şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın BTQ-si Ermənistanın İranla dəmir yolu layihəsini birdəfəlik öldürdü…

Image


Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda reallaşan yeni üçtərəfli görüşünün bu ölkələr arasında əlaqələrin inkişafına yeni bir təkan verməsi işğalçı Ermənistanda ciddi narahatlıq və qorxuya səbəb olub. Ermənistanda belə hesab edirlər ki, Bakı-Tiflis-Qarsın ardınca Azərbaycan indiyə qədər Ermənistanla yaxın olan Rusiya və İranla birlikdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi kimi növbəti vacib layihəyə start verməklə İrəvanı Tehran, Moskva kimi tərəfdaşlardan da tədricən məhrum edir.

Xatırladaq ki, “Şimal-Cənub” Şərqi Asiya ölkələri ilə Avropanı əlaqələndirən irihəcmli layihədir. Qitələri əlaqələndirəcək bu dəhliz özündə bir neçə marşrutu birləşdirir. Azərbaycan bu layihəyə qoşulduqdan sonra isə rəsmi Bakının  irəli sürdüyü təklif “Şimal-Cənub”u daha səmərəli və cəlbedici edib. Bu səmərəlilik ondan ibarətdir ki, yüklərin daşınma xərci azalır və çatdırılma vaxtı qısalır. Yəni yüklər gəmi ilə Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatara yüklənir və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara(İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülür, buradan Azərbaycan ərazisilə birbaşa Rusiyaya, oradan da Avropa ölkələrinə çatdırılır. Bununla da yüklər Xəzər sahilində İran və Rusiyanın limanlarında təkrar boşaldılıb-yüklənmir. Bu variantda yüklər təkrar gömrük rəsmiləşdirilməsindən də azad olur. Bütün bunlar fonunda “Şimal-Cənub” marşrutunun mümkün qədər tez reallaşması istiqamətində qızğın iş gedir. Qeyd olunduğu kimi isə, belə vəziyyət Ermənistanda böyük təşviş yaradıb. İşğalçını narahat edən daha bir məqam İranın son dövrlərdə Azərbaycanla münasibətlərini daha yüksək səviyyəyə çatdırması istiqamətində atdığı addımlardır.  İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianın ölkəmizə səfərindən sonra isə İrəvanın bu xüsusda narahatlığı daha da artıb.

Məsud Kərbasian “İran Daily” qəzetinə müsahibəsində ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına daha  çox maraq göstərdiyini vurğulayır. Məsələn, o qeyd edir ki, İranla Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün birgə müəssisələr yarada bilər. Nazir bildirib ki, bu məsələni Bakıda səfərdə olarkən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə müzakirə edib. Bundan başqa, o bildirir ki, İran Azərbaycanda torpaq sahəsi icarəyə götürərək kənd təsərrüfatı məhsulları istehsal etməyi planlaşdırır: “İstehsal olunan məhsul həm daxili bazara çıxarılar, həm də xaricə ixrac olunar. İranın bu sahədə böyük təcrübəsi var. Hazırda İran fermerləri Ukrayna, Qazaxıstan, Braziliya və Cənubi Afrika Respublikasında torpaq icarəyə götürüb məhsul istehsal edir. İran təkcə cari ildə ABŞ-a 5,686 milyard dollar dəyərində 5,8 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edib. İran, ümumiliyyətlə, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır". Məsud Kərbasian onu da vurğulayır ki, ölkəsi İranın Astara şəhərində xüsusi iqtisadi zonanın  yaradılması ilə bağlı Azərbaycanın təklifini alqışlayır: "Bu, Azərbaycana imkan verəcək ki, İran Astarasına qoyulan investisiyalarından mənfəət əldə etsin".

Bütün bunlar fonunda Ermənistanda hesab edilir ki, baş verənlər Tehranı İrəvanla birlikdə reallaşdırılması nəzərdə tutulan bütün layhihələrdən yayındırır. Əsas diqqət isə məhz Azərbaycana yönəlir. Məsələn, Ermənistan mətbuatı yazır ki, artıq belə vəziyyətdə İrandan Ermənistana dəmir yolunun çəkilməsinə birdəfəlik son qoyulur.  Artıq etiraf edilir ki, İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir. Özü də xüsusi olaraq vurğulanır ki, İrandan başqa  Rusiya da diqqəti daha səmərəli olan “Şimal-Cənub” dəhlizinə və onun əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə yönəldib. Çünki bu yol Azərbaycan dəmir yolları vasitəsilə Rusiyaya, oradan isə Avropaya uzanacaq.

Ekspertlər də qeyd edir ki, İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Ermənistanda iqtisadi vəziyyət bərbad haldadır, əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağıdır. Digər tərəfdən, bu ölkədəki strateji sahələr başqa dövlətlərin əlindədir. Yəni orada sərmayə yatırılacaq sahə qalmayıb. Bundan başqa, İrandan Ermənistana ikinci qaz kəmərinin çəkilişi də artıq böyük sual altındadır. Əvəzində, İran Azərbaycan üzərindən daha çox həcmdə qazı dünya bazarlarına çıxarmağa hazırlaşır. Məlumdur ki,  böyük qaz potensialına malik olan İran Avropaya qaz ixrac etmək niyyətindədir. Bu barədə artıq bir sıra Avropa şirkətləri ilə danışıqlar aparılıb. Enerji idxalını şaxələndirmək istəyən Avropa, Rusiya və Azərbaycanla yanaşı, İran qazının da alıcısı qismində çıxış edir. İrəvan bu məqamdan istifadə edərək çalışırdı ki, İran öz qazını dünya bazarına Ermənistan ərazisindən keçməklə çıxarsın. Belə olan halda Ermənistan tranzit gəlir əldə etməklə bərabər, siyasi təhlükəsizliyini də təmin edəcəkdi. Amma Tehran artıq Azərbaycan üzərindən Avropaya qaz ixrac etmək üçün əməli addımlar atır. Bütün bunlar fonunda Ermənistan artıq İranla reallaşıdırlması nəzərdə tutulan bütün layihələrdən məhrum olmaqdadır. Elə İrəvanı da qorxudan budur ki, belə vəziyyətdə Ermənistan daha acıncaqlı vəziyyətə düşəcək.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ