şənbə günü, 14 noyabr 2026
     

ABŞ-ın İrana qarşı yeni 5 bəndlik strategiyası…

Image


ABŞ və İran arasında getdikcə daha gərgin xarakter almağa başlayan münasibətlər bu iki ölkənin hərb müstəvisində üz-üzə gəlmək ehtimalını yenidən artırıb. Bütün bunlara əsas səbəb ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar fonunda İranın raket proqramını inkişaf etdirmək niyyətidir. Məhz belə bir vaxtda İran prezidenti Həsən Ruhani ölkəsinin raket proqramını inkişaf etdirəcəyini bəyan edib.

Parlamentdə çıxış edən  Ruhani müdafiə məqsədilə raket istehsalını davam etdirəcəklərini və bunun heç bir beynəlxalq razılaşmanı pozmadığını bildirib: “Biz raket istehsal etmişik, edirik, edəcəyik və bu, beynəlxalq razılaşmaları pozmur”. Ruhaninin çıxışı ABŞ Konqresinin Nümayəndələr Palatasının İranın ballistik raket proqramı ilə əlaqədar Tehrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair səsverməsindən sonraya təsadüf edir. Konqres bu addımı beynəlxalq nüvə razılığını birbaşa təhlükə altına almadan Tehranın qarşısını almaq səyləri çərçivəsində atdığını da bildirib. Eyni zamanda,  Birləşmiş Ştatlar İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edərək, raket sınaqlarının BMT qətnaməsinin pozulması olduğunu bildirir. İran isə nüvə silahı istehsal etməyə çalışdığını inkar edir və nüvə qabiliyyətinə malik raketlər istehsal etmədiyini bildirir.

Bu arada Ağ Ev ABŞ prezidenti Donald Trampın İran üzrə yeni strategiyasının əsas müddəalarını elan edib. Bildirilir  ki, yeni strategiyanın hədəfi İranın Yaxın Şərqdə təcavüzünün və stabilliyi pozan hərəkətlərinin qarşısını almaqdır. Sənədin birinci bəndində qeyd edilir ki, İran barəsində Birləşmiş Ştatların yeni strategiyası İran hökumətinin stabilliyi pozan hərəkətlərinin neytrallaşdırılmasına yönəldilib. Bu hərəkətlərin, xüsusən terrorizmə və döyüşçülərə verilən dəstəkdən ibarət olduğu deyilir. İkinci bəndə görə, regionda güc balansının bərpası üçün ənənəvi ittifaqlar və regional əməkdaşlıq canlandırılacaq. Yeni strategiyanın üçüncü bəndində İran İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) qarşı addımlar nəzərdə tutulur. Qalan iki bənddə ABŞ və onun müttəfiqlərinin İranın ballistik raketlər və başqa asimmetrik silahlardan müdafiəsi, həmçinin nüvə silahının hazırlamasının qarşısının alınması üçün görüləcək tədbirlər yer alıb. İranla müqaviləni “ABŞ tarixinin ən pis razılaşması” adlandıran Donald Tramp Vaşinqtonun müqavilədən geri çəkiləcəyini istisna etmir. Ağ Evdə yüksək vəzifəli ordu komandirləri ilə görüşündə Tramp İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini ifadə edib: “İran terroru dəstəkləyir və Yaxın Şərqə xaos ixrac edir. İranın bu təcavüzkarlığına və nüvə silahına olan ehtirasına son qoymalıyıq. İmzaladıqları razılaşma qaydalarına riayət etmədilər”. Tramp qeyd edib ki, ABŞ-ın milli maraqlarını baltalayan bütün güclər çoxdan məhv edilməli idi.

Real vəziyyət göstərir ki,  Trampın yeni İran strategiyasına  İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən fəal  dəstək verir. Amma Almaniya, İngiltərə, Fransa və Avropa İttifaqı bu strategiyaya qarşı çıxır. Onu da qeyd edək ki, ABŞ-İran qarşıdurması Qafqaz regionu, o cümlədən hər iki ölkə ilə sıx münasibətlərə malik Azərbaycan üçün də əhəmiyyətlidir. Rəsmi Bakı bu ölkələr arasında ixtiflafın sülh yolu ilə çözümünü istəyir. Amma görünən odur ki, hazırda  Trampın anti-İran mövqeyi bu dəfə vəziyyətin daha gərgin olduğundan xəbər verir. Hətta ekspertlər regionda böyük bir müharibənin başlaya biləcəyi ehtimalını istisna etmir. İsrail kəşfiyyatının keçmiş şefi Yakov Kedmi belə bir vaxtda ABŞ-İran müharibəsinin ssenarisini açıqlayıb: “Ən pis ssenari belə ola bilər: İran da nüvə anlaşmasından geri çəkilir və 1-2 il ərzində nüvə silahına sahib olur. ABŞ isə İrana hücum edir və regionda sonu görünməyən müharibə başlayır”. Onun sözlərinə görə, İran nüvə silahına sahib olmaq üçün texnologiyaya malikdir: “İran nüvə silahına sahib olarsa, o vaxt heç nəyin mənası olmayacaq. Üç il öncə Pentaqon İrana hücum əməliyyatının ssenarilərini müzakirə edirdi. Nəticə belə oldu ki, hücum İranın nüvə silahı əldə etməsini maksimum 2,5 il gecikdirə bilər. Lakin bu hücum regionda sonu görünməyən müharibəyə səbəb olacaq. ABŞ İrandan çox güclüdür, lakin İranı dayandıracaq, yaxud nüvə silahı istehsal etmək potensialını məhv edəcək imkanı yoxdur. Xüsusilə hazırki beynəlxalq şərtlər və Yaxın Şərqdəki vəziyyət fonunda bu mümkün deyil”.

Aydındır ki, belə vəziyyətdə savaş ehtimalı əhəmiyyətli dərəcədə artır. Digər tərəfdən, İranın Suriya və İraqda mövqelərini gücləndirməsi də ABŞ-ın, eləcə də İsrailin xoşuna gəlmir. Məlumdur ki, İraq qoşunları beş gün davam edən və müqavimətlə qarşılaşmayan yürüşlə 14 min kvadrat kilometrlik ərazini kürd döyüşçülərdən geri alıb.  "The Observer" qəzeti yazır ki, bu qələbə ilk növbədə İraqın baş naziri Heydər əl-Abadiyə və İran generalı Qasım Süleymaniyə aiddir. Elə bu da Yaxın Şərqdə mövqeləri zəifləyən ABŞ-ın ciddi qəzəbinə səbəb olub. ABŞ İranın bu bölgədə söz sahibi olmasını istəmir. Amma bunu yalnız güc yolu ilə əngəlləyə biləcəyini yaxşı bilir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ