Bazar günü günü, 15 noyabr 2026
     

PKK İraq və İranda sıxışdırıldıqca, terrorçuların Ermənistan və Qarabağa yeni axın ehtimalı güclənir

Image


Qardaş Türkiyənin PKK terrorçularına qarşı apardığı mübarizənin miqyasının genişlənməsi, separatçı yaraqlıların zərərsizləşdirilməsi istiqamətində digər dövlətlərlə əməkdaşlıq şəraitində atılan addımlar  sözügedən təşkilatı çətin vəziyyətə salıb. Belə görünür ki, yaxın tezlikdə PKK-nın əsas qərargahı sayılan Qəndil dağında da qruplaşmanın effektiv şəkildə məhv edilməsi həyata keçriləcək. Bu isə PKK-nın qorunmaq üçün digər bölgələrə qaçış məsələsini meydana çıxarır. Belə bölgələr sırasında isə Ermənistan və Azərbaycanın işğal edilmiş əraziləri ön planda yer alır.

Ümumiyyətlə, real vəziyyət göstərir ki, hazırda PKK terrorçuları üçün ən təhlükəsiz ərazilər Ermənistan və işğal altındakı Azərbaycan torpaqlarıdır. Türkiyənin yeni əməliyyatları fonunda da PKK terrorçularının bu ərazilərə axınının daha da artması gözlənir. Məhz belə bir vaxtda bəlli olub ki, Şimali İraq Kürd Muxtariyyətinə qarşı İraq və İranla birgə hərəkət edən Türkiyə PKK-ya qarşı da bu ölkələrlə birlikdə əməliyyat keçirməyə hazırlaşır. Xüsusilə Ankara və Tehran arasında PKK və terror təşkilatının İran qolu olan PJAK-ı məhv etmə əməliyyatı müzakirə edilir. “Yeni Şəfəq” qəzetinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri İranın Baş Qərargahı ilə birgə PKK-nın əsas yuvası olan Qəndildə əməliyyat keçirmək üçün hazırlığa başlayıb. Qeyd olunur ki, əslində, 1990-cı ildən başlayaraq, Türkiyə ordusu sərhəd xaricində PKK-ya qarşı əməliyyatlar keçirir. Lakin bir çox hallarda terror qruplaşması qaçaraq İran tərəfinə keçdiyi üçün ciddi zərbə endirə bilmir. Çünki PKK-nın əsas yuvası olan Qəndil dağının yarısı İran sərhədləri içindədir. PKK terrorçuları türk əsgərindən qaçaraq, İran Qəndili üzərindən Urmiyaya və Şeydan düşərgəsinə keçir, oradan da yenidən Şəmdinli Yüksekova xəttindəki bölgələrə hücum edirdi. İndiyə qədər Ankara dəfələrlə xəbərdarlıq etsə də, Tehran PKK-ya qarşı ciddi addım atmırdı. Lakin Məsud Bərzaninin keçirdiyi referendum bölgədə bütün kartları qarışdırdı və hazırda PKK Türkiyə qədər İran üçün də ciddi təhdiddir. Hazırda Ankara Qəndili təmizləmək üçün Tehrandan ilk olaraq iki şey istəyir: terrorçuların qaçmaması üçün sərhədlər bağlansın; terrorçu liderlər İranda gizlənə bilməsin və onlar həbs edilərək Türkiyəyə verilsin. Bu istəklər Tehran tərəfindən qəbul ediləcəyi təqdirdə Qəndil artıq PKK üçün “təhlükəsiz bölgə” olmayacaq. Terror qruplaşmasını tamamilə məhv etmək üçün başlanacaq əməliyyat həm qurudan, həm də havadan həyata keçiriləcək. Əməliyyat zamanı İran tərəfinin sərhədləri bağlaması, Türkiyə ilə məlumat mübadiləsi aparması, artilleriya və lazım olarsa, quru qoşunları ilə dəstək verməsi gözlənir. İraq ordusu da əməliyyata dəstək verəcək. Qəndildən qaça biləcək terrorçuların İraqın daxili bölgələrinə keçə bilməsinin qarşısı alınacaq. Məlumata görə, PKK-nın yuva qurduğu Mahmur və Sincar bölgələrində də hərbi əməliyyatlara hazırlıq görülür.

O da bildirilir ki, İran və Türkiyə bu məsələdə Rusiyadan da yardım almağı düşünür. Elə İraq da kürd yaraqlılarına qarşı Rusiyadan yardım gözlədiyini bəyan edir. İraq Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Əbdülbari Məhəmməd Zəbari bununla bağlı bildirir: “İraqda kiçikhəcmli silahlı atışmalar davam edir. Hər kəs siyasi müzakirələr yolu ilə mövcud problemlərin həll ediləcəyinə inanır. Rusiyaya bu mənada etibar edirik. Rəsmi Moskvanın ərazi bütövlüyümüzün bərpasında səylərini əsirgəməyəcəyinə inanırıq”.

Bütün bunlar isə PKK-nın yaxın tezlikdə əhəmiyyətli dərəcədə sıxışdırılacağını göstərir. Qeyd olunduğu kimi, terrorçular bu vəziyyətdə təhlükəsizlikləri üçün ermənilərlə işbirliklərini genişləndirəcək. Artıq bəllidir ki, PKK təşkilatının Ermənistanda iki dərnəyi və satın aldığı 2 mərtəbəli qərargahı var. Özü də PKK-ya aid mülklər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yanında yerləşir. Bu evlərdə terrorçular müalicə olunur.
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey də elə bu yaxınlarda belə bir açıqlama ilə çıxış etmişdi ki, Ermənistanla PKK arasında gizli anlaşma var: “Bu anlaşmaya görə, Ermənistan PKK-ya hər ay müəyyən sayda viza verir. Terrorçular ayrılan viza sayına görə pasportlarını Ermənistanın Parisdəki səfirliyinə göndərir və oradan istədikləri ölkəyə gedirlər. Bundan başqa, Ermənistan PKK-ya hər cür yardım göstərir. Terrorçular həm İrəvan yaxınlığındakı düşərgələrdə, həm də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təlim keçirlər”.

İndilikdə isə PKK-nın daha çox Ermənistana sığınması ilə əlaqədar olaraq onların Qarabağa gəliş saylarının artması da gözlənir. Terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın isə PKK-çılar üçün hər cür şərait yaradacağı şübhə doğurmur.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ