şənbə günü, 14 noyabr 2026
     

“Köçəryan, bəs İrəvanda tələbələrə deyirdin Bakı-Tiflis-Qars xəyaldır?!”

Image


Ermənistanın regionda həyata keçrilən transmilli layihələrdən özünün işğalçılıq siyasətinə görə kənarda qalması indi bu ölkədə müşahidə edilən sosial-iqtisadi tənəzzülün daha dinamik xarakter almasına gətirib çıxarmaqdadır.  Artıq belə vəziyyət işğalçı ölkənin özündə də ciddi etirazlara, narazılıqlara yol açır və Bakı-Tiflis-Qarsın işə düşməsindən sonra bu hal özünü daha qabarıq şəkildə büruzə verir.

İlk növbədə o səbəbdən ki, bu layihənin reallaşması nəticəsində Azərbaycanın daha da qüdrətli, daha da güclü olacağını Ermənistanda da çox gözəl dərk edirlər. Belə transmilli layihələrdən kənarda qalmaqla  Ermənistanın getdikcə daha da zəifləyəcəyi, iqtisadi iflas məngənəsində çabalamaqda davam edəcəyi də düşmən ölkədə yaxşı bilinir.

Layihənin işə düşməsi həm də dünya miqyasında bütün diqqəti yenidən ölkəmizə yönəltdi və bu durumda Ermənistan Azərbaycanla müqayisədə beynəlxalq ictimaiyyət üçün az əhəmiyyətli olduğunu bir daha aydın surətdə gördü. Elə bu səbəbdən, ekspertlərə görə, layihənin işə düşməsi Azərbaycan tərəfindən Ermənistana verilən daha bir ciddi mesajdır. Bununla göstərilir ki,  Ermənistan işğalçı siyasətinə son qoysaydı, dəmir yolu xətti oradan keçə və ölkə büdcəsinə hər il yüz milyonlarla dollar gəlir gətirə bilərdi. İşğalçı siyasətini davam etdirdiyi müddətdə isə bu ölkə Azərbaycanın təşəbbüskarı olduğu layihələrdən kənarda qalacaq və iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Proseslərin məhz bu səpkidə inkişafı, qeyd olunduğu kimi, indi Ermənistanın özündə də ciddi narazılıqlar yaradır. Məsələn, “armtimes.com” saytı yazır ki, hələ 10 il əvvəl Bakı-Tiflis-Qarsın əsası qoyulanda İrəvanda İqtisad İnstitutunun tələbələri qarşısında çıxış edən o vaxtkı prezident Robert Köçəryan bəyan etmişdi ki, ictimaiyyətin Ermənistanın iqtisadi blokadaya düşməsi haqqındakı narahatlığı əsassızdır. Köçəryan iddia edirdi ki, Bakı-Tiflis-Qarsın iqtisadi səmərəsi yoxdur və bu dəmir yolu tikilib başa çatdırılmayacaq: “Lakin  Köçəryanın fikri özünü doğrultmadı, Bakı-Tiflis-Qarsın əsası qoyuldu və tikinti işləri başladı. Bir müddət sonra İrəvan Dövlət Universitetində çıxış edən Köçəryan yenə də jurnalistlərin bu barədə sualına cavab vermək məcburiyyətində qaldı. Jurnalistlər Köçəryana belə bir sual verdilər: “Bəs siz deyirdiniz Bakı-Tiflis-Qars tikilməyəcək? Lakin layihənin əsası qoyulub və tikinti işləri başlayıb”.  Köçəryan cavab verdi ki, bəli, tikinti işləri başlayıb, amma İrəvanın Qərbdəki müttəfiqləri bu layihəni dəstəkləmir və tikintinin başa çatacağı sual altındadır.

Doğrudan da, həmin vaxt bir neçə ermənipərəst ABŞ konqresmeni erməni lobbisinin səyləri ilə bəyanatla çıxış edərək Bakı-Tiflis-Qarsın tikintisinin səmərəsiz olduğunu bildirdilər və ABŞ hökumətini bu layihəni dəstəkləməməyə çağırdılar. O dövrdə rəsmi İrəvan düşünürdü ki, ABŞ konqresmenlərinin bəyanatı tikintinin qarşısını almaq üçün yetərlidir. Lakin zaman göstərdi ki, yetərli deyil. Sonra Ermənistan prezidenti Serj Sarkisyan da bu layihəyə mane olmağa çalışdı. Sarkisyan 2008-ci ildə İran-Ermənistan dəmir yolunun çəkilməsi ideyasini irəli sürdü və rəsmi Tehranla müzakirələr başladı. İqtisadi-texniki əsaslandırmadan sonra isə Sarkisyanın fikirləri sabun köpüyü kimi havadan asılı qaldı. Belə ki, Ermənistan prezidentinin təklifinə İran ciddi yanaşmadı və heç bir dövlət və beynəlxalq maliyyə təşkilatı İran-Ermənistan dəmir yolunun çəkilişinə sərmayə qoymaq istəmədi”.

Azərbaycan, Gürcüstan və Türkiyə öz səyləri ilə Bakı-Tiflis-Qarsı tikib başa çatdırdılar. Qlobal xarakter daşıyan Bakı-Tiflis-Qars istismara verildi. ABŞ və Avropa İttifaqı Bakı-Tiflis-Qarsın istismara verilməsini alqışladı. Bəs Ermənistan hansı səbəbə görə Bakı-Tiflis-Qarsın həyata keçməsinə mane olmağa çalışırdı? Məsələnin mahiyyəti ondan ibarətdir ki, Tiflis-Gümrü-Qars (TGQ) dəmir yolu xətti mövcuddur. Ermənistan bu xətti işə salmaqla blokadadan çıxmaq istəyirdi. Lakin rəsmi İrəvanın işğalçılıq siyasəti və qonşu dövlətlərə qarşı heç bir əsası olmadan ərazi iddiaları irəli sürməsi TGQ-nin fəaliyyətini heçə endirib. Bu yol artıq 25 ildir ki, dayanıb. Bundan sonra xaricə nəqliyyat çıxışı axtaran Ermənistan dəyəri 1,5 milyard dollar olan İran-Ermənistan avtomobil yolunu çəkməyə başladı ki, bu da həm səmərəli deyil, həm də nə vaxt başa çatacağı bilinmir. İqtisadi böhran yaşayan Ermənistan maliyyə çətinliyi ucbatından tikinti işlərini dayandırıb. Bu durumda “armtimes.com” saytı yazır ki, Ermənistan “böyük yolların kəsişməsindəki hündür daşın üzərində oturan min yaşlı kor bayquşa” çevrilir.

Eyni mövqeyə “1in.am“ saytında şərhçi Sarkis Artsruninin  “Bakı-Tiflis-Qars: Ermənistanın regional təcridi üçün yeni təhlükə” adlı analitik məqaləsində də rast gəlmək olar. O bildirir ki, Bakı-Tiflis-Qarsı işə salmaqla Azərbaycan Ermənistanı daha çox sıxışdırmağı, təzyiq altında qoymağı bacarıb: ”Bakı bu layihənin, iqtisadi əhəmiyyətindən əlavə, siyasi xarakter daşıdığını və İrəvanın daha sıx təcridinə yönəldiyini heç vaxt gizlətməyib! Sarkisyan komandasının siyasi mövqeyi isə layihənin reallaşdırılmasına mane ola biləcək əngəllərə ümid etməklə məhdudlaşıb! Gürcüstanın dost ölkə kimi bu layihədə iştirak etməyəcəyinə bəslənən inam isə özünü doğrultmayıb!”. Real vəziyyəti kəskin etirazlarla şərh edən müəllif daha sonra yazır: “Rəsmi İrəvan bütün ümidlərini Saakaşvilinin yerini tutan komandaya bağlamışdı və belə düşünürdü ki, yeni iqtidardan ötrü bu layihə prioritet əhəmiyyət daşımayacaq. Amma bu böyük səhv idi. Çünki erməni-gürcü münasibətərinin məzmun və siyasi təşəbbüsdən kənarda qalması unudulmuşdu. Digər tərəfdən, Azərbaycan son illər sübut etdi ki, Qarabağ məsələsində status-kvonu dəyişmək məqsədilə Ermənistanın təcridinə və regional mövqeyini zəiflətməyə yönəlmiş bütün real layihələri, hətta iqtisadi itkilərə getmək bahasına olsa da, maliyyələşdirməyə hazırdır. Bakı-Tiflis-Qars dəmir yolunun inşası və istifadəyə verilməsi bunun həlledici nümunəsidir”. Bütün bunların qarşılığında Ermənistanın vassallığını və xarici siyasətinin kəsərsizliyini önə çəkən müəllif öz fikirlərini belə əsaslandırır: “İrəvanın Moskvadan birtərəfli aslılığı ölkənin bir subyekt kimi məhvinə və xarici siyasətinin tənəzzülünə gətirib çıxarıb. Eyni zamanda, Tehranın İrəvanla regional siyasi əlaqələr qurmaq təklifləri Rusiya faktoru kimi nəhəng buzlaqlarla örtülüb. Qarşılığında Azərbaycan İran istiqamətindən də Ermənistanın siyasi və iqtisadi təcridinə yönəlmiş fürsətlərdən səmərəli bəhrələnir”. Bundan başqa, Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək görüşünə toxunan müəllif tezliklə İran-Azərbaycan dəmir yolu körpüsünün də həyata vəsiqə qazanacağını xüsusi qeyd edir və bu körpünün Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin altından qırmızı xətt çəkəcəyini vurğulayır: “Azərbaycanla müqayisədə İranın Ermənistana xüsusi önəm verdiyini iddia etmək illüziyadır. Hətta bu belə olsa da, İran Ermənistandan gələcək təklifləri sonsuzadək gözləmək fikrində deyil. Regional problemlərə daha qlobal şəkildə yanaşsaq, Ermənistanın Qarabağda status-kvonu saxlamaq siyasəti həqiqətən də illüziya xarakteri daşıyır və bizim ölkəni təhlükəli demoqrafik vəziyyətlə üz-üzə qoyur. Ancaq Ermənistanın hazırkı iqtidarının yürütdüyü siyasət Ermənistan-Rusiya münasibətlərinə və Qarabağ probleminin uğurlu həllinə yenidən baxmağa ümid yeri qoymur. Belə bir vəziyyətdə isə bizim ölkənin regional təcridi real görünür”.

Ermənistan parlamentinin vitse-spikeri, “Çiçəklənən Ermənistan” partiyasından deputat Mikael Melkumyan bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyət qazanıb: “Əlbəttə, bu layihənin siyasi əhəmiyyəti əvvəldən güclü idi. Lakin eyni zamanda, onun iqtisadi baxımdan əhəmiyyəti də az deyil. Bu dəmir yolu gələcək Gümrü-Qars dəmir yoluna ciddi rəqabət yarada bilər ki, erməni tərəfi üçün bu məqbul deyil”. Vitse-spiker etiraf edir ki, Bakı-Tiflis-Qars dəmir yolunun açılmasından sonra Gümrü-Qars dəmir yolu əhəmiyyətini itirmiş olur. Bütün bunlar Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi ilə Ermənistanın regionda təcrid siyasətinin daha da dərinləşməsi deməkdir. Elə bu vəziyyət də düşmən ölkədə həm də sosial-iqtisadi sahədə daha böyük problemlərin meydana çıxması anlamına gəlir. Erməni mediası yazır ki, ölkə regionda həyata keçrilən layihələrdən kənarda qalmaqda davam etsə, Ermənistanın daha böyük fəlakətlərlə üzləşməsi qaçılmaz olacaq. Bununla belə o da açıq etiraf edilir ki, Qarabağ məsələsi həllini tapmasa, Ermənistanın hansısa transmiilli regional layihəyə qoşulması mümkünsüz olacaq.  Beləliklə. baş verənlər Azərbaycanın həyata keçirdiyi transmilli layihələrin artıq Ermənistana kifayət qədər ciddi zərbələr vurduğunu açıq şəkildə meydana qoyur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ