvada çətin görüş gözlədiyini yazır. Məsələ ilə bağlı erməni şərhçi Aram Amatuni Putinlə Sarkisyanın kifayət qədər mürəkkəb müzakirələr aparacağını vurğulayır: “Ərdoğanla Putin razılaşacaqsa, Sarkisyanı Moskvada olduqca çətin görüş gözləyir. İstisna edilmir ki, Putin Sarkisyanı münaqişənin həllinə məcbur edəcək, təbii ki, bu həll variantı Ermənistanın güzəştlər etməsindən ibarətdir”. Erməni şərhçi bir neçə gün öncə Sarkisyanın “Ermənistanı Qarabağ münaqişənin həllində ağrılı qərar gözləyir” açıqlamasını xatırladıb: “Bu, ərazilərin qaytarılması deməkdir. Sarkisyanın Moskva səfərindən öncə belə açıqlama verməsi vəziyyətin çətinliyindən xəbər verir. Sarkisyan qoyulan şərtlərə əməl etməsə, bu da Ermənistan üçün ağrılı nəticə deməkdir. Mümkündür ki, müharibə başlasın, yaxud da iqtisadi zərbələr endirilsin”. Onun sözlərinə görə, bütün hallarda Putin-Ərdoğan görüşü Ermənistan üçün təhlükəlidir: “Artıq İrəvanda bu görüşün təhlükəli nəticələrinə hazırlıq aparılır”.

Ümumiyyətlə, istər erməni mediasında, istərsə də ekspert çevrəsində Ərdoğanla Putinin görüşü ətrafında ciddi narahatlıq özünü kifayət qədər aydın formada büruzə verir. Bunun da ümdə səbəbi odur ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət edir. Hətta bundan əvvəl digər erməni şərhçi Sarkis Artsruni bildirirdi ki, Ərdoğan Putinə Qarabağla bağlı yeni saziş təklif edəcək. Burada isə əsas məsələ  Qarabağ münaqişəsinin Azərbaycanın istədiyi şəkildə həllini tapması olacaq. Bu mövqeyində qalan Sarkis Artsruni indi onu da vurğulayır ki, geosiyasi və regional reallıqlar Moskvanın Ankara ilə daha çox yaxınlaşmasına gətirib çıxarmaqdadır. Onun fikrincə, elə bu baxımdan da  yaxın gələcəkdə Qarabağla bağlı Rusiya-Türkiyə sazişinin olması ehtimalı böyükdür. Hesab edilir ki, hadisələrin bu səpkidə gedişi Ermənistanı çətin vəziyyətə salacaq.

Bütün bunlar onu göstərir ki, Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə növbəti görüşü ölkəmizin maraqları baxımından əvvəlkilərdən fərqlidir və bunun Azərbaycan üçün mühüm əhəmiyyəti var. Təbii ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi prizmasından. Azərbaycanın tələbi bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması erməni separatçılarının tələb etdiyi kimi statusu müəyyənləşdirəcək referendum tarixinə bağlı olmasın. Əldə olunacaq müvafiq sazişdə bu maddə yer almasın. Rəsmi Bakı rayonların boşaldılması əvəzinə Dağlıq Qarabağın “aralıq statusuna” və bölgədə yaşayan ermənilər üçün təhlükəsizlik təminatına razılaşdığını da bildirir. Elə Ərdoğanın Kremldə Putini məhz bu istiqamətdə razı salmağa çalışacağı gözlənir. Rusiya isə belə vəziyyətdə Ermənistanın, nəhayət, regional layihələrdə iştirakına imkan yarana biləcəyini yaxşı görür. İndiki şəraitdə bu, Moskva üçün çox önəmlidir. Çünki Rusiya üçün Ermənistan artıq böyük iqtisadi yükdür. Bu yükdən xilas olmaq Moskva üçün hazırda böyük əhəmiyyətə malikdir. Amma bunun üçün Qarabağ məsələsində Azərbaycanın şərtlərinin yerinə yetrilməsinin zərurətini də bu fonda Rusiyada yaxşı başa düşürlər. Məhz bütün bunlar əsasında Ermənistanda hesab edilir ki, Moskva Türkiyə və Azərbaycanın artan təsirləri fonunda onların mövqeyi ilə razılaşacaq və bu da Qarabağ məsələsində İrəvanın faktiki məğlubiyyətidir. Digər tərəfdən, rəsmi Bakının şərtlərini qəbul etməklə Rusiya perspektivdə Azərbaycanın Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzvlüyünü də mümkün sayır. Azərbaycanı bu təşkilatda görmək isə Moskvanın ən böyük istəklərindən biridir. Ekspertlər hesab edir ki, Azərbaycan işğal altındakı ərazilərin qeyd-şərtsiz boşaldılması əvəzinə Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini nəzərdən keçirə bilər.

Məsələnin Ermənistan baxımından digər maraqlı nüansları da mövcuddur. Söhbət ilk növbədə regional layihələrə qoşulmaqdan və bununla Ermənistanın xilasından  gedir. İndi erməni ekspertlər özləri belə etiraf edir ki, regionda həyata keçrilən layihələrdən kənarda qalmaqda davam edəcəyi təqdirdə, İrəvan daha böyük problemlərə düçar olmağa məhkumdur. Belə ki, elə bu günlərdə Bakı-Tiflis-Qars dəmir yolu işə düşüb. Ermənistandan verilən reaksiyalar onu göstərir ki, bu dəmir yolu xəttindən kənarda qalmaq bu ölkə üçün çox ağrılı olub. Rəsmi Bakı isə dəmir yolu xəttinin işə salınmasından sonra  Ermənistanın hansı şərtlərlə ona qoşula biləcəyini açıqlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını azad etdiyi təqdirdə əsrin layihəsinə qoşula bilər: “Bu məsələ ilə bağlı şərtimiz eynidir və dəyişməz olaraq qalır. Ermənistanın layihəyə qoşulması üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Azərbaycanın işğal altında olan torpaqları azad edilməli, qoşunlar geri çəkilməlidir. Azərbaycan heç kimin torpaqlarını işğal etməyib və bu məsələdə Azərbaycanın mövqeyi açıqdır”. Bakı-Tiflis-Qarsın ardınca “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizi istismara veriləcək. Gələn il ərzində isə  Azərbaycan qazını Türkiyəyə çatdıracaq TANAP, ondan sonra TAP kimi nəhəng  layihələr istifadəyə veriləcək. Bununla yanaşı, digər mühüm regional layihələrin də həyata keçrilməsi gözlənir. Ermənistan bütün bu layihələrdən təcrid olunub. İndi bir çox politoloqlar hesab edir ki, Ermənistan kompromisə getməklə bölgədəki iqtisadi layihələrə qoşulmaq yolunda yaradılan əngəlləri aradan qaldırmağa çalışmalıdır. İrəvan anlayır ki, böyük regional layihələrdən təcrid Ermənistanı uçuruma aparır. Həmin layihələr isə qarşıdakı dövrdə Azərbaycana yeni böyük maliyyə axınını təmin edəcək. Bu həm də Azərbaycanın, digər sahələrlə yanaşı, hərb müstəvisində də Ermənistanla müqayisədə üstünlüyünü xeyli artıracaq. İrəvanda Azərbaycanın hər il silahlanmaya milyardlarla dollar xərcləməsinin məqsədini də anlamamış deyillər. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını azad edib Dağlıq Qarabağa yüksək muxtariyyətlə kifayətlənməklə həm özünü xilas etmək imkanı qazanacaq, həm regional layihələrə qoşula biləcək, həm də Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələrini bərpa edəcək.  İndiki şəraitdə Ermənistanın xilası məhz bunlardan keçir. Elə Rusiya da bu amili nəzərdən qaçırmır. Məhz bu səbəbdən Ərdoğanın Putinlə görüşündə bütün bu məsələləri gündəmə gətirdikdə Kremlin razılığını alacağı Ermənistanda belə şübhə doğurmur.

Moskvanın Ankaranın şərtləri ilə razılaşmasını diqtə edən digər səbəblər də var. Məlumdur ki, Rusiya qazını Türkiyə üzərindən Avropaya çatdıracaq “Türk axını” layihəsi sürətlə irəriləyir və boruların böyük hissəsi artıq Qara dənizin dibinə döşənib. Boru kəmərinin birinci xətti Türkiyənin xüsusi iqtisadi zonasına daxil olub. Moskva bəyan edir ki, "Türk axını"nın ikinci boru xətti Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin artan qaz tələbatını qarşılaya bilər.  Kreml onu da  bilir ki, perspektivdə Avropaya əlavə qaz sata bilməsi üçün “Türk axını” sona qədər həyata keçməlidir. Çünki Rusiyanın böyük ümidlər bəslədiyi “Şimal axını-2” layihəsinin çəklişini Avropa əngəlləyib. Avropa Rusiyanın qaz bazarından asılılığını azaltmaq istəyir və bunu Kremldə də bilirlər. Eyni zamanda ABŞ Rusiyanı Avropa bazarından sıxışdırıb özünün sıxılmış qazını satmaq istəyir. Məhz bu səbəbdən Rusiya bütün ümidlərini “Türk axını” layihəsinə bağlayıb. Amma “Türk axını”nın istənilən nəticəni verməsi Türkiyənin mövqeyindən əhəmiyyətli dərəcədə asılıdır və Moskva bu məsələdə artıq Ankaranın istəklərini nəzərə almağa məcburdur. Bu, Qarabağ məsələsinə də aiddir. Gözlənir ki, bütün bu qeyd edilənlər fonunda Türkiyənin Qarabağ məsələsində mövqeyi mütləq mənada Moskva tərəfindən nəzərə alınsın. Elə bu da Ermənistanda ciddi narahatlıq yaradır. Hər halda, hadisələrin inkişaf axarı yaxın günlər ərzində Qarabağ məsələsində müəyyən vacib olayların olacağını istisna etmir. Həmin olyaların isə məhz Azərbaycanın istəkləri çərçivəsində olacağına da artıq heç bir şübhə yoxdur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ