Ermənistanın müxtəlif terrorçu qurumlarla sıx işbirlyində olması, onlara imkanı daxilində hərtərəfli dəstək verməsi heç kimə sirr deyil. O da məlumdur ki, məhz Ermənistanın sayəsində işğal olunmuş Azərbaycan ərazilərində müxtəlif terror düşərgələri yaradılıb. Əsas etibarı ilə ermənilərin öz terrorçu qruplaşmaları ilə yanaşı, PKK təşkilatının təmsiçlçiləri də həm Ermənistanda, həm də zəbt olunmuş ərazilərdə özünə yer edib. Digər tərəfdən, erməni tərəfinin bu addımları Qafqaza da terrorçuların axınına əlavə şərait yaradır.
Məlumdur ki, son dövrlərdə PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə təşkilatlanmağa başlayıb. Bu, əsas etibarı ilə Gürcüstanda ermənilərin sıx yaşadıığ ərazilərdə özünü qabarıq şəkildə büruzə verir. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey isə bildirir ki, Tiflisdə Ermənistan dövləti və Ermənistan Diaspor Nazirliyi tərəfindən maddi dəstək verilən “Kürdüstan Yezidilər İttifaqı” da fəaliyyət göstərir: “Həmçinin, özlərinə tərəfdar toplamaq və təbliğat aparmaq üçün Gürcüstanda “Gilavej” adlı jurnal da nəşr etdirirlər”. Gülbey qeyd edib ki, PKK üzvləri Ermənistandakı düşərgələrdə təlim keçdikdən sonra Gürcüstanda təşkilatlanan yezidi kürdlərdən dəstək alaraq Qara dəniz bölgəsinə gəlir: “Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində qərargah quran və Göyçə gölü yaxınlığındakı “Vardanes” düşərgəsində təlim keçən PKK üzvləri Gürcvüstandakı yezidi kürdlərin dəstəyi ilə Qara dəniz bölgəsinə keçir və terror aktlarının törədilməsi üçün kəşfiyyat aparırlar. Ermənistan Rize və Artvin bölgəsində yaşayan hemşinlər üzərində də oyun oynayır. Belə ki, hemşinlərin erməni əsilli olduğu iddia olunur və təəssüf ki, ermənilər bəzi hemşinləri buna inandırmağı bacarıb. Erməni olduqlarına inanan hemşinlər bölgədə HDP ilə birgə hərəkət edrək PKK-ya dəstək verirlər”.
Gülbey “Milliyet” qəzetinə son açıqlamasında da PKK-nın Ermənistan və işğal altındakı Azərbaycan ərazilərindəki fəaliyyətinə dair növbəti maraqlı açıqlamalar verib. O, PKK-nın, Ermənistan və Gürcüstanla yanaşı, Qazaxıstanda da müəyyən çevrələr tərəfindən dəstəkləndiyini deyir: “Terror təşkilatı PKK Avropadan, İrandan, Suriyadan, İraqın şimalından gələn militanların keçiş nöqtəsi olaraq Ermənistandan sonra Gürcüstanı da istifadə etməyə başladı. Ermənistandakı düşərgələrini yenidən fəaliyyətə keçirən təşkilat Türkiyə və Avropadan gətirdiyi gənclərin Qazaxıstanın Albay Ata Dövlət Universitetinin xarici dillər fakültəsində təhsil almasını təmin edir. Təşkilat üçün Ermənistan böyük əhəmiyyət daşıyır. PKK-nın Gümrü, Spitak, İrəvan, Laçın və Kəlbəcərdə düşərgələri var. Ermənistanda PKK-ya ən böyük dəstəyi ”Daşnaksütyun” partiyası verir”. ASİMDER başqanı bildirir ki, Gürcüstanda fəaliyyət göstərən Kürdlərin Haqları və Dini Dərnəyi, Kürd Gənclər Dərnəyi, Kürd Kültür Dərnəyi, Yezidi Kürd Qadınlar Dərnəyi PKK-nın nəzarətindədir. Təşkilatın Gürcüstanda fəaliyyətini uzun müddət Beynəlxalq Kürd Mədəniyyət və İnformasiya Bürosunun rəhbəri olmuş Abdurrahman Patiyev həyata keçirir. Gülbeyin iddiasına görə, belə vəziyyətdə PKK MDB məkanında, o cümlədən də Qafqazda möhkəmlənməyə çalışır. Görünən odur ki, bütün bunlar həm də Ermənistanın təşkilata dəstəyi sayəsində reallaşır. Elə bu səbəbdən hesab edilir ki, terorçuların regiona axınını əngəlləmək üçün Ermənistana qarşı da müəyyən addımlar atılmalıdır. Əks təqdirdə bölgəyə terrorçuların axınının davam etməsi qaçılmaz olacaq. Ümumiyyətlə, Ermənistan və PKK-nın bərabər işləməsi, bərabər iddialar irəli sürməsi, ölkələrin suverenliyini hədələməsi artıq dəfələrlə sübut olunub. Bu istiqamətdə tərəflərin işbirliyi hələ də sıx şəkildə davam edir. İndilikdə isə Türkiyənin PKK-ya qarşı keçirdiyi əməliyyatlardan sonra adıçəkilən terror təşkilatı zərbələrdən yayınmaq üçün Qafqaza, əsas etibarı ilə də Dağlıq Qarabağa köçünü davam etdirir. Çünki terror təşkilatı Ermənistan sayəsində buranın ondan ötrü daha təhlükəsiz yer olduğunu və təlimlər üçün uyğun şərait yaradıldığını yaxşı bilir. Ermənistan isə bundan istifadə edərək həm həmin terrorçuların gəlişindən maliyyə əldə etməyə, həm də zəbt olunmuş ərazilərdə mövqeyini güjləndirməyə çalışır. Ermənistan bilir ki, Azərbaycan Ordusu işğal altındakı torpaqları hərbi yolla almağa hazırdır, ona görə də belə təşkilatların gücünə ehtiyac duyur və PKK-ya zəbt olunmuş ərazilərdən baza kimi istifadə etməyə icazə verir. Amma Dağlıq Qarabağda hərbi əməliyyatların yenilənməsi hallarında ermənilərin bu cəhdlərinin nəticəsiz qalacağı da məlum həqiqətdir.
Nahid SALAYEV