şənbə günü, 14 noyabr 2026
     

Sarkisyan Qarabağ məsələsində güzəştlərlə bağlı Ermənistanı gözləyən “ağrılı qərarlara” eyham vurdu

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının Ermənistana getdikcə daha böyük ziyan vurması indi işğalçı ölkənin özündə daha aydın şəkildə sezilir. Xüsusən də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə salınması erməni cəmiyyətini, belə demək mümkünsə, yenidən silkələyib. Burada aydın görürlər ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmayana kimi Ermənistanın bu cür perspektivli layihələrdən kənarda qalması qaçılmaz olacaq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da xüsusi olaraq diqqətə çatdırır.

Nazir qeyd edir ki, Ermənistan Bakı-Tiflis-Qars  dəmir yolu xəttinə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş əraziləri azad etməlidir: “Layihəni idarə edəcək müştərək şirkət yaradılır. Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır“. Gürcüstan Diplomatik Akademiyasının rektoru Soso Sintsadze isə hesab edir ki, Ermənistanın Bakı-Tiflis-Qars dəmiryolu layihəsində iştirakı Qarabağ danışıqlar prosesinin ayrıca predmeti ola bilər: “Siyasi xadimlər bunun haqqında düşünməlidir və bu variantı Azərbaycana təklif etməlidirlər. Azərbaycanın mövqeyindən asılı olaraq bununla bağlı ikitərəfli və çoxtərəfli danışıqlar ola bilər. İrəvanın BTQ-yə qoşulması üçün Azərbaycanla danışıqlara getməsi mümkündür”. Amma qeyd olunduğu kimi, Bakı-Tiflis-Qarsa qoşula bilməsi üçün İərvanın işğal siyasətinə son qoyması vacib şərtdir. Məhz bu fonda  Ermənistan prezidenti Serj Sarkisyanın yenidən gözlənilməz açıqalamlar verməsi xüsusi diqqət cəlb edir. Hakim Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı o, Qarabağ məsələsində  Ermənistanı ağrılı qərar gözlədiyini bildirib: “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir. Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”. Amma Sarkisyan söhbətin hansı qərarlardan getdiyini konkretləşdirməyib. Lakin “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Sarkisyan ərazilərin qaytarılmasından danışır: “ATƏT-in Minsk Qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edirlər”.
Ermənistanın millətçi “Daşnaksütyun” partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan da Sarkisyanın fikirlərini bölüşüb və qeyd edib ki, problemin həlli Ermənistan üçün ağrılı olacaq.  O da açıq şəkildə vurğulanır ki, Ermənistanı bütün bunlara vadar edən ağır sosial-iqtisadi vəziyyət, Qarabağ məsələsində artan beynəlxalq təzyiqlərdir. Hətta Rusiyanın belə bu xüsusda Ermənistana təzyiqlərinin əhəmiyyətli dərəcədə artdığı da qeyd olunur.

Erməni mediası yazır ki, Moskvanın Bakı ilə münasibətləri artıq strateji əhəmiyyət daşıyır və bunu şərtləndirən başlıca səbəblərdən biri də ölkələrin həyata keçirdiyi layihələrdir. Xüsusən də “Şimal-Cənub” layihəsi fonunda vurğulanır ki, Moskva Bakıya Ermənistanla müqayisədə daha çox “stavka” edir ki, bu da nəticə etibarı ilə Qarabağ konfliktinə təsirini göstərməyə bilməz. “Jamanak” qəzeti isə yazır ki, Azərbaycan və Rusiya liderlərinin Tehranda baş tutan görüşü hər iki ölkənin münasibətlərinin daha da dərinləşəcəyinə dair növbəti mesaj oldu. Qəzet Vladimir Putinin Azərbaycanla münasibətlər barədə yüksək fikirlər səsləndirməsinin də təsadüfi xarakter daşımadığını bildirir. Həqiqətən də Tehran görüşündə Rusiya rəhbəri Azərbaycanla münasibətlərin ölkəsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini açıq mətnlə diqqətə çatdırdı: “Biz Azərbaycan prezidenti ilə mütəmadi olaraq görüşürük, telefonla danışırıq, daim əlaqədəyik. Bu da təbiidir, çünki dövlətlərimiz arasında münasibətlər məxsusi xarakter daşıyır, bu, strateji tərəfdaşlıq münasibətləridir”. Elə prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji xarakter daşıyır: “Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır, biz onları belə xarakterizə edirik. Bütün istiqamətlər üzrə əməkdaşlıq edirik: humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə. Buna görə də bu, dostların, qonşuların və yaxın tərəfdaşların tam dəyərli münasibətləridir”.

“Jamanak” qəzeti yazır ki, belə münasibət fonunda Azərbaycan Qarabağ məsələsində Rusiyanı özünə yaxınlaşdırmağı bacardığı halda, Ermənistan bunun əksini edir. Qəzet Rusiyanın Ermənistana elə bu səbəbdən silah satışında da Azərbaycandan fərqli münasibət göstərdyini yazır. Qeyd olunur ki, Azərbaycan Rusiyadan ən müasir silahlar aldığı halda, Kreml ayırdığı kredit hesabına Ermənistana özünün istfiadə üçün artıq əhəmiyyətsiz olan silahlarını ötürür.  Xatırladaq ki, bu günlərdə Ermənistan hökuməti Rusiya ilə silah alınmasına dair 100 milyon dollarlıq güzəştli kredit müqaviləsini təsdiqləyib. Bu, Rusiya tərəfindən Ermənistana silahlanma üçün verilən ikinci güzəştli kreditdir. 2015-ci ildə Rusiya Ermənistana 200 milyon dollar güzəştli kredit ayırmışdı ki, həmin pula Rusiyadan hərbi texnika və silahlar alınsın. Amma erməni mediasının yazdığına görə, “İnformasiyalı vətəndaşlar ittifaqı” adlı QHT-nin sorğusuna Ermənistan Müdafiə Nazirliyinin göndərdiyi cavaba əsasən, bu silahların çatdırılması çox ləng gedir. Belə ki, 25 oktyabr 2017-ci il tarixinə olan məlumata görə, erməni tərəfinin bu müqavilə üzrə kredit öhdəlikləri 66.6 milyon dollar təşkil edir. Başqa sözlə, müqavilənin imzalanmasından iki ildən çox vaxt keçdiyi bir vaxtda erməni tərəfi 200 milyon dollarlıq silahın cəmi üçdə birini alıb. Qrafikdən məlum olur ki, həmin 66.6 milyon dollarlıq silahların əksəriyyəti 2016-cı ilin dekabrında və 2017-ci ilin sentyabrında çatdırılıb. Ermənistanda hesab edirlər ki, Rusiyanın Azərbaycana, İraqa, Suriyaya və digər ölkələrə silahları hansı sürətlə çatdırdığı nəzərə alınarsa, bu ləngimə anlaşılan deyil. O da vurğulanır ki, ümumiyyətlə, bu gedişlə qalan silahların Ermənistana çatdırılması mümkün olmaya da bilər. Digər tərəfdən, Rusiya Ermənistana 70-80-ci illərdə istehsal edilmiş silahlar verir ki, onlar da bu günün tələblərinə cavab vermir. Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da bildirir ki, Ermənistan əsas etibarı ilə köhnə silahlar alır: “Rusiyanın silah və texnika anbarı yenisi ilə əvəz olunur. Köhnə silah-sursat harasa getməlidir. Bu da ilk növbədə Ermənistana gedir.  Biz bilirik ki,Ermənistanın əksər iqtisadi obyektləri Rusiyanın təsiri altındadır. Onlar Rusiyadan silah almaqla bu təsiri daha da genişləndirirlər. Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasının açarı Rusiyada, Qarabağın azadlığının açarı isə Azərbaycandadır. Çünki bu gün Azərbaycanın ən müasir silahlara malik ordusu var. Azərbaycan 20-dən çox ölkədən silah-sursat alır. Belarusdan alınacaq “Polonez” raket kompleksi “İsgəndər” raketlərinin imkanlarına barabər silahdır. Ermənistanın silahları Azərbaycan Ordusunun sahib olduğu müasir silahlarla müqayisə oluna bilməz. Qarabağ məsələsinin güc yolu ilə həlli gündəmə gələrsə, Azərbaycanın bunun üçün yetəri qədər gücü var. Ordumuz bu gün torpaqları işğaldan azad etməyə hazırdır və edəcək də. Sadəcə, beynəlxalq qurumların mövqeyinə hörmətlə yanaşaraq həmin günü gözləyirik”.

Digər tərəfdən, məsələyə Türkiyə faktorunun da təsiri nəzərə alınmalıdır. Rusiya ilə münasibətlərinin yaxşılaşması fonunda Ankara Moskvadan Qarabağ məsəəlsində daha fəal addımlar atmasını istəyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da belə bir vaxtda bildirib ki, Dağlıq Qarabağ probleminin həlli üçün Türkiyə ciddi təşəbbüslə çıxış edəcək

O bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ uğrunda haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcək: “Cənab Putinlə məsələni şəxsən müzakirə edəcəm, çünki həqiqətən bu işlə məşğul olunarsa, nəticə əldə etmək asanlaşar. Əlbəttə ki, bu sadəcə erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək". Münaqişənin həllində mühüm rol oynamaq Türkiyə üçün əsas maraq dairələrindən olan Cənubi Qafqazda möhkəmlənmək və Ermənistanla sərhədləri rahat şəkildə açaraq bu ölkənin təsir dairəsinə keçmək deməkdir. Moskva isə bununla barışmağa məcburdur. Ən azı ona görə ki, Qərb sanksiyaları qarşısında iqtisadi çöküş yaşayan Rusiya üçün regionun aparıcı ölkələri olan Türkiyə və Azərbaycanla münasibətləri isti tempdə saxlamaq olduqca vacibdir.

Beləliklə, real vəziyyətin təhlili Qarabağ məsələsində Ermənistanın mövqeyinin daha əlverişsiz hala gəldyini göstərir. Digər tərəfdən, Rusiyanın da bu məsələdə Ermənistana təzyiqlər etməsi, Azərbaycanla münasibətlərini genişləndirməsi İrəvanın durumuna mənfi istiqamətdə ciddi təsir edir. Ermənistan üçün daha bir problem həm də İran amili ilə bağıdır. Qeyd edək ki, Tehranda keçirilən üçtərəfli sammitdə elə Azərbaycanın istəyi ilə  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir: "Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.   Ekspertlər qeyd edir ki, Dağlıq Qarabağın  azad edilməsində isə qonşu Rusiya və İran çox böyük rol oynaya bilər. Elə Azərbaycanın da xarici siyaəstinin əsas məqsədlərindən biri İranın da Qarabağ məsələsində Ermənistana təzyiqlərini artırmasıdır. İki ölkə arasında münasibətlərdə son dövrlərdə qeydə alınan inkişaf Tehranın bu istiqamətdə müvafiq addımlar atmasını istisna etmir. Tehran və Moskvanın işğalçıya bu istiqamətdə təzyiq etməsi halında isə Qarabağ münaqişəsinin həlli kifayət qədər tezləşə bilər.

 Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ