Bazar günü günü, 15 noyabr 2026
     

Dünya Qarabağ münaqişəsinin həllində Azərbaycanın qanuni haqlarına laqeyd yanaşmaların acısını çəkməyə başlayır

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin uzanmasına şərait yaradan ən böyük məqamlardan biri, heç şübhəsiz dünyanın, xüsusən də vasitəçi dövlətlərin işğalçı ölkəyə qarşı hansısa əməli addımlar atmaması, məsələn, sanksiyalar tətbiq etməməsidir. Məhz belə vəziyyət konfliktin həllini uzatmaqla yanaşı, həm də onun təhlükəli presedentə çevrilməsinə rəvac verir.

İndi birmənalı şəkildə qəbul olunan həqiqətdir ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu dünyada yeni separatçılıq ocaqlarının meydana çıxmasında az rol oynamayıb. Başqa sözlə deyilsə, konfliktin vaxtında həlli üçün lazımi addımlar atılmaması artıq dünya miqyasında öz fəsadlarını göstərməkdədir. Məsələnin bu tərəfinə nəzər salan Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov qeyd edir: “Əgər Qərb, dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, münaqişə vaxtında ədalətli həll olunsaydı, bəlkə də bu gün bu münaqişələrin çoxu olmazdı”.

O bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində dünyanın 10 ölkəsində narahatlıq doğuran münaqişələr olub, indi isə 50 ölkədə belə hal var: “Bu münaqişələr kiçik dövlətlərin fəaliyyəti nəticəsində yaranmayıb. Bunlar, xüsusən Qərb dövlətlərinin apardığı siyasətin nəticəsində ortaya çıxıb. Bu gün artıq bumeranq kimi Avropanın özünə qayıdır. Avropanın özündə separatizmə mənbə olacaq məqamlar kifayət qədər çoxdur, bunu heç təsəvvür etmək belə istəmirsən. Onlar əvvəldən separatizmə bağlı ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün bu gün belə problemlərlə üzləşirlər. Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizdən separatizmə qarşı mövqe bildirməyimizi istəyirlər”. Novruz Məmmədov onu da qeyd edib ki, İspaniyada Kataloniya böhranı mövcuddur: ”İtaliyada isə iki vilayət iqtisadi müstəqillik istəyir, bu ilk addım ola bilər. Böyük Britaniyada İrlandiya, Şotlandiya kimi problemlər var. Geosiyasi maraqlara tabe olmaqdansa, ədalətli prinsiplər ortaya qoysaydılar, bu gün belə hallar da olmazdı. Ona görə də Avropada və dünyada prosesləri dəqiq proqnozlaşdırmaq çətin olur. Təəssüflər olsun ki, indi belə vəziyyət yaranıb”.

Həqiqətən də kifayət qədər haqlı iradlardır. Qarabağ münaqişəsinə dünyanın, xüsusən də Qərb dövlətlərinin ikili standartlardan yanaşması artıq öz ciddi fəsadlarını verir. Hesab edilir ki, separtçılığa qarşı indi sərt və effektiv formada mübarizə aparılmasa, bu xüsusda yaranan təhlükənin miqyası daha da böyüyə bilər. Bu bəlaya qarşı sərt mübarizə isə elə ilk olaraq dövlətlərin ərazi bütövlüyünün bərpası istiqamətində konkret addımların atılmasından başlanmalıdır. Aydındır ki, bu durumda Qarabağ konfliktinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası ön planda yer almalıdır. Bütün bunlar isə nəticə etibarı ilə separatçılığın kökünün kəsilməsində böyük əhəmiyyətə malikdir.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, separatçılığa qarşı əməli addımların atılması Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin qısa zaman ərzində başa çatmasına gətirib çıxarmaq iqtidarındadır. Məlumdur ki, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxardıqdan sonra məcburi köçkünlərin öz evlərinə könüllü olaraq təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti artıq “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı bildirir: "Azərbaycan üçün digər narahatlıq doğuran məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qanunsuz məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir.
Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır. Mənim ölkəmdə məcburi köçürmə Ermənistanın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməsinin və hazırda hərbi təcavüzü davam etdirməsinin nəticəsidir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan 1 milyona yaxın azərbaycanlı mülki şəxsə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bu, Azərbaycanı adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevirib. Hazırda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib. Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır və bu mənim hökumətim üçün birinci prioritet məsələ olaraq qalır”. İndi dünya separatçılığa qarşı əməli addımlar atacağı təqdirdə məcburi köçkünlərin Azərbaycan ərazisində öz doğma yurd-yuvalarına qayıdışı rəvan bir şəkildə baş tuta bilər. Amma qeyd olunduğu kimi, dünyanın bu məsələdə erməni separtçılığına son qoyulması üçün əməli addımlar atması, ən əsası da ədalətli mövqe sərgiləməsi çox vacibdir. Əks vəziyyət, indi olduğu kimi, dünya miqyasında separatçılığın genişlənməsindən başqa heç nəyə xidmət etmir. Təbii ki, bu da beynəlxalq miqyasda ciddi təhlükəsizlik problemləri yaradır.

Eyni zamanda bu hal separattçılığa münasibətdə ikili standartların sərgilənməsinin nə dərəcədə böyük təhdidə çevrilə bildyini də aydın surətdə nümayiş etdirir. Elə bundan irəli gəlir ki, Şotlandiyanın yenidən Böyük Britaniyadan ayrılması, Belçikanın Valloniya və Flarandiyaya bölünməsi artıq zaman məsələsinə çevrilib. İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də separatizm meylləri az deyil. Hətta Polşanın Sileziya, Çexiyanın Moraviya kimi eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də separatizm meylləri müşahidə olunur. Almanyianın Bavariya əyaləti də müstəqillik haqda fikirləşir. Yalnız Avropada deyil, ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi ştatlarında eyni halların olması barədə artıq çoxsaylı xəbərdarlıqlar edilib.  Bütün bunlar onu göstərir ki, artıq dünyada separatizmə qarşı vahid mövqenin formalaşdırılması ciddi zərurətə çevrilib. Elə bu fonda da beynəlxalq ictimaiyyət, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymalı, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərə qarşı sərt addım atmalıdır. Ermənistan kimi separtçılığı alovlandıran ölkələrə qarşı da layiqli cəza tədbirləri, o cümlədən sanksiyalar tətbiq edilməlidir. Məhz bundan sonra  dünyada təhlükəsizliyi təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almaq mümkün ola bilər. ATƏT-in Aralıq dənizi Konfransı çərçivəsində təşkil olunan “Aralıq dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı yüksək səviyyəli görüşdə xarici işlər naziri Elmar Məmmədyarov da çıxışı zamanı bildirib ki, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola və münaqişənin sülh yolu ilə həlli prespektivlərini artıra bilər. Hər halda, dünya ictimaiyyəi bunu mütləq şəkildə nəzərə almalıdır.

Burada o məqam da xüsusi vurğulanmalıdıır ki, Azərbaycan ərazisində separatçılıq nəticəsində təhlükəli bir münaqişənin yranamasına səbəb olan ermənilər dünyanın digər bölgələrində də açıq şəkildə separatizmə dəstək göstərirlər. Aydındır ki,  ermənilərin separatçılığa dəstəyinin qarşısının alınması üçün sərt addımlar atılmamasının özü də əlavə təhdid mənbəyi kimi çıxış edir. Hər halda, baş verənlərdən beynəlxalq ictimaiyyətin lazımi nəticə çıxarması çox vacibdir.

Erməni separatçılığına qarşı zəruri addımlar atılmasını şərtləndirən digər önəmli amil Qarabağ münaqişəsinin yenidən alovlanmasının qarşısının alınması ilə bağlıdır. Müharibənin yenidən başlanması bölgədə həyati maraqları olan dövlətlər üçün də ciddi təhdid sayılır. Aydındır ki, erməni işğalına son qoyulması üçün zəruri tədbirlər görülməsə, onda müharibə də qaçılmaz olacaq. Çünki Ermənistan və onu himayə edən qüvvələr nümayiş etdirdiyi mövqeləri ilə regionda hərbi-siyasi vəziyyəti yenə də  gərginləşdirməyə çalışırlar. O da heç kimə sirr deyil ki, vəziyyət bu şəkildə gərginləşsə, Azərbaycan nəinki Ermənistana layiqli cavab verəcək, hətta bu, düşmən ordusunun məhvinə, Ermənistanın özünün isə daha böyük fəlakətinə səbəb olacaq. Əslində, düşmən də bilir ki, vəziyyətin gərginləşməsinin hərbi cəhətdən Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Təhlükə olsa, yalnız Ermənistan üçün ola bilər. Ermənilərin  böyük əksəriyyəti indiki reallıqlar çərçivəsində yeni savaşın onlar üçün hansı fəlakətə gətirib çıxaracağını çox yaxşı dərk edir. Digər tərəfdən, qeyd olunduğu kimi, yeni savaş bölgədə marağı olan qüvvələr üçün də müəyyən təhdid yaradır. Elə bu səbəbdən onlar, ümummilikdə isə  beynəlxalq aləm işğalçı ilə işğala məruz qalan dövlət arasında  bərabərlik işarəsi qoymaq siyasətinə son verməlidir. Çünki Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi həm də dünyanın təhlükəsizliyi üçün çox vacibdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ