Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistanın qatı lobbiçiləri də Qarabağ nizamlanmasında Azərbaycanın prinsiplərinə meyllənir…

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının bu gün Ermənistanın özünə də mənfi rakursdan kifayət qədər böyük təsir göstərməsi barədə indiyə qədər kifayət qədər deyilib, yazılıb. Elə Ermənistanda da bu reallığı görənlərin sayı az deyil və belələri İrəvanın konfliktin həllini ləngidən bir siyasət yürütməsinin ölkə üçün çox ciddi fəsadlar yaratdığını açıq bəyan edir. Daha bir vacib məqam kimi ona da diqqət çəkilir ki, Ermənistan beynəlxalq müstəvidə də dayaqlarını əhəmiyyətli dərəcədə itirib və bu da onun Qarabağ məsələsində mövqelərinin daha zəif hala gəlməsinə səbəb olub.

Ermənistanın “Joxovurd” qəzeti bu xüsusda 1992-1996-cı illərdə ATƏT-in Minsk Qrupunda Rusiyadan olan həmsədr Vladimir Kazimirovin açıqlamalarına xüsusi diqqət çəkir. Elə həmin qəzetə açıqlamasında Kazimirov ermənilərin gözləntilərinə tamam zidd olan bir açıqlama verib. Burada o qeyd edir ki, zəbt edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır.

Kazimirov qeyd edib ki, münaqişənin həlli üçün tərəflər siyasi və diplomatik məsuliyyət daşımalıdır: “90-cı illərdə Azərbaycan ərazilərini itirdi. Bu gün danışıqlar mövzusu olan ərazilər Qarabağətrafı rayonlar deyil. Azərbaycan məsələnin siyasi yolla həllinə qərar versə, Ermənistan 90-cı illərin müharibəsində aldığı əraziləri həqiqətən azad etməlidir”. Kazimirov rayonların qaytarılmasının əvəzinə Qarabağın statusunun həll edilməsi məsələsini şərh edərkən bildirib ki, Azərbaycan belə bir öhdəlik götürmür: “Ermənistanda anlamalıdırlar ki, bu ərazilər müharibə zamanı alınıb və onlara aid deyil. Yəni Azərbaycana qaytarmalıdırlar. Əlbəttə, Dağlıq Qarabağın statusu müzakirə olunacaq, lakin bundan əvvəl rayonları qaytarmaq lazımdır”. Qeyd edək ki, Kazimirov indiyə qədər daha çox Ermənistanın mövqeyindən çıxış edir və işğal altındakı ərazilərdə yaradılan separatçı rejimi münaqişədə tərəf kimi göstərməyə çalışırdı. Hətta Bişkekdə atəşkəs müqaviləsi imzalanarkən o, Qarabağı tərəf kimi sənədə daxil etmişdi, lakin həmin vaxt prezident olan Heydər Əliyev onu Bakıya çağırdı və bu hərəkətinə görə danladı. Daha sonra Qarabağın azərbaycanlı və erməni icmalarının adı ayrılıqda sənədə daxil edildi. İndi Kazimirovun tamam fərqli mövqe sərgiləməsi və işğal faktını açıq mətnlə bəyan etməsi erməni tərəfində şok effekti yaradıb. “Joxovurd” qəzeti yazır ki, Rusiya elitasında mövqeyini bu şəkildə dəyişənlərin sayı kifayət qədərdir. Qəzet vurğulayır ki, elə bu vəziyyət Ermənistanın Qarabağ məsələsində mövqelərinin nə dərəcədə sarsıldığını kifayət qədər aydın şəkildə nümayiş etdirir. Bundan başqa, o da qeyd edilir ki, konfliktin həllinin uzanması Ermənistana artıq indiyə qədər çox ağır zərbələr vurub və Sarkisyan iqtidarının hələ də bu reallıqları görə bilməməsi ölkəni böyük sürətlə fəlakətə sürükləyir. Yeri gəlmişkən qeyd edək ki, məsələnin bu tərəfinə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov də toxunub. O vurğulayıb ki, Ermənistan xalqı məhz Sarksiyan kimi  rəhbərlərin sayəsində ağır duruma düşüb: "Ermənilər ölkələrini tərk edirlər. Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir". 

Ermənistanda ciddi narahatlıqla qarşılanan məqamlardan biri ölkənin Azərbaycanla müqayisədə hərbi cəhətdən daha zəif duruma düşməsidir. Erməni ekspertləri, mediası bu xüsusda vurğulayır ki, Rusiyanın silah üçün verdiyi kreditlər belə onları Azərbaycanın əlindən xilas edə bilməyəcək. Erməni siyasi şərhçi Sarkis Artsruni Rusiyanın Ermənistana bu günlərdə verdiyi 100 milyon dollarlıq silah kreditini şərh edərkən qeyd olunan xüsusda çox maraqlı fikirlər səsləndirib. Öncə “İsgəndər” raketlərinə diqqət çəkən erməni ekspert vurğulayır: “Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raketləri ötən ilin 21 sentyabrında İrəvanda keçirilən hərbi paradda nümayiş etdirildi. Rusiya və erməni rəsmi dairələri bundan təbliğat məqsədilə istifadə etdilər, halbuki, bu raketlərin Ermənistana heç bir aidiyyəti yoxdur”. Onun sözlərinə görə, Qarabağda hər hansı müharibə zamanı Ermənistan “İsgəndər”lərdən istifadə edə bilməyəcək: “Birincisi, bu müharibə lokal xarakter daşıyır, yəni “İsgəndər”lər praktiki olaraq adekvat deyil. İkincisi, Ermənistan Rusiyanın icazəsi olmadan bu raketlərdən istifadə edə bilməz. Əslində, bu raketlər faktiki olaraq Ermənistanın təhlükəsizliyini gücləndirmir, əksinə, bizim ordumuz üzərində Rusiyanın nəzarətini artırır. Sarkisyan bir neçə dəfə işarə etdi ki, lazım olacağı təqdirdə “İsgəndər”ləri işə salacaq. Bu real deyil və Sarkisyanın sözləri daxili auditoriyaya ünvanlanıb. Çünki “İsgəndər”lərlə bağlı qərar Ermənistan prezident administrasiyasıında yox, Moskvada verilir. Bütün bunlar Azərbaycana da yaxşı məlumdur. Bakı rəqibinin kifayət qədər zəif olduğunu bilir”.

Sarkis Artsruni qeyd edir ki, elə bu zəiflik fonunda cəbhədə həyatını itirən erməni hərbçilərinin sayı durmadan artır. Son bir həftə ərzində Ermənistan ordusunun daha iki əsgəri – 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyanın ölümünə diqqət yetirən Sarkis Artsruni bildirir  ki, bu faciəyə görə Azərbaycan məsuliyyət daşımır: “Ümumiyyətlə, bizdə ordu haqda nəsə yazmaq, yaxud danışmaq qadağan edilib, guya bu, rəqibin dəyirmanına su tökməkdir. Hərçənd, informasiyanın gizlədilməsi ordunu rəqibdən qorumur, əksinə, özbaşınalığı daha da artırır. Prinsip etibarilə Azərbaycanla müharibə fonunda ordunun dayaqlarının möhkəmləndirilməsi Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün prioritet olmalıdır. Lakin ordudakı itkilərin yarıdan çoxu qeyri-döyüş şəraitində qeydə alınır. Bu, acınacaqlı vəziyyəti sübut edir. Keçmişdə orduda hökm sürən özbaşınalığın səbəbi kimi müdafiə naziri Seyran Ohanyanla baş qərargah rəisi Yuri Xaçaturovun arasındakı gərgin münasibətləri göstərirdilər. Lakin bu gün həmin şəxslər yoxdur, amma ordudakı pis vəziyyət davam edir. “Millət-ordu” adlı yeni təbliğat ideyasını ortaya atdılar. Halbuki, bu ideya orduya yox, Serj Sarkisyan hakimiyyətinin maraqlarına işləyir və o da məlumdur ki, bu ideya Karen Karapetyanla mübarizədə istifadə olunur. Ordu Serj Sarkisyanın əsas sistemdaxili vasitələrindən biridir. Cəbhədəki əsgərlər rəqib gülləsindən məhv olursa, arxa cəbhədəki əsgərlər korlanmış və özbaşına idarəçiliyin qurbanı olur. İctimai şüurda ordu gəncləri məhv edən ətçəkənlə eynidir”. Elə bu səbəbdəndir ki, yayılan son məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş ərazilərindəki Ermənistan ordusunun daha üç hərbi qulluqçusu fərarilik edib. Sosial şəbəkələrdə yayılan məlumatda deyilir ki, gənclər işğalçı orduda mövcud problemlər üzündən yaranan dözülməz vəziyyətdən ancaq qaçmaqla can qurtarmağın mümkün olduğunu deyirlər. Bu fonda düşmən ordusunun daha üç hərbi qulluqçusu - Samvel Hovanesyan, Narek Alaverdyan və Aşot Qukasyan hərbi xidmət yerindən qaçdıqlarına görə barələrində axtarış elan edilib və cinayət işi açılıb. İstintaq və axtarış tədbirləri həyata keçirilir. Xatırladaq ki, bir neçə gün bundan qabaq daha iki erməni zabitinin hərbi hissədən qaçaraq xarici ölkəyə getməsi barədə mətbuatda məlumat yayılmışdı.

Bütün bunlar aydın göstərir ki, erməni ordusunda kifayət qədər acınacaqlı bir vəziyyət hökm sürür və bu vəziyyətdə mümkün yeni müharibə düşmən üçün böyük fəlakətlər deməkdir. Elə bu səbəbdən xüsusi olaraq vurğulanır ki, İrəvan hakimiyyətinin Cenevrə görüşündən sonra cəbhədə vəziyyəti gərginləşdirmək cəhdləri və bununla da əldə olunan razılığı pozması Ermənistana daha çox problem yaşadır. Çünki Azərbaycan tərəfindən endirilən zərbələr erməni ordusunda hər dəfə daha böyük panikaya yol açır. “Jamanak” qəzeti isə yazır ki, baş verənlərdən məsuliyyətli olan şəxs qismində Serj Sarkisyan çıxış etsə də, o hələ də yalnız hakimiyyət başında qalmağı düşünür. Qəzet qeyd edir ki, Sarkisyan bu xüsusda Qarabağ məsələsində özünün lazımlı şəxs olduğuna erməni ictimaiyyətini inandırmağa çalışır və bunu erməni əsgərlərinin həyatı bahasına etməkdən də çəkinmir. Bu isə erməni tərəfi üçün yeni böyük itkilər deməkdir.  Elə sabiq dövlət müşaviri Qabil Hüseynli də Sarkisyanın yanlış siyasəti üzündən gərgin bir vəziyyətin formalaşdığını vurğulayır. Ekspert qeyd edir ki, cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir. Politoloqun sözlərinə görə, Sarkisyan Cenevrədə qeyri-ciddiliyi ilə Dağlıq Qarabağ probleminin taleyinin birbaşa üçüncü super dövlətin səlahiyyətində olduğunu təsdiqlədi: “Həm danışıqlar prosesində, həm də real praktikada oyuncaq dövlət kimi çıxış edən Ermənistan siyasi iradəsi olmayan bir rəhbərdən asılı vəziyyətdədir. İrəvanın günahı ucbatından nəticəsiz bitən danışıqların ardından cəbhədə vəziyyətin gərginləşməsi əslində yaxşı heç nə vəd etmir. Azərbaycan əvvəl təmkin nümayiş etdirsə də, təxribatlara artıqlamasıyla cavab verəcək. Sözsüz ki, Ermənistan iki il danışıqları boykot etdikdən sonra yaranmış yeni imkanı da qəsdən pozaraq vəziyyəti gərginləşdirmək xəttini götürdü. Diqqət çəkən məqam isə hazırda rus mətbuatında, sülh danışqlarındansa, hərb variantının daha çox ağılabatan olması və bunun haçansa həyata keçə biləcəyi ilə bağlı yazıların dərc olunmasıdır. Proseslərin hazırkı gedişatında yeganə təqsirkar erməni tərəfidir. Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir. Azərbaycan hərbi əməliyyatlardan başqa digər bir variant üzərində düşünmür. Ermənilərin nəyə arxayın olduğunu söyləyə bilmərəm, hər halda, İrəvan çox risqli və təhlükəli addım atdı. Bu, bölgəni yenidən barıt çəlləyinə çevirə bilər. Əminliklə demək olar ki, Ermənistan tərəfinin itkiləri daha çox olacaq”.

Bütün bunlar ondan qaynaqlanır ki, Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması prosesindən öz hakimiyyətinin maraqlarına uyğun istifadə edir. Amma bu vəziyyətdə erməni tərəfinin itkiləri bütün cəbhə boyu artır.  Belə vəziyyət öz növbəsində Ermənistanın resurslarını daha sürətlə tükədir, onu tam iflic vəziyytəinə salır ki, bu da Qarabağ münaqişəsinin həllini tezləşdirə biləcək faktorlardan sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ