Bazar günü günü, 15 noyabr 2026
     

Sarkisyan pozucu Qarabağ danışıqlarını baş nazir kimi davam etdirməyə hazırlaşır…

Image


Cəbhədə davam edən gərgin vəziyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin hələ də istənilən axarda inkişaf etmədiyini göstərir. Belə ki, Azərbaycan, eləcə də beynəlxalq vasitəçilər məsələnin sülh yolu ilə həllində maraqlı tərəf kimi çıxış etsələr də, Ermənistanın son addımları düşmən ölkənin yenə dinc çözüm vasitələrinə əngəl yaratdığını göstərir. Amma bütün bunlara rəğmən, vasitəçilər tərəfindən yenə nikbin açıqlamalar verilir.

Məsələn,  ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şeffer bildirir ki, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr Cenevrə görüşü və onların ATƏT Minsk Qrupu ilə konstruktiv əməkdaşlığa hazır olması yaxşılığa işarədir. O bildirib ki, həmsədr ölkə kimi ABŞ Minsk prosesinə sadiqdir və tərəfləri Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalar istiqamətində ən yüksək səviyyədə addımlar atmağa çağırır. Şeffer onu da vurğulayıb ki, hazırda həmsədrlər iki ölkənin xarici işlər nazirlərinin yaxın həftələrdə baş tutması gözlənilən növbəti görüşünün tarixini müəyyənləşdirməklə məşğuldur.

Bu açıqlamadan aydın görünür ki, yaxın tezlikdə xarici işlər nazirləri arasında növbəti görüş keçriləcək . Bunun ardınca ilin sonuna kimi prezidentlərin daha bir görüşünün təşkili üçün də iş aparıldığı məlumdur. Dövlət başçılarının görüşünün Rusiya şəhərlərinin birində təşkil olunacağı haqda da məlumatlar dolaşır. Elə bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan da Azərbaycanın dövlət başçısı İlham Əliyevlə növbəti görüşü gözləməsi barədə açıqlama verib. Məhz belə bir vəziyyətdə Cenevrədə baş tutan görüşün ardınca dövlət başçılarının yenidən tezliklə bir araya gələ biləcəyi barədə fikirlər Qarabağ məsələsi ilə bağlı müəyyən proseslərin cərəyan etdiyini deməyə əsas verir. Bununla bağlı erməni mediasının yazdıqlarından bəlli olur ki, əslində, danışıqlar prosesində Azərbaycan şərtləri diqtə edən tərəf kimi çıxış etməkdədir və Ermənistanın bu şərtlərlə razılaşmaqdan başqa çıxış yolu qalmayıb. “Aykakan jamanak” qəzeti bu xüsusda bildirir ki, son dövrlər ərzində Ermənistana Qarabağ münaqişəsi ilə bağlı çox ciddi təzyiqlər göstərilir: “Beynəlxalq güclər, o cümlədən Ermənistanın bir nömrəli mütəffiqi olan Rusiya Qarabağ münaqişəsi ilə bağlı status-kvoda dəyişiklik olmasını istəyir. Sirr deyil ki, bu, Rusiyanın Azərbaycanı daha çox öz tərəfinə çəkmək, onu yaratdığı təşkilatlarda görmək niyyəti ilə bağlıdır. Amma Moskvada yaxşı bilirlər ki, bunun üçün, ən azından, Qarabağ məsələsində Azərbaycanın maraqları təmin edilməlidir. Ermənistana gəlincə, onsuz da burada, mahiyyətindən asılı olmayaraq, Rusiyanın bütün istəklərinə yalnız müsbət cavab verilir”.

Bununla yanaşı, qarşı tərəfdə diqqət mərkəzində olan daha bir məqam Cenevrə görüşündən dərhal sonra  Serj Sarkisyanın baş nazir Karen Karapetyanla razılaşmasıdır. Xatırladaq ki, hələ bir neçə gün əvvəl erməni mediasında yayılan məlumatlara əsasən, Cenevrədən qayıdan kimi Sarkisyan 2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa vurandan sonra baş nazir olmaq məsələsində Karapetyanla razılaşıb.
Məlumata görə, Sarkisyan Karapetyana bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmək baş nazirin səlahiyyətlərinə daxil ediləcək, baş nazirin müavini olacaq Karapetyan üçün isə heç nə dəyişməyəcək. İndi isə “Aykakan jamanak” qəzeti razılaşmanın yeni detallarını əldə edib. Qəzetə danışan mənbə bildirib: “Məlumat var ki, Karapetyan bu təklifə əvvəlcə etiraz edib və bildirib ki, ona baş nazir postunda qalacağı ilə bağlı söz veriblər. Hətta əlavə edib ki, baş nazir olmayacaqsa, istefa verəcək. Sarkisyan isə Karapetyana bildirib ki, tələsməsin, təklif üzərində bir neçə gün düşünsün. Karapetyan bir neçə gün sonra Sarkisyanın təklifi ilə razılaşıb”. Erməni mənbələr iddia edir ki, Karapetyanın razılaşmasına səbəb Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsuliyyətdən azad olmasıdır: “İddialara görə, Sarkisyan Cenevrə görüşündə öhdəlik götürüb, Karapetyan gələcəkdə keçmiş prezidentdən, yəni Sarkisyandan qalan öhdəlikləri üzərinə götürmək istəmədiyi üçün bu təklifi qəbul edib”. Qeyd edək ki, Cenevrədə Sarkisyanın üzərinə öhdəlik götürməsi ilə bağlı məlumatı “1in.am” saytı da yazmışdı. Lakin söhbətin konkret hansı öhdəlikdən getdiyi açıqlanmır. Bununla belə, məlumatlar səslənir ki, söhbət Ermənistanın işğal altındakı əraziləri tədricən boşaltmasından gedir. Hətta erməni mediası yazır ki, məhz bu səbəbdən Rusiya Sarkisyanın baş nazir olaraq ölkənin idarəçiliyini davam etdirməsinə razılıq verib. Əks halda öz adamı olan Karapetyanı hökumət başçısı postunda saxlamağa çalışardı. İndi istisna olunmur ki, ilin sonuna kimi Rusiyada baş tutması gözlənilən prezidentlərin növbəti görüşündə Qarabağ konflikti ilə bağlı hansısa irəliləyiş əldə edilsin. Bu istiqamətdə müvafiq addım atılmaması Sarksiyanın sonu sayılır.  Rusiyalı ekspert Vadim Dubnov bildirir ki, Moskvanın Sarksiyana təzyiqlərini artırması üçün Bakı Kremlə təsir göstərir və bu məsələdə Türkiyə də müəyyən dərəcədə Azərbaycana yardım edir.

Analitik Ermənistanın işğal etdiyi bir neçə rayonu Azərbaycana qaytaracağı barədə iddiaların həyata keçməsinin sülh yolunda atıla biləcək mühüm addım olduğunu vurğulayır: “İndi müəyyən dərəcədə vəziyyət sabitləşib. Razılıq olmasa, cəbhədə vəziyyətin yenidən kəskinləşməsi mümkündür. Bakı status-kvo ilə razı deyil və bunu dünyaya da çatdırır. Bakı deyir ki, hazırkı vəziyyət onu qane etmir. Belədə isə münaqişəni hansı tərəfin mürəkkəbləşdirdiyini və "kimin birinci başladığını" ayırd etmək çətin olacaq”. Hər halda hesab edilir ki, Ermənistan, ən azından, yeni sərt hərbi zərbələrdən yayınmaq üçün Qarabağ məsələsində həll prosesinin başlanması yönündə əməli addımlar atmalıdır. Əks vəziyyət isə, yuxarıda qeyd olunduğu kimi, hərbi əməliyyatları yeniləyə bilər. Ermənistanın isə bu əməliyyatlar fonunda müharibəni aparmaq üçün nə hərbi, nə də insan resursu var. Digər tərəfdən, Ermənistanda ordunun sürətli tənəzzülü də Qarabağ münaqişəsinin gedişinə daha çox təsir etməyə başlayır. Elə son insidentlər də erməni ordusunun yalnız quru adının qalmaqda olduğunu göstərir. Yeni insidentlərə misal kimi göstərmək olar ki, Ermənistan ordusunda hökm sürən qanunsuzluqlardan təngə gələn hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edir. Elə bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb. Eyni zamanda Ağdərə istiqamətində yerləşən işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyan və tağım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilir. Xidmətdən yayınan hərbçilərlə bağlı axtarış və istintaq tədbirləri aparılır. Bundan başqa, işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun taborlarından birində növbəti qanlı insident baş verib. Gecə saatlarında iki hərbi qulluqçu arasında başlayan mübahisə sonra qan tökülməsinə səbəb olub. Təhqirlərə dözməyən Artur Xaçaturyan xidmət yoldaşına avtomat silahdan atəş açıb. Xaçaturyanın güllələdiyi hərbi qulluqçunun ölməsi əsgərin valideynlərdən gizlədilir. Bu günlərdə sosial şəbəkələrdə Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə də maraqlı xəbər yayılıb. Məlumatı verənin bildirdiyinə görə, onun yaxın qohumu, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib. Məlum olub ki, Nuricanyan hərbi hissədən oğurladığı silahı və ona aid sursatları ovçuluqla məşğul olan yerli sakinlərə satarkən həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilən Nuricanyan izahatında bu işi zabitlərin tapşırığı ilə etdiyini bildirib. Bununla yanaşı, döyüş postunda növbədə olarkən oğurladığı əl qumbaralarını satmağa cəhd edən başqa bir hərbi qulluqçunun da həbs edildiyi məlum olub. Hələlik adı gizli saxlanan hərbi qulluqçunun başqa oğurluq hadisələrində əlinin olub-olmadığı Ermənistan Müdafiə Nazirliyi İstintaq İdarəsi tərəfindən araşdırılır. Bütün bunlar sadəcə son bir neçə gündə qeydə alınan faktlardır. Erməni mediası etiraf edir ki, belə ordu ilə Qarabağ siyasətini davam etdirməyin mümkün olmadığını rəsmi İrəvan yaxşı bilir. Orduda islahatlar aparmaq, onu lazımi resurslarla təmin etmək isə imkan xaricindədir. Qeyd olunur ki, elə bu səbəbdən Ermənistan rəhbərliyi yeni savaşın başlamasından çox ehtiyat edir. Bunun üçün Azərbaycanla uzlaşmaq indi Ermənistandan ötrü ən yaxşı çıxış yolu hesab olunur. Ekspertlər hesab edir ki, bu durumda müharibənin yenidən başlanması qaçılmazdır və Azərbaycanın növbəti hərbi uğuru Ermənistanın daha böyük məğlubiyyətə düçar olması demək olacaq. Hətta bu durumda  Ermənistanda daxili siyasi vəziyyət o dərəcədə pozula bilər  ki, belə vəziyyətin Dağlıq Qarabağ klanının bütün üzvlərinin hakimiyyətdən getməsi ilə nəticələnməsi qaçılmaz olacaq. Elə bu reallıq da Sarksiyan və komandasına yaxşı bəllidir. Qeyd edilən şərtlər daxilində İrəvan Bakının Qarabağ şərtlərini qəbul etəmyə məcburdur. Elə bu səbəbdən Bakının hadisələrin məhz bu səpkidə inkişafının davam etdirməkdə öz maraqları təmin etməsi də aydın görünür. Ümumiyyətlə, Azəbaycanın məqsədi bu vəziyyətdən istifadə edib yeni diplomatik irəliləyişlər əldə etmək, zəbt olunmuş ərazilərin sülh yolu ilə azad olunmasına nail olmaqdır. Real vəziyyət proseslərin məhz bu səpkidə inkişaf etdiyini göstərir. İndiki vəziyyətdə Minsk Qrupunun bütün üzvlərinin Ermənistana təzyiqlərini artırması halında İrəvanın qeyri-konstruktiv mövqeyini daha sürətlə dəyişməsi də mümkün sayılır. Beynəlxalq hüququn norma və prinsiplərində təsbit olunduğu kimi, dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və dünya səviyyəsində tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplər isə Minsk Qrupunun Ermənistana təzyiqlərini artırması üçün tam lazımi zəmin yaradır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ