şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Ermənistana “maddə-2” adlı yeni sürpriz zərbə hazırlayır…

Image


Bu gün Azərbaycanın təşəbbüs və iştirakı ilə reallaşan layihələr Qərb dünyasında da xüsusi diqqətlə izlənməkdədir.  Bunun ümdə səbəbi odur ki, həmin layihələr nəticə etibarı ilə Qərbin də inkişafına, maraqlarının təmin edilməsinə səbəb olmaqdadır. Məsələn, məlumdur ki, Avropa enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycana kifayət qədər böyük ümidlər bəsləyir. Eləcə də Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tiflis-Qars bu gün Qərb dünyasından olan iş adamları üçün yeni sərfəli fürsətlər yaradır.

Elə bu vəziyyətdə tamamilə təbiidir ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirməkdə getdikcə daha çox maraqlı tərəf kimi çıxış edir. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da təsdiq edir.

Yankauskas vurğulayır ki, təmsil etdiyi qurum Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirmək marağını xüsusi vurğulayıb. Səfir bildirib ki, əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq sazişlə bağlı danışıqlar intensiv şəkildə davam edir. Yankauskas bildirib ki, yeni sənəd Avropa İttifaqı və Azərbaycan arasında 1998-ci ildən mövcud olan sazişi əvəzləyəcək. Sazişlə bağlı növbəti görüşün “Şərq tərəfdaşlığı” sammitinə qədər keçirilməsi nəzərdə tutulur. Səfir  bir daha tezliklə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin keçiriləcəyini xatırladaraq, bu sammitin də əlaqələrə öz töhfəsini verəcəyini əlavə edib. Yeri gəlmişkən qeyd edək ki, bu sammit bəzi parametrlər baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, məlumdur ki, noyabrın 24-də Brüsseldə baş tutacaq  “Şərq tərəfdaşlığı” sammitinin yekununda qəbul ediləcək qətnamənin 2-ci bəndində Avropa İttifaqına üzv dövlətlərin “Şərq tərəfdaşı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsi nəzərdə tutulur. Artıq bu məsələ Ermənistanda ciddi təşviş yaradıb. Hesab edilir ki, bununla bir daha Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Bu durumda ermənilər bildirir ki, Azərbaycan onlar üzərində daha bir diplomatik qələbə əldə edir.

Onu da bildirək ki, Avropanın özündə yayılan separatçılıq dalğası fonunda burada artıq ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetrilməkdədir. Elə Avropa İttifaqının əsas hədəflərindən biri də  son dövrlər Katolaniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də “Şərq tərəfdaşlığı” ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir. Ermənistanın “Jamanak” qəzeti yazır ki, bu, “Şərq tərəfdaşlığı” sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir. Qeyd edək ki, elə Ermənistan da  Avropa İttifaqı ilə yeni saziş imzalayacaq. Düzdür, belə fikirlər də dolaşır ki,  İrəvan əslində Brüssellə yeni sazişi Rusiyaya qarşı kart olaraq istifadə etmək niyyətindədir. Əsas hədəf 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəndən sonra Ermənistan üzərində nəzarəti saxlamaq üçün Moskvadan dəstəyin təmin edilməsidir.
Sarkisyanın bu addımının digər hədəfi Ermənistan daxilində onun “Moskvanın boyunduruğunda” olması haqda deyilənləri yumşaltmaqdır. Ermənistan prezidenti Avropa İttifaqı ilə imzalanması gözlənilən yeni sazişdən həm daxili siyasətdə, həm də özünü qorumaq üçün Moskvanın qarşısında istifadə etməyi düşünür. Lakin “Şərq tərəfdaşlığı”  sammitində qəbul ediləcək qətnamə Sarkisyanın planlarını alt-üst edə bilər. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə onun da imza atmaq məcburiyyətində qalması bumeranq effekti deməkdir. Məhz buna xüsusi diqqət yetirən erməni mediası Azərbaycanın bu gedişlə Ermənistan üzərində növbəti uğura imza atacağını xüsusi vurğulayır. Bundan başqa, Azərbaycan açıq şəkildə onu da bəyan edir ki, Avropaya inteqrasiyanın qapıları onların standartlarına cavab verənlərə açıq olmalıdır. Ermənistan isə, rəsmi Bakının mövqeyinə əsasən,  Avropa İttifaqının inteqrasiyasına nümunə ola bilməz. Ən azı ona görə ki, Ermənistan “Şərq Tərəfdaşlığı”nda ərazisinin bir hissəsini işğal etdiyi digər üzv dövlətlə birlikdə yer alır ki, bu da yolverilməzdir. Azərbaycan bildirir ki, bu fonda Avropa İttifaqı Ermənistana qarşı real hərəkətə keçməli, ciddi iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir. Bu həm də ona görə lazımdır ki,  Ermənistan Azərbaycanın ərazilərini işğal etməklə ölkəmizin Avropa İttifaqı ilə bütün sahələr üzrə dinamik əməkdaşlığına zərər vurur. Halbuki, Azərbaycan Avropa İttifaqı və onun institutları ilə münasibətlərin inkişafında, dərinləşməsində maraqlıdır. Eyni zamanda Azərbaycan və qurum arasında həmişə iqtisadi, siyasi sahədə yüksək dialoq mövcud olub. Amma Ermənistanın həyata keçirdiyi işğal faktı münasibətlərin daha da dərinləşməsinə  maneə yaradır. Məhz rəsmi Bakı da bu fonda  Avropa İttifaqının Ermənistana qarşı əməli addımlar atmasını istəyir. Hər halda, “Şərq Tərəfdaşlığı” sammiti zamanı bu xüsusda müəyyən addımların atılması da istsina olunmur. Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ