şənbə günü, 14 noyabr 2026
     

“Qarabağ müharibəsi başlasa, bütün məsuliyyəti Ermənistan daşıyacaq” rəyi dünyanı bürüyür...

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün aparılan son danışıqların detalları tam açıqlanmasa da, onun hansısa müsbət nəticələr verdiyini də tam qətiyyətlə söyləmək mümkün deyil. Ən azından ona görə ki, axırıncı yüksək səviyyəli danışıqlardan sonra belə cəbhədə erməni təxribatlarına son verilmir.

Düşmən yenə atəşkəsi pozmaqda, mövqelərimizi müxtəlif növ silahlardan atəşə tutmaqda davam edir. Belə vəziyyətdə maraq doğuran məqamlardan biri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən növbəti görüşüdür. Bu görüşdən sonra da cəbhədə vəziyyət dəyişməsə, savaş qaçılmaz sayılır. Hələlik isə əsas diqqət nazirlərin görüşü üzərində cəmləşməkdədir.

Məsələ ilə bağlı xarici işlər nazirləri Elmar Məmmədyarov bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabrın ortalarında Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri ilə görüşü nəzərdə tutulur. Məhz bundan sonra Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi istiqamətində müəyyən addımlar atılacaq. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endrü Şefer də bildirib ki, yaxın günlər ərzində nazirlərin görüşü gözlənir: “Biz daha əvvəl nail olunmuş razılıqları, həmçinin Vyana və Sankt-Peterburq razılaşmalarını reallaşdırmağa çalışaraq, tərəfləri atəşkəs rejiminə hörmət etməyə və ən yüksək səviyyədə danışıqları davam etdirməyə çağırmaqda davam edirik. Həmsədrlər növbəti görüşün tarixinin dəqiqləşdirilməsi üçün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə işləyir. Növbəti görüş qarşıdakı həftələrdə gözlənilir”. Aydındır ki, bu görüşlər də istənilən nəticəni verməsə, Qarabağ münaqişəsinin yenidən alovlanması qaçılmaz sayılır. Məsələnin bu tərəfini şərh edən  amerikalı politoloq Piter Teys bildirir ki, yeni savaşın başlamasına görə bütün məsuliyyət danışıqlarda konkret addımlar atmaqda tərəddüd edən Ermənistanın üzərinə düşür. O xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu il bir sıra görüşlər keçirilib: “Bu istiqamətdə Azərbaycan prezidenti ilə Ermənistan rəhbərinin görüşü sonuncu idi: görüş münaqişənin həlli üçün atılmış müsbət addımlardan biridir. Müzakirələrin uzun müddətdir nəticəsi yoxdur. Lakin Azərbaycan hökumətinin bu il münaqişənin həlli istiqamətində bir sıra fəal təşəbbüsləri olub.  Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini daim bildirir”. Politoloqun sözlərinə görə, Ermənistan hökuməti, Azərbaycandan fərqli olaraq, münaqişənin həll edilməsinə maraq və səy göstərmir: “Bir müddət əvvəl Ermənistan hökumətinin 100 milyon dollar miqdarında silah-sursat alması ilə bağlı  məlumatlar yayılmışdı. Təbii ki, sözügedən ölkənin bu addımı münaqişənin həllinə mənfi təsir edir və mürəkkəb vəziyyət yaradır. Beynəlxalq təşkilatların heç birindən Ermənistanın həmin addımını pisləyən bəyanat görmədim. Ermənistanı bu  mövqeyindən çəkindirmək lazımdır. Münaqişənin həlli istiqamətində sabit, uzunmüddətli qərarların qəbul ediləcəyinə ümid edirəm. Əfsus ki, bu proses vaxt alacaq”.  Ekspert bildirir ki, Ermənistanın danışıqlar prosesini uzatmağa yönələn səyləri müharibə ehtimalını hər keçən gün daha da artırır və buna görə bütün məsuliyyət erməni tərəfinin üzərinə düşür. Bundan başqa, o qeyd edir ki, regionda maraqlı olan qüvvələr, o cümlədən də Rusiya  Ermənistana təsir və təzyiqlərini artırmalıdır.

Yeri gəlmişkən qeyd edək ki, xarici işlər nazirlərinin gözlənilən növbəti görüşü ərəfəsində prezident Serj Sarkisyan Rusiyaya işgüzar səfər edəcək. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib ki, Sarkisyan həmin tarixdə Moskvada keçiriləcək erməni mədəniyyət günlərində iştirak edəcək. Lakin bu səfər zamanı Ermənistan prezidentinin rusiyalı həmkarı ilə görüşüb Qarabağ məsələsi ətrafında müzakirə aparması da istisna deyil. Maraqlıdır ki, bu fonda Ermənistan mediası Sarkisyanın Moskva ziyarətini “ölüm səfəri” adlandırıb. Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Sarkisyan Moskvada olacağı vaxt Putin tərəfindən qəbul edilməyəcəksə, bu onun üçün böyük zərbə olacaq: “Bu şəraitdə Sarkisyan üçün Moskva səfəri “siyasi ölüm hökmüdür”. Bu baxımdan, Sarkisyanın Moskvada Putin tərəfindən qəbul ediləcəyi ehtimalı böyükdür. Çünki noyabrın 24-də Sarkisyan “Şərq Tərəfdaşlığı“ sammiti çərçivəsində Avropa İttifaqı-Ermənistan sənədlərinin imzalanması məqsədilə Brüsselə yola düşəcək. Güman ki, o, Moskvada Brüssel səfəri ilə bağlı son müzakirələri aparacaq. Hərçənd, Avropa İttifaqı ilə sazişim imzalanacağı şübhə altındadır”. Erməni şərhçi bildirir ki, Sarkisyan Avropa İttifaqı ilə saziş imzalanması məsələsindən “öz qiymətini artırmaq” məqsədilə istifadə edir: “Bu onun öz oyunudur. Lakin buna rəğmən, Sarkisyan arxa planda – Moskvada təhlükəsizliklə bağlı zəmanət almalıdır. Brüsselə səfər ərəfəsində isə böyük sürprizlər ola bilər. Ermənistan prezidentinin Moskvaya səfəri də məhz bu sürprizlərin qarşısını almaq məqsədi daşıyır”. “Lragir” saytı isə Sarkisyanın Moskva səfərini qorxunc adlandırıb: “Sarkisyan Moskvaya təkcə mədəniyyət günlərində iştirak üçün getmir. Güman ki, siyasi məsələlər müzakirə olunacaq. Lakin bu müzakirələrin Ermənistan üçün qorxunc qərarların verilməsi ilə nəticələnə biləcəyi də gözləniləndir. Bu, 2013-cü ilin 3 sentyabr səfəri ilə müqayisə olunur. Həmin səfərdən sonra Ermənistan Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtina etdi və Avrasiya İqtisadi İttifaqına daxil oldu. İndi də əsas sual budur: Sarkisyan Moskva səfərindən sonra Avropa İttifaqı ilə sazişi imzalamaqdan imtina edəcəkmi? İndi top İrəvanda və ya Brüsseldə deyil, Moskvadadır”. Bildirilir ki, Moskva səfərində Rusiya Sarksiyan qarşısında Qarabağ məsələsini kifayət qədər konkret şəkildə qoya bilər. Belə ki, Rusiyanın istəklərinin əksinə olaraq Sarkisyan Avropa İttifaqı ilə saziş imzalanmasına gedərsə, Kreml Qarabağ məsələsində İrəvanın bütün istəklərinin üzərindən xətt çəkəcək. Bu vəziyyətdə Azərbaycanın maraqlarının və ən əsası, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Rusiyanın zəruri addımlar atması, Ermənistanı tamamilə yalnız buraxması da gözlənilən sayılır. Erməni mediası yazır ki, Kreml yeni Qarabağ mühariəbsinə yaşıl işıq yandırmaqla da Ermənistana sərt zərbə vura bilər. Yeni savaşda Azərbaycanın asanlıqla qələbə çalacağını isə Ermənistanda proqnoz edənlərin sayı kifayət qədərdir. Məsələn, parlamentdə təmsil olunan  “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan açıq şəkildə vurğulayır ki, Ermənistan Azərbaycanla hərbi balansı daha sürətlə itirir. Onun sözlərinə görə, elə bu səbəbdən Ermənistan rəhbərliyi vahimə içindədir: “Çünki Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti bildirir ki, Azərbaycanla hərbi balansı, eyni zamanda bizim strateji tərəfdaşımız olan Rusiyanın dəstəyini və vasitəçiliyini itirib”. Deputat qeyd edib ki, Ermənistan ümumilikdə bütün təhlükəsizlik fəlsəfəsini itirib: “Çünki hər dəfə Rusiya Azərbaycana silah satır və biz o zaman sual veririk: biz nə edək? Cavabı isə sadədir: yenidən Rusiya ilə zəif müqavilə imzalamağa gedək. Daha sonra Rusiya Türkiyəyə silah satır. Bəs indi nə edək? Gedib yenə də bizim suverenliyimizi daha da azaldan müqavilə imzalayaq?”. Erməni deputat xatırladıb ki, Rusiya artıq Türkiyəyə S-400 sistemlərini satır: “Bunun yanında “İsgəndər”lər oyuncağa çevriləcək”.

Beləliklə, hadisələrin real inkişafı olduqca maraqlı bir xarakter alıb. Belə görünür ki, yaxın tezlikdə geosiyasi müstəvidə cərəyan edən proseslər Qarabağ münaqişəsinə mütləq mənada öz təsirini göstərəcək. Ermənistanın əsas himayədarı olan Rusiyaya xəyanət etməsi və üzünü yenidən Qərbə çevirməsi fonunda Moskva mütləq bu ölkəni cəzalandırmaq niyyətinə düşəcək. Bunun üçün ən yaxşı təsir vasitəsi, heç şübhəsiz, Ermənistana qarış Qarabağ kartını işə salmaqdır. Erməni politoloq Sarkis Artsruni bunu istisna etmir və Ermənistanda Rusiyadan üz döndərmə meyllərinin artmasının mütləq nəticəsi olacağını bildirir. Onun fikrincə, fürsət düşən kimi İrəvanın Moskvaya arxa çevirərək Qərblə bazarlıq etməsini Kreml xoş qarşılamır.  Bu baxımdan Artsruni indiki halda  Ermənistana ən böyük təhlükənin Rusiyadan gəldiyini və bunu ölkəni idarə edənlərin də yaxşı anladığını açıq vurğulayır. Onun sözlərinə görə, Qərb Ermənistanın indiki vəziyyətini başa düşərək onu Rusiyanın təsir dairəsindən çıxarmağa üstünlük verir. Ancaq Moskvanın buna reaksiyası Ermənistan üçün çox böyük fəlakətlərə yol açmaq iqtidarındadır.  Ekspert onu da vurğulayır ki, Sarkisyan hakimiyyətinin bu ikili oyunu Rusiyanı gözlənildyindən də çox qəzəbləndirə bilər. Aydındır ki, bu da Azərbaycanla müharibə vəziyyətində olan erməni tərəfinin sonu ola bilər. Kremldə hesab edilir ki, Rusiyanı sanksiyalarla sıxışdırmağa çalışan Avropa ilə təmaslar ilk növbədə ermənilərin özü üçün ciddi təhlükədir. Artsruni belə vəziyyətdə Rusiyanın qəti hərəkətlərə keçməsini istsina etmir: “Rusiya, ötən dəfə olduğu kimi, Avropa İttifaqı ilə İrəvan arasında sənədi əngəlləyə, Ermənistanın əsl sahibinin Moskva olduğunu yenidən sübut edə bilər. Amma bu məsələdə indi İrəvan Rusiyanın göstərişlərinə belə zidd gedə biləcəyini nümayiş etdirmək istəyir. Bax elə bu vəziyyətdə Moskvanın əsl qəzəbini göstərməsi tamamilə gözləniləndir”. Hər halda, hadisələrin inkişaf axarı ermənilərin Rusiyaya xəyanət etdiyini yenidən açıq şəkildə meydana qoyur. Onsuz da bundan əvvəl Ermənistanın NATO-nun hərbi təlimlərində iştirak etməsi Rusiyada birmənalı qarşılanmayıb.  Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bundan başqa, Ermənistan Rusiyanın siyasətini müdafiə etdiyini iddia edir, digər tərəfdən isə Rusiyanın əleyhinə siyasət aparan Qərblə yaxınlaşır.  Moskvanın bütün bunları cəzasız qoyacağı inandırıcı deyil və  Ermənistana qarşı ən böyük cəza tədbirlərindən biri Qarabağ kartını işə salmaqdır. Hadisələrin bu səpkidə inkişafı isə, öz növbəsində, münaqişənin həllini tezləşdirə bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ