şənbə günü, 14 noyabr 2026
     

“Tehran görüşlərinin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək”

Image


Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş üçtərəfli görüşü ilə bağlı “Trend”ə müsahibəsi

- İranın paytaxtı Tehranda baş tutan Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün həm ölkəmiz, həm də region üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Son dövrlər Xəzər dənizi-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi böyük bir regionda baş verən mühüm hadisələr, o cümlədən Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng transmilli layihələr Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda görüşünün keçirilməsinə əhəmiyyətli təsir göstərmişdir.

Son bir həftədə Azərbaycan Prezidenti bölgənin, demək olar ki, bütün ölkə və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlərdə bölgənin siyasi-iqtisadi həyatının bütün aktual məsələləri, habelə Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin ən mühüm seqmenti olan Bakı-Tiflis-Qars dəmir yolunun perspektivi, bu layihənin region ölkələrinə, ümumiyyətlə dünyada ticari-iqtisadi əlaqələrin güclənməsinə verəcəyi dəstəklə bağlı mühüm müzakirələr aparıb.

Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü ilk növbədə regionda sabitliyin, təhlükəsizliyin təmin olunması, əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında ticari-iqtisadi əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Əminliklə demək olar ki, dövlət başçıları dünənki görüşdən və onun nəticələrindən kifayət qədər razı qaldılar. Həmçinin Azərbaycan, Rusiya və İranın nümayəndə heyətləri müxtəlif sahələr üzrə mövcud vəziyyəti və qarşıda duran vəzifələri, tərəfdaşlıq kursunun bütün konturlarını müzakirə etdilər. Düşünürəm ki, keçirilmiş görüşlərin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək.

Bu görüş onu göstərdi ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri mövcuddur. Üç ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq ümumilikdə regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır və bütün iştirakçılar səmərəli əməkdaşlıq kursunu davam etdirmək əzmindədirlər.

Onu da qeyd etməliyəm ki, son dövrlərdə bölgədə reallaşdırılan həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin bir çoxunun təşəbbüskarlığı və liderliyi Azərbaycana məxsusdur. Azərbaycan, İran və Rusiya üçtərəfli görüşünün, onların arasında formalaşmış tərəfdaşlıq kursunun, həyata keçirilən və nəzərdə tutulan birgə layihələrin təşəbbüsü də Azərbaycandan gəlib və artıq öz pozitiv nəticələrini göstərməkdədir. Ona görə də, bütün digər məsələlərdə olduğu kimi, dünənki görüşdə də Azərbaycanın liderliyi özünü göstərirdi və gələcəkdə də özünü göstərəcək.

Qeyd etmək istəyirəm ki, bu tipli yeni əməkdaşlıq formatlarının yaradılması aktualdır. Azərbaycan-İran-Rusiya olduğu kimi, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə platformaları da artıq formalaşıb və fəaliyyət göstərirlər. Gələcəkdə yəqin ki, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-İran-Türkmənistan və digər formatlarda əməkdaşlıq davam etdiriləcək. Bu formatlar bölgədə sülh, əminamanlıq, firavanlıq və ticari-iqtisadi əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərəcək.

- Üçtərəfli görüşün yekun bəyanatında münaqişələrin regionun inkişafına maneə törətdiyi qeyd edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi baxımından bu bəyanatı necə xarakterizə etmək olar?

- Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin imzaladığı birgə bəyannamə və səsləndirdikləri bəyanatlar bütövlükdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının və bu formatda təmsil olunan dövlətlərin regionda və dünyada baş verən hadisələrə münasibəti kimi xarakterizə oluna bilər.

Regiondakı münaqişələr sülhün təmin olunmasına əsas maneədir. Beynəlxalq səviyyədə Yaxın Şərqdə – Suriya və İraqda, Cənubi Qafqazdakı qarşıdurmalar, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və digər münaqişələrə nümayiş etdirilən vahid yanaşma ondan ibarətdir ki, bu tipli problemlər bütövlükdə sülhün və təhlükəsizliyin davamlı şəkildə təmin olunmasına maneədir və mütləq aradan qaldırılmalıdır. Belə mürəkkəb məsələlərin həlli üçün mütləq beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Bütün bunlar prezidentlərin Tehran görüşündə də səsləndi.

Əlbəttə, Azərbaycan tərəfi görüşdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bunun nəticəsində özünü izolyasiya vəziyyətinə saldığını diqqətə çatdırdı. Bildirildi ki, bu münaqişə Cənubi Qafqazda və ümumiyyətlə Xəzər-Qara dəniz hövzəsində sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Gələcəkdə həm energetika, həm nəqliyyat, həm də təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Ermənistanın işğalçılıq siyasətindən imtina etməsi və Azərbaycanın işğal olunmuş torpaqlarından çıxması zəruriliyi ortaya qoyuldu. Düşünürəm ki, prinsipcə bu dövlətlərin sülh və təhlükəsizlik istiqamətində mövqeləri ilə Azərbaycanın bəyanatı üst-üstə düşdü.

Qeyd edim ki, Birgə Bəyannamədə iqtisadi, sosial, nəqliyyat və energetika sahəsində əməkdaşlıq və digər məsələlər də öz əksini tapdı.

- Görüşdə Şimal-Cənub, Şərq-Qərb dəhlizləri ətrafında da fikir mübadiləsi aparıldı. Bu nəqliyyat dəhlizlərinin gələcək perspektivi baxımından Azərbaycanın mövqeyini və rolunu necə qiymətləndirmək olar?

- Tehranda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir-birini tamamladığı, ətraf ölkələrə iqtisadi cəhətdən daha səmərəli imkanlar yaradacağı birmənalı şəkildə qeyd olundu. Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub istiqaməti üzrə digər nəqliyyat dəhlizinin bir-birinə rəqib olmadığı vurğulandı və region ölkələrinin – İran, Rusiya və Azərbaycanın hər iki dəhlizdən öz maraqları çərçivəsində istifadə edəcəkləri iradəsi ortaya qoyuldu. Yəni həm Azərbaycan İranın və Rusiyanın mövcud nəqliyyat-tranzit infrastrukturlarından, həm də İran və Rusiya Azərbaycanın mövcud nəqliyyat-tranzit imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edəcək. Ticari-iqtisadi əlaqələrin elə istiqamətləri var ki, burada Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə daha sərfəli olacaq. Bütün bunlar bir-birinə rəqabət yaratmayan, bir-birini tamamlayan layihələr kimi dəyərləndirilir.

Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq bu iki nəqliyyat-tranzit xəttinin bir-birinə uyğunlaşdırılması məsələsi də müzakirə olundu. Yəni gələcəkdə həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərindən əlaqəli şəkildə, bir-birini tamamlayaraq istifadə olunması əzmi nümayiş etdirildi və düşünürük ki, belə də olacaq. Bütövlükdə Avropanı Asiya ilə, Şimalı Cənubla, Şərqi Qərblə birləşdirmə anlamında həmin layihələrin alternativi yoxdur. Bunlar digər layihələrlə birlikdə dünyada ticari-iqtisadi əlaqələrin daha intensivləşməsinə, daha rahat şəkildə həyata keçirilməsinə xidmət göstərir və Azərbaycan da müvafiq olaraq onların mərkəzində dayanan üç ölkədən biridir.

- İlk üçtərəfli görüşdən sonra Azərbaycan, İran və Rusiya arasında ticarət dövriyyəsinin artdığı qeyd olundu. Budəfəki görüşdən sonra da bu istiqamətdə artıma proqnoz vermək mümkündürmü?

- Tehran görüşündə ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyəti və perspektivi hərtərəfli müzakirə olundu. Azərbaycan və İran arasındakı ticarət dövriyyəsinin artım tempindən bəhs edildi. Dövlət başçıları bildirdilər ki, bu göstərici iki ölkənin iqtisadi potensialına hələ də tam cavab vermir və artırıla bilər. Məsələn, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70 faizə yaxın artmışdı. Bu ilin 9 ayında isə 37 faiz də artıb. Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi cari ilin 9 ayında 60 faizə yaxın olub. Baxmayaraq ki, bu göstərici ticari-iqtisadi əlaqələrdə mühüm elementlərdən birini təşkil edən enerji daşıyıcılarının qiymətinin düşməsi fonunda müşahidə olunub.

Görüşdə hər üç ölkə öz iradəsini ortaya qoydu ki, bundan sonra da tərəfdaşlıq kursunun, bölgədə qarşılıqlı iqtisadi maraqların təmin olunması üçün həm energetika, həm nəqliyyat-tranzit, həm də təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlıq formatını davam etdirsinlər.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ