Bazar günü günü, 15 noyabr 2026
     

Rəcəb Tayyib Ərdoğan Bakıda “Can Azərbaycan” deyərək, strateji müttəfiqliyi qürur mənbəyi adlandırdı

Image


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TREND, AZƏRTAC və APA informasiya agentliklərinə müsahibəsi

- Cənab Prezident, Türkiyə-Azərbaycan əlaqələri və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qarşıdakı iclasının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycanla diplomatik əlaqələrimizin yenidən qurulmasının 25-ci ildönümünü bu ilin yanvar ayında qeyd etdik. 25 il bundan əvvəl can Azərbaycanla yenidən qurulan əlaqələrimizin bu gün strateji müttəfiqlik səviyyəsində olması isə bizim xüsusi sevinc və qürur mənbəyimizdir.

Azərbaycan müstəqilliyini elan etməsindən bu günə qədər keçən müddət ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi kurs və Prezident İlham Əliyevin səbatlı rəhbərliyi altında regionda stabillik və əməkdaşlığın, eyni zamanda mədəniyyətlərarası tolerantlığın alınmaz qalasına çevrilib.

Türkiyə və Azərbaycan arasındakı strateji müttəfiqliyin ruhuna uyğun ikitərəfli əlaqələrimiz iqtisadiyyat, enerji, hərbi, müdafiə sənayesi və təhlükəsizlik məsələləri başda olmaqla, bütün sahələrdə artmağa davam edir. Son olaraq qardaşım İlham Əliyevi D-8 Zirvə görüşündə xüsusi qonaq statusunda İstanbulda qarşıladıq.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında gündəliyimizdəki bu məsələlərə baxacağıq. Şuranın iclasında bir protokol və bəzi sazişlər də imzalayacağıq. Bu sənədlər, şübhəsiz ki, mövcud ikitərəfli əməkdaşlığımızın hüquqi bazasını daha da möhkəmləndirəcək. Şuranın iclaslarının hər il sistemli şəkildə keçirilməsindən böyük məmnunluq duyuruq. Gələn il 7-ci iclası ölkəmizdə keçirəcək, əziz qardaşım Prezident İlham Əliyevi bu münasibətlə ölkəmizdə qarşılamaqdan şərəf duyacağıq.

- Türkiyə hər zaman Dağlıq Qababağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Problemin həlli istiqamətində, təəssüf ki, ikili standartlar tətbiq olunur. Sizcə, Dağlıq Qarabağ məsələsinin həlli üçün xüsusilə hansı ölkələrə üstünlük verilməlidir və problemin həllinin hələ də uzadılmasının başlıca səbəbləri nələrdir?

- Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər, əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyəcək. Azərbaycan ərazisinin bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır.

Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz.

ATƏT-in Minsk Qrupu başda olmaqla, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməli olduğu qənaətindəyik. Biz hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik.

- Bu gün Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılış mərasimi keçirilir. Bu addım Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə nəqliyyat sahəsində yeni başlanğıc kimi qiymətləndirilir. Bu dəmiryolu xəttinin uzun illərdir arzu edilən Yeni İpək Yolu layihəsinin bir hissəsi olması imkanını necə qiymətləndirirsiniz?

- Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan qədər, regionumuz üçün də strateji əhəmiyyətə malik Bakı-Tiflis-Qars dəmiryolu xəttində ilk qatar yola düşür. Bununla artıq Londondan Çinə qədər Orta dəhliz vasitəsilə birbaşa dəmiryolu əlaqəsi yaradıldığını da elan etmiş oluruq.

Hazırda Cənub dəhlizində və Şimal dəhlizində, dəniz də daxil olmaqla, Çindən İngiltərə, Fransa, Almaniya kimi Avropa ölkələrinə yükdaşıma müddəti təxminən 45-62 gündür. Eyni yük BTQ-nin istifadəyə başlaması ilə Orta dəhliz vasitəsilə 12-15 gün arasında Avropa İttifaqı ölkələrinə çatacaq. Başqa sözlə, Çin tərəfindən Aİ-yə göndərilən yüklər BTQ xəttilə birlikdə əvvəlki dövrdəki müddətin dörddə biri qədər vaxt ərzində təyinat yerinə çatmış olacaq.

Hazırda Çin ərazisindən Avropaya daşınan yüklərin həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizin ərazisindən keçən Orta dəhlizdən hətta bu yüklərin 10%-nin daşınması o deməkdir ki, 24 milyon ton əlavə yük daşınmış olacaq. Bu yükün Bakı-Tiflis-Qars dəmiryolu xəttilə daşınmasının digər dəhlizlərə nisbətən 30-45 gün daha az olması isə yükdaşıyıcılar üçün daha sərfəli hesab olunacaq.

BTQ-nin hətta sadəcə bu səbəblərlə Orta Dəhliz Nəqliyyat Xəttini tarixi İpək Yolunun mühüm əhəmiyyətli xəttinə çevirməyə kifayət edəcəyi qənaətindəyəm. Bununla yanaşı, regionumuzda paralel olaraq üzərində işlənilən nəqliyyat layihələrinin bir-birini tamamlayıcı və gücləndirici xarakterdə olmasına inanırıq.

Bu layihə iqtisadi üstünlükləri ilə yanaşı, siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracaq, yük və sərnişin axını ilə yanaşı, məlumat axını ilə də ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcək.

- "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TANAP layihəsinin tikintisi bu gün hansı mərhələdədir? Bəzən TANAP-ın “Türk axını”na rəqib layihə olması fikirləri səsləndirilir. Bu fikirlərlə razılaşdığınız məqamlar varmı?

- TANAP Türkiyə və Azərbaycanın birlikdə işləyib hazırladığı, həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyətə malik strateji layihədir. İnşaat işləri planlı şəkildə davam edir. İnşallah, yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacağıq.

Enerjiyə olan tələbatın artmasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında Çindən sonra ikinci sıradayıq. Bu mənada, TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Eyni zamanda, “Şahdəniz” yatağındakı qazı Avropaya nəql etməklə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcəyi birmənalıdır. Türkmən qazının da bu layihənin bir hissəsi olması üçün ciddi səylər göstəririk.

TANAP-ın birinci fazasından aldığmız qazın həcmi Türkiyənin qarşıdakı dövr üzrə qaz ehtiyacı hesabatında öz əksini tapıb. Digər tərəfdən, Rusiyanın hazırda Balkan ölkələri ərazisindən keçməklə aldığımız qazı birbaşa Qara dəniz vasitəsilə ölkəmizə istiqamətləndirmək istəyi çərçivəsində formalaşan “Türk axını" layihəsində də işləri davam etdiririk.

Şərqi Aralıq dənizi və İraq başda olmaqla yeni layihələri də nəzərdən keçirməyə hazırıq. Aparılan araşdırmalarda Şərqi Aralıq dənizi qazı da mənbələri şaxələndirmə üzrə işlərimizdə yeni alternativə çevrilib. Türkiyə bütün bu təchizat layihələri ilə təmin edilən qazın maliyyə baxımından ən sərfəli və qısa məsafədən Avropaya nəql edilə biləcəyi marşrutda iştirak edir. Ölkəmizin təbii qaz və enerji üzrə ticarət mərkəzinə çevrilməsi üçün yeni investisiya qoyuluşlarını davam etdirəcəyik.

- Türkiyə və Azərbaycan arasındakı iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək əməkdaşlıq sahələri məsələsi haqqında nə demək olar?

- Türkiyə və Azərbaycan hər şeydən əvvəl qardaş ölkələrdir və bu sahədəki əlaqələrimiz qardaşlıq bünövrəsi üzərində formalaşır. Faktiki olaraq reallaşan qarşılıqlı kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub. İnvestisiyalarımızı beş il ərzində 30 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq imkanımız var.

Təbii ki, qlobal iqtisadiyyatdakı və regionumuzdakı geosiyasi proseslər hamımıza təsir göstərir. Bildiyiniz kimi, Türkiyə son dörd ildir ki, onu zəiflətmə məqsədi güdən, müxtəlif istiqamətlərdən gələn çoxsaylı hücumların hədəfinə çevrilib. Lakin yenə də dik dururuq. Azərbaycana isə neftin ucuzlaşmasının təsirləri oldu. Hər çətinliyin özündə müəyyən imkanlar da ehtiva etdiyinə inanırıq.

Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək cəhdlərinin cənab Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla artdığını müşahidə edirik. Xarici investisiyaların təşviq edilməsi, Türkiyənin iri şirkətlərinin Azərbaycana investisiya qoyması və özəlləşdirmə məsələlərində azərbaycanlı qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində işləyəcəyik. Bu məqsədlə qarşıdakı günlərdə Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının da əməkdaşlığı ilə "Road Show" tədbirinin keçirilməsi üçün İqtisadiyyat nazirliklərimiz arasında işlər davam etdirilir.

Həmçinin Naxçıvanla ticarət əlaqələrimizin canlandırılması, iş adamlarımızın təşviqi üçün müxtəlif tədbirlər həyata keçirdik. 28 oktyabrda iqtisadiyyat nazirlərimiz İğdıra toplaşıb iş adamlarımızla görüşdülər, bu məsələdə görülən işlərlə bağlı iş adamlarımıza məlumat verdilər. Yaxın vaxtlarda Naxçıvanla ticarət həcminin artırılması istiqamətində konkret nəticələr əldə edəcəyimizə inanıram.

- Ölkələrimizin yerləşdiyi coğrafiyada gərginlik və terror təhlükəsi davam edir. Ölkələrimiz arasında bu sahədə əməkdaşlığı dərinləşdirmək və terror təhlükəsinə qarşı effektli tədbirlər görmək üçün nə kimi imkanlar var? Həmçinin FETÖ-yə qarşı mübarizə haqqında nə deyə bilərsiniz?

- İŞİD, PKK, PYD, YPG, DHKP-C və MLKP terror təşkilatlarından birinin digərindən fərqi yoxdur. Onların məqsədi birdir, o da Türkiyəni zəiflətməkdir. Keçən il FETÖ tərəfindən 250 vətəndaşımızın ölümünə, 2193 vətəndaşımızın isə yaralanmasına səbəb olan, tariximizin ən xain çevriliş cəhdini də millət olaraq terror və terror təşkilatları qarşısında bir bədən, bir can olmağımız sayəsində uğursuzluğa düçar etdik. Əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına da bu xain təşkilat qarşısında nümayiş etdirdikləri həmrəyliyə görə xüsusilə təşəkkür etmək istəyirəm. Azərbaycan xalqının 15 iyul gecəsində bizimlə eyni mövqedən çıxış edərək Türkiyədən daxil olan xəbərləri izlədiyini, xain çevrilişin uğursuz olmasını səmimi qəlbdən dilədiyini bilirəm. Bu da Türkiyə-Azərbaycan qardaşlığının nə qədər güclü olduğunu göstərir. FETÖ olduğu bütün ölkələr üçün təhlükə mənbəyidir. Buna görə də Azərbaycanın FETÖ strukturlarına qarşı gördüyü tədbirlərdən razı qaldığımızı bildiririk.

Bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində də Azərbaycanla yaxın əməkdaşlıq edirik. Səlahiyyətli orqanlarımız arasında kəşfiyyat və məlumat mübadiləsi, eyni zamanda, əməliyyat sahəsində əməkdaşlığımız artan sürətlə davam edir. Azərbaycan xarici terrorçuların Suriyaya keçməsinin qarşısını almaq sahəsində mühüm ölkədir və bu istiqamətdə faydalı işlər görür.

- Türkiyənin regionda baş verən proseslərlə bağlı mövqeyi hər kəs tərəfindən maraqla izlənir. Suriya və İraqda yaşananlarla bağlı Türkiyənin ümumi mövqeyi haqqında nə deyə bilərsiniz? Xüsusilə İŞİD-in məğlubiyyətə uğradılmasından sonra Suriya ilə əlaqələr, İraq Kürdüstanı və Kərkükün taleyi ilə bağlı Türkiyənin nə kimi planları var? Bu kontekstdə PKK-ya qarşı mübarizə məsələsində fikirlərinizi bilmək istərdik.

- İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk. Şimali İraqda baş verən hadisələr sadəcə kürdləri deyil, eyni zamanda ərəbləri, türkmanları və digər qrupları yaxından əlaqədar edir. Yaddan çıxarmayaq ki, İraq təklikdə kürd, ərəb və ya türkman dövləti olmadığı kimi, Kərkük və Mosul da təklikdə kürdlərin məskəni deyil.

İraq Kürdüstanı regional hakimiyyəti keçirdiyi qondarma referendumla beynəlxalq hüququ və İraq konstitusiyasını pozub. Təəssüf ki, Kürdüstan regional hakimiyyəti bizim və beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, qondarma referendum keçirmək yolunu seçdi. Bu yolla yalnız İraqı deyil, bütün regionda sülh və sabitliyi təhlükəyə atdı. Sonuncu bəyanatları, qismən də olsa, səhvlərini başa düşdüklərini göstərir. Ən qısa müddətdə gözləntilərə cavab verəcək addımlar atmalarını istərdik.

İraq ərazisində PKK-nın mövcudluğuna son qoyulması kontekstində İraq hökuməti ilə hər cür əməkdaşlığa hazırıq. Kərkükdə ictimai asayiş və sülhü pozmağa cəhd edə biləcək PKK terror təşkilatının bu regionda sığınacaq tapmasına vasitəçi olanlar buna görə bizim tərəfimizdən cavabdeh hesab olunacaqlar. İraq hökumətinin Kərkükü geri almasını, eləcə də PKK terror təşkilatının hərəkətlərinə göz yumulmayacağına, bunların səfərbər edilməsinin müharibə elan olunması kimi qəbul ediləcəyinə dair bəyanatını razılıqla qarşıladıq.

Türkiyə ölkədə daimi sülh və sabitliyin təmin olunması məqsədilə atacağı addımlarda İraq hökumətinin yanında olacaq.

Suriyada münaqişəyə yalnız siyasi həll yolu ilə son qoyulacağına olan inamımız dəyişməzdir. İstər Astana, istərsə də Cenevrə görüşləri ilə Suriyada inkişaf etdirilməyə çalışılan siyasi keçid prosesinə olan güclü dəstəyimiz də davam edəcək.

İdlib - münaqişəsiz bölgə ilə bağlı müzakirə prosesində biz müxalifətin zəmanətçisi qismində razılıq əldə olunmasında müəyyənedici rol oynadıq. Bu zaman bölgədəki müxətlif qrupların məsələyə yanaşma tərzi və rəylərini də nəzərə almağa səy göstərdik.

Atəşkəsin davam etməsinə nail olmaq məqsədilə İdlib istiqamətində əməliyyat həyata keçirdik. Bu əməliyyatla, "Fərat qalxanı" əməliyyatı ilə özümüzə bölgəmizdə yaratdığımız sahəni İdlibin təhlükəsizliyini təmin etməyə dair yeni addımla daha da inkişaf etdirdik. Bu yolla təhlükəsizliyimizi təhdid edənlərə qarşı hər cür tədbir görə biləcəyimizi nümayiş etdirdik. Cənub sərhədimizdə terror dəhlizi yaradılmasına qətiyyən imkan verməyəcəyik. Suriyadakı münaqişənin siyasi yolla həll edilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ