Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanın Ermənistana yeni sərt xəbərdarlığı dəyişən beynəlxalq şəraitdə daha təsirli olmağa başlayır...

Image


Cəbhə xəttində baş verən son insidentlər, ermənilərin təxribatçı mövqelərindən geri çəkilməməsi Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli ehtimalını gedərək yüksəldir. Son proseslər həm də onu təsdiqləyir ki, vəziyyətin belə gərgin xarakter almasına görə məsuliyyət daşıyan tərəf yenə işğalçı Ermənistandır.

Hərb müstəvisində də Azərbaycanla müqayisədə kifayət qədər zəif olduğunu bilə-bilə, düşmən yenə təxribatlarına son qoymur və elə bu hal da Ermənistan rəhbərliyinin məntiqdən uzaq hərəkət etməsini növbəti dəfə aydın surətdə təsdiqləyir.

İndilikdə Qarabağ konfliktinin həllində vasitəçilik edənlər də cəbhə zonasında erməni tərəfinin təxribatları üzündən kifayət qədər gərgin bir vəziyyətin yarandığını aydın müşahidə edir. Amma bütün bunların qarşısının alınması üçün Ermənistana hansısa formada təzyiq mexanizmlərinin işə salınmaması vəziyyəti gərgin həddə saxlamaqda davam edir. Yaxın tezlikdə bu vəziyyətin dəyişməsi istiqamətində əməli addımlar atılmasa, müharibə qaçılmaz sayılır. Özü də bütün bunlara görə məsuliyyət daşıyan yeganə tərəf də yalnız və yalnız Ermənistandır. Artıq qeyd olunan xüsusda Azərbaycan qarşı tərəfə, eləcə də bütün dünya ictimaiyyətinə öz xəbərdarlığını edib. Düşmən tərəf isə həm ordusunda qeydə alınan itkiləri ört-basdır etmək, həm də yaranan gərginliyə görə məsuliyyətdən yaxasını qurtarmaq üçün baş verənlərdə Azərbaycanı günahlandırmağa çalışır. Lakin bu cəhdlərinin əbəs olduğunu da yaxşı bilir. Azərbaycanın Müdafiə Nazirliyinin etdiyi xəbərdarlıq fonunda da bu məqam tam dəqiqliyi ilə vurğulanıb:   “Son günlər Ermənistan hakimiyyətinin müxtəlif təbəqələrdən olan nümayəndələri, o cümlədən bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə yalan və iftira dolu fikirlər səsləndirib. Həlak olan erməni hərbçisinin düşmən ordusunda tüğyan edən cinayətkarlıq nəticəsində öz xidmət yoldaşının açdığı atəşdən öldüyünü təsdiq edən məlumatların yayılması bu iddiaların əsassız olduğunu bir daha sübut edir. Bu cür üzdəniraq və məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və erməni xalqında qoşunların qarşıdurma xəttindəki vəziyyət barədə yanlış fikir formalaşdırmağa, törətdikləri təxribatlara haqq qazandırmağa və cavabdehlikdən yaxa qurtarmağa cəhd göstərir“. Nazirlik onu da vurğulayır ki,  ordumuz silahlanmasında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır.

Yeri gəlmişkən qeyd edək ki, müdafiə naziri Zakir Həsənovun Ali Baş Komandanın tapşırıqlarına əsasən Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi müşavirə və burada səsləndirdiyi fikirlər də düşmən tər əfindən ciddi narahatlıqla qarşılanıb. Xatırladaq ki, Zakir Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti, bölmələrin manevr imkanları, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar müvafiq tapşırıqları bütün kateqoriyalardan olan komandir və rəis heyətinin diqqətinə bir daha çatdırıb. Müdafiə nazirinin keçirdiyi müşavirə və orduya “Hazır ol!” tapşırığı isə Ermənistanı qorxudub. Məsələ ilə bağlı Ermənistanın “lragir” saytı yazır ki, Azərbaycan ordusu hər an tətikdədir: “Güman ki, rəqib Azərbaycan hərbidə və diplomatiyada yeni hücumlara hazırlaşır. Rəsmi Bakı artıq həm hərbi, həm də diplomatiya sahəsində ciddi addımlar atmaq, istədiklərinə nail olmaq səviyyəsindədir və müdafiə nazirinin keçirdiyi müşavirə də deməyə əsas verir ki, Ermənistan ciddi zərbələrlə üzləşə bilər”. Erməni siyasi şərhçi Sarkis Artsruni isə yazır ki, Azərbaycan məhvedici taktika seçib və bu yalnız erməni cəmiyyətinin itkilərlə üzləşməsi ilə nəticələnir: “Ermənistan cəmiyyətində ümidsizlik yaranır, çünki Azərbaycan öz qəti mövqeyindən geri çəkilmir, Ermənistan hakimiyyəti isə öz xalqını düşünmür. Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması prosesindən öz hakimiyyətinin maraqlarına uyğun istifadə edir və bunun fonunda bəzən Azərbaycan haqlı görünür. Azərbaycanın apardığı əldən salan müharibə və Ermənistan ordusunun dəhşətli vəziyyəti erməni xalqı üçün qorxulu gələcək vəd edir. Bunun əsas günahkarı isə Serj Sarkisyan hakimiyyətidir”. Əslində belə fikir bütün erməni cəmiyyəti üçün xarakterikdir. Burada hesab edilir ki, Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınmasında indi başlıca əngələ çevrilib və məhz onun üzündən Qarabağ  konfliktinin həlli gecikir ki, bu da Ermənistan xalqına böyük problemlər yaşadır.

Əslində, Serj Sarkisyan və onun komandasının Qarabağ münaqişəsinin həllində böyük maneə olması beynəlxalq müstəvidə də aydın görünür. Elə bir neçə gün bundan əvvəl Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sona cəbhədə gərginləşən vəziyyətin əsas günahkarı qismində də məhz Serj Sarkisyan göstərilir. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut da bildirir ki, danışıqlar prosesinin nəticəsizliyi məhz Ermənistana və onun rəhbərliyinə görədir.  Qutun fikrincə, ATƏT-in Minsk Qrupunun son danışıqlardan sonra verdiyi müsbət tonlu bəyanata baxmayaraq, substantiv danışıqlar baş tutmayıb: “Ermənistan prezidentinin hamını, o cümlədən Azərbaycanı, ATƏT-in Minsk Qrupunun həmsədrlərini və dünya birliyini aldatmaq üçün göstərdiyi cəhd uğursuz olub. Çünki onları aldatmaq prinsipcə mümkün deyil. Bununla belə, Ermənistan prezidenti “böyük erməni möcüzəsi”nə inanır, lakin onun bu “istedadı” artıq Azərbaycan tərəfə yönəlməyib, o, ağır mənəvi və iqtisadi kollaps vəziyyətində olan həmqəbilələrinə güclü “psixoloji təsir göstərməyə” davam edir”.

Xatırladaq ki, Qut bu fikirləri deyərkən Serj Sarkisyanın İsveçrədə erməni diasporu qarşısında çıxışını nəzərdə tutur. Burada Sarkisyan iddia etmişdi ki, Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Qut isə qeyd edir ki, Sarkisyanın bu bəyanatı və real hərəkətləri onun tamamilə məsuliyyətsiz və uzaqgörməz siyasətçi, Ermənistanın siyasi səhnəsinə təsadüfən gəlib çıxmış terrorçu olmasını bir daha sübut edir: “Sarkisyan özünün bütün çıxışlarında Ermənistanın təcavüzkar və işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Əslində isə o, özünün siyasi və diplomatik səviyyəsinin aşağı olmasını bir daha təsdiq edir. Cenevrədə danışıqlar hələ lazımınca təhlil edilməyib, Sarkisyan isə tez-tələsik belə bir bəyanatla çıxış edir ki, Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Tamamilə aydındır ki, Ermənistandakı indiki rejim Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil və onun üçün ölkənin gələcəyi barədə fikirləşmək, o gələcəyi təmin etmək əvəzinə dünya erməni diasporunun şıltaqlıqlarını təmin etmək daha vacibdir. Ermənistandakı bu cinayətkar klan sadəcə Dağlıq Qarabağ münaqişəsinin status-kvonun saxlanmasında maraqlıdır.

Antiazərbaycan və antisemit, şovinizm və millətçilik hisslərinin hökm sürdüyü, faşist canilərin və onların əlaltılarının şəxsiyyətinə pərəstişin dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyi bir ölkədə sülhə can atmaqdan söhbət belə gedə bilməz. Sarkisyanın bu bəyanatı və onun davranışı erməni separatçıların Azərbaycana qarşı öz təcavüzkar və işğalçı hərəkətlərinə haqq qazandırmaq məqsədi güdən növbəti blefidir. Aydındır ki, Ermənistanın indiki rəhbərliyi atəşkəs müddətində yaranmış əvvəlki status-kvonu nəyin bahasına olursa-olsun saxlamağa çalışır. Lakin regionda baş verən hadisələr bir daha sübut edir ki, rəsmi Bakı regionda mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil. Hər bir məsələdə müəyyən qırmızı xətt var ki, həmin xətti keçəndən sonra geri qayıtmaq mümkün olmayacaq. Beynəlxalq hüquq normalarına uyğun olaraq Bakının həm özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququ var”.

Rəsmi Bakı da dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, zəbt olunmuş ərazilərin güc yolu ilə geri qaytarılması hüqüqundan hər an istifadə edə bilər. Bunu erməni cəmiyyəti də yaxşı bilir və onu da görür ki, hadisələrin belə gərginliklə inkişaf etməsinin başlıca səbəbi Serj Sarksiyan və onun komandasıdır. Elə bu da erməni cəmiyyətində hakimiyyətdən narazılığı artırır. “Husisapail Network” adlı erməni nəşri də yazır ki, hakimiyyətin siyasətindən narazı qalanlar imkan tapan kimi ölkəni tərk edir: “Ermənistanın əhalisi sürətlə azalır, ilbəil daha fəlakətli miqyas alan mühacirət əhalinin ölkədən kütləvi şəkildə qaçması dərəcəsinə çatıb. Azərbaycanla münaqişə səbəbindən Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan praktiki olaraq Xəzər dənizinin neft və qaz ehtiyatları ilə bağlı mühüm geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda bir sıra sahələrdə sıx əməkdaşlıq edərək qarşılıqlı səmərə qazanırlar, amma Ermənistan üçün gələcəkdə də bu regionda icra ediləcək hər hansı geosiyasi layihənin iştirakçısı olmaq perspektivi görünmür”. Elə Arye Qut da vurğulayır ki, işğal siyasəti ilə  Ermənistan özü özünü tələyə salıb və bu gün o, Cənubi Qafqazda ən zəif, ən asılı ölkədir: “Son vaxtlar biz bir tərəfdən Ermənistan rəhbərliyinin sosial-iqtisadi uğursuzluğunu, digər tərəfdən onun siyasətinin tam iflasa uğramasını müşahidə edirik. Erməni diasporu Ermənistanda xalqın dilənçi vəziyyətində yaşamasını, sərsəm “Böyük Ermənistan” ideyalarına görə övladları özgə torpağında həlak olan bu xalqın vəziyyətini vecinə də almır. ”Qızıl milyard” ölkələrindəki ermənilərin uşaqları “qızıl gənclik” kimi yaşadığı halda, Ermənistanda yaşayan sadə ermənilərin uşaqları onların uydurduğu ideyaların girovuna çevrilib və malik olduqları yeganə dəyəri – öz həyatlarını itirirlər. Axı Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını gec-tez qaytaracaq, hər iki tərəfdən həlak olan gəncləri isə artıq heç kəs qaytarmayacaq. Onların ölümünün baiskarı Serj Sarkisyan kimi “siyasətçilər” və XIX əsrin sonuna aid “ideyalarla” yaşayan erməni diasporudur”. Hesab edilir ki, yaranmış durumda Serj Sarkisyan Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atmaqdan yenə yayınarsa, ölkə daxilində də ciddi təzyiqlərlə üzləşəcək. Eyni zamanda beynəlxalq müstəvidə də ona qarşı təzyiqlərin daha da artması gözlənir. Çünki Azərbaycan artıq bunun üçün müvafiq zəmin yaratmağı bacarıb.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ