şənbə günü, 14 noyabr 2026
     

Əli Həsənov Pekin-London bağlantısında BTQ-nin Transsibir və Süveyş marşrutlarından üstünlüklərini təhlil etdi

Image


Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi növbəti tarixi layihəni reallığa çevirməyə imkan yaratdı. “Trend”in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov "Feysbuk"dakı səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı həm Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında, həm də qlobal miqyasda mühüm tarixi hadisəyə çevrildi: "Əksər ekspertlərin rəyinə əsasən, BTQ Avropa və Asiya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi, region ölkələrinin iqtisadi inkişafı və onların dünyada geosiyasi nüfuzunun artmasına güclü təkan verməklə yanaşı, həm də və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır".

O bildirib ki, məhz Prezident İlham Əliyevin Azərbaycanın zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, Qərblə Şərqi birləşdirən nəqliyyat-kommunikasiya imkanları və digər geosiyasi üstünlüklərinin milli maraqlara uyğun şəkildə istifadəsi istiqamətində apardığı məqsədyönlü siyasət ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu əsaslı şəkildə möhkəmləndirdi: "BTQ Avrasiya məkanında ticarət əlaqələri, yük daşımaları sahəsində yeni və iqtisadi cəhətdən daha əlverişli nəqliyyat marşrutunun yaradılması zərurətindən ərsəyə gəlib. Məlumdur ki, hazırda Avrasiya regionunda Avropa İttifaqı və Çin əsas iqtisadi güc mərkəzləri kimi çıxış edirlər. Onların arasında yükdaşımaları şimaldan Transsibir dəmir yolu ilə Rusiya ərazisindən, cənubdan isə Hind okeanı-Süveyş kanalı vasitəsilə həyata keçirilir. Lakin fərqli geosiyasi maraqları baxımından Avropa İttifaqının və Çinin bu nəqliyyat marşrutlarına münasibətləri müxtəlifdir. Avropa İttifaqı ölkələri hesab edir ki, Şimal dəmir yolu marşrutunun Rusiya ərazisindən keçməsi yüksək siyasi risqlər doğurur. Digər yanaşmaya görə, Cənub dəniz yolu marşrutu üzrə daşınmalar xeyli vaxt itkisinə səbəb olur ki, bu da iqtisadi səmərəlilik baxımından əlverişsizdir. Ona görə də BTQ yeni marşrut kimi şimal və cənub istiqamətləri üzrə tranzit daşımalarının potensialını kifayət qədər artıran və geoiqtisadi baxımdan ciddi səmərəlilik vəd edən layihə kimi dünyanın diqqətini özünə cəlb etməyi bacarıb".

Ə.Həsənov qeyd edib ki, Avrasiyanın nəqliyyat xəritəsinin mühüm tərkib hissəsi olan BTQ dəmir yolu layihəsinin hazırlanması və reallaşması müxtəlif çətinliklərdən keçib: "Bəzi xarici siyasi dairələr bu tarixi layihəni gözdən salmaq üçün məqsədli şəkildə təbliğat apararaq onun iqtisadi baxımdan səmərəsiz olduğunu iddia edirdi. Lakin ilk növbədə Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə liderlərinin prinsipial mövqeyi, qarşılıqlı dəstəyi və etimadı bütün çətinlikləri dəf etməyə və növbəti tarixi layihəni reallığa çevirməyə imkan yaratdı.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan keçən əsrin 90-cı illərindən başlayaraq Qərb ölkələri ilə birlikdə Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində fəal siyasət aparıb. Cənubi Qafqazın geosiyasi münasibətlər sistemində Azərbaycan, Türkiyə və Gürcüstanın milli maraqları üst-üstə düşərək bir-birini tamamlayır. Bu üç ölkənin birgə geoiqtisadi maraqlarının və təhlükəsizliyinin təmin edilməsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayır. 2007-ci ildə BTQ dəmir yolunun tikintisinə dair Sazişin imzalanması nəqliyyat-kommunikasiya sahəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq əlaqələrini daha da dərinləşdirib".

Prezidentin köməkçisi deyib ki, son bir neçə ildə Azərbaycan həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarını, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərini müasir tələblərə uyğun yenidən qurmaqla dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici vəsiləyə çevrilib: "Ölkəmizin transmilli enerji, nəqliyyat-kommunikasiya və yükdaşıma layihələrində (Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) iştirak etməsi onun regiondakı geoiqtisadi əhəmiyyətini, beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında rolunu artırıb. Azərbaycan BTQ dəmir yolu layihəsinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı kimi artıq dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib".

Ə.Həsənov vurğulayıb ki, BTQ-nin Avrasiya regionunda təhlükəsizliyin, sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunmasında mühüm əhəmiyyət daşıyacağı şübhə doğurmur: "Dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa, eyni zamanda iqtisadi baxımdan əlverişli marşrut xəttidir və onun vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı dövrdə isə 17 milyon ton və daha artıq həcmdə yüklərin daşınması proqnozlaşdırılır. Həmçinin yeni dəmir yolu yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin kəskin artması, eyni zamanda Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin zənginləşməsi, ölkəmizlə bölgə dövlətləri arasında xarici iqtisadi münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir".

O bildirib ki, Azərbaycan ixracatçılarının dünya bazarlarına səmərəli və ucuz xərclərlə çıxmasına, marşrut üzərindəki dövlətlər arasında xarici ticarət dövriyyəsinin həcminin artmasına BTQ dəmir yolu mühüm təsir göstərəcək: "Bu nəqliyyat marşrutunun digər geoiqtisadi əhəmiyyəti Azərbaycanın Türkiyə ilə Gürcüstan ərazisindən keçməklə Avropa ilə birbaşa dəmir yolu əlaqəsi qurmasından ibarətdir".

Ə.Həsənov qeyd edib ki, Cənubi Qafqazda transmilli nəqliyyat-kommunikasiya layihələrinin reallaşması yalnız Azərbaycanın deyil, həm də regionda sülhün və sabitliyin qorunub saxlanmasında maraqlı olan dünya dövlətlərinin strateji maraqlarına cavab verir: "Avropa İttifaqının enerji-nəqliyyat təhlükəsizliyi siyasətində Azərbaycana həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi böyük əhəmiyyət verilməsi ölkəmizin geosiyasi dəyərini artıran mühüm amillərdən biridir. Eləcə də bu amil dünya iqtisadiyyatının mərkəzlərindən biri olan Çinin Azərbaycanın apardığı transmilli nəqliyyat siyasətini dəstəkləməsində özünü göstərir. Rəsmi Pekin Şərq-Qərb nəqliyyat dəhlizinin Avrasiyadan Çinə qədər olan hissəsinə aid layihələrə xüsusi diqqət yetirir. Çin hətta BTQ dəmiryolu layihəsinə böyük maraq göstərib və onun maliyyələşdirilməsində iştirak etməyə hazır olduğunu bildirib. Hazırda Azərbaycanın Şərq-Qərb nəqliyyat-kommunikasiya sistemində mövqeyi getdikcə güclənir və onun tranzit imkanları artdıqca iqtisadi güc mərkəzləri (Avropa İttifaqı, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və s.) ilə strateji tərəfdaşlığı daha da möhkəmlənir.

Bütün bunlar bir daha göstərir ki, BTQ dəmir yolunun istifadəyə verilməsi ölkələrarası nəqliyyat əlaqələrini daha da gücləndirəcək, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunması üçün geniş geoiqtisadi imkanlar yaranacaqdır. Şübhəsiz, bu transmilli nəqliyyat marşrutu müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında özünəməxsus yer tutacaqdır".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ