şənbə günü, 14 noyabr 2026
     

Qarabağ məsələsinin həlli Bakı-Ankara-Moskva əməkdaşlığı formatında…

Image


Azərbaycanın regionda çoxşaxəli fəaliyyəti, o cümlədən ölkəmizin iştirakı ilə həyata keçrilən transmilli layihələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin inkiaşf axarına təsir etdiyi  danılmaz həqiqətdir. Məsələ burasındadır ki, belə layihələr fonunda Azərbaycanla əməkdaşlığa diqqət artır, onun ərazi bütövlüyü ilə əlaqədar haqlı mövqeyi daha qətiyyətli şəkildə dəstəklənir.

Elə Ermənistanda son dövrlərdə ciddi narahatlıq yaradan əsas səbəblərdən biri məhz budur.  Bu ölkənin “Jamanak” qəzeti yazır ki, Azərbaycanın həyata keçirdiyyi bu layihələrin həm də siyasi məqsədləri var: “Bakı-Tiflis-Qars kimi layihələr Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, həm də siyasi əhəmiyyət daşıyır. Bakı belə layihələrdən Qarabağ məsələsində mövqelərini gücləndirmək məqsədilə də məharətlə istifadə edir. Təsadüfi deyil ki, Bakı-Tiflis-Qars, “Şimal-Cənub” kimi layihələrin reallaşması zamanı Azərbaycan rəhbərliyi hər dəfə Qarabağ məsələsini xüsusi olaraq diqqət mərkəzinə gətirir. Hər dəfə belə hallarda Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Dağlıq Qarabağın bu ölkəyə məxsus olması bildirilir. Belə vəziyyət Bakının Qarabağ məsələsində mövqelərini daha güclü hala gətirdiyi halda, Ermənistan barəsində bunu demək olmaz”.

Bununla yanaşı, Ermənistanda narahatlıq yaradan daha bir amil Bakı-Tiflis-Qarsın açılış mərasiminə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın geri qayıdarkən Qarabağ məsələsinə dair verdiyi açıqlamalardır. Xatırladaq ki, Türkiyə prezidenti Dağlıq Qarabağ probleminin həlli üçün Ankaranın ciddi təşəbbüslə çıxış edəcəyini bildirib. Bu təşəsbüs isə onun rusiyalı həmkarı Vladimir Putinlə görüşündə gündəmə gətiriləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, artıq iki ölkə prezidentlərinin mümkün görüşünə hazırlıq gedir. Türkiyənin “Sabah” qəzeti də ölkə rəhbərlərinin görüşəcəyini yazıb. Qəzetin məlumatına görə,  Ərdoğan hələ Azərbaycana səfərdən qayıdarkən təyyarənin göyərtəsində jurnalisltələrə bildirib ki, yaxın bir-iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb. Amma həmin vaxt Qarabağ məsələsi gündəmə gəlməyib. İndi isə bəri başdan anons edilir ki, Ankara Dağlıq Qarabağ probleminin həlli üçün ciddi təşəbbüslə çıxış edəcək. Rəcəb Tayyib Ərdoğan bu xüsusda onu da diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin çözümündə Rusiya müəyyən nəticələrin əldə olunmasını təmin edə bilər:  “Türkiyə Dağlıq Qarabağ uğrunda haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcək. Cənab Putinlə məsələni şəxsən müzakirə edəcəm, çünki həqiqətən bu işlə məşğul olunarsa, nəticə əldə etmək asanlaşar. Rusiya dövlət başçısının münasibəti çox əhəmiyyətlidir. Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək. Əlbəttə ki, bu sadəcə erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək".

Erməni ekspert Qalust Rubenyan bildirir ki, Bakı səfərindən sonra Türkiyə prezidentinin açıqlamaları İrəvan üçün yaxşı heç nə vəd etmir: “Belə görünür ki, Rəcəb Tayyib Ərdoğan Bakıda Qarabağ konflikti ətrafında geniş müzakirə aparıb, atacağı addımları Azərbaycan Prezidenti ilə razılaşdırıb. Bakı və Ankara Qarabağ məsələsində ortaq şəkildə hərəkət edir. İndi onların əsas məqsədlərindən biri Rusiyanın bu məsələdə daha yüksək fəallıq nümayiş etdirməsidir, təbii ki, Azərbaycanın maraqları çərçivəsində. Görünür, onlar tədricən öz məqsədlərinə yaxınlaşırlar. Qərblə münasibətləri pisləşən, yeni sanksiyalara məruz qalan Rusiya indi Türkiyə ilə əmkdaşlığa böyük əhəmiyyət verir. ABŞ sanksiyalarının sərtləşməsinə rəğmən, Türkiyənin Rusiyadan S- 400 raketlərini almaq niyyəti bu münasibətlərin dərinləşməsindən xəbər verir. Ümumiyyətlə, Türkiyə Rusiyadan hər il 18 milyard dollarlıq mal alır, S-400 kimi anlaşmalar bu rəqəmi 20 milyard dolların üzərinə çıxara bilər. Təbii ki, Ankara bunun müqabilində Rusiyadan Qarabağ məsələsində mövqeyini yumşaltmağı tələb edə bilər. Digər tərəfdən, Türkiyə ilə yüksək münasibətlər həm də Rusiyanın müsəlman aləmində mövqelərinin güclənməsinə imkan verir. Bundan istifadə edən Ankara Qarabağ məsələsində Rusiyanın Azərbaycanın istəkləri çərçivəsində addımlar atmasını istəyir. Elə bu səbəbdən Türkiyə və Rusiya prezidentlərinin qarşıdan gələn görüşündən Ermənistan üçün yaxşı heç nə gözlənilmir". Digər erməni şərhçi Sarkis Artsruni yazır ki, Ərdoğan Putinə Qarabağla bağlı yeni saziş təklif edəcək: “Bu o demək deyil ki, Moskva “Lavrov planı”ndan imtina edəcək. lakin geosiyasi və regional reallıqlar Moskvanın Ankaranın sazişini tamamilə rədd etməyəcəyini də deməyə əsas verir. Donald Tramp administrasiyasının regional və Qarabağ siyasəti, eləcə də Fransanın məhdudlaşdırılmış resursları nizama salma prosesində Moskvanın hökmranlığına imkan verir. Bu gün həm də Moskva-Bakı-Ankara formatı ciddi əlaqələrə malikdir. Bu baxımdan, yaxın gələcəkdə Qarabağla bağlı Rusiya-Türkiyə sazişinin olması ehtimalı böyükdür”. Artsruni Rusiya iləTürkiyə arasında keyfiyyətcə yeni əməkdaşlığın Qarabağ problemində yeni çağırış olduğunu da bildirib. Onun sözlərinə görə də, ABŞ-ın son hədələrinə rəğmən,  Türkiyənin Rusiyadan S-400 sistemlərini alması Rusiya-Türkiyə əməkdaşlığında yeni və daha dərin mərhələdir. Siyasi şərhçi hesab edir ki, razılaşma Moskvanın Ankaraya regionda bundan sonra əsas rəqib kimi baxmayacağını göstərir: “S-400 zenit-raket sistemlərinin alqı-satqısı haqqında razılaşma yalnız hərbi-texniki komponentə malik deyil, o həm də özündə siyasi məzmun daşıyır. Moskva razılaşma ilə Ankaraya özünün hərbi texnologiya bazarını açır. Razılaşma Suriya və başqa regionlarla yanaşı, Cənubi Qafqazda da Rusiya və Türkiyə arasında ikitərəfli əməkdaşlıq üçün əsaslar yaradır.  Moskva və Ankara arasında keyfiyyətcə yeni münasibətlər, xüsusən Qarabağ məsələsində, yeni çağırışlara səbəb ola bilər.. Xüsusi halda təhlükə var ki, Rusiya və Türkiyə Qarabağ məsələsində ATƏT-in Minsk Qrupunu nizamlanma prosesindən sıxışdırıb çıxararaq birtərəfli razılaşmaya gəlməyə çalışacaq”.

Erməni yazar Naira Ayrumyan isə hesab edir ki, Ərdoğanla Putinin Qarabağ razılaşması Ermənistanı çətin vəziyyətə salacaq: “Rusiya Qarabağla bağlı Ermənistana təzyiqləri artıra bilər. Noyabrın 15-16-da Serj Sarkisyan Moskvaya işgüzar səfər edəcək. Bu səfər təxminən Putin-Ərdoğan görüşü ilə üst-üstə düşəcək. Mümkündür ki, Putin Qarabağla bağlı Ərdoğanla razılaşacağı yeni planı Moskvada Sarkisyana təqdim etsin. İrəvanın buna nə reaksiya verəcəyi maraqlıdır”. Ümumiyyətlə, Rusiyanın Qarabağ məsələsində fəal siyasət yürütməsi İrəvanın maraqları ilə tam ziddiyyət təşkil edir. Buna rəğmən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün fəal siyasət yürütdüyünü bildirir: “Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzərində fəal işləyir. Münaqişələrin nizama salınmasında birgə iş çox əhəmiyyətlidir”. 

Beləliklə, hadisələrin real inkişaf axarı, faktiki olaraq, Ermənistanın istəklərindən kənarda inkişaf edir. Aydındır ki, bunun əsas səbəblərindən biri Azərbaycanın fəal diplolmatik, iqtisadi, siyasi gedişləridir. Bunu Ermənistan da yaxşı görür və dərk edir ki, bu gedişlə Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcək. Proseslərin hazırkı gedişatından o da aydın olur ki, küncə sıxışdırılmış vəziyyətdə qalan Ermənistan bundan sonra tam təklənmiş vəziyyətə düşəcək. Ekspertlər bunun cəbhəboyu vəziyyətə də təsir göstərəcəyini proqnozlaşdırır. Məsələ burasındadır ki, indiyə qədər ermənilər vəziyyəti  gərgin olaraq saxlamağa çalışır və bunun hamiləri sayəsində yeni toqquşmalara gətirib çıxarmayacağına ümid edirdilər. Amma hamilərin, xüsusən də Rusiyanın Ermənistanın arxasından çəkilməsi fərqli vəziyyət yaradır. Düşmən artıq bilir ki, yeni təxribatları ona çox baha başa gələ, yeni Qarabağ savaşını başlada bilər. Tanınmış israilli ekspert Arye Qut isə bildirir ki, növbəti Qarabağ savaşında Ermənistan çox ciddi zərbələr ala bilər: “Bugünkü Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Kimin nə deməsindən, necə bəyanatlarla çıxış etməsindən asılı olmayaraq, hər bir dövlət öz təhlükəsizliyini və suverenliyini qorumağa qabil olmalıdır. Tamamilə aşkardır ki, indi Cənubi Qafqaz regionunda yaranmış gərginlik Ermənistanın işğalçı siyasətinin, onun danışıqlar prosesini yenidən pozmaq cəhdinin nəticəsidir. Bunun təqsiri isə ilk növbədə Ermənistan rəhbərliyindədir. Mən dəfələrlə demişəm, Ermənistan prezidenti ilk növbədə ağır geosiyasi və iqtisadi kollaps vəziyyətində olan ölkəsi haqqında deyil, özünün şəxsi hakimiyyətini qoruyub saxlamaq və möhkəmlətmək barədə, öz klanının mənafeləri barədə düşünür. Ermənistan qonşu dövlətlərlə, xüsusən Azərbaycanla sülh şəraitində yaşamağa hazır deyil. Buna görə də 25 ildən artıq davam edən danışıqlarda heç bir tərəqqi və real irəliləyiş görünmür. Amma məsələnin hərb yolu ilə çözülməsi halında Ermənistan heç təsəvvür belə etmədiyi ağır zərbələr alacaq. Azərbaycan buna qadirdir”.

Bütün bunlar Qarabağ məsələsində proseslrin artıq Azərbaycanın istədiyi ssenari üzrə getdiyini aydın şəkildə meydana qoyur. İrəvan da bu mənada baş verənlərdən dərs çıxarmalı, Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində müvafiq addımlar atmalıdır. Əks təqdirdə düşmən ölkəni çox böyük sarsıdıcı zərbələr gözləyir ki, belə vəziyyət də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tezləşdirəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ